Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1705/2022 13.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı , Cavabdeh iştirakları ilə, Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanında mərhum X5 mülkiyyətində olan 0,288 hektar həyətyanı torpaq sahəsində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48,4 kvadrat metr, yardımçı sahəsi 36.5 kvadrat metr, ümumi sahəsi 84,9 kvadrat metr sahəsi, saray, hamam, tövlə, ayaqyolu və hasardan ibarət olan fərdi yaşayış evindən vərəsələr arasında payların bölüşdürülməsi, iddiaçıya düşən torpaq sahəsindən və fərdi yaşayış evindən payının müəyyən edilməsi, həmin payın mülkiyyət hüquqlarının tanınması və adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, mərhum X2 mərhum anası X15 ilə nikahlarını 11 oktyabr 1956-cı il tarixdə 19 nömrə ilə qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 11 avqust 1957-ci il təvəllüdlü Cavabdeh, 10 iyul 1959-cu il təvəllüdlü X6, 18 yanvar 1962-ci il təvəllüdlü X18, 27 yanvar 1964-cü il təvəllüdlü X19, 18 yanvar 1971-ci il təvəllüdlü İddiaçı və 12 fevral 1976-cı il təvəllüdlü X10 adlı uşaqları olmuşdur. X2 30 iyun 2010-cu il tarixdə, anası X15 isə 29 noyabr 2020-ci il tarixdə ölmüşlər. Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında mərhum X5 mülkiyyətində olan 0.288 hektar həyətyanı torpaq sahəsində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 kvadratmetr, yardımçı sahəsi 36.5 kvadrat metr, ümumi sahəsi 84.9 kvadratmetr olan fərdi yaşayış evi, saray, hamam, tövlə, ayaqyolu və hasardan həyətyanı tikililər miras qalmışdır. Qeyd etdi ki, atası ölümündən əvvəl miras qalmış torpaq sahəsində ona 0,4 hektar torpaq sahəsi vermişdir. O, 2016-cı ilə kimi Rusiya Federasiyasının Tümen şəhərində yaşayıb, işləmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, o, iddianı qəbul etmir. Belə ki, X3 30 iyun 2010-cu il tarixdə öldükdən sonra ondan miras qalmış fərdi yaşayış evində o, ailəsi ilə birlikdə yaşamaqla, fərdi yaşayış evini və torpaq sahəsini idarə etmişdir. Bir müddət bacısı ilə aralarında mübahisə yarandığı üçün evi tərk etmişdir. Hazırda həmin evdə yaşadığını və evin bütün kommunal xərclərinin ödədiyini bildirmişdir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: M.Məmmədov), İddiaçı Cavabdeh qarşı «mirasın qəbul edilməsi, miras əmlaka olan paya vərəsəlik hüququn tanınması tələbinə dair» iddiası əsassız olmasına görə rədd edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 139.1, 152.1, 152.2, 213.2, 213.5, 220.1, 220.2, 220.4, 223.2, 223.3 və 223.4 -cü maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Əhədov X16 Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və onun iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən İddiaçı apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməsini Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, mirasın qəbul edilməsi, miras əmlaka olan paya vərəsəlik hüququnun tanınması tələbinin təmin edilməsi barədə yeni qətnamə qebul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməməsini Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Qəbul olunmuş qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbə vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 18 yanvar 1971-ci il tarixdə anadan olmuş və Astara şəhəri, N.Nərimanov küçəsi, 73 nömrəli evdə yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestindən ******* nömrəli çıxarışından görünür ki, Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında 0.288 hektar torpaq sahəsi üzərində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 kvadratmetr, yardımçı sahəsi 36.5 kvadratmetr, ümumi sahəsi 84.9 kvadratmetr sahəsi, saray, hamam, tövlə, ayaqyolu və hasardan ibarət olan fərdi yaşayış evi X5 xüsusi mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamələri”-ndən görünür ki, X13 30 iyun 2010-cu il tarixdə, X15 isə 29 noyabr 2020-ci il tarixdə ölmüşdür. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X20 izahat verərək göstərmişdir ki, iddiaçı və cavabdeh onun doğma qardaşlarıdır. Miras qalmiş fərdi yaşayış evində digər qardaşları və bacıları ilə birgə yaşamışlar. Fərdi yaşayış evi atasının adına ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. X14 yaşadığı müddətdə Cavabdeh evdən qovmuşdur. X3 30 iyun 2010-cu il tarixdə ölmüşdür. Atasının ölümündən sonra anası X1 Pərvaz Hüccət oğlu ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçı 2016-cı ilə kimi daimi olaraq Rusiya Federasiyasında yaşamışdır. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X11 izahat verərək göstərmişdir ki, miras qalmış fərdi yaşayış evi atasının adına rəsmiləşdirilmişdir. Atasının ölümündən sonra həmin evdə Cavabdeh anası ilə birlikdə yaşamışdır. İddiaçı uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən edir ki, ərizəçi X7 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə Astara rayon məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs (maraqlarına toxunan şəxslər X20, X11, X12, X6) kimi apellyasiya şikayəti verməklə mərhum X4 miras qalmış əmlakla bağlı mübahisə açmış, onların verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan apellyasiya məhkəməsinin 17 fevral 2022-ci il tarixli qəradadı ilə qeyd olunan qətnamə ləğv edilərək baxılmamış saxlanılsa da, sonradan vərəsələr miras əmlakla bağlı mübahisə açmamış, yalnız həmin vərəslərdən biri hazırkı İddiaçı mübahisə açmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Həmin qərarda həmçinin qeyd olunur ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsiüsulu ilə şərtləndirilməmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və yalazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2- ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar). Məhkəmə kollegiyası işdə olan və tədqiq edilmiş sübutlara qiymət verərək müəyyən edir ki, miras qoyan X5 xx.xx.2010-cu ildə vəfat etməsi ilə miras açıldığından birinci növbədə qanun üzrə vərəsəlik zamanı Cavabdeh hərəkətləri ilə miras əmlakın faktiki qəbulu müəyyən edilmişdir. Digər vərəsə İddiaçı miras açıldıqdan sonra mirasın qəbul edilməsi ilə bağlı 6 ay müddət ərzində öz hüquqlarından istifadə edərək mirası əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etməmişlər və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirilməsi iş materialları ilə sübut olunmur. Əksinə iş üzrə şahid qismində ifadələri alınmış X20 və X11 ifadələrində miras qalmış fərdi yaşayış evi atasının adına rəsmiləşdirildiyini, atasının ölümündən sonra həmin evdə Cavabdeh anası ilə birlikdə yaşadığını, İddiaçı uzun müddət Rusiya Federasiyasında yaşadığnı, yalnız 2016-cı ildə Azərbaycana gəldiyini göstərmişlər. Bundan başqa İddiaçı X2ndan ölümündən sonra miras qalmış Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında 0.288 hektar torpaq sahəsi üzərində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 kvadratmetr, yardımçı sahəsi 36.5 kvadratmetr, ümumi sahəsi 84.9 kvadratmetr sahəsi, saray, hamam, tövlə, ayaqyolu və hasardan ibarət olan fərdi yaşayış evi ( X25 payına münasibətdə) üzərində mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətdə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməməsi, miras əmlakın faktiki qəbulu üzrə konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməməsi, onun atası mərhum X8 payına münasibətdə bu hüququn vaxtından əvvəl xitamına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyası onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mərhum X2 mərhum anası X15 ilə nikahlarını 11 oktyabr 1956-cı il tarixdə 19 nömrə ilə qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 11 avqust 1957-ci il təvəllüdlü Cavabdeh, 10 iyul 1959cu il təvəllüdlü X6, 18 yanvar 1962-ci il təvəllüdlü X18, 27 yanvar 1964-cü il təvəllüdlü X19, 18 yanvar 1971-ci il təvəllüdlü İddiaçı və 12 fevral 1976-cı il təvəllüdlü X10 adlı uşaqları olmuşdur. X2 30 iyun 2010-cu il tarixdə, anası X15 isə 29 noyabr 2020-ci il tarixdə ölmüşlər. Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında mərhum X5 mülkiyyətində olan 0.288 hektar həyətyanı torpaq sahəsində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 kvadratmetr, yardımçı sahəsi 36.5 kvadratmetr, ümumi sahəsi 84.9 kvadratmetr olan fərdi yaşayış evi, saray, hamam, tövlə, ayaqyolu və hasardan həyətyanı tikililər miras qalmışdır. Göründüyü kimi iddia olunan miras əmlak ər-arvadın birgə nikahı nikahı dövründə əldə olunmuş və həmin əmlakın yarısı mərhum Hüccət yarısı isə mərhum Heyrana məxsus olmuşdur. Belə olan halda mərhum Hüccət 2010-cu ildə ölmüş və ona düşən paya münsaibətdə vərəsələrin o, cümlədən mərhumun arvadı Heyranın miras əmlak əldə etmək hüquqları yaranmışdır. Həmin vaxt Cavabdeh hüquqlarından istifadə edərək mərhum anası ilə birlikdə miras əmlakın faktiki qəbul edərək faktiki idarəçiliyi həyata keçirmiş, digər vərəsə İddiaçı miras açıldıqdan sonra mirasın qəbul edilməsi ilə bağlı 6 ay müddət ərzində öz hüquqlarından istifadə edərək mirası əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etməmiş və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirilməmiş, həmçinin digər vərəsələr Hüccət Əhədovdan miras qalan əmlak ilə bağlı mübahisə açmamışlar. Daha sonra isə X15 29 noyabr 2020-ci il tarixdə öldüyündən ona düşən paya münsaibətdə vərəsələrin miras əmlak əldə etmək hüquqları yaranmışdır. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı mərhum X2ndan miras qalmış ona düşən hissədə payın müəyyən edilməsi və mülkiyyətinə verilməsini tələb etdiyindən məhkəmə məhz iddiaçının mərhum atası Hüccət Fətulla oğluna münasibətdə onun ölümündən sonra ondan qalan mirasın qəbulu ilə bağlı mübahisəyə hüquqi qiymət vermişdir. Bu halı İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında da təsdiq etmişdir. O, həmçinin qeyd etmişdir ki, onun hazırki iddiası mərhum atasının ölümündən sonra onun payına münasibətdə mirasın qəbulu ilə bağlıdır. O, bu mübahisədən sonra mərhum anasının ölümündən sonra miras əmlakla bağlı məhkəmədə mübahisə açmaqla iddia qaldıracaq. Məhkəmə kollegiyası onu da vurğulayır ki, İddiaçı atası mərhum X4 qalan mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə hüququndan istifadə etməməsi, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməməsi, miras əmlakın faktiki qəbulu üzrə konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməməsi, onun atası mərhum X8 payına münasibətdə bu hüququn vaxtından əvvəl xitamına səbəb olmuşdur. Bu isə mərhum anası X9 29 noyabr 2020-ci il tarixdə ölmündən sonra onun vərəsəsi kimi Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında mərhum X5 mülkiyyətində olan 0.288 hektar həyətyanı torpaq sahəsində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 kvadratmetr, yardımçı sahəsi 36.5 kvadratmetr, ümumi sahəsi 84.9 kvadrat metr olan fərdi yaşayış evinin anasına məxsus payından iddiaçının vərəsə olalaraq pay almaq hüququnu aradan qaldırmır. Mərhum anası X9 29 noyabr 2020-ci il tarixdə ölmündən sonra onun vərəsələri tərəfindən miras payın qanunla müəyyən edilmiş qaydada qəbul edilib-edilməməsi məsələsi də öz həllini tapmalıdır. Buna yalnız iddiaçının anasından miras qalmış əmlaka dair iddiası olduğu halda qanunvericiliyin tələbinə uyğun hüquqi qiymət verilə bilər. Belə olan halda İddiaçı mərhum atası Hüccət Əhədovdan miras qalmış mübahisəli mərhum X5 mülkiyyətində olan 0.288 hektar həyətyanı torpaq sahəsində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 kvadratmetr, yardımçı sahəsi 36.5 kvadratmetr, ümumi sahəsi 84.9 kvadrat metr olan fərdi yaşayış evindən atasına münasibətdə miras əmlak kimi ona düşən payın müəyyən olunaraq verilməsi tələbi təmin oluna bilməz. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçının mərhum X2nun ölümündən sonra ona münasibətdə ondan qalan mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə hüququndan istifadə etməməsi, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməməsi, miras əmlakın faktiki qəbulu üzrə konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməməsi, onun iddia tələbində göstərdiyi digər xahişlərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə İddiaçı Cavabdeh qarşı «mirasın qəbul edilməsi, miras əmlaka olan paya vərəsəlik hüququn tanınması tələbinə dair» iddiası əsassız olduğuna görə rədd edilsin” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. iddiaçının apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 2(018)- 91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tofiq Heydərov Hakimlər: Tale Kərimov Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(106)-1705/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1705/2022
13.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver