Məhkəmə qərarları › İş №2(106)-1720/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1720/2024

01.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1720/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı cavabdeh "Cənub Mənzil Tikinti” Kooperativinə qarşı “mənzilin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddiası və; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər X7, X4, X2, X8, X9 qarşı "alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin (hakim Murad Aslanov) 16 avqust 2023-cü il tarixli, 2(049)-119/2023 saylı qətnaməsindən qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil3 və Maraqlı şəxs2 nümayəndəsi və vəkili X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər X7, X4, X2, X8, X9 qarşı “alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(049)-119/2023 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, "xxxx" MTK tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzilin, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzilin, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m sahədən ibarət 19 saylı mənzilin təhvil-təslim aktı ilə İddiaçı təhvil verilməsi, "xxxx" MTK tərəfindən mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələrin "xxxx" MTK-ya qadağan edilməsi, qarşılıqı iddianın baxılmamış saxlanılması, ilkin iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh Cənub MTK-dan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda qətnamədən qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil3 və Maraqlı şəxs2 nümayəndəsi və vəkili X5 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin mümkünlüyü məsələsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəni dinləyib, təqdim olunmuş apellyasiya şikayətlərini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Göründüyü kimi, hazırda apellyasiya şikayəti verən qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil3 və Maraqlı şəxs2 nümayəndəsi və vəkili X5 iş üzrə tərəf deyillər. Sadəcə onlar qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edirlər. Birinci instansiya məhkəməsi apellyasiya şikayətlərinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu yoxlayarkən, apellyasiya şikayəti verən şəxsləri məhkəmə iclasına dəvət etməmiş, qətnamənin onların hansı hüquq və maraqlarına toxunduğunu aydınlaşdırmadan işi birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Göründüyü kimi, Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(049)- 119/2023 saylı qətnaməsinin hazırda apellyasiya şikayəti verən şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 hansı hüquq və maraqlarına toxunması kollegiya üçün anlaşılan deyil və bu hal birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 357-ci maddəsinin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(049)-119/2023 saylı qətnaməsindən qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs Maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil3 və Maraqlı şəxs2 nümayəndəsi və vəkili X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Mülki iş Maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil3 və Maraqlı şəxs2 nümayəndəsi və vəkili X1 apellyasiya şikayətlərinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar