Məhkəmə qərarları › İş №2(106)-1716/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1716/2025

24.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1716/2025 24.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsində qanunsuz inşa edilmiş qurğuların sökülməsi, fermanın və torpaq sahəsinin azad edilməklə təhvil verilməsi, dəymiş maddi ziyanın ödənilməsi və qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması” tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-5/2025 saylı, 19 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2025-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsində qanunsuz inşa edilmiş qurğuların sökülməsi, fermanın və torpaq sahəsinin azad edilməklə təhvil verilməsi, dəymiş maddi ziyanın ödənilməsi və qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonu Qosmalian kəndində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş üç ədəd artezian quyusunun sökülməsi, fermanın və torpaq sahəsinin azad edilməklə ona təhvil verilməsi, dəymiş maddi ziyan müəyyən edilməklə ödənilməsi və Cavabdeh qanunsuz hərəkətlərini davam etdirməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 2011-ci ilin əvvəllərində torpaq sahəsi almaq üçün Lerik rayonunun Qosmalian kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş X7 müraciət etmişdir. Bununla əlaqədar tərəfindən verilmiş ərizə əsasında Qosmalian kənd bələdiyyəsində müəyyən müzakirələr aparıldıqdan sonra müvafiq sənədlər tərtib olunmuş, nəhayət tərtib olunan alqı-satqı müqavilələri təsdiq olunduqdan sonra Lerik rayonunun Qosmalian kənd ərazisindən keçən çayın sağ tərəfində yerləşən 1,25 hektar torpaq sahəsi və sol tərəfində yerləşən 5,25 hektar torpaq sahəsi, habelə çaydan bir qədər yuxarı hissədə 3,5 hektar torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında 06 aprel 2011-ci il tarixli ******* №-li, ******* №-li və ******* №-li çıxarışlar, eləcə də həmin torpaq sahələrinin plan və ölçülərinə dair hüquq müəyyənedici sənədlər bir daha təsdiq edir. Lerik rayonunun Qosmalian bələdiyyəsindən satın alınmış cəmi 10 hektar torpaq sahəsinin əldə olunmasında məqsədi heyvandarlığın və kənd təsərrüfatının inkişafı ilə bağlıdır. O, həmin torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında əldə etdikdən sonra 2011-ci ildən 2019-cu ilə kimi orada kartof əkinini həyata keçirmiş olsa da, eyni zamanda orada 30 metr uzunluğunda ferma inşa etdirməklə, eləcə də 150 ədəd qoyun almaqla həmin fermada yerləşdirilməsini təmin etmişdir. Bütün bu işləri o, bilavasitə deyil, Lerik qəsəbəsində yaşayan nümayəndəsi X1 vasitəsi ilə həyata keçirmişdir. Həmin 10 hektar torpaq sahəsində hər il əkdikləri tonlarla kartofdan (15-20 ton) istehsal etməklə gəlir əldə etmişlər. Onun qoyunçuluğun inkişafı ilə bağlı da gəlirləri kifayət qədər olmuşdur. Yəni ilkin mərhələdə aldıqları 150 ədəd qoyunların sayı sonrakı illərdə surətlə artmaqla gəlir götürməklərinə zəmin yaratmışdır. Bütün bu işlərin idarəçiliyini etibarnamə əsasında nümayəndəsi olan X4 həyata keçirsə də, həmin torpaq sahəsində yerləşən fermada heyvanların saxlanması ilə bağlı bütün işlər Qosmalian kənd sakini, yəni hazırki iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən həyata keçirilmişdir. Cavabdeh hörmətlə yanaşmağı, ona kifayət qədər əmək haqqı ödəməyi, digər işlərində də ona kömək etməyi öz “nəticəsini” vermişdir. Yəni 2019-cu ilin əvvəllərində Cavabdeh açıq-aşkar özbaşınalıq nümayiş etdirməklə nümayəndəsi X1 tələb və iradlarına məhəl qoymadan həmin torpaq sahəsində yerə basdırılmış payaları və onlara vurulmuş tikanlı məftilləri sökərək faktiki olaraq torpaq sahəsini zəbt etmişdir. Özü bilavasitə onunla danışmasa da, nümayəndəsi X4 və eləcə də həyat yoldaşı X6 dəfələrlə onunla söhbət etməklə hərəkətlərinin qanunsuz olduğunu, buna görə məsuliyyət daşıyacağını, törətdiyi hərəkətlərin heç bir qanuni əsasının olmadığını xatırlatmaqla qeyd olunan qanunsuz hərəkətləri davam etdirməməsi tələbi qoyulsa da, heç bir nəticəsi olmamışdır. Əksinə Cavabdeh qanunsuz hərəkətlərini davam etdirməklə mübahisəli torpaq sahəsində üç yerdə artezian quyuları qazdırmaqla istifadə etmişdir. Onun tərəfindən inşa etdirilmiş fermada isə özünə məxsus heyvanları saxlayır. Bundan əlavə Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində 2018ci ildə və 2019- cu ilin mart ayında əkdiyi 475 ədəd alma və armud ağaclarını yerindən çıxarmaqla ona külli miqdarda ziyan vurmuşdur. Həmin torpaq sahəsinin bir hissəsində ilin müəyyən vaxtlarında ot biçinini də həyata keçirmişlər. Onun bu hərəkətlərinin nəticəsi olaraq ona 2019-2020-ci illərdə külli miqdarda ziyan dəymişdir. Bununla əlaqədar etdiyi şikayətlərlə bağlı olaraq Lerik rayon polis şöbəsində araşdırma aparılarkən dəymiş ziyan ancaq əkilmiş ağacların dəyəri ilə əlaqələndirilsə də, bu mövqe qanunun tələblərinə uyğun olmamışdır. Yəni ona dəymiş ziyan təkcə 10 hektar torpaq sahəsində əkilmiş 475 ədəd alma və armud tingləri ilə bağlı deyildir. Onun iki il ərzində həmin ağacların əkilməsinə, onlara qulluq göstərilməsinə qoyulan sərmayə də dəymiş ziyan kimi nəzərə alınmalıdır. Yuxarıda qeyd etdiyi kimi 10 hektar torpaq sahəsinin ətrafında yerə basdırılmış payalar, onlara vurulmuş tikanlı məftillərə də xərc çəkilmişdir və payaların yerdən çıxarılması, tikanlı məftillərin sökülərək yararsız vəziyyətə gətirilməsi əlavə ziyanın vurulmasına gətirib çıxarmışdır. Bundan əlavə qeyd etdiyi kimi, hər il onlar həmin 10 hektar torpaq sahəsinin əksər hissəsində kartof əkinini həyata keçirir və hər il götürdükləri məhsul 15-20 ton civarında olurdu. Qeyd etdiyi xüsusatların təsdiqi qismində o, müvafiq qaydada həmin torpaq sahəsinə aid şəkilləri çəkdirməklə hazırki iddia ərizəsinə əlavə etmişdir. Yəni iddia ərizəsinə əlavə etdiyi 01, 02 və 03 saylı şəkillər o halları təsdiq edir ki, Cavabdeh həmin sahədə ot biçinini həyata keçirir və orada olan meyvə ağaclarının məhsulunu dərməklə özü istifadə edir. İddia ərizəsinə əlavə etdiyi 04, 05 və 06 saylı şəkillərdən göründüyü kimi cavabdeh Ə.Ələkbərov mübahisəli torpaq sahəsində arpa və buğda əkinini həyata keçirməklə kifayət qədər gəlir götürür. İddia ərizəsinə əlavə etdiyi 07 saylı şəkillə bağlı qeyd edir ki, Cavabdeh həmin torpaq sahəsində ot biçinini həyata keçirmiş və orada torpaq sahəsi “tərtəmiz” vəziyyətdədir. Bütün bu halları qeyd etməyi onunla bağlıdır ki, mülkiyyətində olan torpaq sahəsindən özü gəlir götürməkdənsə, Cavabdeh gəlir götürür və hazırki dövrə qədər ona ziyan vurmaqla bağlı hərəkətlərini davam etdirir. Bütün bunlarla əlaqədar hesab edir ki, işin məhkəmə iclasında mütəxəssis dəvət edilməklə dəymiş ziyanın hesablanması və ona ödənilməsi təmin edilməlidir. Onu da qeyd edir ki, işin məhkəmə iclasında mütəxəssis dəvət edilərkən qeyd etdiyi hallarla bağlı ona dəymiş ziyan müəyyən edilməklə yanaşı, eyni zamanda Cavabdeh əldə etdiyi gəlir də hesablanmalıdır. Lakin Cavabdeh 2019-cu ilin əvvəllərindən başlayaraq etdiyi qanunsuz hərəkətləri ilə əlaqədar o, mülkiyyət hüququnu reallaşdıra bilmədiyindən, torpaq sahəsindən istifadə edə bilmədiyindən, gəlir, bəhər götürə bilmədiyindən, torpaq sahəsi əlverişsiz vəziyyətə salındığından ona külli miqdarda ziyan dəymişdir. Hazırki dövrə kimi ona dəymiş ziyanın təxmini məbləğini hesablamış və həmin maddi ziyan təxminən 40-45000 manat civarındadır. O, iddia ərizəsində hazırki dövrə qədər ona dəymiş ziyan barədə məhkəməyə məlumat verir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışlardan, torpaq sahəsinin plan və ölçüsü ilə bağlı olan sənədlərdən göründüyü kimi o, torpağın mülkiyyətçisidir. Cavabdeh isə nə mülkiyyətçi, nə icarəçi və nə də istifadəçi deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lerik Rayon Məhkəməsinin 2(048)-5/2025 saylı, 19 avqust 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Yusif Zeynalov) iddianın qismən təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) Çıxarışa və xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki istifadə edilən 1,0 ha hissəsində Cavabdeh məxsus artezian quyusu və süni sututar sökülməklə 1 ha torpaq sahəsi zəbtdən azad edilərək boşaldılması və İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Lerik Rayon Məhkəməsinin 2(048)-5/2025 saylı, 19 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini Lerik Rayon Məhkəməsinin 2(048)-5/2025 saylı, 19 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə hər hansı məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Lerik Rayon Məhkəməsinin 2(048)-5/2025 saylı, 19 avqust 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lerik Rayon Məhkəməsinin 2(048)-5/2025 saylı, 19 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarından olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmuş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) çıxarışdan və ona əlavə xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Lerik rayonu, Qosmalian kəndində yerləşən 1,25 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla İddiaçı mülkiyyətindədir. İş materiallarından olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinden əldə olunmuş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) çıxarışdan və ona əlavə edilmiş xx.xx.2011-ci il tarixli, **********11 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Lerik rayonu, Qosmalian kəndində yerləşən 3,5 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla İddiaçı mülkiyyətindədir. İş materiallarından olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən əldə olunmuş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) çıxarışdan və ona əlavə edilmiş xx.xx.2011-ci il tarixli, **********10 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Lerik rayonu, Qosmalian kəndində yerləşən 5,25 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla İddiaçı mülkiyyətindədir. İş materiallarından olan Lerik rayon Polis şöbəsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən qəbul edilmiş 25 aprel 2019-cu il tarixli qərardan görünür ki, X3 məxsus meyvə tinglərinin hər hansı bir şəxs tərəfindən oğurlanması faktı təsdiqini tapmadığından toplanmış material üzrə həmin xüsusata görə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarından olan Lerik rayon Polis şöbəsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 14 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Lerik rayonu, Qosmalian kənd sakini X1 döyülərək xəsarət alması təsdiq olunmadığından, ictimai qaydanın pozulması və 350 ədəd ağacın oğurlanması aşkar edilmədiyindən həmçinin dəymiş ziyan xeyli miqdarı təşkil etmədiyindən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir İş materiallarından olan məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2025-ci il tarixli 10/4117 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1269/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) Çıxarışa, xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölç”sü”nə əsasən İddiaçı mülkiyyətində olan 1,25 ha, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəl) Çıxarışa, xx.xx.2011-ci il tarixli, **********11 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 3,5 ha və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli ) Çıxarışa, xx.xx.2011-ci il tarixli, **********10 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan 5,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sərhədləri müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dovlet reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) Çıxarışa, xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh məxsus artezian quyusunun ve süni sututarın və İddiaçı məxsus qeyri-yaşayış tikilisinin bir hissəsinin yerləşməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) Çıxarışa, xx.xx.2011-ci il tarixli, **********10 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 5,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıya məxsus qeyri-yaşayış tikililərin yerləşməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) Çıxarışa, xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,0 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Cavabdeh istifadəsində olan həmin 1,0 ha torpaq sahəsinin üzərində yuxarıda qeyd olunduğu kimi Cavabdeh məxsus artezian quyusunun və süni sututarın mövcud olması müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan digər 3,5 ha və 5,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin isə Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı Cavabdeh qarşı iddia irəli sürərək, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbt edilən hissəsindən çıxarılmasını və tikililərin sökülməsini tələb edir. İddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 152.1,152.5 və 157.2-ci maddələri və Torpaq məcəlləsinin 84, 111-ci maddələri təşkil edir. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmuş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) çıxarışdan və ona əlavə xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Lerik rayonu, Qosmalian kəndində yerləşən 1,25 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla İddiaçı mülkiyyətindədir. İddiaçıların subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi, edilmişdirsə hansı hissəsinin zəbt edilməsinin müəyyən edilməsindən ibarətdir. İşə baxmış birinci instansiya məhkəməsi bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, iddiaçı Lerik rayon Qosmalian kəndində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş üç ədəd artezian quyularının sökülməsi, fermanın və torpaq sahəsinin azad edilməklə ona təhvil verilməsi, dəymiş maddi ziyanın müəyyən edilməklə ödənilməsi və Cavabdeh qanunsuz hərəkətlərini davam etdirməsinə qadağa qoyulmasını xahiş edir. İş üzrə ekspert rəyinə əsasən araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011- ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) Çıxarışa, xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,0 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi, Cavabdeh istifadəsində olan həmin 1,0 ha torpaq sahəsinin üzərində yuxarıda qeyd olunduğu kimi Cavabdeh məxsus artezian quyusunun və süni sututarın mövcud olması müəyyən olunmuşdur. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur.. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməklə cavabdehin onun torpaq sahəsindən çıxarılması və yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək hüququ üçün əsaslar da yaranmışdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddia qismən təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya MA ******* nömrəli) Çıxarışa və xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki istifadə edilən 1,0 ha hissəsində Cavabdeh məxsus artezian quyusu və süni sututar sökülməklə 1 ha torpaq sahəsi zəbtdən azad edilərək boşaldılmalı və İddiaçı qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lerik Rayon Məhkəməsinin 2(048)-5/2025 saylı, 19 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 2(048)-5/2025 saylı, 19 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar