Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1693/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdeh Cəlilabad rayonu Cavabdeh*in direktoru Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu Cavabdeh*ə qarşı Cəlilabad rayonu Cavabdeh* direktoru Cavabdeh2 06 mart 2024-cü il tarixli, *8 saylı əmrini ləğv edib, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2* iyun 2024-cü il tarixli, 2(073)-*277/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə* tərəfindən verilmiş apellyasiya şikayətinə 30 oktyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Cəlilabad rayonu Cavabdeh*ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Cavabdeh* direktoru Cavabdeh2 06 mart 2024-cü il tarixli, *8 nömrəli əmrini ləğv edib, işə bərpa edilməsinə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cavabdeh* direktoru Cavabdeh2 06 mart 2024-cü il tarixli, *8 nömrəli əmri ilə Zopun kənd E.Qasimov adına tam orta məktəbin fiziki tərbiyə müəllimi vəzifəsindən azad edilmişdir. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, o, *5 sentyabr 2023-cü il tarixdən Zopun kənd E.Qasimov adına tam orta məktəbin fiziki tərbiyə müəllimi vəzifəsinə müddətsiz olaraq təyin olunmuş və onunla əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh Zopun kənd E.Qasimov adına tam orta məktəbin direktoru Cavabdeh2 onun şərəf və ləyaqətini alçaltdığına görə və hər ay ondan dərs hissə müddiri vasitəsi ilə pul qismində rüşvət tələb etdiyinə görə Cəlilabad rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş və şikayət ərizəsinə məktəbin UBTR-i Dilbər Ələkbərovanın və dərs hissə müdiri olan Xalid Məmmədovun rüşvət alınması ilə bağlı səs yazısını əlavə etmişdir. Bundan sonra cavabdeh Zopun kənd E.Qasimov adına tam orta məktəbin direktoru Cavabdeh2 ona qarşı qərəzli münasibət göstərərək ona əsassız olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət vermiş və 22 fevral 2024-cü il tarixdə məktəbin həmkarlar təşkilatının üzvlərini toplayaraq rəyini alacağını və onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxaracağını söyləyərək, ona məlumat vermədən 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. Onun işdən azad edilməsi barədə məlumat ona 06 mart 2024-cü il tarixdə verilməklə, həmin gün əmək kitabçası ona qaytarılmış, lakin 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr ona təqdim olunmamışdır. Əmək kitabçasının ona verilməsindən 3-4 gün sonra o, Cəlilabad rayon Məhkəməsinə müraciət etmiş və oradan ona bildirilmiş ki, əmrin surətini aldıqdan sonra məhkəməyə müraciət oluna bilər. Bundan sonra o, Zopun kənd E.Qasimov adına tam orta məktəbin təşkilat işləri üzrə ikinci müavini Səməd Ağayevdən əmrdən çıxarışın ona verilməsini xahiş etmiş və ondan sonra əmrdən çıxarış ona verilmişdir. Həmin vaxt 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış olduqda görmüş ki, cavabdeh Zopun kənd E.Qasimov adına tam orta məktəbin direktoru Cavabdeh2 əmrdə göstərmiş ki, o, məktəbə müəllim təyin olunan gündən əmək müqaviləsinə xitam verilən günə kimi əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Dərs saatları zamanı şagirdləri sinif otağında və ya idman zalında qoyub üzürsüz səbəbdən məktəbi tərk etmişdir. Sonradan məktəbdə dövlət əleyhinə ifadələr işlətmiş, siniflərdə ixtisası üzrə dərsi tədris etmək əvəzinə dini radikalizmi təbliğ etmiş, dərs zamanı sinifi tərk edib məktəbdə dəstamaz almış və namaz qılmışdır, üzürsüz səbəbdən işə çıxmamışdır. Bununlada qanunvericiliyi tələblərini pozmuşdur. 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mətnindən aydın görünür ki, cavabdeh Zopun kənd E.Qasimov adına tam orta məktəbin direktoru X4 qanunsuz hərəkətlərindən Prokurorluğa şikayət etdikdən sonra ona qarşı intiqam hissləri baş qaldırmış, ona qarşı qəzəb və nifrətini gizlədə bilməyərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mətnində belə onu cinayətdə ittiham etmiş və bu qəzəbini gizlədə bilməmişdir. Göstərilənlərə və Əmək Məcəlləsinin tələblərinə əsasən həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Belə ki, cavabdeh Zopun kənd E.Qasimov adına tam orta məktəbin direktoru Cavabdeh2 onun tərəfindən Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilsədə təklifə cavab verməmiş, ilkin mediasiya sessiyasında səbəbsiz olaraq iştirak etməmişdir. O, cavabdeh tərəfindən verilmiş həmin əmri əsassız və qanunsuz hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddiasının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə* iddia tələbini müdafiə edərək, iddiaçının izahatı ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayonu Cavabdeh*in nümayəndəsi Cavabdeh2 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Cavabdeh* direktoru vəzifəsində işləyir. İddiaçı direktoru olduğu Cəlilabad rayonu Cavabdeh*də *5 sentyabr 2023cü il tarixdən məktəbin fiziki tərbiyə müəllimi vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanılmışdır. Lakin İddiaçı məktəbə gəldiyi ilk gün, yəni *5 sentyabr 2023-cü il tarixdə onun iş otağında onunla konflık yaratmış, səbəb isə ona şərt qoymuş ki, o həftənin müəyyən günləri dərsə gəlməyəcək, bəzi günləri məktəbdən tez gedəcək, belə ki, o iş qurmaq istəyir, dönər obyekti işlətməyi planlaşdırır və ona imkan yaradılmalıdır, həmçinin sonralar da əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı dəfələrlə dərsə gecikmiş və dərs saatlarını bitirmədən, şagirdləri nəzarətsiz qoyub dəstəmaz almağa, namaz qılmağa çıxıb getmiş, özbaşına məktəbdən ayrılıb öz şəxsi işlərinin arxasınca getmişdir. Əsas da onu gətirmişdir ki, onun əsas iş yeri “Dönərxanadır” və lazım olan vaxtlar orada olmalı və sifarişlərini vaxtında çatdırmalıdır. Soruşduqda niyə belə edirsən, deyir ki, “bunu mənə Allah deyir”, niyə əsassız narazılıq yaradırsan soruşduqda, deyir ki, “İmam Əlinin davamçısıyam”. Hamının dini, etiqadı var, amma bu əsasla iş rejimini pozmaq və ya ətrafdakılara şər, böhtan atmaq, hörmətsizlik etmək olmaz. Bu dini dəyərləri öz məqsədləri üçün istismar etməkdir. İddiaçıla üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını pozduğuna görə dəfələrlə söhbətlər aparılmış və şifahi xəbərdarlıqlar edilmişdir. Bu səbəbdən də, 06 mart 2024-cü il il tarixdə onun tərəfindən İddiaçı işdən azad olunması barədə *8 saylı əmr imzalanmışdır. O, İddiaçı işdən azad edilməsi ilə bağlı Cəlilabad rayonu Cavabdeh*in 06 mart 2024-cü il tarixli, *8 saylı əmrini qanuni və əsaslı hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iddiaya münasibət bildirərək verdiyi izahatında bildirdi ki, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. İddiaçı ilə işlədiyi Cəlilabad rayonu Cavabdeh*in rəhbərliyi tərəfindən əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən İddiaçı fiziki tərbiyə müəllimi vəzifəsində işə başlamışdır. Lakin İddiaçı sonradan əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Cavabdeh*də dərs hissə müdiri vəzifəsində işləyir. İddiaçı *5 sentyabr 2023cü il tarixdən məktəbin fiziki tərbiyə müəllimi kimi işə başlamışdır. İddiaçı işə başladıqdan bir neçə gün sonra, yəni 22 sentyabr 2023-cü il tarixdə işə gəlmədiyi üçün onun barəsində təqdimat hazırlayıb məktəbin direktoruna vermişdir. Lakin sonradan ona verilən məlumatın düzgün olmadığını başa düşdükdən sonra, yazdığı təqdimata görə peşman olmuşdur. İddiaçı yaxşı müəllimdir, ona qarşı haqsızlığ olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Cavabdeh*də Uşaq birliyi təşkilatının rəhbəri işləmişdir. İddiaçı da həmin məktəbdə fiziki tərbiyə müəllimi işləmişdir. Onun işlədiyi dövrlərdə bütün direktorlar müəllimləri nəzərə alırdılar, lakin hazırki direktor Cavabdeh2 nəzərə almır. Belə ki, İddiaçı uşağı xəstə olduğu üçün müəyyən tarixlərdə işə gəlməmiş və ya işdən tez çıxıb getmişdir. Bundan başqa İddiaçı məktəbdə imkan olmadığından, namaz qılmaq üçün məscidə getmişdir. Hazırki direktor Cavabdeh2 isə onları nəzərə almamışdır. İddiaçı qarşı məktəbdə çox haqsızlıqlar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X** verdiyi izahatında bildirdi ki, o, 2006-cı ildən Cəlilabad rayonu Cavabdeh*də tarix müəllimi işləmiş və 20*8-ci ildən isə həmin məktəbin məktəbdən xaric və dərsdən kənar işlər üzrə direktor müavini vəzifəsində işləyir. İddiaçı da həmin məktəbdə fiziki tərbiyə müəllimi işləmişdir. İddiaçı məktəbə gəldiyi ilk günlərdən məktəbin rəhbərliyi ilə konflık yaratmış və rəhbərlik qarşısında şərtlər qoymuşdur. Belə ki, İddiaçı həftənin müəyyən günləri dərsə gəlməyəcək, bəzi günləri də məktəbdən tez gedəcəkdir. Şərtlərini də onunla əsaslandırmışdır ki, dönər obyekti işlədir və bunun üçün də ona imkan yaradılmalıdır. İddiaçı dəfələrlə əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı dəfələrlə dərsə gecikmiş və dərs saatlarını bitirmədən, şagirdləri nəzarətsiz qoyub dəstəmaz almağa, namaz qılmağa çıxıb getmiş, özbaşına məktəbdən ayrılıb öz şəxsi işlərinin arxasınca getmişdir. Əsas da onu gətirmişdir ki, onun əsas iş yeri “Dönərxanadır” və lazım olan vaxtlar orada olmalı və sifarişlərini vaxtında çatdırmalıdır. Soruşduqda niyə belə edirsən, deyirmiş ki, “bunu mənə Allah deyir”, niyə əsassız narazılıq yaradırsan soruşduqda, deyirmiş ki, “İmam Əlinin davamçısıyam”. Hamının dini, etiqadı var, amma bu əsasla iş rejimini pozmaq və ya ətrafdakılara şər, böhtan atmaq olmaz. Bu dini dəyərləri öz məqsədləri üçün istifadə etməkdir. İddiaçıla üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını pozduğuna görə dəfələrlə söhbətlər aparılmış və şifahi xəbərdarlıqlar edilmişdir. Bu səbəbdən də, 06 mart 2024-cü il il tarixdə məktəbin direktoru Cavabdeh2 tərəfindən İddiaçı işdən azad olunması barədə əmr imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında bildirdi ki, o, *997-ci ildən Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbində, əvvəl rəhbər vəzifədə, 2009-cu ildən isə müəllim işləyir. İddiaçı da 2023-cü ilin sentyabr ayından həmin məktəbdə fiziki tərbiyə müəllimi işləmişdir. İddiaçı məktəbə gəldiyi ilk gündən məktəbin rəhbərliyi ilə söz-söhbət yaratdı. O, bir ağsaqqal kimi rəhbərlikdən və müəllimlərdən xahiş etmiş ki, İddiaçı dərs saatların elə bölüşdürsünlər ki, iddiaçı işlətdiyi dönər obyektini də idarə etməyə vaxtı olsun. Bundan sonra İddiaçı dərs saatlarını qaydasına qoymuşlar. Sonradan dəfələrlə eşitmiş, həmçinin görmüş ki, İddiaçı dərs zamanı şagirdləri sinifdə qoyub, dəhlizdə çay içmiş və dəstnəmaz almaq üçün dərs zamanı sinifdən çıxmışdır. O, bir ağsaqqam müəllim kimi İddiaçıla söhbət elədikdə, İddiaçı ondan soruşmuş ki, “bilirsən mən nə məktəbi keçmişəm”, o, da təəcüblü halda bildirmiş ki, yox bilmirəm hansı məktəb keçmisən. İddiaçı bildirmiş ki, “mən İmam Hüseyn məktəbi keçmişəm”. O, bildirmiş ki, bizlərin hamımızın dinimizə qarşı böyük hörmətimiz vardır, həmçinin aramızda namaz qılan, oruc tutan və ibadət edənlər də vardır. İddiaçı dəfələrlə əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. İddiaçıla üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını pozduğuna görə dəfələrlə söhbətlər aparılmış və şifahi xəbərdarlıqlar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbində gözətçi şləyir. İddiaçı da həmin məktəbdə fiziki tərbiyə müəllimi işləmişdir. İddiaçı bir müəllim kimi hərəkətlərinə və danışığına diqqət yetirmir. Hətta bir dəfə İddiaçı onun nəvəsinin dərs keçdiyi sinifdə onun barəsində bildirmiş ki, “çöldə it kimi hürüşürlər”. İddiaçı hər yerdə müəllimə yaraşmayan ifadələrdən və cümlələrdən istifadə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 2* iyun 2024-cü il tarixli, 2(073)-*277/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Elxan Əmirəliyev) İddiaçı cavabdeh Cəlilabad rayonu Cavabdeh*ə qarşı Cəlilabad rayonu Cavabdeh* direktoru Cavabdeh2 06 mart 2024-cü il tarixli, *8 saylı əmrini ləğv edib, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə* apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 2* iyun 2024-cü il tarixli, 2(073)-*277/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin 2* iyun 2024-cü il tarixli, 2(073)-*277/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Cəlilabad rayonu Cavabdeh*in direktoru Cavabdeh2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 2* iyun 2024-cü il tarixli, 2(073)-*277/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran- Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Cəlilabad Rayon Məhkəməsinin 2* iyun 2024-cü il tarixli, 2(073)-*277/2024 saylı qətnaməsinin İddiaçı nümayəndəsi-vəkili Nümayəndə* apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi; Maddə 70, «ç» bəndi. İşçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 7*, 2-ci və 3-cü bəndləri. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Maddə 80, *-ci 2.-ci hissələri. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə *, 2 və 3-cü hissələr. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu məlumat göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə *86, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə *87.* İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə *89.* Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.*-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi ilə bağlı yekun nəticəyə gələrəkən hesab etmişdir ki, İddiaçı heç bir üzrlü səbəb olmadan üzərinə düşən vəzifələri yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bunun nəticəsi olaraq Cəlilabad rayonu Cavabdeh*in 06 mart 2024-cü il tarixli, *8 saylı əmri ilə Nəsirov X* rayonu Cavabdeh*in fiziki tərbiyə müəllimi vəzifəsindən azad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı yekun nəticəyə gələrkən iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmiş, prosessual hüquq normaların pozulması ilə müşayiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2* iyun 2024-cü il tarixli, 2(073)-*277/2024 saylı qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən verilmiş *2 yanvar 2024-cü il tarixli, 0* saylı əmrdən çıxarışdan görünür ki, məktəbin ali təhsilli fiziki tərbiyə müəllimi İddiaçı əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə ona töhmət elan edilmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən verilmiş 3* yanvar 2024-cü il tarixli, 05 saylı əmrdən çıxarışdan görünür ki, məktəbin ali təhsilli fiziki tərbiyə müəllimi İddiaçı *2 yanvar 2024-cü il tarixdə verilmiş intizam tənbehi “töhmət”dən nəticə çıxarmadığı üçün təkrarən intizam qaydalarını pozduğu üçün “töhmət” sonuncu xəbərdarlıq şiddətli töhmətlə əvəz edilmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh* dərs hissə müdiri Xalid Qasımov tərəfindən məktəbin direktoru Cavabdeh2 yazılmış 22 sentyabr 2023-cü il tarixli təqdimatdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi dönər satmaqdan ötrü, rəhbərlikdən icazə almadan və heç bir kəsə demədən 8 və *0-cu siniflərdə dərsi ola-ola, şagirdləri tədris ocağında özbaşına qoyaraq, məktəbi tərk edib getmişdir. Bu səbəbdən də fiziki tərbiyə müəllimi İddiaçıla bağlı tədbir görülməsi xahiş edilmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş 22 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin yeni təyin olunmuş fiziki tərbiyə müəllimi İddiaçı məktəbdə ilk günlərdən və dərs cədvəlində dərslərə etiraz olaraq müəllimlərin etik davranış qaydalarını kobud şəkildə pozmuş, onu rəhbərlik tərəfindən başa salmağa çalışdıqları zaman, təkrarən məktəbin direktoruna qarşı, müəllimə yaraşmayan hərəkət və kobudluq göstərərək məktəbin iş rejmini pozmuşdur. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı 26 dekabr 2023-cü il tarixdə məktəbdə növbətçi olduğu halda, məktəbə 09:30-da yox, *0:*5-də gəlmiş və cədvəl üzrə 2-ci saat 6- cı sinfdə dərsi zamanı sinfi tərk edib, dəhlizdə dərs zamanı çay içdiyini ona irad bildirdikləri zaman, müəllim davranış qaydalarını kobud şəkildə pozaraq direktora hədə-qorxu gəlmiş və məktəbdə tədrisin getişatını pozmağa çalışmışdır. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş 27 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı məktəbin **-ci sinfində cədvəl üzrə 5-ci saat dərsi zamanı tədrisi yarımçıq qoyub, məktəbin həyətində dəstəmaz almışdır. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş 29 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı cədvəl üzrə məktəbin 7-ci sinfində dərsi olmasına baxmayaraq, gah məktəbin dəhlizində gəzmiş, gah da müəllimlər otağına gedərək dərs zamanı çay içmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş 29 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı məktəbin 8-ci sinfində 5-ci saat dərsinin olmasına baxmayaraq, məktəbi üzrsüz səbəbdən tərk etmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş 30 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı 29 dekabr 2023-cü il tarixdə məktəbin 8- ci sinfində cədvəl üzrə 5-ci saat dərsinin olmasına baxmayaraq, tədrisdən yayınaraq üzrsüz səbəbdən məktəbi tərk etdiyindən izahat verilməsi tələb edilmiş, lakin o izahat verməkdən imtina etmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı ona verilən intizam tənbehindən (töhmətdən) nəticə çıxarmayaraq, 23 yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən məktəbə geçikmiş, geçikməsi ilə bağlı ondan izahat verilməsi tələb edilmiş, lakin o izahat verməkdən imtina etmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş 24 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini X2 və fiziki tərbiyə müəllimi İddiaçı 24 yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışlar. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş 25 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini X2 və fiziki tərbiyə müəllimi İddiaçı 25 yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışlar. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş 29 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini X2 və fiziki tərbiyə müəllimi İddiaçı 29 yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışlar. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini X2 və fiziki tərbiyə müəllimi İddiaçı 30 yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışlar. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş 3* yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini X2 və fiziki tərbiyə müəllimi İddiaçı 3* yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışlar. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş 0* fevral 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X2 və fiziki tərbiyə müəllimi İddiaçı 29, 30, 3* yanvar 2024-cü il tarixlərdə işə çıxmadıqları üçün, 0* fevral 2024-cü il tarixdə hər ikisindən hər hansı səbəbdən çıxmadıqları üçün izahat vermələri tələb edilmiş, lakin onlar izahat verməkdən imtina etmişlər. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş *4 fevral 2024-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı 6-cı sinif şagirdlərini idman zalında nəzarətsiz qoyaraq, özü başqa otaqda dərs zamanı telefonla oynadığı üçün məktəbin direktoru tərəfindən ona irad bildirildikdə, o direktorun üzərinə hücum çəkərək ona hədə-qorxu gəlmişdir. İddiaçı dəfələrlə şifahi xəbərdarlıq və qanunamüvafiq intizam tənbehi verilməsinə baxmayaraq, o məktəbin intizam qaydalarını pozmağa davam etmişlər. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş *6 fevral 2024-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı *0-cu sinifdə dərs cədvəli üzrə 6-cı saat dərs zamanı qanunvericiliyin tələblərini pozaraq məktəbdə namaz qılmışdır. İddiaçı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o əməllərindən əl çəkməmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən tərtib edilmiş 20 fevral 2024-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı *9 fevral 2024-cü il tarixdə dərs prosesindən sonra sinif jurnalını gətirib müəllimlər otağında jurnal rəfinə qoymaq əvəzinə, sinif jurnalını idman zalında qoyaraq məktəbi tərk etmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh*in X6 22 fevral 2024-cü il tarixli, 02 saylı protokolundan çıxarışdan görünür ki, Cəlilabad rayon E.Qasımov adına Zopun kənd tam orta məktəbinin direktoru Cavabdeh2 Qulu oğlunun *6 fevral 2024-cü il tarixli, 0* saylı təqdimatı nəzərə alınmaqla, Cəlilabad rayon E.Qasımov adına Zopun kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi İddiaçı əmək müqaviləsinə xitam verilməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. İşdə olan Cəlilabad rayonu Cavabdeh* tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli, *8 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və məktəbin X6 22 fevral 2024-cü il tarixli qərarına əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə son haqq hesab ödənilməsi əmr edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddiaçı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 7*, 2-ci və 3-cü bəndləri və 72-ci maddələrinin təşkil etdiyini göstərir. Kollegiya mübahisəyə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. İ İddiaçının təlblərinin əsası kimi göstərdiyi hallar, onların sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi: İddiaçının iddia tələbinin əsasını 06 mart 2024-cü il tarixli, *8 nömrəli əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi təşkil edir. Əmrin ləğvi əsas, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı isə ondan törəmə tələblər kimi qəbul edilir. İddiaçı iddia edir ki, o, Cavabdeh* direktoru Cavabdeh2 06 mart 2024-cü il tarixli, *8 nömrəli əmri ilə Zopun kənd E.Qasimov adına tam orta məktəbin fiziki tərbiyə müəllimi vəzifəsindən azad edilmişdir. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, o, *5 sentyabr 2023-cü il tarixdən Zopun kənd E.Qasimov adına tam orta məktəbin fiziki tərbiyə müəllimi vəzifəsinə müddətsiz olaraq təyin olunmuş və onunla əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh Zopun kənd E.Qasimov adına tam orta məktəbin direktoru Cavabdeh2 onun şərəf və ləyaqətini alçaltdığına görə və hər ay ondan dərs hissə müdürü vasitəsi ilə pul qismində rüşvət tələb etdiyinə görə Cəlilabad rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş və şikayət ərizəsinə məktəbin UBTR-i Dilbər Ələkbərovanın və dərs hissə müdiri olan Xalid Məmmədovun rüşvət alınması ilə bağlı səs yazısını əlavə etmişdir. Bundan sonra cavabdeh Zopun kənd E.Qasimov adına tam orta məktəbin direktoru Cavabdeh2 ona qarşı qərəzli münasibət göstərərək ona əsassız olaraq töhmət verilmiş daha sonra isə töhmət sonuncu xəbərdarlıqla şiddətli töhmətlə əvəz edilmiş və 22 fevral 2024-cü il tarixdə məktəbin həmkarlar təşkilatının üzvlərini toplayaraq rəyini alacağını və onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxaracağını söyləyərək, ona məlumat vermədən 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. Onun tərəfindən üzərinə düşən əmək funksiyasının icra edilməməsi barədə tərtib edilmiş aktlar qərəzli tərtib edilmiş, o, hər zaman fiziki tərbiyyə müəlimi kimi vəzifəsini icra etmiş, bu faktı hətta barəmdə qanunusuz tərtib olunan aktı imzalamış X2 və X3 verdiyi izahatları ilə də təsdiq etmişlər. İşəgötürən Cavabdeh2 3* yanvar 2024-cü il tarixli, 05 saylı əmr imzalayaraq həmin əmrlə, İddiaçı *2 yanvar 2024-cü il tarixdə verilmiş intizam tənbehi “töhmət”dən nəticə çıxarmadığı üçün təkrarən intizam qaydalarını pozduğu üçün “töhmət” sonuncu xəbərdarlıq şiddətli töhmətlə əvəz etmiş və əsas kimi yenə də məktəbin pedoqoji şurasının *2 yanvar 2024-cü il tarixli qərarını əsas götürmüşdür. Bundan başqa işəgötürən Cavabdeh2 Əmək Məcəlləsinin *87.*-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, əgər o, doğrudan da, əmək funksiyası üzrə vəzifələrini icra etməmişdir sə, onda işəgötürən olaraq M. Məmmədov ən azından ondan izahat almalı, imtina etdiyi halda isə bu barədə akt tərtib etməliydi, göründüyü kimi akta göstərilənlər direktorun ona qarşı qərəzli davranması nəticəsində baş vermişdir. Onun işdən azad edilməsi barədə *6 fevral 2024-cü il tarixdə həmkarlar ittifaqı təşkilatına təqdimat vermiş və həmkarlar ittifaqı təşkilatı da 22 fevral 2024-cü il tarixdə işçinin işdən azad olunması barədə razılıq vermişdir. Lakin 06 mart 2024-cü il tarixli, *8 saylı əmrdə işçinin işdən azad edilməsi üçün göstərilən əsas, yəni 28 fevral 5 mart tarixlərində idman həftəsinin işçi tərəfindən təşkil edilməməsinə görə həmkarlar ittifaqı təşkilatı hər hansı münasibət bildirməmişdi. Həmkarlar İttifaqı təşkilatının razılığı, yəni öz qərarında göstərdiyi hallar idman həftəsinin işçi tərəfindən təşkil edilməməsi deyildi. X2 verdiyi izahatında göstərmişdir ki, o, Cəlilabad rayonu Cavabdeh*də dərs hissə müdiri vəzifəsində işləyir. İddiaçı *5 sentyabr 2023-cü il tarixdən məktəbin fiziki tərbiyə müəllimi kimi işə başlamışdır. İddiaçı işə başladıqdan bir neçə gün sonra, yəni 22 sentyabr 2023-cü il tarixdə işə gəlmədiyi üçün onun barəsində təqdimat hazırlayıb məktəbin direktoruna vermişdir. Lakin sonradan ona verilən məlumatın düzgün olmadığını başa düşdükdən sonra, yazdığı təqdimata görə peşman olmuşdur. İddiaçı yaxşı müəllimdir, ona qarşı haqsızlıq olmuşdur. X3 verdiyi izahatında göstərmişdir ki, o, Cəlilabad rayonu Cavabdeh*də Uşaq birliyi təşkilatının rəhbəri işləmişdir. İddiaçı da həmin məktəbdə fiziki tərbiyə müəllimi işləmişdir. Onun işlədiyi dövrlərdə bütün direktorlar müəllimləri nəzərə alırdılar, lakin hazırki direktor Cavabdeh2 nəzərə almır. Belə ki, İddiaçı uşağı xəstə olduğu üçün müəyyən tarixlərdə işə gəlməmiş və ya işdən tez çıxıb getmişdir. Bundan başqa İddiaçı məktəbdə olmadığından, namaz qılmaq üçün məscidə getmişdir. Hazırki direktor Cavabdeh2 isə onları nəzərə almamışdır. İddiaçı qarşı məktəbdə çox haqsızlıqlar olmuşdur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuşdur. Həmin əsaslara tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, tərəflərin iradəsindən asılı olmayan və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar daxildir. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslarından biri də-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddənin ç bəndi). 80-ci maddənin *-ci və 2-ci hissələrində göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri əmək münasibətinə girən tərəflərinin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Əmək münasibətləri üzrə tərəflər öz üzərlərinə götürmüş olduqları öhdəlikləri lazımınca icra etməklə, əmək münasibətləri sahəsində intizama riayət etməlidir. Bu intizama riayət edilməməsi əmək münasibətlərinin davam etdirilməsini mümkünsüz edir. Cavabdeh iddiaçının əmək funksiyasını pozması əsasına görə ona *2 və 3* yanvar 2024-cü il tarixlərdə ayrı-ayrılıqda töhmət vermişdir. Bundan sonra da 06 mart 2024-cü cavabdeh təşkilatın direktoru iddiaçının əmək funksiyalarının kobud şəkildə pozulması əsası ilə işdən azad edilməsinə dair əmr vermişdir. Əmək münasibətlərinə kobud surətdə pozulması əsası ilə xitam verilərək, həmkarlar təşkilatının razılığı alınmalı olduğu halda, belə bir razılıq əldə edilmədən iddiaçı ilə olan əmək münasibətlərinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh pedaqoji şuranın qərarının qəbul edildiyini göstərsə də, həmin qərarların eyni tarixli olması işçiyə intizam tənbehi kimi töhmət və sonuncu xəbərdarlıqlan şiddətli töhmət verilməsini şübhə altına alır. Məhkəmə kollegiyası iddiaçının tələblərinin əsası kimi təqdim etdiyi sübutları, işin digər halları ilə müqayisəli tədqiq edərək belə qənaətə gəlir ki, iddiaçı iddia tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi isə gəldiyi nəticəni tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün hüquqi qiymət verməməklə maddi və prosessual hüquq normaların pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İİ Cavabdeh işəgötürən Cavabdeh* direktoru Cavabdeh2 işçi barəsində gördüyü tədbirlərin təsdiqi kimi göstərdiyi hallar, onların sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi: Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, o, Cəlilabad rayonu Cavabdeh* direktoru vəzifəsində işləyir. İddiaçı direktoru olduğu Cəlilabad rayonu Cavabdeh*də *5 sentyabr 2023-cü il tarixdən məktəbin fiziki tərbiyə müəllimi vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanılmışdır. Lakin İddiaçı məktəbə gəldiyi ilk gün, yəni *5 sentyabr 2023cü il tarixdə onun iş otağında onunla konflikt yaratmış, səbəb isə ona şərt qoymuş ki, o həftənin müəyyən günləri dərsə gəlməyəcək, bəzi günləri məktəbdən tez gedəcək, belə ki, o iş qurmaq istəyir, dönər obyekti işlətməyi planlaşdırır və ona imkan yaradılmalıdır, həmçinin sonralar da əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı dəfələrlə dərsə gecikmiş və dərs saatlarını bitirmədən, şagirdləri nəzarətsiz qoyub dəstəmaz almağa, namaz qılmağa çıxıb getmiş, özbaşına məktəbdən ayrılıb öz şəxsi işlərinin arxasınca getmişdir. Əsas da onu gətirmişdir ki, onun əsas iş yeri “Dönərxanadır” və lazım olan vaxtlar orada olmalı və sifarişlərini vaxtında çatdırmalıdır. Soruşduqda niyə belə edirsən, deyir ki, “bunu mənə Allah deyir”, niyə əsassız narazılıq yaradırsan soruşduqda, deyir ki, “İmam Əlinin davamçısıyam”. Hamının dini, etiqadı var, amma bu əsasla iş rejimini pozmaq və ya ətrafdakılara şər, böhtan atmaq, hörmətsizlik etmək olmaz. Bu dini dəyərləri öz məqsədləri üçün istismar etməkdir. İddiaçıla üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını pozduğuna görə dəfələrlə söhbətlər aparılmış və şifahi xəbərdarlıqlar edilmişdir. Bu səbəbdən də, 06 mart 2024-cü il il tarixdə onun tərəfindən İddiaçı işdən azad olunması barədə *8 saylı əmr imzalanmışdır. O, İddiaçı işdən azad edilməsi ilə bağlı Cəlilabad rayonu Cavabdeh*in 06 mart 2024-cü il tarixli, *8 saylı əmrini qanuni və əsaslı hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Hazırki iş üzrə işəgötürən Cavabdeh* direktoru Cavabdeh2 işçi barədə gördüyü tədbirlərin inkişaf mexanizmi aşağıdakı qaydada müəyyən edilir. İlk öncə Məktəbin dərs hissə müdiri Xalid Qasımov tərəfindən məktəbin direktoru Cavabdeh2 22 sentyabr 2023-cü il tarixdə məktəbin fiziki tərbiyə müəllimi İddiaçıla bağlı təqdimat verilmiş, .22 sentyabr 2023-cü il tarixli, 26 dekabr 2023-cü il tarixli, 27 dekabr 2023cü il tarixli, 29 dekabr 2023-cü il tarixli, 29 dekabr 2023-cü il tarixli, 30 dekabr 2023-cü il tarixli aktlar tərtib edilərək İddiaçı əmək və icra intizamını pozması ilə bağlı hallar həmin aktlarda öz əksini tapmışdır. - direktor Cavabdeh2 *2 yanvar 2024-cü il tarixli, 0* saylı əmr imzalayaraq həmin əmrlə, məktəbin ali təhsilli fiziki tərbiyə müəllimi İddiaçı əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə ona töhmət elan edilmişdir. Əsas kimi Əmək Məcəlləsinin *86.2-ci maddəsinin a bəndi və məktəbin pedoqoji şurasının *2 yanvar 2024-cü il tarixli qərarını əsas götürmüşdür. Əmək Məcəlləsinin *86.2- İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək. - 23 yanvar 2024-cü il tarixli, 24 yanvar 2024-cü il tarixli, 25 yanvar 2024cü il tarixli, 29 yanvar 2024-cü il tarixli, 30 yanvar 2024-cü il tarixli, 3* yanvar 2024-cü il tarixli aktlar tərtib edilərək İddiaçı əmək və icra intizamını pozması ilə bağlı hallar həmin aktlarda öz əksini tapmışdır. - direktor Cavabdeh2 3* yanvar 2024-cü il tarixli, 05 saylı əmr imzalayaraq həmin əmrlə, məktəbin ali təhsilli fiziki tərbiyə müəllimi İddiaçı *2 yanvar 2024-cü il tarixdə verilmiş intizam tənbehi “töhmət”dən nəticə çıxarmadığı üçün təkrarən intizam qaydalarını pozduğu üçün “töhmət” sonuncu xəbərdarlıq şiddətli töhmətlə əvəz edilmişdir. Əsas kimi Əmək Məcəlləsinin *86.2-ci maddəsinin b bəndi və məktəbin pedoqoji şurasının *2 yanvar 2024-cü il tarixli qərarını əsas götürmüşdür. Əmək Məcəlləsinin *86.2- İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək. - 0* fevral 2024-cü il tarixli, *4 fevral 2024-cü il tarixli, *6 fevral 2024-cü il tarixli, 20 fevral 2024-cü il tarixli aktlar tərtib edilərək İddiaçı əmək və icra intizamını pozması ilə bağlı hallar həmin aktlarda öz əksini tapmışdır. - Cəlilabad rayonu Cavabdeh*in X6 22 fevral 2024-cü il tarixli, 02 saylı protokoluna əsasən, Cəlilabad rayon E.Qasımov adına Zopun kənd tam orta məktəbinin direktoru Cavabdeh2 Qulu oğlunun *6 fevral 2024-cü il tarixli, 0* saylı təqdimatı nəzərə alınmaqla, Cəlilabad rayon E.Qasımov adına Zopun kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi İddiaçı əmək müqaviləsinə xitam verilməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. - direktor Cavabdeh2 06 mart 2024-cü il tarixli, *8 saylı əmr imzalayaraq həmin əmrlə, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və məktəbin X6 22 fevral 2024-cü il tarixli qərarına əsasən xitam verilməklə son haqq hesab ödənilməsini əmr etmişdir. Həmin əmrdə qeyd edilmişdir: İddiaçı əmək müqaviləsində irəli gələn öhdəlikləri pozduğuna görə *2 yanvar 2024-cü il tarixdə ona töhmət verilmiş, təkrarən müəssisə daxili intizam qaydalarını pozduğuna görə 3* yanvar 2024-cü il tarixdə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli sərəncamı əsasında xx.xx.2024-cü il tarixli *5 nömrəli əmrlə məktəbdə martın 5-də məktəbdə bədən tərbiyyəsi və idman gününün qeyd edilməsi ilə əlaqədar olar 28 fevral 5 mart tarixlərində idman həftəsinin keçirilməsi İddiaçı tapşırılmış, lakin o həmin əmrdən irəli gələn məsələləri yəni əmək funksiyası üzrə vəzifəsini icra etməmişdir. İşçinin işdən qanunsuz azad edilməsi ilə bağlı məhkəmənin mövqeyi: Əvvəla qeyd edilməlidir ki, Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək hüququna malikdir. Həmin məcəllənin *87.*-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İşçinin əmək funksiyaları təkcə ƏM-nin 57-ci maddəsi ilə deyil, ümumilikdə əmək qanunvericiliyi və tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə müəyyən edilir və əmək funksiyaları mübahisə edilərkən göstərilənlər qarşılıqlı təhlil edilməlidir. İşin hallarından da göründüyü kimi, işəgötürən Cavabdeh2 işçi İddiaçı ilk dəfə *2 yanvar 2024-cü il tarixli, 0* saylı əmrlə töhmət vermiş və həmin töhmətin əsası kimi məktəbin pedoqoji şurasının *2 yanvar 2024-cü il tarixli qərarına istinad etmişdir. Lakin işəgötürən Cavabdeh2 Əmək Məcəlləsinin *87.*-ci maddəsinə əsasən işçiyə tənbeh verməmişdən əvvəl onun izahatını almamış, ümumiyyətlə İddiaçı izahat verməkdən imtina etməsi barədə akt tərtib etməmiş, beləliklə işçinin töhmət almamışdan əvvəl izahat vermək yolu ilə “dinlənilmək” hüququnu pozmuşdur. Daha sonra işəgötürən Cavabdeh2 3* yanvar 2024-cü il tarixli, 05 saylı əmr imzalayaraq həmin əmrlə, İddiaçı *2 yanvar 2024-cü il tarixdə verilmiş intizam tənbehi “töhmət”dən nəticə çıxarmadığı üçün təkrarən intizam qaydalarını pozduğu üçün “töhmət”i sonuncu xəbərdarlıq şiddətli töhmətlə əvəz etmiş və əsas kimi yenə də məktəbin pedoqoji şurasının *2 yanvar 2024-cü il tarixli qərarını əsas götürmüşdür. Qeyd edilməlidir ki, Əmək qanunvericiliyində tənbeh növünün əvəzləşdirilməsi ilə bağlı norma nəzərdə tutulmuşdur. Əmrdən də görünür ki, işəgötürən töhmət növündə tənbehi əvəzləşdirmək yolu sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə tənbehə çevirmişdir. Bundan başqa işəgötürən həmin əmrində əsası kimi yenə pedoqoji şurasının *2 yanvar 2024-cü il tarixli qərarını əsas götürmüşdür. Burdan belə nəticə hasil olur ki, pedoqoji şura *2 yanvar 2024-cü il tarixdə qərar qəbul edərkən həm də, bilirdi ki, işçi İddiaçı 3* yanvar 2024-cü il tarixdə yenidən əmək funksiyası üzrə vəzifəsini yerinə yetirməyəcək və ona intizam tənbehi növü kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət veriləcək. Pedoqoji şura işçinin əmək və icra intizamına riayət edib-etməməsini müzakirə etmiş və işəgötürən işçinin cəzalandırılması ilə bağlı təklif vermiş və həmin təklif əsasında da işəgötürən İddiaçı ilk dəfə *2 yanvar tarixində tənbeh vermişdir. Yəni işəgötürənin 3* yanvar tarixli əmrində istinad etdiyi pedoqoji şuranın qərarı *2 yanvar tarixli qərarı həmin tarixli 0* saylı əmrlə bağlı əmək və icra intizamının pozulması hallarını əks etdirirdi. Burdan isə belə nəticəyə gəlinir ki, işə götürən ilk dəfə tənbeh verərkən istinad etdiyi əmək və icra pozuntularına 3* yanvar 2024-cü il tarixli əmrində təkrar istinad etmiş və nəticədə dolayı yollar işçiyə bir intizam xətasına görə yalnız bir tənbeh verilə bilər normasını kobud surətdə pozmuşdur. Halbuki, Əmək Maddə *89.*-ci maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Göründüyü kimi işə götürən 3* yanvar 2024-cü il tarixli 5 nömrəli əmrdə əsas kimi göstərdiyi *2 yanvar 2024-cü il tarixli pedoqoji şuranın qərarına görə əslində *2 yanvar tarixli * nömrəli əmrlə işçiyə töhmət növündə tənbeh verilmişdir. Bu isə onu göstərir ki, işə götürən eyni intizam pozuntusu ilə bağlı işçiyə 2 dəfə fərqli tənbeh növü vermişdir. Bundan başqa işəgötürən Cavabdeh2 Əmək Məcəlləsinin *87.*-ci maddəsinə əsasən işçiyə yenidən tənbeh verməmişdən əvvəl onun izahatını almamış, ümumiyyətlə İddiaçı izahat verməkdən imtina etməsi barədə akt tərtib etməmiş, bununla da əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçi ilə əmək müqaviləsinə xitam verərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq əvəzinə onu çətin və dözülməz məhrumiyyətlə məruz qoymuşdur. Halbuki əmək münasibətləri üzrə tərəflər öz üzərlərinə götürmüş olduqları öhdəlikləri lazımınca icra etməklə, əmək münasibətləri sahəsində intizama riayət etməlidir. Daha sonra işə götürən Cavabdeh2 hadisələrin inkişafı mexanizmində işçinin işdən azad edilməsi barədə Həmkarlar təşkilatına müraciət etmiş və Həmkarlar Təşkilatının 22 fevral 2024-cü il tarixli, 02 saylı protokoluna əsasən Cəlilabad rayon E.Qasımov adına Zopun kənd tam orta məktəbinin direktoru Cavabdeh2 Qulu oğlunun *6 fevral 2024-cü il tarixli, 0* saylı təqdimatı nəzərə alınmaqla, Cəlilabad rayon E.Qasımov adına Zopun kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi İddiaçı əmək müqaviləsinə xitam verilməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. İşə götürən həmkarlar ittifaqı təşkilatının 22 fevral 2024-cü il tarixli qərarını əsas götürmüş və 06 mart 2024-cü il tarixli, *8 saylı əmr imzalayaraq həmin əmrlə, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Həmin əmrin məzmununda işçinin verilmiş tənbehlərdən nəticə çıxarmaması və xx.xx.2024-cü il tarixli *5 nömrəli əmrlə məktəbdə martın 5-də məktəbdə bədən tərbiyyəsi və idman gününün qeyd edilməsi ilə əlaqədar olar 28 fevral 5 mart tarixlərində idman həftəsinin işçi tərəfindən təşkil edilməməsini göstərmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da görünür ki, işəgötürən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərkən həmkarlar ittifaqı təşkilatının razılığını almalıdır. Hadisələrin inkişaf mezanizmindən də görünür ki, işəgötürən Cavabdeh2 işçi İddiaçı işdən azad edilməsi barədə *6 fevral 2024-cü il tarixdə həmkarlar ittifaqı təşkilatına təqdimat vermiş və həmkarlar ittifaqı təşkilatı da 22 fevral 2024-cü il tarixdə işçinin işdən azad olunması barədə razılıq vermişdir. Lakin 06 mart 2024-cü il tarixli, *8 saylı əmrdə işçinin işdən azad edilməsi üçün göstərilən əsas, yəni 28 fevral 5 mart tarixlərində idman həftəsinin işçi tərəfindən təşkil edilməməsinə görə həmkarlar ittifaqı təşkilatı hər hansı münasibət bildirməmişdi. Həmkarlar İttifaqı təşkilatının razılığı, yəni öz qərarında göstərdiyi hallar idman həftəsinin işçi tərəfindən təşkil edilməməsi deyildi. Buna baxmayaraq işəgötürən həmin əmrdə əsas kimi göstərdiyi hala görə Həmkarlar İttifaqı təşkilatının razılığını almadan işçini işdən çıxarmış, nəticədə işçinin Konstitusiya və qanunlardan irəli gələn əmək hüquqlarının kobud surətdə pozulmasına yol verməklə, onun uzun müddətdən işdən kənarda qalmasına, maddi təminatının azalmasına gətirib çıxarmışdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 80-cı maddəsinin *-ci bəndinə əsəasən bu Məcəllənin 70-ci maddəsinin “b” və ”ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-cı maddənin 2-ci hissəsinə əsaəsn həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddəninin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlaq ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci *0 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim edir. 70-ci maddəsinin “ç” bəndinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilə bilər. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*.2-ci maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsi yalnız o, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğu halda pozula bilərdi. Lakin cavabdeh bu xüsusatları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəllsinin *4-cü maddəsinin *-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidir. Konstitusiyanın 35-ci maddəsində nəzərdə tutulan əmək hüququnun məzmununa daxil olan müddəalardan biri də dövlətin işsizliyin aradan qaldrılması üçün bütün imkanlardan istifadə etməsidir. Cəlilabad rayon E.Qasımov adına Zopun kənd tam orta məktəbinin direktorunun 06 mart 2024-cü il tarixli, *8 saylı əmr ilə, həmin məktəbin fiziki tərbiyə müəllimi İddiaçı ilə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə (işçi özünün əmək funksiyasını və əmək öhdəlikləri üzrə vəzifə borcunu yerinə yetirə bilməməsi) əmək müqaviləsinə xitam verməklə əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin *-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.*, *4.2, 88 və 2*7.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 3* yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun *00-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2* iyun 2024-cü il tarixli, 2(073)-*277/2024 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Cəlilabad rayonu Cavabdeh*ə qarşı Cəlilabad rayonu Cavabdeh* direktoru Cavabdeh2 06 mart 2024-cü il tarixli, *8 saylı əmrini ləğv edib, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi təmin edilməli, cavabdeh Cəlilabad rayonu Cavabdeh* direktoru Cavabdeh2 06 mart 2024-cü il tarixli, *8 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməli, iddiaçı Nəsirov X* rayonu Cavabdeh* əvvəlki işinə fiziki tərbiyə müəllimi vəzifəsinə bərpa edilməli, İddiaçı 06 mart 2024-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.*.*, 385.*.2, 385.*.3 və 385.*.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi-vəkili Nümayəndə* tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2* iyun 2024-cü il tarixli, 2(073)-*277/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Cəlilabad rayonu Cavabdeh*ə qarşı Cəlilabad rayonu Cavabdeh* direktoru Cavabdeh2 06 mart 2024-cü il tarixli, *8 saylı əmrini ləğv edib, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi təmin edilsin. Cavabdeh Cəlilabad rayonu Cavabdeh* direktoru Cavabdeh2 06 mart 2024-cü il tarixli, *8 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilsin. İddiaçı Nəsirov X* rayonu Cavabdeh* əvvəlki işinə fiziki tərbiyə müəllimi vəzifəsinə bərpa edilsin. İddiaçı 06 mart 2024-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1693/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1693/2024
30.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver