Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1713/2025 02.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı1 və onun nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakları, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxilənin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli 2(020)-1071/2025 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətəməhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxarıb MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində yerləşən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il qeydiyyat tarixli olan Çıxarışla ümumi birgə mülkiyyətlərində olan 3,3993 ha torpaq sahəsindən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli qeydiyyat tarixli Çıxarışla ümumi birgə mülkiyyətlərində olan 0.8153 ha torpaq sahəsinin 2.22 ha hissəsindən məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən qanunsuz müdaxilənin qadağan edilməsini xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu Yuxar Aran qəsəbəsində yaşayırlar. Məhkəməyə müraciət etmək üçün əsas olan mübahisənin mahiyyəti ondan ibarətdir ki, Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının 01 noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə onların ailəyə 3.3993 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Eyni zamanda onların ailə üzvləri olan X1 0,82 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. X6 2019cü ildə rəhmətə getmiş, vərəsəlik şəhadətnaməsi əsasında onun mülkiyyətində olan 0,82 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətinə keçmişdir. Mülkiyyətlərində olan torpaq sahəsinin həcmi 4.41 ha olmaqla istifadələrində olmasına baxmayaraq, Beyləqan rayonu Yuxarı Aran qəsəbə sakini Hacıyev X8 Rayon Məhkəməsində iddia qaldıraraq İddiaçı1 onun və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 01 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə JN 0006 KOD 60708018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X7 mülkiyyətinə verilmiş 4.25 ha torpaq sahəsinin 1.69 ha hissəsindən İddiaçı1 və 2.56 ha hissəsindən isə X2 çıxarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadə ilə bağlı iddiaçıya törədilən maneələrin araddan qaldırılması qət edilmişdir. Həmin qətnamədən verilən apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli 2(106)-28/2023 saylı qətnaməsi ilə Beyləqan Rayon Məhkəməsinin qətnaməsi qismən dəyişdirilmiş, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə JN 0006 KOD 60708018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X7 mülkiyyətinə verilmiş 4.25 ha torpaq sahəsinin 2.22 ha hisəsindən İddiaçı1 və 1.82 ha hissəsindən isə X2 çıxarılması qət edilmişdir. Qətnamə qüvvəsini almış, icraya yönəldilmiş, onların birgə mülkiyyətlərində olan 4.22 ha torpaq sahəsinin 2.22 ha hisəsindən çıxarılaraq, həmin torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Həmin qətnamənin qəbul edilməsinə səbəb DƏDRX-nin Beyləqan Ərazi İdarəsinin mütəxəssislərinin verdiyi rəy olmuşdur. Həmin ərəfədə ərazidə olan torpaq çatışmamazlığı ilə vətəndaşların torpaqlarının faktiki ölçüsü ilə yerdəki ölçüsü arasında uyğunsuzluq olmuşdur. Bunun aradan qaldırılması üçün torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə ‘‘Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. Həmin Fərmanın icrası ilə əlaqədar Beyləqan rayonu Yuxarı Aran qəsəbəsindədə dürüstləşmə işləri aparılmış, torpaqların faktiki vəziyəti ilə koordinatları TEKUİS sistemində yerləşdirilmişdir. Həmin sistemin məlumatlarına əsasən X12 və onun ailə üzlərinin mülkiyyətində olan torpaq sahəsinində koordinatları müəyyənləşdirilmiş və TEKUİSdə uçota alınmışdır. Lakin Cavabdeh heç bir halda Azərbaycan Respublikasının Prezidentinin Fərmanının icrası qaydasında aparılmış dürüstləşmə işinə uyğun olaraq öz mülkiyyətlərində olan torpaq sahələrinə keçməyərək onların mülkiyyətlərində olan torpaq sahəsini istifadə etməkdə davam edirlər, DƏDRX-nin mütəxəssislərinə onların mülkiyyətlərində olan torpaq sahəsini ölçüb təhkim etməyə imkan vermir. Hal-hazırda onlarpaylı mülkiyyətlərində olan həmin torpaqdan istifadə edə bilmirlər və cavabdehlərə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq qanunsuz hərəkətlərini dayandırmır. Beyləqan Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli 2(020)-1071/2025 saylı qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. İddiaçılar qərardaddan şikayət verərək, onun ləğv edilərək mülki iş üzrə məhkəmə prosesinin davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsində Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində yerləşən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il qeydiyyat tarixli olan Çıxarışla ümumi birgə mülkiyyətlərində olan 3,3993 ha torpaq sahəsindən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli qeydiyyat tarixli Çıxarışla ümumi birgə mülkiyyətlərində olan 0.8153 ha torpaq sahəsinin 2.22 ha hissəsindən məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən qanunsuz müdaxilənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Mülki iş Beyləqan Rayon Məhkəməsinin icraatına tarixdə daxil olmuş, məhkəmə xx.xx.2025-ci il tarixədək keçən 4 aylıq müddətdə məhkəmə prosesini təşkil edə bilməyərək, məhkəmə hazırlıq iclasını keçirə bilməmiş, əsassız olaraq xx.xx.2025-ci il tarixli 2(020)-1071/2025 tarixli qərardadı ilə işin icraatına Mülki Prosessual Məcəllənin 233.3cü maddəsini, 261.0.2-ci maddəsini, 170.1-ci maddəsini əsas tutaraq xitam etmişdir. Beyləqan Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticə üzrə əhəmiyyəti olan biləcək bütün faktiki halları araşdırmamışdır. Belə ki, X3 Cavabdeh və İddiaçı1 qarşı torpaq sahəsindən çıxarılma ilə bağlı olan mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının son qətnaməsində Cavabdeh ekspertiza rəyi ilə razılaşması barədə fikrini nəzərə almamışdır. Həmin rəyə əsasən müəyyən edilir ki, İddiaçı1 faktiki olaraq öz hüquqmüəyyənedici sənəd əsasında ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsini istifadə edir (həmin rəy Azərbaycan Respublikası Prezidentinin 07 mart 2026-cı il tarixli 818 saylı Fərmanı ilə yaradılmış TEKUİS sisteminin məlumatları əsasında verilmiş, həmin rəylə təsdiq olunur ki Cavabdeh hal-hazırda öz mülkiyyətində olan torpağı istifadə etmir). Bu o deməkdir ki, X7 və ailə üzlərinin (Cavabdeh daxil olmaqla) mülkiyyətində olan torpaq sahəsi İddiaçı1 tərəfindən istifadə olunmur. İlkin olaraq mübahisə yaranan zaman mütəxəssis rəyi Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilsə də, sonradan Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanı ilə yaradılmış X9 İnformasiya Sisteminin (TEKUİS) məlumatları əsasında verilmişdir ki, həmin sistem əsasında ərazidə dürüstləşmə işləri aparılmış, Cavabdeh və onun ailə üzlərinin mülkiyyətində olan torpaq sahəsinin Plan-ölçü sənədi hazırlanmış və TEKUİS və AZCAD-a inteqrasiya edilmişdir. Məhkəmə işin icraatına xitam verərəkən eyni tərəflər, eyni əsaslarla məhkəmə qətnaməsinin olmasını əsas götürmüşdür. Birincisi nə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə, nə də məhkəmə iclasında tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin və Ali Məhkəmənin qərarı məhkəməyə təqdim edilməmişdir. Belə bir sənəddən məhkəmə Cavabdeh sözündən məlumatı olmuş, həmin qətnamə və qərarlar məhkəmədə müzakirə obyekti olmamış, həmin məhkəmə aktları məhkəmə iclasında tədqiq edilsəydi, hal-hazırkı iddiaçılardan biri əvvəlki məhkəmələrdə tərəf olmuş, əsas isə tamamilə başqadır. Məhkəmənin Cavabdeh sözləri əsasında, məhkəmə aktları müzakirə olunmadığı halda həmin məhkəmə aktlarına hakimin istinad etməsi ona dəlalət edir ki, prosesdən kənar hansısa maraqlara əsasən bu mövqeyə gəlmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin maddəyə əsasən məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İddiaçı1 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, dürüstləşmə zamanı torpaq sahələrinin koordinatlarında fərqlilik müəyyən olunmuş və iddia bu yeni əsasla Beyləqan Rayon Məhkəməsində qaldırılmışdır. Dörd məhkəmə iclası təyin edilsə də, həm müddətin keçməsi, həm də müddətin uzadılması üçün vaxt qalmamışdır. Məhkəmə tərəfindən Reyestr xidmətinə əvvəlki iclaslarda göndərilmiş sorğulara cavab alınmamışdır. Göndərilmiş sorğular düzgün tərtib edilməmişdir. Çünki yeni əsas üzrə hakim tərəfindən Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarının hansı ərazidə yerləşdiyinin müəyyənləşdirilməsi barədə sorğu verilməli idi. Məhkəmə yeni halları araşdırmadan qətnamə qəbul etmişdir. İnzibati məhkəmədə qarşı tərəflə mübahisə həll edilməmiş və mahiyyəti üzrə yekunlaşdırılmamışdır. Belə ki, iddiaçının subyektiv hüququnun olmadığı bildirilmişdir. Reyestr xidməti inzibati məhkəməyə təqdim etdiyi məlumatda digər şəxsin mülkiyyət sənədinin koordinatlarının dəyişdirilməsi üçün iddiaçıların subyekt hesab edilmədiyi qeyd edilmişdir. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşı tərəfin mübahisə olunan ərazi ilə bağlı hər hansı rəsmi sənədi mövcud deyil. Həmin ərazi üzrə birinci instansiya, apellyasiya və Ali Məhkəmə tərəfindən qəbul edilmiş və iddia olunan sahənin onun istifadəsində olduğunu təsdiq edən qərarlar vardır. Reyestr idarəsi tərəfindən bildirilib ki, mübahisə predmetinə dair iddiaçıya elektron xəritə təqdim edilməsi mümkün deyil, çünki həmin ərazidə torpaq çatışmazlığı mövcuddur və yeni ölçmə aparılması üçün bütün maraqlı şəxslərin razılığı tələb olunur, lakin razılıq verilməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İŞİNHALLARİ: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh X10 və İddiaçı1n qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia təmin edilərək Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon Aqrar İslahat Komissiyasının noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə JN 0006 saylı, kod 60708018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X7 mülkiyyətinə verilmiş 4.25 ha torpaq sahəsinin 1.69 ha hissəsindən İddiaçı1 və 2.56 ha hissəsindən isə X4 çıxarılmaları, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadə ilə bağlı iddiaçıya törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmiş və Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon Aqrar İslahat komissiyasının noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə (JN0006, kod60708018 olan) “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktı ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 4.25 ha torpaq sahəsinin 2.22 ha hissəsindən İddiaçı1, 1.82 ha hissəsindən X2 çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 15 sentyabr 2025-ci il tarixli 3-21-3-45/2-5562/2025 nömrəli məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı1 xx.xx.2023-cü ildə ********** qeydiyyat nömrəli ərizə ilə daşınmaz əmlakın texniki paasportunun verilməsi zamanı yazılarda buraxılmış texniki səhvlərin düzəldilməsi ilə bağlı müraciət etmişdir. Lakin müraciətindən imtina edilmişdir. Həmin məktuba torpaq sahəsinin plan və ölçü sxeminin təsdiq edilmiş surəti də əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə tərəflər arasında mübahisəyə hüquqi qiymət verilmiş, Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon Aqrar İslahat komissiyasının noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə (JN0006, kod60708018 olan) “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktı ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 4.25 ha torpaq sahəsinin 2.22 ha hissəsindən İddiaçı1, 1.82 ha hissəsindən X2 çıxarılması qət edilmişdir. Beləlikə, məhkəmə tərkibi yekun nəticə olaraq bildirir ki, iş materiallarından da göründüyü kimi, eyni predmet barəsində, eyni əsaslarla və eyni tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur ki, bu da mülki işin icraatına xitam verilməsini zəruri edir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsaslanaraq MPM-in 170, 261, 263- 264, 268-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Şikayət təmin edilməsin və qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1713/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1713/2025
02.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver