Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1758/2024 10.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi İmanov Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1499/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı evə köçürmə tələbinə dair iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək onun övladları ilə birlikdə Sabirabad rayonu Nizami kəndində yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin evdə yaşamaqlarına maneçilik edilməsinin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin oğlu X8 ilə 2011-ci ildə nikahlarını rəsmiləşdirmədən ər-arvad münasibətlərinə daxil olub, ailə quraraq köçürülməsini tələb etdiyi Sabirabad rayonu Nizami kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əmlakları həmin evə köçürülmüşdür. Bir müddət övladları olmamış, lakin xx.xx.2012-ci il tarixdə Elvin adlı oğlu anadan olduqdan sonra xx.xx.2012-ci il tarixdə nikahlarını Şirvan şəhər qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Köçürülməsini tələb etdiyi Sabirabad rayonu Nizami kəndində yerləşən fərdi yaşayış evində övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7, keçmiş əri X8 və Cavabdeh (keçmiş qaynanası) ilə birgə yaşamışlar. 2022-ci ildə ailə münasibətləri pozulmuş və o, məcburiyyət qarşısında həmin evdən çıxmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-64/2023 saylı qətnaməsi ilə X8 ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqlarının onun himayəsində qalmaları müəyyən edilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1499/2024 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia təmin edilərək İddiaçı və onun övladları: xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 Sabirabad rayonu Nizami kəndində yerləşən evə (06 nömrəli təsərrüfatbaşına kitabın 121-ci səhifəsində, şəxsi hesab 543 nömrə ilə qeydə alınmış ümumi sahəsi 180 m2) köçürülmələri və onların həmin evdə yaşamalarına hər hansı maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İşdə olan: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-64/2023 saylı qətnaməsi ilə X8 və İddiaçı arasında bağlanmış nikahın pozulması, tərəflərin övladları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları qət edilmişdir. Sabirabad RİHB-nin Nizami KİƏDN-in xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, Cavabdeh nümayəndəliyin 06 nömrəli təsərrüfatbaşına kitabın səhifə 121, şəxsi hesab 543 nömrəyə əsasən qeydiyyatdadır və Nizami kəndində ona məxsus ümumi sahəsi 180 m2 olan yaşayış evi var. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi təmin olunarkən mülkiyyət hüquqları ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçının həmin evdə yaşamasını qanunvericiliyin tələbinə əsasən yazılı razılıqla təsdiqlənməsi nəzərdə tutulsa da, mülkiyyət hüquqlarını məhdudlaşdıraraq razılıq əlaməti kimi qiymətləndirmişdir. Halbuki, qanunvericilik razılıq əlamətini yox, yazılı razılığı nəzərdə tutur. İşdən görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdə nikahlarını Şirvan şəhər qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Cavabdehin nümayəndəsi Nümayəndə məkhəmə iclasında bildirmişdir ki, cavabdehin oğludur. Sabirabad rayon Hacıbəbir kəndində, iddiaçının valideynlərinə yaxın ərazidən 17500 manata ev alınmışdır. Həmin ev 50 sot torpaq sahəsində olmaqla 3 otaqlıdır. Mübahisə predmeti olan ev Cavabdeh mülkiyyətindədir. Həmin evdə qardaşları ilə anası birlikdə yaşayırlar. Həmin ev 20 sot torpaq sahəsinin içərisində olmaqla təxminən 30000 manat dəyərindədir. Anasının mülkiyyətində olan ev Sabirabad rayonu Nizamikənd kəndində yerləşir. Məhkəmə iclasında iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, cavabdehlər tərəfindən ona yaşaması üçün ev alınmışdır. Lakin həmin ev onun adına rəsmiləşdirilməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1499/2024 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, cavabdehin oğlu X8 ilə iddiaçının 2006-cı ildən nikahlarını rəsmiləşdirmədən ər-arvad münasibətlərinə daxil olub, ailə quraraq iddiaçının köçürülməsini tələb etdiyi Sabirabad rayonu Nizami kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçüb və cehiz əmlaklarını da həmin evə yerləşdirməklə 2006-cı ildən 2022-ci ilədək övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 əri X8 və cavabdeh (qaynanası) ilə birgə yaşayaraq evin sakinləri ilə birgə təsərrüfat aparmış, 2022-ci ildə isə ailə münasibətləri pozulmuş və o, məcburiyyət qarşısında uşaqları ilə birgə həmin evdən çıxmışdır. Hazırda İddiaçı övladları ilə yaşayacaq yeri yoxdur. İddiaçı köçürülməsini tələb etdiyi Sabirabad rayonu Nizami kəndində yerləşən fərdi yaşayış evinə 2006-cı ildən gəlin köçərək iddiaçının oğlu X8 ilə 2006-cı ildən qeyri-rəsmi, xx.xx.2012-ci il tarixdən isə rəsmi ər-arvad münasibətlərində olmaqla 2022-ci ilədək yaşayıb evin sakinləri ilə birgə təsərrüfat aparması (övladları ilə birlikdə) faktı işin mübahisəsiz halıdır. İddia tələbi üzrə İddiaçı mübahisəli evə 2006-ci ildə köçən zaman ev xüsusi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydiyyata alınmadığından, həmçinin iddiaçı 2022-ci ilədək mübahisəli evdə evin istifadə hüququ üzrə sahibləri olan keçmiş əri X8 və cavabdehin razılığı və icazəsi ilə yaşadığından xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı o vaxt azyaşlı olan uşağları ilə birlikdə mübahisəli evə istifadə hüquqları əldə etmişdir. Digər tərəfdən iddiaçı həmin evə köçüb yaşamasına cavabdeh və digər sakinlər etiraz etməyərək və bununla da cavabdeh özü razılıq verdiyindən, həmçinin iddiaçının müvəqqəti olaraq və qeyd-şərtlə evə köçməsi müəyyən olunmadığından iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli Sabirabad rayonu Nizami kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqları müəyyən olunur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Habelə Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa, MM-in 157.4-cü maddəsinə əsasən mülkiyyətə qəsd və ya başqa maneələr əşyanın götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirlidikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Kollegiya qeyd edir ki, işdə olan Sabirabad RİHB-nin Nizami KİƏDN-in xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, nümayəndəliyin 06 nömrəli təsərrüfatbaşına kitabın səhifə 121, şəxsi hesab 543 nömrəyə əsasən mübahisəli evdə Cavabdeh qeydiyyatdadır və Nizami kəndində ona məxsus ümumi sahəsi 180 m2 olan yaşayış evi var. İddiaçı Cavabdeh oğlu X8 ilə nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmiləşdirmişlər. Göründüyü kimi, iddiaçının köçmək istədiyi mübahisəli ev onun keçmiş əri X5 anası Cavabdeh adına olmuş və orada mülkiyyət hüququna “qanuni gözlənti” əsasında Cavabdeh malik olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bu zaman kollegiya diqqətə çatdırır ki, mülkiyyətçinin üstün hüquqlarının müdafiəsini təmin etməyə yönəlik İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarını da xatırlatmağı zəruri bilir. Belə ki, “Broniovski Polşaya qarşı” iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, mülki işin mübahisəsiz hallarına görə isə Sabirabad rayon Hacıbəbir kəndində iddiaçıya 50 sot torpaq sahəsində olmaqla 3 otaqdan ibarət ev alınmış və iddiaçı uşaqları ilə birlikdə orada yaşayır. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1499/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1499/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1758/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1758/2024
10.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver