Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1737/2025 18.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 (Mamedov Guseinağa) qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması, yolun açılması və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi» barədə iddia ərizəsinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər : torpaq sahəsindən çıxarılma. Şirvan şəhəri, 18 dekabr 2025-ci il X34 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh X22 (Hüseynağa Museyib oğlunun) vəkili X14 iştirakları ilə, İddiaçı cavabdeh (Mamedov Guseinağa) X6 qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması, yolun açılması və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi» barədə iddia ərizəsinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin (hakim: Z.Zeynalov) 01 sentyabr 2025-ci il tarixli, 2(050)-136/2025 saylı qətnaməsindən cavabdeh X22 (Hüseynağa Museyib oğlunun) nümayəndəsi (vəkili) X24 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh X6 (Mamedov Guseinağa) qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ona və ailə üzvlərinə məxsus Masallı rayonu, Mişkəmi (Hişkədərə) kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1997-ci il tarixli, 166 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulların istehsalı üçün verilmiş 1.86 ha torpaq sahəsindən qanunsuz istifadəsinə qadağa qoyulması, onun həmin zəbt enilmiş torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadəyə görə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1997-ci il tarixli, 166 nömrəli qərarı ilə ona və ailə üzlərinə kənd təsərrüfatı məhsulların istehsalı üçün 1.86 ha pay torpağı verilmişdir. Bu barədə onlara müvafiq Dövlət Aktı da verilmişdir. Qonşuluqda yerləşən torpaq sahəsinin istifadəçisi X20 onların istifadələrində olan torpaq sahəsini qeyri-qanuni olaraq zəbt etmiş, həmin torpaq sahəsindən istifadə edir. Cavabdeh torpaq sahəsinin boşaldılması barədə xəbərdar edilməsinə baxmayaraq Müseyib Məmmədov torpaq sahəsini boşaltmamışdır. Sonda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-104/2016 saylı, 04 mart 2016-cı il tarixi qətnaməsi ilə iddia tələbləri təmin edilərək cavabdeh X13 iddiaçılara məxsus Masallı rayonu, Mişkəmi (Hişkədərə) kəndində yerləşən 0.46 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və cavabdeh X20 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. X20 məhkəmə qətnaməsi çıxdıqdan bir müddət yəni 2016-cı ildə vəfat etmişdir. Məhkəmə qətnaməsi ilə ona və ailə üzvlərinə aid olan torpaq sahəsi onlara verildikdən sonra o, torpaq sahəsinin sərhədlərini müəyyənləşdirmək üçün DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsindən mütəxəssislər çağırmışdır ki, sərhədlərini dəqiqliklə ona göstərsinlər və o, ora nişan vursun. Belə də olmuş həmin idarənin mütəxəssisləri gəlib torpaq sahəsinin sərhədlərini göstərmişlər və o, orada nişan vurmuşdur. Lakin onlar həmin torpaq sahəsini istifadə edə bilməmişlər. X30 öldükdən sonra onun övladları həmin torpaq sahəsini zəbt etməyə başlamışlar. Cavabdehdə mərhum Müseyib Məmmədovun oğludur. Dəfələrlə cavabdehə mərhum atasının səhvini təkrarlayıb onlara aid olan məhkəmə qətnaməsi ilə də təsdiq olunan torpaq sahəsindən çıxmasını bildirsə də cavabdeh buna məhəl qoymamışdır. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, aralarında razılaşmaq istəmişlər. Onlara bildirmiş ki, təklif edilən torpaq sahəsinin sənədləri vardırsa razılaşar. Lakin ona təklif edilən torpaq sahəsi ilə bağlı sənəd təqdim etməmişlər. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (Mamedov Guseinağa) X11 iddianı qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsi ona verilmişdir və o çox müddətdir ki oradan istifadə edir. İddiaçının sənədi saxtadır. Bununla bağlı icra hakimiyyəti başçısına şikayət etmiş və o məsələni nəzarətə götürmüşdür. Öz aralarında razılaşmaq istəmişlər, lakin iddiaçı razılaşmamışdır. Cavabdeh mübahisəli torpaq sahəsinin əvəzində ona başqa torpaq sahəsi vermək niyyətində olmuşdur. Masallı Rayon Məhkəməsinin 01 sentyabr 2025-cü il tarixli, 2(050)-136/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh (Mamedov Guseinağa) X1 rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1997-ci il tarixli, 166 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulların istehsalı üçün verilmiş Masallı rayonu, Mişkəmi kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 1.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.34 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh (Mamedov Guseinağa) X2 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X7 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************6, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulması və cavabdeh (Mamedov Guseinağa) X2 mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X4 (Mamedov Guseinaga) nümayəndəsi (vəkili) X24 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə Masallı rayon AİK-nın 1997-ci 11 noyabr tarixli 166 nömrəli qərarı ilə Dövlət Aktı (JN:0078-KOD ********) əsasında ona və ailə üzvlərinə cizgidə göstərilmiş sərhəd daxilində 1,47 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Cavabdehin qonşuları da Məmmədov Həsənağa, Məmmədov Ərəstun və Məmmədov Məmmədağa adlı qardaşları olmuşdur. X36 da göründüyü kimi Aktda cavabdehin mərhum atası X13 adı olmamaışdır. İddiaçının mübahisələndirdiyi torpaq sahəsini 2020-ci ilədək cavabdeh istifadə etmişdir. İddiaçı 2020-ci ilin əvvəllərində cavabdehə demişdir ki, “sənin istifadə etdiyin torpaq sahəsinin içində mənim 46 sot torpaq sahəm var”. Bundan sonra o, Cəlilabad torpaq şöbəsinə getmiş, orada ona demişlər ki, “iddiaçının torpaq sahəsi sənin torpaq sahənlə üst-üstə düşür”. Həmçinin ölçü işləri aparıldıqda müəyyən olunub ki, onun torpaq sahəsi də sənəddə olduğu qədər deyil, əskikdir. Buna baxmayaraq qardaşı Məmmədov Həsənağa ona demişdir ki, demişdir ki, Arzumanın evinə yaxın torpaq sahəsinin qonşuluğunda onun 57 sot torpaq sahəsi var. Arzumanla razılaşırlar ki, həmin torpaq sahəsindən Arzuman istifadə etsin. Arzuman da razılaşmışdır. 4-5 ildir ki, həmin torpaq sahəsindən də iddiaçı istifadə edir. O, həmin qətnaməni qanunsuz və əsassız hesab edir. Bu səbəbdən də qətnamədən apellyasiya şikayəti vermişdir. Digər tərəfdən onun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1,47 ha torpaq sahəsinə dair Dövlət Aktı da hissəvi də olsa ləğv edilmədiyi halda, hesab edir məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin vəkili X24 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, əvvəlki Masallı Rayon Məhkəməsinin 2(050)-104/2016 saylı, 04 mart 2016-cı il tarixi qətnaməsi ilə cavabdeh X13 onlara məxsus 0.46 ha torpaq sahəsindən çıxarılması qət edilsə də hazırkı qətnamə ilə cavabdehin onlara məxsus 1.34 ha torpaq sahəsindən çıxarılmasını qət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh X11 (Mamedov Guseinaga) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdehin nümayəndəi (vəkili) apellyasiya şikayəti verərək şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan; - JN-0099 kod 80523059 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noaybr 1997-ci il tarixli, 166 nömrəli qərarı ilə Masallı rayonu, Mişkəmi kəndində X8, X15, X16, İddiaçı, X25 və X18 1.86 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. - JN-0078 kod 80523059 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noaybr 1997-ci il tarixli, 166 nömrəli qərarı ilə Masallı rayonu, Mişkəmi kəndində X17, X6, X5, X9 və X10 1.47 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 04 mart 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Masallı rayonu, Mişkəmi kəndi “Mişkəmi“ birgə kəndli fermer təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində Torpağa müfkiyyət hüququna dair JN0099 nömrəli Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş (üç hissəli 99/1.16 ha, 99A/0.46 ha və 99/0.24 ha) cəmi 1.86 ha torpaq sahəsi olsa da, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisələndirilən iki hissənin 99/0.96 ha **********22) və 99A/0.38 ha, cəmi 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Masallı rayonu, Mişkəmi kəndi ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisələndirilən iki hissənin 99/0.96 ha (**********22) və 99A/0.38 ha, cəmi 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddia tələbinə görə cavabdeh X3 faktiki istifadəsində olan metal torla çəpərlənmiş ərazinin hüdudları daxilində yerləşmə vəziyyəti, ölçüləri və koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 02 iyun 2025-ci il tarixli, 10/2379 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1928/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu, Mişkəmi kəndi "Mişkəmi” birgə kəndli fermer təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində Torpağa mülkiyyət hüququna dair JN-0099 nömrəli Dövlət Aktı ilə İddiaçı Terlan oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş (üç hissəli 99/1.16 ha, 99A/0.46 ha və 99L/0.24 ha) cəmi 1.86 ha torpaq sahəsi olsa da, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisələndirilən iki hissənin 99/0.96 ha (**********22) və 99A/0.38 ha, cəmi 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır). Masallı rayonu, Mişkəmi kəndi ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisələndirilən iki hissənin 99/0.96 ha (**********22) və 99A/0.38 ha, cəmi 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddia tələbinə görə cavabdeh X3 faktiki istifadəsində olan metal torla çəpərlənmiş ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir, (yerləşmə vəziyyəti, ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh tərəf narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili cavabdehin mübahisəli torpaq sahəsindən, həmin torpaq sahəsi ona verildiyi vaxtdan 2020-ci il tarixinədək istifadə etməsi, qardaşına məxsus olan 57 sot torpaq sahəsini qarşılıqlı razılaşma ilə iddiaçının istifadəsinə verməsi və iddiaçının həmin torpaq sahəsindən artıq 4-5 il istifadə etməsindən ibarətdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi və ya zəbt edilib-edilməməsi ilə bağlı ekspertiza keçirilmiş, ekspert rəyi ilə müəyyən edilmişdir ki, Masallı rayonu, Mişkəmi kəndi "Mişkəmi” birgə kəndli fermer təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində Torpağa mülkiyyət hüququna dair JN-0099 nömrəli Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş (üç hissəli 99/1.16 ha, 99A/0.46 ha və 99L/0.24 ha) cəmi 1.86 ha torpaq sahəsi olsa da, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisələndirilən iki hissənin 99/0.96 ha (**********22) və 99A/0.38 ha, cəmi 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Masallı rayonu, Mişkəmi kəndi ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında mübahisələndirilən iki hissənin 99/0.96 ha (**********22) və 99A/0.38 ha, cəmi 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh X3 faktiki istifadəsində olan metal torla çəpərlənmiş ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Bildiyimiz kimi mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.86 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 1.34 ha hissəsini cavabdehin istifadə etməsi müəyyən edilmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq cavabdehin qanunsuz sahibliyi və istifadəsindədir. Kollegiya apellyasiya şikayətinin cavabdehin mübahisəli torpaq sahəsindən həmin torpaq sahəsi ona verildiyi vaxtdan 2020-ci il tarixinədək istifadə etməsi, qardaşına məxsus olan 57 sot torpaq sahəsini qarşılıqlı razılaşma ilə iddiaçının istifadəsinə verməsi və iddiaçının həmin torpaq sahəsindən artıq 4-5 il istifadə etməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı bildirmişdir ki, həmin torpaq sahəsi onlara deyil, cavabdehin qardaşına ayrılmış torpaq sahəsidir. Həmin torpaq sahəsini hazırda mübahisə predmeti olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Cavabdehin qeyd etdiyi qardaşına aid torpaq sahəsi onlara məxsus digər torpaq sahəsi ilə razılaşdırılmaqla istifadə edilmişdir. Yuxarıda şərh edilənlərə əsasən Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 2(050)-136/2025 saylı qətnaməsi cavabdeh X4 (Mamedov Guseinağa) apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1737/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1737/2025
18.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver