Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1732/2024 04.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi kolxozda işləməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(022)-745/2024 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 1990, 1991, 1992, 1993, 1994-cü illərdə Biləsuvar rayon Əliabad kəndində fəaliyyətr göstərən H.Cavid adına kolxozda işləmə faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi hazırda Biləsuvar rayonu, Əliabad kəndində qeydiyyatda olmaqla yaşayır. 1978-1982-ci illərdə Telman adına kolxozda kolxozçu kimi işləmişdir. Buna dair Biləsuvar rayon Dövlət arxivi idarəsinin 31 avqust 2023- cü il tarixli 3-48- 10RA/2-23 saylı arayışı vardır.Həmin illər kolxoz tərəfindən Ərizəçi adına əmək kitabçası tərtib olunmamışdır. 1990-1998-ci illərdə kəndlərindəki H.Cavid adına kolxozda işləmişdir. 1990, 1991, 1992, 1993, 1994-cü illərə aid sənədlər kolxozun inzibati binasında yanğın zamanı yanmışdır. Buna dair sənəd də vardır. 1995, 1996, 1998-ci illərdə həmin kolxozda işləməyinə dair sənədlər isə arxiv idarəsinə verilmişdir. Hazırda ərizəçidən asılı olmayan səbəblərdən 1990, 1991, 1992, 1993, 1994-cü illərdə kəndlərindəki H.Cavid adına kolxozda isləməyi ilə bağlı lazımi sənədləri başqa qaydada ala bilmir və itirilmiş sənədlərin bərpası mümkün deyil. Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına arxiv sənədini göndərsə də orada kəndlərindəki H.Cavid adına kolxozda 1990, 1991, 1992, 1993, 1994- cü illərə aid sığorta stajı müəyyən olunmadığından pensiya məsələsi həll olunmayacaq. Ərizəçi hazırda ondan asılı olmayan səbəblərdən kolxozda işləməyinə dair sığorta stajının ona aid olmasını təsdiq edən lazımi sənədləri ala bilmədiyini,məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını və hazırki məsələ pensiya ilə bağlı ərizəçiyə lazım olduğunu qeyd etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadəsinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq Nümayəndə1 ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir Biləsuvar Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(022)-745/2024 saylı qətnaməsi (Mədinə Rəsulova) ilə, Ərizəçi ərizəsinin təmin edilməsi, Ərizəçi 1990, 1991, 1992, 1993, 1994-cü illərdə Biləsuvar rayonunda fəaliyyət göstərmiş H.Cavid adına kolxozda işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Qətnamədə qeyd edilmiş 1990, 1991, 1992, 1993, 1994-cü illərdə şahidlərin və Ərizəçi əmək fəaliyyəti dövrləri(müvafiq ay, gün) göstərilmədiyindən Ərizəçi və şahidlərin eyni dövrdə eyni müəssisədə işləməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə sözügedən dövrləri tam aydınlaşdırmamış və əsassız qətnamə qəbul etmişdir. Ərizəçi iştirakını təmin etdiyi şahidlərin ifadələri mötəbər olmamışdır. Sözügedən şahidlərin qeyd edilən kolxozda işlədiyini təsdiq edən sənədlərin mötəbərliyinə dair əsaslı şübhələr aşkarlanmışdır. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(022)-745/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, Biləsuvar Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(022)-745/2024 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Biləsuvar Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(022)-745/2024 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini ərizəçi tərəfindən təqdim edilmiş sübutların iddia tələbinin təmin olunması üçün kifayət etməsi ilə əsaslandırmışdır. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Ərizəçi 1990-1994-cü illərdə Biləsuvar rayonu H.Cavid adına kolxozda işləməsini təsdiq edən sənədləri almaq imkanı yoxdur. Belə ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilən sənədlər əsasında müəyyən edilmişdir ki, 1995-ci il tarixdə H.Cavid adına kolxozda baş verən yanğın nəticəsində hazırda Ərizəçi həmin dövrdəki əmək fəaliyyəti ilə bağlı sənədlərin əldə olunması və bərpası mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan maraqlı şəxsin nümayəndəsi Biləsuvar Rayon Məhkəməsinin 2(022)348/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlayarkən müəyyən etmişdir ki, hazırkı ərizə birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq norması pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1964-cü il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində doğulmuşdur. İş materiallarında olan Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən verilmiş 31 avqust 2023cü il tarixli, 3- 48-10RA/2-231-2023 saylı arayışdan görünür ki, Ərizəçi 1978-1982-ci illərdə Puşkin rayonu Telman adına kolxozda və 1995, 1996, 1998-ci illərdə Biləsuvar rayon Hüseyn Cavid adına kolxozda işləmişdir. Həmin sənəddə Hüsey Cavid adına kolxozun 1990-1994-cü illərə aid arxiv sənədləri Biləsuvar rayon Dövlət Arxivinə verilməmişdir. İş materiallarında olan X2 ******* nömrəli əmək kitabçasına əsasən 1991- 1995-ci illərdə Biləsuvar rayon H.Cavid adına kolxozda baytar-feldşer və kolxoz üzvü vəsifəsində işləmişdir. İş materiallarında olan X1 əmək kitabçasına əsasən 1990-1996-cı illərdə Biləsuvar rayon H.Cavid adına kolxozda inşaat briqadiri vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası FHN DYMX-nin Biləsuvar rayon Dövlət yanğından mühafizə hissəsi tərəfindən verilmiş 3-18-168/2-Q-1-42/2024 nömrəli arayışa əsasən xx.xx.1995-ci il tarixdə rayonun Hüseyn Cavid adına kolxozun inzibati idarə binasında yanğın baş vermişdir. Ərizəçi tələbindən müəyyən edilir ki, o, hazırda Biləsuvar rayonu, Əliabad kəndində qeydiyyatda olmaqla yaşayır. 1978-1982-ci illərdə Telman adına kolxozda kolxozçu kimi işləmişdir. Buna dair Biləsuvar rayon Dövlət arxivi idarəsinin 31 avqust 2023- cü il tarixli 3-48- 10RA/2-23 saylı arayışı vardır. Həmin illər kolxoz tərəfindən Ərizəçi adına əmək kitabçası tərtib olunmamışdır. 1990-1998-ci illərdə kəndlərindəki H.Cavid adına kolxozda işləmişdir. 1990, 1991, 1992, 1993, 1994-cü illərə aid sənədlər kolxozun inzibati binasında yanğın zamanı yanmışdır. Buna dair sənəd də vardır. 1995, 1996, 1998-ci illərdə həmin kolxozda işləməyinə dair sənədlər isə arxiv idarəsinə verilmişdir. Hazırda ərizəçidən asılı olmayan səbəblərdən 1990, 1991, 1992, 1993, 1994-cü illərdə kəndlərindəki H.Cavid adına kolxozda isləməyi ilə bağlı lazımi sənədləri başqa qaydada ala bilmir və itirilmiş sənədlərin bərpası mümkün deyil. Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına arxiv sənədini göndərsə də orada kəndlərindəki H.Cavid adına kolxozda 1990, 1991, 1992, 1993, 1994- cü illərə aid sığorta stajı müəyyən olunmadığından pensiya məsələsi həll olunmayacaq. Ərizəçi hazırda ondan asılı olmayan səbəblərdən kolxozda işləməyinə dair sığorta stajının ona aid olmasını təsdiq edən lazımi sənədləri ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə 24 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Kollegiya qeyd edir ki, məhkəmələrdə müraciətlərə (ərizələrə) baxılmasının prosessual qaydasını tənzimləyən Mülki Prosessual Məcəllənin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri təsbit edilmişdir. Həmin maddəyə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə uyğun olaraq, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında göstərilmişdir ki, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən belə işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur. Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri). Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər. Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); - həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); - hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir (S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il il tarixli qərarı) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən hüquq normalarının da təhlilindən görünür ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hazırkı işdən də görünür ki, Ərizəçi 1990-1998-ci illərdə kəndlərindəki H.Cavid adına kolxozda işlədiyini, 1990, 1991, 1992, 1993, 1994-cü illərə aid sənədlər kolxozun inzibati binasında yanğın zamanı yandığını, ondan asılı olmayan səbəblərdən 1990, 1991, 1992, 1993, 1994-cü illərdə kəndlərindəki H.Cavid adına kolxozda isləməyi ilə bağlı lazımi sənədləri başqa qaydada ala bilmədiyini, bu faktın müəyyən olunmaması isə onun əmək pensiyası növündən istifadə etmək hüququnun məhdudlaşdırılması ilə nəticələnə biləcəyi nəzərə alıb yuxarıda qeyd oluanan illərdə kolxozda işləmə faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirsədə həmin faktın müəyyən edilməsinin ərizəçi üçün hansı hüquqi nəticələr doğurması və onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olmasının nədə ifadə olunması müəyyən edilmir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi bu halları nəzərə almadan ərizəyə mahiyyəti üzrə hüquqi qiymət verməklə qətnamə qəbul etmişdir. Halbuki məhkəmə ilk öncə müəyyən etməliydi ki, əgər ərizəçi pensiya hüququnun işlədiyi illər nəzərə alınmaqla təmin edilməsini istəyirsə o, bununla bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etməli, Dövlət Sosial Müdafiə Fondu bundan imtina etdiyi təqdirdə isə buna müvafiq olaraq növbəti prosessual hərəkətlərin edilməliydi. Göründüyü kimi ərizəçinin məhkəmə qaydasında tələb etdiyi 1990, 1991, 1992, 1993, 1994-cü illərdə Biləsuvar rayon Əliabad kəndində fəaliyyət göstərən H.Cavid adına kolxozda işləmə faktının müəyyən olunması ilə bağlı məhkəmədən qabaq səlahiyyətli orqana müraciət etmək imkanı olmuş, lakin bu qaydada riayət etməmiş, bununla da işin məhkəmədən qabaq həlli qaydalarına riayət etməmişdir. Sadalanan prosessual normaların mənasına görə, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş ərizəni baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin; 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə bu hlda ərizə baxılmamış saxlanılır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(022)-745/2024 saylı qətnaməsi qismən ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 260.1, 260.4, 372.1, 372.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(022)-745/2024 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi kolxozda işləməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1732/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1732/2024
04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver