Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1747/2025 21.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-3104/2025 saylı qərardadından İddiaçı (nümayəndəsi və vəkili X14) tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qayınatası X6 vəfatından sonra miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüquqlarının tanınması və miras əmlakın Cavabdeh ilə aralarında bölünməsi barədə iddia ərizəsini ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-3104/2025 saylı qərardadı ilə (hakim A.Vəliyev) İddiaçı Cavabdeh qarşı qayınatası X6 vəfatından sonra miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüquqlarının tanınması və miras əmlakın Cavabdeh ilə aralarında bölünməsi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsinin ona əlavə edilmiş bütün sənədlərlə birlikdə İddiaçı qaytarılması və xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ŞirvanSalyan Regional Maliyyə İdarəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı (nümayəndəsi və vəkili şikayət verərək Salyan Rayon Məhkəməsinin 2(057)-3104/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-1241/2024 qətnaməsi ilə, iddiaçı Cavabdehlər Salyan Regional “ASAN Xidmət Mərkəzi”nin Notariat ofisi, Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı, Rəhimova (Tağıyeva) Süsən Yusif qızı, X4, X10 və X1 qarşı ünvan 2ünvanda yerləşən miras əmlakı qəbul etməsi faktının və ünvan 2 ünvanda yerləşən miras əmlak üzərində (fərdi yaşayış evi) X7 tam payının müəyyən olunması barədə iddiasının qismən təmin edilməsi, X5 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin miras əmlak kimi X15 tərəfindən qəbul edilmiş hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Hal-hazırda həmin qətnamə qanuni qüvvəsinə minmişdir. Bundan başqa iddiaçı X4 tərəfindən Cavabdeh qarşı“mərhum X6 vəfatından sonra miras qalmış əmlakına, yəni ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair, X2 qanun üzrə vərəsəlik hüquqlarının tanınması və cavabdeh RəhimovaVinera Fazil qızı ilə aralarında bölünməsi barədə” iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edilmişdir. Bildirmək istəyir ki, qeyd olunan hər iki mülki iş üzrə İddiaçı nə iddiaçı, nə də ki cavabdeh qismində cəlb edilməmişdir. Həmin iki mülki iş üzrə iddiaçı Cavabdeh və iddiaçı X2 vərəsəlik hüquqlarının tanınması tələblərinə baxılmışdır. Buna baxmayaraq, Salyan Rayon Məhkəməsinin 2(057)-3104/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı qayınatası X6 vəfatından sonra miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüquqlarının tanınması və miras əmlakın Cavabdeh ilə aralarında bölünməsi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir və iddia ərizəsi qaytarılmışdır. Salyan Rayon Məhkəməsi iş üzrə həqiqi hallarını və tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli araşdırmamış, məhkəməyə təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun qərardad qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Bildirmək istəyir ki, İddiaçı məhkəmənin icraatında olan mülki işlərdə tərəf olmamışdır. Hal-hazırda İddiaçı iddiaçi olduğu mülki iş üzrə iddia predmeti onun vərəsəlik hüquqlarının tanınmasıdır. Hazırki iş üzrə İddiaçı iddia tələbi fərqlidir və iddiaçı özünə məxsus vərəsəlik hüquqlarının tanınması, yəni “qaynatası mərhum X6 vəfatından sonra miras qalmış əmlakına, yəni ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair, İddiaçı qanun üzrə vərəsəlik hüquqlarının tanınmasıdır”. Beləliklə, məhkəmənin icraatında olan Cavabdeh iddiası üzrə mülki işdə yalnız Cavabdeh vərəsəlik hüquqlarının olub-olunmamasına baxılmışdır. X4 öz vərəsəlik hüquqlarının tanınması üçün ayrı iddia ərizəsi ilə müraciət etmişdir. Digər vərəsələr isə həmin iş üzrə qarşılıqlı iddia ərizəsi ilə müraciət etməmişdirlər. Əlavə olaraq bildirmək istəyir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi mərhum X6 xüsusi mülkiyyətindədir və onun adına dövlət qeydiyyatına alınmışdır. Miras qoyan X18 1975-ci ildə vəfat etmişdir. X16 vəfat etdikdən sonra miras əmlakı onun həyat yoldaşı X9 və övladları faktiki olaraq qəbul etmişdirlər. X9 miras əmlakı, yəni ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini öz adına rəsmiləşdirmədən 2004-cü il tarixində vəfat etmişdir. X9 vəfat etdikdən sonra miras əmlakı onun övladları faktiki olaraq qəbul etmişdirlər. X6 və X3 birgə nikahlarından 5 övladı olmuşdur: RəhimovVaqif Yusif oğlu, X11, X12, Rəhimova FatmaxanımYusif qızı va X13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsinin Plenumun 26 dekabr 2023-cü il tarixli Qərarında “Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi qərara almışdır. Hesab edir ki, Salyan Rayon Məhkəməsinin qərardadı ilə İddiaçı hüquqları pozulmuşdur və əsassız qərardad qəbul edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-3104/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli 2(057)- 3104/2025 qərardadı qüvvəsində saxlanılması və həmin qərardaddan verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayəti iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, şikayət təmin edilə bilməz. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsinin əsasları göstərilmişdir. Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə tərkibi qeyd edir ki, həmin normaya görə iddia ərizəsini qəbul etməkdən imtina üçün aşağıdakı üç halın, həm də eyni vaxtda mövcud olması zəruri şərtdir. - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda. Hazırkı halda yuxarıda qeyd edilən iş üzrə iddiaçı Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli, 2(057)-1241/2024 saylı qətnaməsi üzrə tərəf və ya işdə iştirak edən şəxs statusunda olmasa da, faktiki olaraq həmin qətnamə üzrə iddia tələbinin predmeti hazırkı iddia tələbi üzrə iddianın predmeti ilə eynilik təşkil edir, iddia tələbi həmin qətnamə üzrə iddiaçı statusunda olmuş şəxsə qarşı yönəlmiş və artıq həmin qətnamə ilə iddianın predmeti ilə bağlı müvafiq araşdırmalar və hüquqi dəyərləndirmə aparılmışdır. Belə ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-1241/2024 saylı qüvvədə olan qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər Salyan Regional “ASAN Xidmət Mərkəzi”nin Notariat ofisinə, Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı, Rəhimova (Tağıyeva) Süsən Yusif qızı, X4, X10 və X1 qarşı ünvan 2 ünvanda yerləşən miras əmlakı qəbul etməsi faktının və ünvan 2 ünvanda yerləşən miras əmlak üzərində (fərdi yaşayış evi) X7 tam payının müəyyən olunması barədə iddiası qismən təmin edilmiş; X5 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi miras əmlak kimi X15 tərəfindən qəbul edilmiş hesab edilmişdir. Qeyd edilməlidir ki, sözügedən norma (Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddələsi) qanunverici tərəfindən imperativ şəkildə müəyyən edilmiş hüquq normasıdır, buna görə də həmin hüquq normasının tələblərindən kənara çıxma mülki prosessual qanunvericiliyin prinsiplərinin pozulması ilə nəticələnərdi. Sözügedən prinsiplərin şərtləri istisnasız qorunmalıdır. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq normasının şərh edilməsi (rəsmi şərh) və ya dəyişdirilməsi, ləğvi səlahiyyəti müvafiq orqanlara (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Milli Məclis) məxsusdur. Hüquq tətbiq edən məhkəmələr hüquq təfsirini məhdud formada, hüquq sahəsinin və hüquq normasının mahiyyətinə uyğun şəkildə həyata keçirə bilərlər. Azərbaycan Respublikasında məhkəmələr hüquq yaradan orqanlar olmamaqla qüvvədə olan hüquq normalarının tətbiqi ilə mükəlləfdirlər. Məhkəmələrin təfsir səlahiyyəti də, məhdud qaydada, yalnız müvafiq ümumi və ya sahəvi prinsiplər çərçivəsində həyata keçirilir. Vurğulanmalıdır ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(057)- 1241/2024 saylı qətnaməsi ilə X5 miras qalmış ünvan 2 ünvanındakı fərdi yaşayış evinin kim tərəfindən qəbul edildiyi, həmin əmlakın miras əmlak olması və mirasçılar arasında hüquqi vəziyyət tam araşdırılmış, qiymətləndirilmiş və hüquqi mübahisə həll edilmişdir. Həmin qətnamə dəyişdirilmədən qanuni qüvvəyə minmişdir və hüquqi nəticələr doğurur. Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.2-ci maddələri imperativdir və tələb edir: 1)eyni əmlak, 2)eyni hüquqi faktlar, 3) eyni maddi hüquq münasibətləri üzrə qanuni qüvvəyə minmiş qərar olduqda yeni iddianın qəbulu yolverilməzdir.Hakim iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. İddia predmetinin “vərəsəlik hüququnun tanınması” adlandırılması, mahiyyətcə həmin əmlak üzərində yenidən vərəsəlik hüququnun müəyyən olunmasına yönəldiyindən, artıq həll edilmiş mübahisəni yenidən açmağa cəhddir. Qeyd edilməlidir ki, əvvəlki işdə tərəf olmamaq, amma eyni əmlak və eyni hüquqi faktlar üzrə yenidən iddia qaldırmaq hüququ vermir. Bu həddən artıq formal yanaşmadır. Hüquqi müəyyənlik prinsipinə görə, məhkəmə artıq konkret əmlak üzərində vərəsəlik münasibətlərini araşdırıb hüquqi nəticəyə gəlmişdirsə, həmin əmlakla bağlı digər şəxslərin sonradan eyni məzmunlu iddia ilə çıxış etməsi məhkəmə qərarlarının sabitliyini pozur və yolverilməzdir. Göründüyü kimi, hazırki tələbə artıq baxıla bilməz. Çünki mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-3104/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı:
İddiaçı (nümayəndəsi və vəkili X14) tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-3104/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddan kаssаsiyа şikаyəti verilə bilməz.