Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-174/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X52 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçı və cavabdeh İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil1, iddiaçı və Cavabdeh1, onun, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 vəkili, eyni zamanda nümyəndəsi Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən digər üçüncü şəxslərdən X13 iştirakları ilə, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Biləsuvar rayon notariat ofisinə qarşı “miras qalmış fərdi yaşayış evi, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən miras paylarının müəyyən edilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Biləsuvar rayon notariat ofisinə qarşı “fərdi yaşayış evi, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən vəsiyyət və qanun üzrə vərəsəlik payının müəyyən edilməsi” tələblərinə dair iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(022)-274/2024 saylı qətnaməsindən (hakim N.Mirzəyev) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X40 tərəfindən ayrı-ayırılqda verilmiş apellyasiya şikayətlərinə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Biləsuvar rayon notariat ofisinə qarşı “miras qalmış fərdi yaşayış evi, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən miras paylarının müəyyən edilməsi” tələbinə dair iddia əriəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, digər vərəsələrin razılığını nəzərə alaraq mərhum X4 miras qalmış Biləsuvar şəhəri, B.Abbasov küçəsi, ev 47 ünvanında yerləşən 111.6 kv.metrdən ibarət fərdi yaşayış evinə və Biləsuvar şəhəri, B.Abbasov küçəsi ev 17 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evinə, həyətyanı torpaq sahəsinə və Biləsuvar şəhəri, B.Abbasov küçəsi 47-də yerləşən **********060-10301 saylı çıxarışa əsasən mərhum X5 ümumi birgə mülkiyyətində olan 0.164 ha torpaq sahəsinə onun vərəsələri – Cavabdeh1, İddiaçı hər birinin ½ (ikidə bir) hissədə irs alması barədə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsinin cavabdeh Biləsuvar rayon notariat ofisinə həvalə edilməsi, digər vərəsələrin razılığını nəzərə alaraq mərhum X41 adına verilmiş reyestr nömrəsi **********16 olan və Biləsuvar şəhəri ünvanında yerləşən kənd təsərrüfatlı təyinatlı 1.2148 ha torpaq sahəsindən İddiaçı ½ (ikidə bir) hissədə payı müəyyən edilməklə, onun naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1-də qeydiyyatdadır və həmin evdə ailəsi ilə bərabər yaşamışdır. Onlar ailədə 9 uşaq olmuşlar. O, 2013-cü il tarixə kimi ünvan 1 ünvanında valideynləri ilə birlikdə ata evində yaşamışdır. Daha sonra ata evindən çıxaraq Biləsuvar rayon ərazisində yaşamağa başlamış, mütəmadi ata evinə getmək istəsə də, qardaşı Cavabdeh1 onunla yola getməyərək, evdən çıxararaq onu evinə buraxmamışdır. Ona çatası bütün payların müəyyən edilməsini istəsə də, sonradan ancaq həyətyanı torpaq sahəsindən payının müəyyən edilməsi barədə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsinə baxılaraq iddiası təmin edilməklə 2(022)-415/2022 saylı 20 iyul 2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Bundan sonra qərara gəlmişdir ki, həmin torpaq sahəsinin üzərində tikilmiş evdən və əkin torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi barədə məhkəməyə müraciət etsin. O, ayrılandan sonra Cavabdeh1 onu mülkiyyətlərində olan evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı əkin pay torpaq sahəsinə qoymur. Onların ünvan 1 ünvanında yerləşən 0.17 həyətyanı torpaq sahəsi olmaqla, həmin torpaq sahəsində 2 mərtəbəli, 4 otaqlı, bir mətbəx, bir hamamdan ibarət yaşayış evi yerləşir. Bu da o deməkdir ki, ata və anasının mülkiyyətində olan ev həm də, onun mülkiyyətidir. Eyni zamanda 1.2148 ha kənd təsərrüfatı təyinatlı əkin pay torpaq sahələri vardır. Bu o deməkdir ki, mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həm də, onun mülkiyyətidir. Ata və anası rəhmətə getmişlər. Qeyd olunan ev atası X18 və X16nın birgə nikahda olduqları müddətdə tikilmişdir. Bundan başqa özü uzun müddət fərdi əməklə məşğul olmuş, qazandığı vəsaiti evin təmirinə və həyətdə olan digər tikililərin tikintisinə sərf edilmişdir. Bundan başqa o, bərabər yaşadıqları müddətdə əldə olunan mülkiyyətdir. Həmçinin Biləsuvar rayon X31 1997-ci il 34 saylı qərarı birgə mülkiyyətlərinə 0.17 sot həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçilərin sıralamasında onun da adı vardır. Hazırda həmin torpaq sahəsində tikilmiş ev və kənd təsərrüfatı təyinatlı pay torpağı sahəsində onun payı olmasına baxmayaraq, qeyd olunan torpaq sahəsindən istifadə edə bilmir. Yuxarıda qeyd edilənlərlə bağlı Biləsuvar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar şəhəri, B.Abbasov küçəsi 47-də yerləşən **********60 - 10301 çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0.17 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir mətbəx, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdən, **********18 saylı çıxarışa əsasən kənd təsərrüfatı təyinatlı 1.2148 pay torpaq sahəsindən onun payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-348/2023 saylı 18 may 2023-cü il tarixli qətnaməsi (N.Mirzəyev) ilə iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarış ilə X41, Cavabdeh1, X14, X5 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun 1/5 hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bununla (bu bölgü ilə) razılaşmadığı üçün qeyd edilən məhkəmə qətnaməsindən apelyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-1288/2023 saylı qətnaməsi ilə iddiaçı olaraq onun apellyasiya şikayəti qismən təmin edilməklə, Biləsuvar Rayon Məhkəməsinin 2(022)348/2023 saylı 18 may 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0.17ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş atasına məxsus 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir mətbəx, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdə vərəsə payının müəyyən edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-348/2023 saylı 18 may 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0,17 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş atasına məxsus 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir mətbəx, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdə vərəsə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bu əsasla da yenidən Biləsuvar Rayon Məhkəməsinə hazırkı iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Burada isə xüsusilə nəzərə alınmalı hal ondan ibarətdir ki, valideynlərinin hər ikisi rəhmətə getməmişdən əvvəl xüsusi mülkiyyətlərində daşınmaz əmlak olduğundan, vərəsələr, yəni iddiaçı ilə yanaşı həm də cavabdehlə bərabər digər vərəsələr də (onların övladları) mirasın açıldığı yer üzrə Biləsuvar rayon Notariat Ofisinə müraciət edərək, miras qalmış əmlaklarla bağlı münasibətlərini bildirmiş, bacı və qardaşlar (vərəsələr) öz miras paylarından iddiaçı olaraq onun xeyrinə imtina etmiş, Cavabdeh1 isə bu cür pay bölgüsünə narazı olduğundan, Notariat Ofisi imtina verərək məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir. Beləliklə, miras qalmış əmlakları aşağıdakı kimidir: X8 tam mülkiyyət hüququ əsasında məxsus olan Biləsuvar şəhəri, B.Abbasov küçəsi, ev 47 ünvanında yerləşən 111.6 kvadrat metrdən ibarət fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı ev, həyətyanı torpaq sahəsi, X41 mülkiyyətində olan Biləsuvar şəhərində kənd təsərrüfatlı təyinatlı 1.2148 ha torpaq sahəsinin 1/5 hissəsi. Ümumi birgə mülkiyyətdə olan əmlaklar: Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 çıxarışa əsasən 0.164 ha torpaq sahəsi, Biləsuvar şəhərində kənd təsərrüfatlı təyinatlı 1.2148 ha torpaq sahəsi. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, Notariat Ofisi tərəfindən imtina verilmiş və miras kütləsinə daxil olan əmlaklar iddiaçının ata və anasının mülkiyyətlərində olan əmlaklardan ibarət olmaqla, naturada ümumi birgə mülkiyyətdən ayrılmaqla payları müəyyən edilməli hissələr isə vərəsələrə verilmiş paylardır. Eyni samanda, məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir ki, tərəfindən aidiyyati üzrə Notariat Ofisindən rəsmi qaydada təsdiq edilmiş və hazırkı iş materiallarına əlavə edilmiş notariat qovluğunda 06 yanvar 2021-ci il tarixli 2V-04 reyestrlə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən müəyyən edilmişdir ki, mərhum X18 ona məxsus olan bütün əmlakları, o cümlədən Biləsuvar şəhəri, B.Abbasov küçəsi ev 17 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evi, həyətyanı torpaq sahəsini Cavabdeh1 vəsiyyət etmişdir. Belə olan halda isə hesab edir ki, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq iddiaçının digər vərəsələrlə yanaşı həmin mirasdan məcburi payı vardır. Ona görə də digər vərəsələrin razılığını nəzərə alaraq mərhum X4 miras qalmış Biləsuvar şəhəri B.Abbasov küçəsi ev 47 ünvanında yerləşən 111.6 kvadrat metrdən ibarət fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evinə, həyətyanı torpaq sahəsinə və Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********060-10301 saylı çıxarışa əsasən mərhum X5 və mərhum X41 ümumi birgə mülkiyyətində olan 0.164 ha torpaq sahəsinə vərəsələri, Cavabdeh1 və İddiaçı hər birinin ½ (ikidə bir) hissədə irs alması barədə paylarının müəyyən edilməsi, digər vərəsələrin razılığını nəzərə alaraq mərhum X41 adına verilmiş reyestr nömrəsi **********16 olan payının və Biləsuvar şəhəri ünvanında yerləşən kənd təsərrüfatlı təyinatlı 1.2148 ha torpaq sahəsindən İddiaçı ½ (ikidə bir) hissədə payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Biləsuvar rayon notariat ofisinə qarşı “fərdi yaşayış evi, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən vəsiyyət və qanun üzrə vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ünvan 3 ünvanında yerləşən 111.60 kv.metrlik fərdi yaşayış evində payının məyyən edilməsi hissəsində iddianın rədd edilməsi, həmin hissədə qarşılıqlı iddianın təmin edilərək ünvan 4 ünvanında yerləşən 111.60 kv.metrlik fərdi yaşayış evində X12 payını çıxmaqla, həmin evdə vəsiyyət üzrə onun payının müəyyən edilməsi, həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində atasına münasibətdə vəsiyyət üzrə, anasına münasibətdə isə qanun üzrə vərsəlik payı müəyyən edillməklə, həmin hissədə də, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslanmışdır ki, atası X18 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atası ölənə qədər analığı X40 ilə nikahda olmuşdur. Bundan əvvəl isə atası onun X16 ilə nikahda olmuşdur. Onların birgə nikahlarından xx.xx.1961-ci ildə X32, xx.xx.1963cü ildə X19, xx.xx.1965-ci ildə X20, xx.xx.1967-ci ildə X42, xx.xx.1969-cu ildə X15, xx.xx.1973-cü ildə Cavabdeh1, xx.xx.1976-cı ildə X21 və xx.xx.1978-ci ildə İddiaçı olmuşdur. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.1991-ci il tarixli qətnaməsinə əsasən atası ilə anası arasında olan nikah pozulmuşdur. Atası 1992-ci ildə X40 ilə el adətinə uyğun olaraq ailə qurmuş, 14 oktyabr 1993-cü il tarixdə isə X43 adlı uşaqları olmuşdur. X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Anası xx.xx.1991-ci ildən ölən günə kimi atası ilə heç bir münasibət saxlamamış və aralarında heç bir əlaqə olmamışdır. Atası 06 yanvar 2021-ci il tarixdə ölən günədək ona məxsus olan bütün əmlakları, o cümlədən ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı evini, həyətyanı torpaq sahəsi ilə birlikdə ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə notarius tərəfindən təsdiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat sənədinə əsasən ünvan 5 ünvanında (keçmiş V .Abbasov küçəsi ev 17) yerləşən 111.60 kv.metrlik fərdi yaşayış evi xüsusi mülkiyyət kimi tam mülkiyyət hüququ ilə atası X8 məxsusdur, 0.164 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyətdədir. Həmin yaşayış evi atası ilə onun tərəfindən 2009-cu ildə inşa edilmişdir. Sonradan onun tərəfindən evdə təmir və yenidənqurma işləri aparılmışdır. Atası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atası vəfat edəndən sonra vərəsəlik şəhadətnaməsinin alınmasından ötrü Biləsuvar rayon Notariat Ofisinə müraciət etmişlər. Lakin vərəsələr arasında narazılıq olduğundan, notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş və bu barədə 171 nömrəli, 20 fevral 2023-cü il tarixli məktub vermişdir. Qanunun tələbi baxımından atası vəfat etdiyindən tam mülkiyyət hüququ ilə onun mülkiyyətində olan yaşayış evinin ½ hissəsi arvadı X22, atası onun xeyrinə vəsiyyətnamə qoyduğundan yaşayış evinin ikinci ½ hissəsi vəsiyyət üzrə ona çatan miras əmlakdır. Bundan başqa, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 24 dekabr tarixli 34 nömrəli qərarı ilə ailələrinin, yəni mərhum atası Məmmədov Fərhad oğlunun, mərhum X16nın, cavabdeh İddiaçı, X6, onun və X14 ümumi birgə mülkiyyətnə 1.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Yəni hər birinin birgə mülkiyyətdə olan torpaq sahəsində 0.243 hektar torpaq sahəsi vardır. Mərhum atası onun xeyrinə vəsiyyatnamə qoyduğundan, onun torpaq payı ona, anası da vəfat etdiyindən onun torpaq payı onun və digər 7 yeddi bacı-qardaşı arasında qanun üzrə vərəsəlik qaydasında bərabər bölünməli və hər birinin özünə aid olan torpaq sahəsində payları müəyyən edilməlidir. İddiaçı iddia ərizəsini qanunun tələblərinə müvafiq olaraq əsaslandırmamış, atasının başqa bir qadınla nikahda olmasını, mərhum atasının onun xeyrinə vəsiyyətnamə qoymasını məhkəməyə bildirsə də, yaşayış evinin onların birgəyaşayış dövründə, yəni 2009-cü ildə tikmələrini bildirmək istəməyərək, qanunsuz olaraq əsassız qaydada miras əmlakdan pay əldə etmək istəmişdir. Bildirmək istəyir ki, Nəzakət 2012-ci il tarixdən evindən çıxmış, müxtəlif ünvanlarda yaşamışdır. Hazırda da harada yaşamasından məlumatı yoxdur. Evdə əsaslı təmir və yenidən qurma işləri onun tərəfindən aparılmışdır. Həmin evdə o, yaşadığından və atası evi əvvəlcə qeyri-rəsmi və sonradan rəsmi qaydada vəsiyyət etdiyindən, evdə bütün təmir və yenidən qurma işlərini öz şəxsi vəsaiti hesabına həyata keçirmişdir. Ev əvvəlcə iki otaqdan ibarət olmuş, sonradan təmir zamanı bir otaq da tikərək evi 3 otaqlı etmişdir. Həmin işlərə özü xərc çəkmişdir. Ustanın və fəhlələrin pullarını özü vermişdir. Lazımı tikinti materiallarını almış, evə mətbəx və sanitar qovşaq əlavə etmişdir. Evin ban hissəsini dəyişərək yenidən tikmişdir. Əgər lazım gələrsə məhkəməyə dəvət edəcəyi şahidlər həmin faktları təsdiq edə bilərlər. Nəzakət heç bir vaxt ev tikilərkən, evdə təmir işləri gedərkən və əsaslı yenidən qurma tikinti işləri aparılarkən iştirak etməmiş və heç bir vəsait qoymamışdır. Yuxarıda qeyd etdiyi qanun normalarına uyğun olaraq və göstərdiyi qaydada atasından miras qalmış yaşayış evində onun arvadı X12 payı ümumi evin yarısı, həmin evlə bağlı atası vəsiyyətnamə qoyduğundan evin ikinci yarısı miras əmlak kimi ona aiddir. Bundan əvvəl, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən birgə mülkiyyətlərində olan 0.17 ha. torpaq sahəsində İddiaçı 1/10 hissədə payı müəyyən edilmişdir. Biləsuvar Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-348/2023 sayl qətnaməsinə əsasən birgə mülkiyyətlərində olan 1.2148 ha. torpaq sahəsində İddiaçı 1/5 hissədə payı müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-1288/2023 saylı qərardadına əsasən iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-348/2023 sayl qətnaməsi mübahisələndirilən hissədə, yəni Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-19301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0.17 ha həyətyanı torpaq sahəsində inşa edlİmiş atasına məxsus 111.6 kv.m. olan yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililrədə vərəsə payının müəyyən edilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edilmiş məhkəmə qətnamələrindən məlum olur ki, İddiaçı 0.17 ha. həyətyanı torpaq sahəsində payı 1/10 hissə, 1.2148 ha. pay torpaq sahəsində isə 1/5 hissə payı müəyyən edilmişdir. Bundan başqa, atası X18 05 yanvar 2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə qoyaraq sərəncam vermişdir ki, “ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evini həyətyanı torpaq sahəsi ilə birlikdə oğlu Cavabdeh1 vəsiyyət edir.” Yuxanda qeyd edilmiş hər üç məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Lakin buna baxmayaraq İddiaçı iddia ərizəsində X4 miras qalmış Biləsuvar şəhəri, B.Abbasov küçəsi ev 47 ünvanında yerləşən 111.6 kv.metrdən ibarət fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otqalı evinə, həyətyanı torpaq sahəsinə onun özünün, yəni İddiaçı hər birinin ½ hissədə irs alması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini cavabdeh Biləsuvar rayon Notariat ofisinə həvalə edilməsi və digər vərəsələrin razılığı nəzərə alınaraq mərhum X41 adına verilmiş reyestr nömrəsi **********16 olan və Biləsuvar şəhəri ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 1.2148 ha. torpaq sahəsindən onun- İddiaçı ½ hissədə payı müəyyən edilməklə, naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Atalarından miras qalmış bir yaşayış evi vardır. ünvan 6 ünvan, ünvan 7ayış evi olmamışdır. İddiaçı ona məlum olmayan səbəbdən atasının adına iki yaşayış evinin qeydə alınmasını göstərərək hər iki evdən qanun üzrə vərəsəlik payının müəyyən edilməsini xahiş edir. Yuxarıda göstərdiyi məhkəmə qərarları ilə İddiaçı həyətyanı torpaq sahəsində payı 1/10 hissə, pay torpaq sahəsində isə payı 1/5 hissə müəyyən edilmişdir. Beləliklə, qeyd edilmiş məhkəmə qətnamələri ilə İddiaçı hazırkı iddiası arasında ziddiyyət vardır. Lakin mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, məhkəmə qətnamələri ilə hər iki torpaq sahəsində İddiaçı payının müəyyən edilməsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməmişdir. Belə olan halda İddiaçı həmin payların naturada ayrılması barədə iddia qaldırmağa səlahiyyətli deyildir. Bundan başqa, yuxanda qeyd etdiyi kimi mərhum atası X2 Zərxanım Zalı qızı ilə 14 oktyabr 1993-cü il tarixdən nikahda olduğundan və həmin ev onların tərəfindən 2009-cu ildə inşa edildiyindən və mərhum atası xx.xx.2021-ci il tarixdə yaşayış evinə tam mülkiyyət hüququ əldə etdiyindən, həmin ev atası ilə analığının birgə mülkiyyəti hesab olunur. Buna görə də həmin evin yarısı atasına və atasının arvadı Zərxanım Əliyevaya aiddir. Atası da yaşayış evinin özünə düşən hissəsini ona vəsiyyət etmişdir. Yaşayış evinin atasına düşən hissəsinə görə vəsiyyət üzrə tam onun payı müəyyən edilməlidir. Lakin hazırkı vaxta qədər vəsiyyət olunan daşınmaz əmlaklarla bağlı ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Notarius həmin şəhadətnaməni verməkdən imtina etmişdir. Eyni zamanda həm hətəyanı topraq sanəsində, həm də pay torpaq sahəsində atasına münasibətdə vəsiyyət üzrə, anasına münasibətdə isə qanun üzrə vərəsə payı müəyyən edilməlidir. Atası ilə anasının 8 övladı olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində digər vərəsələr, X32, X19, X20, X42, X15, X21, X40 və X43 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilmişlər. Birinci instansiya məhkəməsində iddiaçı və cavabdeh İddiaçı, onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 ilk iddianı müdafiə edib, ilk iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində iddiaçı və Cavabdeh1, onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 qarşılıqlı iddianı müdafiə edib, qarşılıqlı iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını, ilk iddianın rədd edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində hər iki iddia üzrə cavabdeh Biləsuvar rayon notariat ofisinin nümayəndəsi X64 izahatında göstərmişdir ki, vərəsələlik işinin aparılması zamanı həm İddiaçı, həm də Cavabdeh1 ərizə ilə notariat ofisinə müraciət edərək, mərhum valideynlərindən miras qalan ünvan 8 ünvanında yerləşən miras evin və həyətyani torpaq sahəsinin bölüşdürülməsi ilə bağlı aralarında ixtilaflar mövcud olduğundan, həmin mirasın bölüşdürülməsini məhkəmə qaydasında aparmaq istədiklərini və bu səbəbdən vərəsəlik işinin aparılmasından imtina rəyi və bu barədə müvafiq qaydada məktub verilməsini xahiş etmişlər. Belə vəziyyətdə vərəsəlik şəhadətnaməsi verilməsi mümkün olmamış və vərəsələrə aralarında ixtilaf olması səbəbindən məhkəməyə müraciət etmələri tövsiyyə edilməklə, müvafiq qaydada məktublar verilmişdir. Digər tərəfdən iddiaçılar əslində artıq yuxarıda göstərilən məsələni mübahisələndirməklə məhkəmə müstəvisinə keçirmiş və məhkəmə qətnamələri alınmasına nail olmuşlar. Ona görə də mübahisə üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər birinci instansiya məhkəməsində yekun məhkəmə aktı çıxarılarkən iştirak etməmişlər və məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(022)-274/2024 saylı qətnaməsi ilə hər iki iddia qismən təmin olunaraq, mirasa açılan X8 məxsus olmaqla ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə 41/80 (səksəndə qırx bir) hissədə Cavabdeh1, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı 11/80 (səksəndə on bir) hissədə, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin 0.164 ha torpaq sahəsinə Cavabdeh1 73/400 (dörd yüzdə yetmiş üç) hissədə, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin 0.164 ha torpaq sahəsinə İddiaçı 47/400 (dörd yüzdə qırx yeddi) hissədə, Biləsuvar şəhəri 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh1 73/200 (iki yüzdə yetmiş üç) hissədə, Biləsuvar şəhəri 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı 47/200 (iki yüzdə qırx yeddi) hissədə vərəsəlik payları müəyyən edilmiş, ilk və qarşılıqlı iddialar qalan hissələrdə rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin olunmaması, tərəfindən verilmiş qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı 11/80 (səksəndə on bir) hissədə payını müəyyən etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ilk iddia üzrə İddiaçı iddia ərizəsində xahiş etmişdir: “Digər vərəsələrin razılığı nəzərə alınmaqla X4 miras qalmış Biləsuvar şəhəri B.Abbasov küçəsi ev 47 ünvanında yerləşən 111,6 kvadrat metrdən ibarət fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evinə, həyətyanı torpaq sahəsinə və Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********060-10301 saylı çıxarışa əsasən mərhum X5 ümumi birgə mülkiyyətində olan 0,164 ha. torpaq sahəsinə onun vərəsələri Cavabdeh1, İddiaçı hər birinin ½ (ikidə bir) hissədə irs alması barədə “Qanun üzrə vərəsəlik hüqüqu haqqında” şəhadətnamənin verilməsi cavabdeh Biləsuvar rayon notariat ofisinə həvalə edilməsi; digər vərsələrin razılığı nəzərə alınaraq mərhum X33 adına verilmiş reyestr nömrəsi **********16 olan və Biləsuvar şəhəri ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 1,2148 ha. torpaq sahəsindən İddiaçı ½ (ikidə bir) hissədə payı müəyyən edilməklə onun naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.” Məhkəmə icalsınınn gedişində İddiaçı nümyəndəsi və vəkili “Elektron Məhkəmə” sistemi vasitəsi ilə MPM-in 53-cü maddəsinin tələblərinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə göndərərək iddianın xahiş etdi hissəsini aşağıdakı kimi nəzərə almağı xahiş etmişdir. 1)Digər vərəsələrin razılığı nəzərə alınaraq mərhum X4 miras qalmış ünvan 12 ünvanında yerləşən 111,6 kvadr metrdən ibarət fərdi yaşayış evinə və ünvan 13 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evinə, həyətyanı torpaq sahəsinə və Biləsuvar şəhəri B.Abbasov küçəsi 47 –də yerləşən **********060-10301 saylı çıxarışa əsasən mərhum X5 və mərhum X41 ümumi birgə mülkiyyətində olan 0,164 ha. sahəsində olan paylarının (hissəsinin) vərəsələri Cavabdeh1, İddiaçı hər birinin ½ (ikidə bir) hissədə irs alması barədə paylarının müəyyən edilməsi; 2) Digər vərəsələrin razılığını nəzərə alaraq mərhum X48 verilmiş peyestr nömrəsi **********16 olan payının və Biləsuvar şəhəri ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 1.2148 ha. torpaq sahəsindən İddiaçı ½ (ikidə bir) hissədə payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Bununla əlaqədar bildiririk ki, miras qalmış yaşayış evi ilkin iddia üzrə iddiaçı tərəfin göstərdiyi kimi, iki yox, bir ədəddir. ünvan 2 ünvan köhnə, ünvan 14ki yaşayış evi barədə mövqeyi tamamilə yalnışdır. İddiaçı qaldırdığı iddia qanuni və əsaslı deyildir. Belə ki, atam xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atam da ölənə qədər analığım X40 ilə nikahda olmuşdur. Bundan əvvəl isə atam X29 ilə nikahda olmuşdur. Birgə yaşayış dövründə onların xx.xx.1961-ci ildə X32, xx.xx.1963-cü ildə X19, xx.xx.1965-ci ildə X20, xx.xx.1967-ci ildə X42, xx.xx.1969-cu ildə X15, xx.xx.1973-cü ildə Cavabdeh1 (mən özüm), xx.xx.1976-cı ildə X21 və xx.xx.1978-ci ildə İddiaçı (cavabdehin özü) anadan olmuşdur. Biləsuvar rayon məhkəməsinin xx.xx.1991-ci il tarixli qətnaməsinə əsasən atamla anam arasında nigah pozulmuşdur. Atam 1992-ci ildə X40 ilə el adətinə uyğun olaraq ailə qurmuş və 14 oktyabr 1993-cü il tarixdə isə nigaha daxil olmuşlar. Birgəyaşayış dövründə onların xx.xx.1993-cü ildə X43 adlı uşağı anadan olmuşdur. X29 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Anam xx.xx.1991-ci ildən ölən günə kimi atamla heç bir münasibət saxlamamış və aralarında heç bir əlaqə olmamışdır. Atam 06 yanvar 2021ci il tarixdə ölən günədək ona məxsus olan bütün əmlakları, o cümlədən ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı evini, həyətyanı torpaq sahəsi ilə birlikdə mənə vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə notarius tərəfindən təstiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat sənədinə əsasən Biləsuvar şəhəri B.Abbasov küçəsi ev 47 ünvanında (keçmiş B.Abbasov küçəsi ev 17) yerləşən 111.60 kv.metrlik fərdi yaşayış evi xüsusi mülkiyyət kimi tam mülkiyyət hüququ ilə atam X8 məxsusdur, 0.1654 ha. həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyətdədir. Həmin yaşayış evi atamla mənim tərəfimdən 2009-cu ildə inşa edilmişdir. Sonradan mənim tərəfindən evdə təmir və yenidənqurma işləri aparılmışdır. Atam xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atam vəfat edəndən sonra vərəsəlik şəhadətnaməsinin alınmasından ötrü Biləsuvar rayon Notariat ofisinə müraciət etdik. Lakin vərəsələr arasında narazılıq olduğundan, notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdi və bu barədə 171 nömrəli, 20 fevral 2023-cü il tarixli məktub verdi. Qanunun tələbi baxımından atam vəfat etdiyindən tam mülkiyyət hüququ ilə onun mülkiyyətində olan yaşayış evinin ½ hissəsi arvadı X22, atam mənim xeyrimə vəsiyyətnamə qoyduğundan yaşayış evinin ikinci ½ hissəsi vəsiyyət üzrə mənə çatan miras əmlakdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nigah kontraktında və ya onlar arasında razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə müliyyəti sayılır. Mərhum atam X40 ilə 14 oktyabr 1993-cü il tarixdən nikahda olduğundan və həmin ev 2009-cu ildə inşa edildiyindən və mərhum atam xx.xx.2021-ci il tarixdə yaşayış evinə tam mülkiyyət hüququ əldə etdiyindən, həmin ev atamla analığımın birgə mülkiyyəti hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi ) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanunun mənasına görə vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi mirasqoyanın vəsiyyəti, qanunla nəzərdə tutulmuş əsaslardan daha üstün qüvvəyə malikdir. Belə ki, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyətnamə miras əmlakın hamısını əhatə etməzsə və ya vəsiyyətnamə qismən etibarsız sayılarsa, miras əmlakın vəsiyyətnamə ilə əhatə edilməmiş hissəsinə və ya vəsiyyətnamənin etibarsız sayılmış hissəsində nəzərdə tutulmuş miras əmlaka qanun üzrə vərəsəlik qüvvədə olur. Vərəsəlik münasibətlərinin yaranmasında qanuni əsaslara nisbətən vəsiyyətnaməyə üstünlük verilməsi şəxsin mülkiyyət hüququnun tam təmin edilməsinə yönəldilmişdir. Belə ki, mülkiyyət hüququ, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Vəsiyyət qoyan vəsiyyətnamədə qanunun bu müddəasına əsaslanaraq özünə mənsub olan miras qoyacağı əmlakı haqqında öz istədiyi kimi sərəncam verdiyi halda, buna görə də qanunda miras əmlak barəsində nəzərdə tutulmuş əsaslara görə onu pozmaq olmaz. Həmçinin, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Bundan başqa, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 24 dekabr tarixli 34 nömrəli qərarı ilə ailəmizin, yəni mərhum atam X5, mərhum X29nın, cavabdeh İddiaçı, X6, mənim Cavabdeh1 və X14 ümumi birgə mülkiyyətimizə 1.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Yəni hər birimizin birgə mülkiyyətdə olan torpaq sahəsində 0.243 hektar torpaq sahəmiz vardır. Mərhum atam mənim xeyrimə vəsiyyatnamə qoyduğundan onun torpaq payı mənə, anam da vəfat etdiyindən onun torpaq payı mənim və digər yeddi bacı-qardaşım arasında qanun üzrə vərəsəlik qaydasında bərabər bölünməli və hər birimizin özünə aid olan torpaq sahəsində paylarımız müəyyən edilməlidir. İddiaçı iddia ərizəsini qanunun tələblərinə müvafiq olaraq əsaslandırmamış, atamın başqa bir qadınla nikahda olmasını, mərhum atamın mənim xeyrimə vəsiyyətnamə qoymasını məhkəməyə bildirsə də, yaşayış evinin onların birgə yaşayış dövründə yəni 2009-cü ildə tikmələrini bildirmək istəməyərək, qanunsuz olaraq əsassız qaydada miras əmlakdan pay əldə etmək istəmişdir. Bildirmək istəyir ki, Nəzakət 2012-ci il tarixdən evimizdən çıxmış, müxtəlif ünvanlarda yaşamışdır. Hazırda da harada yaşamasından məlumatım yoxdur. Evdə əsaslı təmir və yenidən qurma işləri mənim tərəfimdən aparılmışdır. Həmin evdə mən yaşadığımdan və atam evi əvvəlcə qeyri-rəsmi və sonradan rəsmi qaydada vəsiyyət etdiyindən evdə bütün təmir və yenidən qurma işlərini öz şəxsi vəsaitim hesabına həyata keçirmişəm. Ev əvvəlcə iki otaqdan ibarət idi. Sonradan təmir zamanı bir otaq da tikərək evi 3 otaqlı etdim. Həmin işlərə mən xərc çəkmişəm. Ustanın və fəhlələtrin pullarını mən vermişəm. Lazımı tikinti materiallarını mən almışam. Evə mətbəxt və sanitar qovşaq əlavə etmişəm. Evin ban hissəsini dəyişərək yenidən tikmişəm. Əgər lazım gələrsə, məhkəməyə dəvət edəcəyim şahidlər həmin faktları təsdiq edə bilərlər. Nəzakət heç bir vaxt ev tikilərkən, evdə təmir işləri gedərkən və əsaslı yenidən qurma tikinti işləri aparılarkən iştirak etməyib və heç bir vəsait qoymayıb. İddia ərizəsində bu barədə göstərdikləri hamısı yalan və iftiradır. Ümumiyyətlə o, heç bir yerdə işləməyib. İddia ərizəsində özü də etiraf edir ki, 2013-cü il tarixdən evdən çıxmışdır. Yuxarıda qeyd etdiyim qanun normalarına uyğun olaraq və göstərdiyim qaydada atamdan miras qalmış yaşayış evində onun arvadı X12 payı ümumi evin yarısı, həmin evlə bağlı atam vəsiyyətnamə qoyduğundan evin ikinci yarısı miras əmlak kimi mənə aiddir. Lakin Biləsuvar Rayon Məhkəməsinin qanuniliyi tərəfimizdən mübahisələndirilən qətnaməsinin 11-ci səhifə, 10-cu abzasda qeyd edilmişdir ki, arxivdə saxlanan fərdi yaşayış evinin terxniki pasportundan görünür ki, ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evi 1989-cu ildə tikilmişdir. Həmin vaxt isə X2 Vəsi Cəfər qızı ilə rəsmi nikahda olmuşdur. Mübahisə predmeti olan miras qalmış yaşayış evi ilə bağlı məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir. Çünki, ünvan 2, yeni qaydalarla Biləsuvar şəhəri B.Abbasov küçəsi ev 47 ünvanda yerləşən verilmiş Reyestr nömrəsi **********60-10301, tərtib edilmə tarixi 30 noyabr 2021, inventar nömrəsi 7053 olan fərdi yaşayış evinə verilmiş Texniki Pasportdan mübhisəsiz qaydada məlum olur ki, yaşayış evi 2009-cu il tarixdə inşa edimişdir. Yeni yaşayış evi əvvəl tikilmiş və istismar müddəti bitdiyindən sökülmüş və onun yerində atamla analığımın və mənim tərəfimdən hazırkı yaşayış evi tikilmişdir. Buna görə də 2009-cu ildə tikilmiş evin X29na heç bir aidiyyəti yoxdur. Eyni zamanda məhkəmə qərarından sonra apellyasiya şikayəti verilməsi ilə əlaqədar DƏDK və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən sorğumuza verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-3785/2024 saylı cavab məktubunda qeyd edilmişdir ki, məlumat üçün bildiririk ki, fərdi yaşayış evinin texniki pasportunda texniki səhv nəticəsində sökülmüş evin tikili tarixi qeyd edilmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, əmlaka dair sənəd surəti yalnız məhkəmə qərarına əsasən verilə bilər. Buna görə də həmin sənədin əldə edilməsinə apellyasiya baxışında zərurət yarandığından apellyasiya kollegiyası tərəfindən vəsatətimiz əsasında əldə edilməlidir. Bu barədə vəsatət apellyasiya şikayətinə əlavə olunur. Bundan əvvəl, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)- 415/2022 saylı qətnaməsinə əsasən birgə mülkiyyətimizdə olan 0.17 ha. torpaq sahəsində İddiaçı 1/10 hissədə payı müəyyən edilmişdir. Biləsuvar rayon məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(022)-348/2023 sayl qətnaməsinə əsasən birgə mülkiyyətimizdə olan 1.2148 ha. torpaq sahəsində İddiaçı 1/5 hissədə payı müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-1288/2023 saylı qərardadına əsasən iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-348/2023 sayl qətnaməsi mübahisələndirilən hissədə, yəni Biləsuvar şəhəri B.Abbasov küçəsi .47-də yerləşən **********60-10301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0.17 sot həyətyanı torpaq sahəsində inşa edilmiş atasına məxsus 111.6 kv.m. fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililrədə vərəsə payının müəyyən edilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edilmiş məhkəmə qətnamələrindən məlum olur ki, İddiaçı 0.17 ha. həyətyanı torpaq sahəsində payı 1/10 hissə, 1.2148 ha. pay torpaq sahəsində isə 1/5 hissə payı müəyyən edilmişdir. Bundan başqa atam X18 06 yanvar 2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə qoyaraq sərəncam vermişdir ki, “ölən günədək mənə məxsus olan bütün əmlakımı, o cümlədən Biəsuvar şəhəri B.Abbasov küçəsi ev 17 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evin, həyətyanı torpaq sahəsi ilə birlikdə oğlum Cavabdeh1 vəsiyyət edirəm.” Yuxarıda qeyd edilmiş hər üç məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Lakin buna baxmayaraq İddiaçı iddia ərizəsində X4 miras qalmış Biləsuvar şəhəri B.Abbasov küçəsi ev 47 ünvanında yerləşən 111.6 kvadrat metrdən ibarət fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otqalı evinə, həyətyanı torpaq sahəsinə mənim, yəni Cavabdeh1, özünün, yəni İddiaçı hər birinin ½ hissədə irs alması barədə “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsini cavabdeh Biləsuvar rayon notariat ofisinə həvalə edilməsi və digər vərəsələrin razılığı nəzərə alınaraq mərhum X41 adına verilmiş reyestr nömrəsi **********16 olan və Biləsuvar şəhəri ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 1.2148 ha. torpaq sahəsindən özünün-İddiaçı ½ hissədə payının müəyyən edilməklə onun naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilmiş məhkəmə qətnamələri ilə İddiaçı hazırkı iddiası arasında ziddiyyət vardır. MM-nin 225.1, 225.2 və Ailə Məməlləsinin 32.1, 32.2, 34.1-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin nomalara əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nigah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətidir (ər-arvadın hər birinin əmlakıdır). Yuxarıda qeyd etdiyim kimi atamla anam 1991-ci ildə məhkmə qərarına əsasən ayrılmışlar. Atam 1992-ci ildə X40 ilə evlənərək nikahlarını 1993-cü ildə qeyd etdirmişlər. Birgə yaşayış dövründə 1993-cü ildə onların Namiq adlı bir uşaqları anadan omuşdur. Atam vəfat edənə qədər Zərxanım Əliyeva ilə bir yerdə yaşamışlar. 2009-cu ildə hazırkı mübahisəli evi tikmişik. Atam 2022-ci il tarixdə vəfat etmişdir. 2021-ci ildə atamın mülkiyyət hüququ qeydə alınaraq, atama çıxarış verilmişdir. Yəni atam anam ayrılandan 30 il, ikicvi arvadla evlənəndən 17 il sonra hazırkı mübahisəli ev tikilmişdir. Başqa sözlə desək, həmin evin anam Vəsi Əliyevaya heç bir aidiyyəti yoxdur. Lakin qərar qəbul edən Biləsuvar rayon Məhkəməsinin hakimi işdəki bu halı nəzərə almadan yaşayış evi ilə bağlı tam yanlış nəticəyə gəlmişdir. Mülki Məcəllənin 1162-ci, 1163- cü maddələrinin tələbləri pozulmuşdur. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissısinə aid deyildir. Nikahı ləğv edilmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Qanunun mənasına görə atam X18 ikinci arvadla nikaha daxil olandan vəfat edənə qədər, yəni 1993-cü ildən xx.xx.2022-ci il tarixə qədər Zərxanım Zalı qızı ilə nikahda olmuşdur. Atam sağlıqında mənim xeyrimə vəsiyyətnamə qoysa da, həmin vəsiyyətnamə onların birgə nikah dövründə 2009-cu ildə əldə etdikləri yaşayış evinin yarısına, yəni Zərxanım Əliyevaya aid hissısinə aid deyildir. Həmin hissə Zərxanım Əliyevaya aiddir. Lakin qərar qəbul edən Biləsuvar Rayon Məhkəməsi mübahisəli evin Zərxanım Əliyevaya aid hissəsini də atamdan qalmış miras əmlak kimi vərəsəlik predmetinə daxil edərək, qanunvericiliyin tələblərini birbaşa pozmaqla, atamdan qalma miras əmlak kimi vərəsələr arasında bölmüşdür. Beləliklə, məhkəmə tərəfindən Zərxanım Əliyevanın hüquqları kobud surəötdə pozulmuşdur. Digər tərəfdən qanunun manasına görə atamla anam 1991-ci ildə məhkəmə qərarına əsasən ayrıldıqlarına görə atam tərəfindən 2009-cu ildə inşa edilmiş, 2021-ci ildə mülkiyyət hüquqları qeydə alınmış yaşayış evinə vərəsə ola bilməz. Anamın həmin evə nə düzünə, nə də dolayısı ilə heç bir mülkiyyət hüququ yaranmır. Lakin qərar qəbul edən Biləsuvar Rayon Məhkəməsi qanunun tələblərini birbaşa pozmaqla Zərxanım Əliyevanın Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə təminat verilmiş hüquqlarını kobud surətdə pozmuşdur. Mülki Məcəllənin 1133.2-ci maddəsinin tələbi pozulmuşdur. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Lakin bildirirəm ki, atam tərəfindən mənə verilmiş etibarnamə hər hansı bir qaydada, o cümlədən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Konkret olaraq tamamilə və ya qismən etibarsız sayılmamışdır. Birinci instansiya məhkəməsinin atamın ikinci arvadı X23 nəyə və hansı qanuna əsasən atamın arvadı hesab etmir, mən bu barədə qanunun tələblərini məhkəmə kimi birbaşa poza bilmərəm. Lakin tam məsuliyyətlə bildirirəm ki, o, atamın arvadıdır. Birgə yaşayış dövründə onların bir uşaqları olmuşdur. Birgə yaşayış dövründə 2009-cu ildə mübhisəli ev tərəfimizdən tikilmişdir. Köhnə ev isə həmin vaxta qədər sökülmüşdü. Mübahisəli ev tam mülkiyyət hüququ ilə atama məxsus olmuşdur. Əgər məhkəmə atamın ikinci arvadını vərəsə hesab edərək onun payını nəzərə almırsa, deməli hakimin qanundan məlumatı yoxdur. Əgər bir anlığa hesab etsək ki, Biləsuvar Rayon məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlmişdir, onda bəs nə üçün qüvvədə olan vəsiyyətnaməyə uyğun olaraq mübahisəli evdə 1/1 hissədə mənim miras payımı müəyyən etməmişdir? Hesab edirəm ki, bu barədə düşünməyə dəyər. Ümumiyyətlə məhkəmə qərar qəbul edərkən düzgün nəticəyə gəlməmiş, qarşlıqlı iddia əsaslı olduğu halda, onu əsassız olaraq tam təmin etməmiş, ilkin iddia tam əsassız olduğu halda onun qismən təmin edilməsi haqqında qətnamə qəbul olunmuşdur. Qeyd etdiyim kimi, ilkin iddia tam əsassızdır. Çünki məhkəməyə təqdim etdiyim çoxsaylı sübutlarla təsdiq olunur ki, atamla anamın nikahı 1991-ci ildə pozulmuş, atam 1992-ci ildə başqa qadınla evlənmiş, 1993-cü ildə onların birgə yaşayışından bir övladları olmuş, atamla anam məhkəmə qərarına əsasən ayrıldıqdan sonra mənim və ikinci arvadının iştirakı ilə 2009-cü ildə hazırkı mübahisəli evi anamdan ayrıldıqdan 18 il sonra hazıkı mübahisəli evi tikmişdir. Lakin qərar qəbul edən məhkəmə əsassız olaraq nəticəyə gəlmişditr ki, guya mübahisəli ev 1989-cu ildə atamla anam ər-arvad kimi yaşayarkən tikilmişdir. Məhkəməyə təqdim etdiyim Texniki pasportla təsdiq olunur ki, mübahisəli ev həqiqətən 2009-cü il tarixdə tikilmişdir. DƏDK və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən sorğumuza verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-3785/2024 saylı cavab məktubunda qeyd edilmişdir ki, məlumat üçün bildiririk ki, fərdi yaşayış evinin texniki pasportunda texniki səhv nəticəsində sökülmüş evin tikili tarixi qeyd edilmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, əmlaka dair sənəd surəti yalnız məhkəmə qərarına əsasən verilə bilər. Qətnamədən həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X40 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçı və Cavabdeh1 apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mirasa açılan fərdi yaşayış evi yenidən 2009-cu ildə tikilmişdir. Köhnə ev sökülərək, fundamenti yenidən tökülmüş, inşasında köhnə evin materiallarından istifadə edilmişdir. Yeni tikilən ev köhnə evin yerində tikilmişdir. Evin zirzəmi hissəsi kubikdir. İkinci mərtəbə isə çiy kərpicdəndir. Məhkəmədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdən X12, həmçinin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili, eyni zamanda nümyəndəsi Vəkil2 apellyasiya şikayətlərinin məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, keçən məhkəmə iclasından sonra reyestr xidmətində olmuş və müəyyən etmişdir ki, orada fərdi yaşayış evinin bütün sənədləri var. Sadəcə olaraq həmin sənədlərin məhkəmənin sorğusu əsasında təqdim oluna biləcəyi ona bildirilmişdir. Apellyasiya şikayətinə əlavə etdiyi sorğuya cavab məktubundada qeyd edilmişdir ki, fərdi yaşayış evinin texniki pasportunda texniki səhv nəticəsində sökülmüş evin tikili tarixi qeyd edilmişdir. Yeni evin tikili tarixi 2009-cu ildir. Məhkəmədə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətlərinə qarşı etiraz edərək əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. İzahatında göstərdi ki, anası Vəsi ilə həmin evdə yaşamışlar. 2013-cü ildə qardaşı Cavabdeh1 onu boş yerə döyərək evdən çıxarmışdır. Hal-hazırdada kirayədə yaşayır. Yalnız İnqilab Bakı şəhərində olanda həmin evə gedib-gəlirdi. Fərdi yaşayış evi X16nın evidir. Zərxanım Əliyeva həmin evə gəlib gedə bilməz. 1992-ci il tarixdə atası və anası rəsmi olaraq boşanıblar. Daha sonra atası Fərhad Məmmədov evdən gedərək Zərxanım Əliyeva ilə Biləsuvar rayonu, Günəşli kəndində yaşayıb. Ondan sonra ümumiyyətlə atası Fərhad Əliyevi görməmişdir. Bu evdə Zərxanım Əliyeva və oğlu ümumiyyətlə yaşamayıblar. Zərxanım Əliyevanın öz ayrı evi var. Fərdi yaşayış evi 2009-cu ildə tikilməyib. Sadəcə olaraq toy ərəfəsində həmin evə artırmalar olub və təmir işləri gedib. Hamam-tualet evin içərisinə salınıb. Fərdi yaşayış evini X77 öz əlləri ilə çiy kərpicdən tikib. Həmin evdə hamısının əziyyəti olub. Sadəcə olaraq fərdi yaşayış evindən düşən payı istəyir. X77 2021-ci ildə öz evində rəhmətə gedib və oradan götürülərək dəfn olunub. Fərhad Məmmədov isə Biləsuvar rayonu, Günəşli kəndindəki evdə rəhmətə gedib. Həmin evdə qardaşı İnqilab və o qalmışlar. Evə su keçirər deyə hissə-hissə beton tökülüb. Məhkəmədə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X43 apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən digər üçüncü şəxslər məhkəmədə iştirak etməmişlər, nümayəndələri vasitəsilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı və Cavabdeh1, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Zərxanım Əliyeva apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunan hissəsində ləğvini, qarşılıqlı iddianın isə tam təminini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin, üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, iddiaçı və cavabdleh Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qatnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, miras əmlaklarda tərəflərin paylarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur: Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2023 tarixli arayışdan görünür ki, miras qoyanlar X18 ilə X59 arasında nikah xx.xx.1966-cı ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Əliyeva soyadları verilmişdir. Nikah Biləsuvar Rayon Məhkəməsinin xx.xx.1991-ci il tarixli qətnaməsinə əsasən (nikahın pozulması dövlət qeydiyyatına alınmışdır, akt qeydi - 03, xx.xx.1993) pozulmuşdur (1-ci cild, iş vərəqi 175); Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2023 tarixli digər arayışdan görünür ki, miras qoyanlar X18 ilə X41 birgə nikahlarından xx.xx.1961-ci ildə X32, xx.xx.1963-cü ildə X19, xx.xx.1965-ci ildə X20, xx.xx.1967-ci ildə X42, xx.xx.1969-cu ildə X15, xx.xx.1973-cü ildə Cavabdeh1, xx.xx.1976-cı ildə X21 və xx.xx.1978-ci ildə İddiaçı doğulmuşlar (1-ci cild, iş vərəqi 176-183); xx.xx.1993-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X18 ilə X40 arasında nikah, xx.xx.1993-cü ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Əlyeva soyadları verilmişdir (1-ci cild, iş vərəqi 184); xx.xx.1993-cü il tarixli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1993-cü ildə doğulmuş X13 atası X18, anası isə X34r (1-ci cild, iş vərəqi 185); JN-1029F Kod 80800001 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Biləsuvar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 34 saylı qərarı ilə Biləsuvar şəhər sakinləri X18, X24, X32, X42, Cavabdeh1, X21, İddiaçı, X35, X44 və X36 cizgijə göstərilən sərhəd hüdudlarında 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi üzərində 157.2 kv.metr ölçüdə yaşayış evi, 83.4 kv.metr ölçüdə başqa tikililər mövcud olmuşdur (1-ci cild, iş vərəqi 258-260); JN-381 Kod 80800001 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Biləsuvar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 34 saylı qərarı ilə Biləsuvar rayonu, Biləsuvar ştq sakinləri X18, X59, İddiaçı, X21, Cavabdeh1, X25 cizgədə göstərilən sərhəd daxilində 1.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır (1-ci cild, iş vərəqi 263-266); Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılan JN-381 Kod 80800001 Dövlət Aktına əsasən 1.4577 ha torpaq sahəsinin bölgü planına əsasən X9 0.2429 ha torpaq sahəsi ayrılmış, bölgüdən sonra X18, X59, İddiaçı, Cavabdeh1, X14 ümumi birgə mülkiyyətindç 1.2148 ha torpaq sahəsi qalmışdır (1-ci cild, iş vərəqi 268); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci ildə verilən çıxarışa əsasən Biləsuvar şəhəri ərazisində yerləşən 0.2429 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X6 tam pay üzrə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır (1-ci cild, iş vərəqi 267); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci ildə verilən çıxarışa əsasən Biləsuvar şəhəri ərazisində yerləşən 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X18, X59, İddiaçı, Cavabdeh1, X14 ümumi birgə mülkiyyətindədir (1-ci cild, iş vərəqi 261); Biləsuvar rayon notariat ofisinin notariusu X10 tərəfindən təsdiq olunaraq reyestrdə 2V-04 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, X18 ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 16 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evini, həyətyanı torpaq sahəsi ilə birlikdə oğlu Cavabdeh1 vəsiyyət etmişdir (1-ci cild, iş vərəqi 196); Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci ildə verilən ölüm haqqında şəhadətnamədən görünür ki, X59 xx.xx.2021-ci ildə ölmüşdür (1-ci cild, iş vərəqi 194); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyetr nömrəsi **********60-10301 olan ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evinə (yeni qaydalarla Biləsuvar şəhəri, B.Abbasov küçəsi, ev 47) dair xx.xx.2021-ci ildə tərtib olunan texniki pasporta əsasən evin tikildiyi il kimi 1989-cu il qeydinin üzərndən xətt çəkilərək, əlyazma ilə 2009-cu il qeyd edilmişdir (1ci cild, iş vərəqi 258); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci ildə verilən çıxarışa əsasən ünvan 17 ünvanında yerləşən 0.1654 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X18, X24, X32, X42, Cavabdeh1, X21, İddiaçı, X35, X44 və X26 ümumi birgə milkiyyətlərində, torpaq sahəsinin üzərində olan 111.60 kv.metr ölçüdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında tam pay üzrə X5 mülkiyyətindədir, reyestr nömrəsi **********60-10301 (1-ci cild, iş vərəqi 186); Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci ildə verilən ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2022-ci ildə ölmüşdür (1-ci cild, iş vərəqi 195); Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzabati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən notariat ofisinə təqdim edilməsindən ötrü xx.xx.2022-ci ildə verilmiş arayışdan görünür ki, xx.xx.2022-ci ildə ölmüş X5 vərəsələri miras əmlakı faktiki olaraq qəbul etmişlər. Miras qoyanın vərəsələri X32, X37, X11, X42, X15, Cavabdeh1, X21, İddiaçı, X40, X27r (1-ci cild, iş vərəqi 73); Biləsuvar Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(022)-415/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı ümumi mülkiyyətdən payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, 1029F KOD 80800001 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixi 34 saylı qərarı ilə X18, Cavabdeh1, X42, X21, X32, X28, X44, X49, X38 ümumi birgə mülkiyyətinə verilmiş 0.17 ha torpaq sahəsindən İddiaçı 1/10 hissədə payı müəyyən edilmişqdir (1-ci cild, iş vərəqi 213-215); Cavabdeh1 Biləsuvar rayon notariat ofisinə xx.xx.2022-ci ildə verdiyi ərizələrdən görünür ki, mərhum X16ndan və mərhum atası X4 miras qalmış əmlaklara dair adına vərəsəlik hüququnda dair şəhadətnamənin verilməsini xahiş etmişdir (1-ci cild, iş vərəqi 149-150); İddiaçı Biləsuvar rayon notariat ofisinə xx.xx.2022-ci ildə verdiyi ərizələrdən görünür ki, mərhum X16ndan və mərhum atası X4 miras qalmış əmlaklara dair adına vərəsəlik hüququnda dair şəhadətnamənin verilməsini xahiş etmişdir (1-ci cild, iş vərəqi 151-152); Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən notariat ofisinə təqdim edilməsindən ötrü xx.xx.2021-ci ildə verilmiş arayışdan görünür ki, xx.xx.1993-cü ildən xx.xx.2021-ci ilədək X41 nikahı haqqında akt qeydi aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 154); Biləsuvar rayon notariat ofisinin notariusu Xanoğlan Məmmədovun Cavabdeh1 vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubunda miras şərikləri arasında ixtilafların olmasından dolayı mirasın bölgüsü ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur (1-ci cild, iş vərəqi 193); Biləsuvar Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(022)-348/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı ümumi mülkiyyətdə olan evin, kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən payın müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə X59, Cavabdeh1, X42, X18 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmiş 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/5 hissədə payı müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 208-212). Beləliklə işin mübahisəsiz müəyyən olunan faktiki halları aşağıdakılardan ibarətdir: Miras qoyanlar X18 və X50r. Onlar faktiki ailə qurmuş, nikahlarını isə xx.xx.1966-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.1961-ci ildə X32, xx.xx.1963-cü ildə X19, xx.xx.1965-ci ildə X20, xx.xx.1967-ci ildə X42, xx.xx.1969-cu ildə X15, xx.xx.1973-cü ildə Cavabdeh1, xx.xx.1976-cı ildə X21 və xx.xx.1978-ci ildə İddiaçı adında 8 övladları olmuşdur. Nikahları Biləsuvar Rayon Məhkəməsinin xx.xx.1991-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikah pozularkən əmlak bölgüsü aparılmamışdır. Nikah pozulanadək Fərhad Məmmədov ailəsi ilə birlikdə ünvan 17 ünvanında 1989-cu ildə inşa edilmiş fərdi yaşayış evində yaşamış, nikah pozulandan sonra faktiki olaraq Biləsuvar rayonu, Günəşli kəndində yaşayan X40 adlı şəxslə ailə quraraq, onunla birlikdə həmin kənddə yaşamağa başlamışdır. Bu münasibətdən xx.xx.1993-cü ildə X43 adlı bir oğlu olmuşdur. X18 ilə X12 faktiki ailə münasibətləri xx.xx.1993-cü ildə nikahları qeyd edilməklə rəsmiləşdirilmişdir. Boşanandan sonra X18 əvvəlki ailəsinin yaşadığı ünvan 17 ünvanında ümumiyyətlə qalmamışdır. X59 xx.xx.2021-ci ildə yaşadığı ünvan 17 ünvanında ölmüşdür, ölən günədək yenidən nikaha girməmişdir. X18 xx.xx.2022-ci ildə rəsmi nikahda olduğu arvadı ilə yaşadığı Biləsuvar rayonu, Günəşli kəndində ölmüşdür. xx.xx.2021-ci il tarixdə X18 ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 16 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evini, həyətyanı torpaq sahəsi ilə birlikdə oğlu Cavabdeh1 vəsiyyət etmişdir. X18 və X41 ölümü ilə bağlı mirasa açılan əmlaklar aşağıdakılardır: 1) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışa əsasən ünvan 17 ünvanında yerləşməklə xüsusi mülkiyyət hüququ əsasında 10 nəfərin ümumi birgə mülkiyyətində olan 0.1654 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin miras qoyanların hər birinin payına düşən 1/10 hissəsi və həmin torpaq sahəsi üzərində inşa olunmaqla, tam pay üzrə X5 xüsusi mülkiyyətində olan 111.60 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi, 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışa əsasən Biləsuvar şəhəri ərazisində yerləşməklə xüsusi mülkiyyət hüququ əsasında 5 nəfərin ümumi birgə mülkiyyətində olan 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qoyanların hər birinin payına düşən 1/5 hissəsi. İşin mübahisəli halı mirasa açılan fərdi yaşayış evinin inşa olunduğu ilin müəyyən olunması və həmin evdə miras qoyan Fərhad Məmmədovun rəsmi nikahda olduğu arvadı Zərxanım Əliyevanın ikidə bir hissədə payının olması ilə bağlıdır. Belə ki, ilk iddia üzrə İddiaçı həmin evin mərhum valideyinləri tərəfindən boşandıqları dövrədək inşa olunduğunu, valideyinləri boşanandan sonra atasının həmin evi birdəfəlik tərk edərək aldığı başqa arvadla Biləsuvar rayonunun Günəşli kəndində ölən günədək yaşadığını, anasının isə ölən günədək mirasa açılan həmin evdə yaşadığını, atasının sağlığında ümumiyyətlə həmin evə yalnız müəyyən əşyaları götürmək üçün gəldiyini, anasının sağlığında Zərxanımın həmin evə gələ bilməsinin mümkünsüz olduğunu, evin sökülərək yenidən inşa olunmadığını, yalnız müəyyən artırmaların və təmir işlərinin aparıldığını, bunların da, mərhum atasının deyil, özünün və qardaşının hesablarına edildiyini bildirir. Qarşılıqlı iddia üzrə cavabdeh isə həmin evin 2009-cu ildə mərhum atası ilə analığının rəsmi nikahları dövründə inşa olunduğunu, evin mərhum atası ilə analığının birgə mülkiyyəti olduğunu və atasının ölümü ilə mirasa açılan hissəsinin evin ikidə birinin təşkil etdiyini bildirir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi : Maddə 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1 - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 77.1 - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88 - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin mübahisəli halı kimi mirasa açılan fərdi yaşayış evinin inşa olunduğu ilin müəyyən olunması ilə bağlı kollegiya ilk növbədə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı həmin halın sübutu kimi ƏMDK yanında DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 30 noyabr 2021-ci ildə verilən 7053 inventar nömrəli texniki pasportda (1-ci cild, iş vərəqi 187-188) evin tikildiyi il kimi 2009-cu ilin göstərilməsi qeydinə istinad edir, əvvəlki evin həqiqətən həmin ildə sökülərək yerində yenidən mövcud evin tikilməsinə dair başqa mötəbər bir sübut verə bilmir. Biləsuvar Rayon Məhkəməsinin sorğusu əsasında ƏMDK yanında DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən təqdim olunan sənədlər sırasında həmin evə dair 30 noyabr 2021-ci ildə verilən 7053 inventar nömrəli texniki pasportun (1-ci cild, iş vərəqi 254-257) təsdiq olunmuş surəti də yer alır. Həmin texniki pasportda evin tikldiyi il kimi 1989-cu il qeydinin üstündən xətt çəkilərək, əlyazma 2009-cu il qeydi yazılmışdır. Qeyd olunan ziddiyyətlərə aydınlıq gətirilməsindən ötrü apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə sorğu (2-ci cild iş vərəqi 35) verilərək, daşınmaz əmlaka dair verilən texniki pasportda 2009-cu ildə tikilməsi kimi qeydin aparılmasına əsas olan bütün sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması istənilmişdir. Sorğuya verilən cavab məktubunda (2-ci cild iş vərəqi 48) evin texniki pasportunda 2009-cu ildə inşa olunmasına dair qeydin çıxarış verilməsindən ötrü müraciət edən Fərhad Məmmədovun dediklərinə əsasən aparıldığı bildirilmiş, evin 2009-cu ildə inşa olunmasını təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert tikililərin hansı tarixdə inşa edilməsini müəyyən etmək üçün metodika olmadığını bildirərək, ekspertizanın aparılmasından imtina etmişdir (2-ci cild iş vərəqi 175). Odur ki, mirasa açılan fərdi yaşayış evinin məhz əvvəlki ev sökülərək yerində 2009-cu ildə inşa olunan ev olmasına dair texniki pasportda aparılan qeyd ziddiyyətli olmaqla, digər sübutlarla təsdiqini tapmadığından, güvənli nəticəyə gəlməkdən ötrü yetərli deyildir. İşin mübahisəli olan digər halı mirasa açılan evin 2009-cu ildə inşa edilməsindən dolayı, evdə miras qoyan Fərhad Məmmədovun rəsmi nikahda olduğu arvadı Zərxanım Əliyevanın ikidə bir hissədə payının olması ilə bağlıdır. Qeyd edilməlidir ki, bu halın müəyyən edilməsi miras kütləsinə daxil olan miras aktivinin müəyyən edilməsi üçün də, vacib əhəmiyyət kəsb edir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 apellyasiya şikayətinin dəlilləri də, məhz qeyd edilən halın müəyyən edilməsi ilə bağlıdır. Kollegiya işin mübahisəli faktiki halı kimi qeyd olunan məsələ ilə bağlı qeyd edir ki, mirasa açılan evin 2009-cu ildə inşa olunması yuxarıda qeyd edildiyi kimi təsdiqini tapmır. Müəyyən olunan hal həmin evdə müəyyən artırmaların edilməsi, təmiri ilə bağlıdır ki, bunların da, mərhum Fərhad Məmmədovla rəsmi nikahda olduğu Zərxanım Əliyevanın birgə vəsaiti hesabına edilməsi sübut olunmur. Kollegiya burada onu da, qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən olunan faktiki hallarına əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.1991-ci il tarixli qətnaməsi ilə X63 Əliyevanın nikahı pozulsa da, əmlak bölgüsü aparılmamış, Fərhad Məmmədov mirasa açılan evi tərk edərək ölən günədək Biləsuvar rayonu, Günəşli kəndində X40 ilə birlikdə yaşamış, Vəsi Əliyeva isə ölən günədək mirasa açılan evdə yaşamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. İşin müəyyən olunan hallarından göründüyü kimi X63 Əliyeva arasında 1966-cı ildə bağlanan nikah xx.xx.1991-ci il tarixli məhkəmə qərarına əsasən pozulmuş olsa da, Vəsi Əlieva 1989-cu ildə inşa edilmiş mirasa açılan evdə ölən gününədək yaşamaqla, həmin əmlaka olan mülkiyyət hüququ pozulmamış, həmin ev üzərində Fərhad Məmmədovun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına baxmayaraq, birgə nikahları dövründə əldə edilən əmlak olaraq ikidə biri Vəsi Əliyevanın mülkiyyətində olmuşdur. Odur ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. Bununla belə, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçı, yaxud mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş digər qanun üzrə vərəsələr tərəfindən mübahisələndirilmədiyindən, apellyasiya şikayətinə baxan məhkəmə kollegiyası isə qarşılıqlı iddia üzrə iddiaçının şikayətinin dəlilləri həddində araşdırma aparmaq səlahiyyətində olduğundan, kollegiya fərdi yaşayış evinə münasibətdə tam olaraq miras qoyan Fərhad Məmmədovdan miras qalan aktiv kimi qiymət vermək məcburiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cu maddənin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin Vİİ hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Maddə 1164. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1170.1 Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə,vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarı). Mirasda məcburi pay sahibi vərəsəliyin qanun üzrə vərəsəliyin toxunulmaz hissəsi olması qanunvericiliyin miras əmlakın böldüşdürülməsi ilə bağlı normalarının məcburi pay hüququ olan şəxslərə münasibətdə də tətbiq edilməsinə əsas verir. Məcburi pay hüququna malik vərəsələr öz məcburi paylarının həcminə mütənasib olaraq mirasa daxil olan bu və ya digər əmlakın onlara verilməsi, yaxud əmlakın bir miras şərikinə verilib, digərlərinə kompensasiya ödənilməsi və s. ilə bağlı digər vərəsələrlə qarşılıqlı razılıq əldə edə, belə razılıq olmadıqda isə miras əmlakın qanunvericiliyin tələblərinə uyğun olaraq bölüşdürülməsi üçün məhkəməyə müraciət edə bilərlər. Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır ( Konstitusiya məhkəməsi plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024 tarixli Qərarı). Üç ulduzla indeksləşdirilmiş vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3560/2024 saylı qərarında formalaşan hüquqi mövqeyə görə vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. Qarşılıqlı iddia üzrə iddiaçının vermiş olduğu apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ilk növbədə hər bir miras qoyanlara məxsus mirasa açılan əmlaklar(miras aktivi), onların qanun üzrə və vəsiyyət üzrə vərəsələrinin dairəsi, sonra isə mirasdan alacaqları pay müəyyən edilməlidir. Qeyd edilməlidir ki, miras qoyanlar keçmiş ər arvad X18 və X50r, nikahları xx.xx.1991-ci ildə məhkəmə qaydasında pozulmuşdur. X59 xx.xx.2021-ci ildə, X18 isə 15 yanvar 2022-ci ildə ölmüşlər. Mülki Məcəllənin 1164-cü maddəsi baxımından Fərhad Məmmədov ondan daha öncə ölmüş Vəsi Əliyevanın vərəsəsi ola bilməz. Miras qoyan X5 birinci arvaddan 8 uşağı, ölən günədək rəsmi nikahda olduğu ikinci arvad və ikinci arvaddan olan 1 uşağı olmaqla 10 birinci növbəli qanun üzrə vərəsəsi vardır. Biləsuvar rayon notariat ofisinin notariusu X10 tərəfindən təsdiq olunaraq reyestrdə 2V-04 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnaməyə əsasən X18 ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 16 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evini, həyətyanı torpaq sahəsi ilə birlikdə oğlu Cavabdeh1 vəsiyyət etmişdir. X1 miras qalmış əmlaklara münasibətdə vəsiyyət üzrə vərəsəlik mövcuddur, adına vəsiyyətnamə qoyulmuş Cavabdeh1 savayı digər qanun üzrə 9 vərəsənin mirasdan məcburi pay almaq hüquqları vardır ki, həmin pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Belə olan halda mirasa açılan ünvan 17 ünvanında yerləşən, tam pay üzrə X5 xüsusi mülkiyyətində olan 111.60 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evindən miras qoyanın 10 qanun üzrə vərəsəsinin olduğu nəzərə alınmaqla, hər vərəsəyə qanun üzrə vərəsəlik zamanı çatası pay 1/10 hissəni təşki edəcək. Nəqədər ki, miras qoyan qanun üzrə vərəsələrindən birinə, qarşılıqlı iddia üzrə iddiaçıya ölən günədək ona məxsus olmuş bütün əmlakını vəsiyyət etmişdir, mirasa açılan evdə ilk iddia üzrə İddiaçı və digər qanun üzrə birinci növbəli vərəsələrin 1/20 hissədə məcburi payı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 11/20 hissədə payı müəyyən edilməlidir. B.Abbasov küçəsi, (keçmiş B.Abbasov küçəsi ev 17) ev 47 ünvanında yerləşməklə xüsusi mülkiyyət hüququ əsasında 10 nəfərin ümumi birgə mülkiyyətində olan 0.1654 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X5 ölümü ilə mirasa açılan hissəsi torpağın 1/10-ni təşkil edir. X5 10 qanun üzrə vərəsəsinin olması nəzərə alınsa, mirasa açılan torpaq sahəsinin 1/10 hissəsindən hər bir qanun üzrə vərəsəyə çatası pay 1/100 hissəni təşkil edəcək. Miras qoyan qanun üzrə vərəsələrindən birinə, qarşılıqlı iddia üzrə iddiaçıya ölən günədək ona məxsus olmuş bütün əmlakını vəsiyyət etdiyindən, ilk iddia üzrə İddiaçı və digər qanun üzrə birinci növbəli vərəsələrin 1/200 hissədə məcburi payı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 191/200 hissədə payı müəyyən edilməlidir. Biləsuvar şəhəri ərazisində yerləşməklə xüsusi mülkiyyət hüququ əsasında 5 nəfərin ümumi birgə mülkiyyətində olan 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 ölümü ilə mirasa açılan hissəsi torpağın 1/5-ni təşkil edir. X5 10 qanun üzrə vərəsəsinin olması nəzərə alınsa, mirasa açılan torpaq sahəsinin 1/5 hissəsindən hər bir qanun üzrə vərəsəyə çatası pay 1/50 hissəni təşkil edəcək. Miras qoyan qanun üzrə vərəsələrindən birinə, qarşılıqlı iddia üzrə iddiaçıya ölən günədək ona məxsus olmuş bütün əmlakını vəsiyyət etdiyindən, ilk iddia üzrə İddiaçı və digər qanun üzrə birinci növbəli vərəsələrin 1/100 hissədə məcburi payı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 91/100 hissədə payı müəyyən edilməlidir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər. Lakin hazırki işdə miras kütləsinə daxil olan əmlakların hər biri daşınmaz əmlak olduğundan, minimum payın hər hansı bir formada pozulması halı müəyyən olunmur. Miras qoyan X41 8 uşağı olmaqla 8 birinci növbəli qanun üzrə vərəsəsi vardır. Sonuncu tərəfindən vəsiyyətnamə qoyulmamışdır, demək ki, ondan miras qalmış əmlaklara münasibətdə qanun üzrə vərəsəlik mövcuddur. B.Abbasov küçəsi, (keçmiş B.Abbasov küçəsi ev 17) ev 47 ünvanında yerləşməklə xüsusi mülkiyyət hüququ əsasında 10 nəfərin ümumi birgə mülkiyyətində olan 0.1654 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X41 ölümü ilə mirasa açılan hissəsi torpağın 1/10-ni təşkil edir. X41 8 birinci növbəli qanun üzrə vərəsəsinin olması nəzərə alınsa, mirasa açılan torpaq sahəsinin 1/10 hissəsindən hər bir qanun üzrə vərəsəyə çatası pay 1/80 hissəni təşkil edəcək. Biləsuvar şəhəri ərazisində yerləşməklə xüsusi mülkiyyət hüququ əsasında 5 nəfərin ümumi birgə mülkiyyətində olan 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X41 ölümü ilə mirasa açılan hissəsi torpağın 1/5-ni təşkil edir. X41 8 birinci növbəli qanun üzrə vərəsəsinin olması nəzərə alınsa, mirasa açılan torpaq sahəsinin 1/5 hissəsindən hər bir qanun üzrə vərəsəyə çatası pay 1/40 hissəni təşkil edəcək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Kollegiya hesab edir ki, miras kütləsinə daxil olan əmlaklar üzərində tərəflərin payları birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmədiyindən, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin olunmaqla qətnamə ləğv edilməli, hər iki iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X12 apellyasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(022)-274/2024 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İlk və qarşılıqlı iddialar qismən təmin edilsin. Mirasa açılan ünvan 17 ünvanında yerləşən, tam pay üzrə X5 xüsusi mülkiyyətində olan 111.60 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evində ilk iddia üzrə İddiaçı 1/20 hissədə məcburi payı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 11/20 hissədə vəsiyyət üzrə payı müəyyən edilsin. Mirasa açılan ünvan 17 ünvanında yerləşməklə xüsusi mülkiyyət hüququ əsasında 10 nəfərin ümumi birgə mülkiyyətində olan 0.1654 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X5 1/10 hissədə payında ilk iddia üzrə İddiaçı 1/200 hissədə məcburi payı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 191/200 hissədə vəsiyyət üzrə payı müəyyən edilsin. Mirasa açılan Biləsuvar şəhəri ərazisində yerləşməklə xüsusi mülkiyyət hüququ əsasında 5 nəfərin ümumi birgə mülkiyyətində olan 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 1/5 hissədə payında ilk iddia üzrə İddiaçı 1/100 hissədə məcburi payı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 91/100 hissədə vəsiyyət üzrə payı müəyyən edilsin. Mirasa açılan ünvan 17 ünvanında yerləşməklə xüsusi mülkiyyət hüququ əsasında 10 nəfərin ümumi birgə mülkiyyətində olan 0.1654 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X41 1/10 hissədə payında ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 1/80 hissədə qanun üzrə vərəsəlik payları müəyyən edilsin. Mirasa açılan Biləsuvar şəhəri ərazisində yerləşməklə xüsusi mülkiyyət hüququ əsasında 5 nəfərin ümumi birgə mülkiyyətində olan 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X41 1/5 hissədə payında ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 1/40 hissədə qanun üzrə vərəsəlik payları müəyyən edilsin. İlk və qarşılıqlı iddia qalan hissələrdə təmin olunmasın. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Pərviz Əhmədov Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-174/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-174/2025
26.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver