Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1752/2024 04.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(032)-819/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 noyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 8nı üzrə fərdi yaşayış evinə köçürülməsi və həmin evdə yaşamasına maeəçilik edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Cavabdeh2 X1 nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 1977-ci il təvəllüdlü X11, 1979-cu il təvəllüdlü X6, 1981-ci il təvəllüdlü X7 və 1983- cü il təvəllüdlü İddiaçı, 1986-cı il təvəllüdlü X5 və 1991-ci il təvəllüdlü X8 adlı altı övladları anadan olmuşdur. Ailələri ilə birlikdə ünvan 1 ünvanı üzrə 4 otaqlı mənzildə yaşamışdır. X1 11 iyun 1997-ci il tarixdə dünyasını dəyişmişdir. Tünzalə və Şəlalə bacıları da, həmçinin vəfat etmişlər. Atası Cavabdeh1 ilə 1999-cu il tarixdə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü X10 adlı bir övladları anadan olmuşdur. Atası xx.xx.2003-cü il tarixdə ünvan 1 ünvanı üzrə 4 otaqlı mənzili alqı-satqı müqaviləsi əsasında satmaqla ünvan 2 ünvanı üzrə fərdi yaşayış evini əldə etmişlər. X2 ilə əldə edilmiş fərdi yaşayış evinə yaşamaq üçün buraxmadılar. Bu günədək müxtəlif dövlət orqanlarına, Şirvan şəhər İcra Hakimiyyəti Başçısına müraciəti əsasında müvəqqəti yaşayış sahəsi ilə təmin edilməklə müxtəlif yerlərdə yaşamışdır. Qardaşı da yaşadığı ünvan üzrə onun yaşamağına razılıq vermir. Hazırda səhhəti ilə əlaqədar, həmçinin maddi imkansızlıqdan bu müddət ərzində məhkəməyə müraciət etməmişdir. Çarəsizlikdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, mərhum yoldaşı X4 ilə birgə nikahlarından 1977-ci il təvəllüdlü X11, 1979-cu il təvəllüdlü X6, 1981-ci il təvəllüdlü X7 və 1983- cü il təvəllüdlü İddiaçı, 1986-cı il təvəllüdlü X5 və 1991-ci il təvəllüdlü X8 adlı altı övladları anadan olmuşdur. Şəlalə və Tünzalə vəfat etmiş, Kəmalə isə boşanıb hazırda Bakı şəhərində yaşayır. Həyat yoldaşı X4 1997-ci il tarixdə dünyasını dəyişmişdir. Sonra o 1999-cu ildə Cavabdeh1 ilə ailə qurmuşdur. Oğlanları onunla qalmaq istəmədiyi üçün yaşadıqları evi sataraq onlara ev almış, özlərinə isə ünvan 3 saylı mənzili almışlar. Həmin mənzil Cavabdeh1 mülkiyyətindədir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh2 ilə ilə ailə qurandan sonra övladları onunla qalmaq istəmədiyi üçün ev satılmış, onların payları verilmiş, özlərinə isə ev almışlar. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(032)-819/2024 saylı qətnaməsi ilə (X13) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ünvan 3 ünvanı üzrə fərdi yaşayış evinə köçürülməsi və həmin evdə yaşamağına maneəçilik edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, hesab edir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(032)-819/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(032)- 819/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(032)-819/2024 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Şirvan Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(032)-819/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə hər kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarı) . Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(032)- 819/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Şirvan ŞPŞ tərəfindən verilmiş seriya AZE nömrə ******** olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur və hazırda ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan ŞPŞ tərəfindən verilmiş seriya AZE nömrə ******** olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1951-ci ildə Əli Bayramlı rayonu, Güdəcühür kəndində anadan olmuşdur və hazırda ünvan 3 ünvanında qeydiyyatındadır. İş materiallarında olan Şirvan ŞPŞ tərəfindən verilmiş seriya AZE nömrə 0******* olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1957-ci ildə Sabirabad rayonu, Pokrovka kəndində anadan olmuşdur və hazırda ünvan 3 ünvanında qeydiyyatındadır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli invertar nömrəsi 4849 olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Şirvan şəhəri Energetik küçəsi 9 ev 335 X3 adına tərtib edilmişdir. Həmin tikili 36 m2 olan bir otaqlı yaşayış sahəsindən ibarətdir. İş materiallarında olan Şirvan şəhəri Energetik küçəsi 9 ev 335 ünvanında yaşayan qeydiyyata alınmasına dair ev kitabından görünür ki, evdə Cavabdeh2, Cavabdeh1 və X9 qeydiyyatdadır. İş materiallarında olan X11 tərfindən verilmiş xx.xx.2003-cü il tarixli izahatda qeyd edilmişdir ki, “X24 atam Cavabdeh2 altıyüz qırx şirvan pul aldım.”. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, o, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 8nı üzrə fərdi yaşayış evinə köçürülməsi və həmin evdə yaşamasına maeəçilik edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsini tələb edir və tələbini onunla əsaslandırır ki, atası Cavabdeh2 X1 nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 1977-ci il təvəllüdlü X11, 1979-cu il təvəllüdlü X6, 1981-ci il təvəllüdlü X7 və 1983- cü il təvəllüdlü İddiaçı, 1986-cı il təvəllüdlü X5 və 1991-ci il təvəllüdlü X8 adlı altı övladları anadan olmuşdur. Ailələri ilə birlikdə ünvan 1 ünvanı üzrə 4 otaqlı mənzildə yaşamışdır. X1 11 iyun 1997-ci il tarixdə dünyasını dəyişmişdir. Tünzalə və Şəlalə bacıları da, həmçinin vəfat etmişlər. Atası Cavabdeh1 ilə 1999-cu il tarixdə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü X10 adlı bir övladları anadan olmuşdur. Atası xx.xx.2003-cü il tarixdə ünvan 1 ünvanı üzrə 4 otaqlı mənzili alqı-satqı müqaviləsi əsasında satmaqla ünvan 2 ünvanı üzrə fərdi yaşayış evini əldə etmişlər. X2 ilə əldə edilmiş fərdi yaşayış evinə yaşamaq üçün buraxmadılar. Bu günədək müxtəlif dövlət orqanlarına, Şirvan şəhər İcra Hakimiyyəti Başçısına müraciəti əsasında müvəqqəti yaşayış sahəsi ilə təmin edilməklə müxtəlif yerlərdə yaşamışdır. Qardaşı da yaşadığı ünvan üzrə onun yaşamağına razılıq vermir. Hazırda səhhəti ilə əlaqədar, həmçinin maddi imkansızlıqdan bu müddət ərzində məhkəməyə müraciət etməmişdir. Çarəsizlikdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlərin iddia tələbinə etirazından müəyyən edilir ki, mərhum yoldaşı X4 ilə birgə nikahlarından 1977-ci il təvəllüdlü X11, 1979-cu il təvəllüdlü X6, 1981-ci il təvəllüdlü X7 və 1983- cü il təvəllüdlü İddiaçı, 1986-cı il təvəllüdlü X5 və 1991-ci il təvəllüdlü X8 adlı altı övladları anadan olmuşdur. Şəlalə və Tünzalə vəfat etmiş, Kəmalə isə boşanıb hazırda Bakı şəhərində yaşayır. Həyat yoldaşı X4 1997-ci il tarixdə dünyasını dəyişmişdir. Sonra o 1999-cu ildə Cavabdeh1 ilə ailə qurmuşdur. Oğlanları onunla qalmaq istəmədiyi üçün yaşadıqları evi sataraq onlara ev almış, özlərinə isə ona düşən pay ilə yanaşı arvadı Cavabdeh1 valideyinləri tərəfindən verilmiş əlavə pulun müqabilində ünvan 3 saylı mənzili almışlar. Oğlu Vüsal qardaşı Elşadla birlikdə satılan evdən onlara düşən pul ilə özlərinə ev almış uzun müddət həmin evdə yaşadıqdan sonra Vüsal həmin evdən köçüb getmişdir. Kollegiya iddiaçının mənzilə köçürülmə tələbi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi aşağıda qeyd edilən halları araşdırmış və (və ya) qanunvericilik normalarına düzgün riayət etmidir: İddiaçının köçmək istədiyini arzuladığı mənzildə yaşayıb-yaşamamasını; İddiaçının köçmək istədiyini arzuladığı mənzildən cavabdehlərin və ya üçüncü şəxslərin iradəsi ilə yaşayışının təmin edilməsindən məhrum edilməsini; Həmin mənzilin hüquqi statusu Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü yuxarıda göstərilən hər bir xüsusat üzrə ayrıca dəyərləndirmə aparılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə hər kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən maddi hüquq normasının məzmunundan da göründüyü kimi insanın yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi qadağandır. Bu istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Qeyd edilən normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, Cavabdeh2 mərhum X4 rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşlar. Bu nikahdan onların 1977-ci il təvəllüdlü X11, 1979-cu il təvəllüdlü X6, 1981-ci il təvəllüdlü X7, 1983-cü il təvəllüdlü İddiaçı, 1986-cı il təvəllüdlü X5 və 1991-ci il təvəllüdlü X8 adlı altı övladları anadan olmuşdur. 1979-cu il təvəllüdlü X6 və 1986-cı il təvəllüdlü X5 vəfat etmişdir. Həmçinin hazırkı mülki iş üzrə Cavabdeh2 həyat yoldaşı X4 1997-ci il tarixdə dünyasını dəyişmiş, daha sonra Cavabdeh2 1999-cu ildə Cavabdeh1 ilə nikaha daxil olmuş və həmin nikahdan onların X9 adlı uşaqları olmuşdur. Hazırda cavabdehlər Şirvan şəhəri Energetik küçəsi 9 ev 335 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. ünvan 6ləşən fərdi yaşayış evinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və həmin fərdi yaşayış evinə dair texniki pasport xx.xx.2005-ci il tarixdə 4849 invertar nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmışdır. Həmçinin məhkəmə araşdırması zamanı və tərəflərin vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1983-cü ildə Əli Bayramlı şəhərində anadan olmuş və hazırda ünvan 7 ünvanında qeydiyyatdadır. Atası ilə birlikdə 2003-cü ilədək satılmasından əvvəlki ünvan 1 ünvanında yaşamışlar. İddiaçı ünvan 8nı üzrə fərdi yaşayış evinə köçürülməsi və həmin evdə yaşamasına maneəçilik edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsinin tələbindən belə anlaşılır ki, sanki iddiaçı daimi yaşadığı və hüququ olduğu mənzildən qanunsuz məhrum edilmişdir. Halbuki işin mübahisəsiz halı kimi müəyyən edilir ki, cavabdehlərin yaşadığı Şirvan şəhəri Energetik küçəsi 9 ev 335 ünvanında iddiaçı heç vaxt yaşamamışdır. Bu faktı iddiaçı apellyasiya icraatı zamanı özü də izahatında təsdiq etmişdir. Göründüyü kimi iddiaçının mübahisələndirilən ev ilə əlaqəsi heç vaxt olmamış, atasının adına olan və sonradan satılaraq pulu ailə üzvləri arasında bölündükdən sonra 2003-cü ildə qardaşı Elşad ilə birlikdə onlara düşən payın müqabilində aldıqları evdə yaşamağa davam etməklə ötən 21 ildən artıq müddətdə mənzillə bağlı hər hansı bir tələb irəli sürməməsi cavabdehlər tərəfindən onun həmin mənzildən istifadə etməsinə hər hansı bir müdaxiləsi qənaətini istisna edir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi ev, təsərrüfat başına kitabda Cavabdeh1 adına olmaqla onun həmin evə gözlənilən mülkiyyət hüququ vardır, iddiaçının isə Cavabdeh1 ilə ailə münasibətlərindən irəli gələn mənzillə dair heç bir hüquqi bağlılığı yoxdur. Həmçinin müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında mübahisəli evdən istifadə ilə bağlı heç bir qanuni razılaşma yoxdur. Belə olan halda isə kollegiya mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını diqqətdən kənarda saxlamamalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçı sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Məhkəmə kollegiyası iddia tələbinin ünvan 6ləşən yaşayış sahəsinə köçürülməsi hissəsinə münasibətdə qeyd edir ki, işin faktiki hallarından və mübahisə edilməyən izahatlarından da göründüyü kimi İddiaçı köçürülməli olduğunu iddia etdiyi ünvanda yaşamamışdır. İddiaçı daşınmaz əmlak kimi mübahisəli tikiliyə dair dövlət tərəfindən tanınan və qorunan hüququn sahibi olmadığından, onun və həmin tikilidə yaşamış digər şəxslərin də daşınmaz əmlak kimi həmin tikili ilə hüquqi bağlılığı da ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı onun ünvan 6ləşən yaşayış sahəsinə köçürülməsi və həmin evdə yaşamasına maeəçilik edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə iddiası rədd edilməlidir” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Şirvan Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(032)-819/2024 saylı qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(032)-819/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1752/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1752/2024
04.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver