Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1764/2025 19.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)-684/2019 saylı qərardadından İddiaçı nümayəndəsi X9 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı 24 iyun 2019-cu il tarixində iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən, atası X16, anası X13 və bacısı X3 miras qalmış 0,50216 hektar həyətyanı torpaq sahəsində tikilmiş 3 otaq, mətbəx və bağlı eyvandan ibarət ümumi sahəsi 119,5 m2 olan 10 saylı fərdi yaşayış evinin – mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, torpaq və fərdi yaşayış evinə dair adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-684/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, mərhumlar X16, X7 və X3 miras qalmış Astara şəhəri N.Nərimanov küçəsi döngə 4-də yerləşən, ümumi sahəsi 119,5 m2 -dən ibarət 10 saylı evin və yerləşdiyi 0,50216 hektar (ha) həyətyanı torpaq sahəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28 dekabr 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat və RX ******* seriya nömrəli çıxarış əsasında verilmiş Astara şəhəri N.Nərimanov küçəsi döngə 4-də yerləşən ümumi sahəsi 119,5 m2 -dən ibarət 10 saylı ev və yerləşdiyi 0,44216 ha. həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, Astara şəhəri N.Nərimanov küçəsi döngə 4-də yerləşən 0,06 ha. həyətyanı orpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququnun müəyyən edilməsi, Astara şəhəri N.Nərimanov küçəsi döngə 4-də yerləşən ümumi sahəsi 119,5 m2 - dən ibarət 10 saylı ev və yerləşdiyi 0,44216 ha. həyətyanı torpaq sahəsi üzərində İddiaçı adına və Astara şəhəri N.Nərimanov küçəsi döngə 4- də yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi idarəsinə həvalə edilməsi qət edilmişdir. Ərizəçi Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə Astara Rayon Məhkəməsinin 2(018)-684/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti üzrə müddət üzürlü səbəbdən buraxıldığından buraxılmış müddətin üzürlü hesab edilib bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 valideynlərindən ünvan 2 ünvanında yerləşən 0.50216 hektar həyətyanı torpaq sahəsində tikilmiş 3 otaq, mətbəx, bağlı evyandan ibarət ümumi sahəsi 119.5 kv.metr olan 10 saylı fərdi yaşayış evi miras qalmışdır. X1 atası X16, anası isə X8r. X4 31 oktyabr 1994-cü il tarixdə, nənəsi X13 27 mart 2003-cü il tarixdə, atası X5 isə 27 aprel 1994- cü il tarixdə vəfat etmişdir. Məhrum atası Məhərrəməli Sultanovun 1983-cü ildə İlkin, 1985-ci ildə Elvin, 1987-ci ildə isə Elnur adlı uşaqları anadan olmuşlar. X15 xx.xx.2017-ci il tarixdə avtonəqliyyat qəzasında vəfat etmişdir. O, ailə üzvləri arvadı Əfsanə, oğlu Pünhan, oğlu Məhərrəm, qızı Dəniz və oğlu Adəm ilə birlikdə ünvan 3 ünvanda yerləşən evdə yaşayırlar. Buna baxmayaraq əmisi İddiaçı xəbərləri olmadan atasının valideynlərindən miras qalmış evə və torpaq sahəsini vərəsəliklə adına yazdırmışdır. Astara Rayon Məhkəməsi vərəsələrin dairəsini müəyyən etmədən xx.xx.2019-cü il tarixli 2(018)-684/2019 saylı qətnaməsi ilə İddiaçı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda olan payın verilməsi tələbinə dair ərizəsini təmin etmişdir. Bununla da, məhkəmə onların mirasdan pay almaq hüququndan məhrum etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(018)-684/2019 saylı qətnaməsi barədə onların məlumatları xx.xx.2025- ci il tarixdə olmuşdur. Belə ki, İddiaçı onu və ailə üzvlərini evdən çıxarmaq istəyir, o vaxtı onların məlumatları olmuşdur. Məhkəməyə gedərək qətnaməni almışlar. Beləliklə, mübahisə edilən qətnamə onların qeyd etdiyi kimi xx.xx.2025-ci il tarixdə məlumatları olmuş və qətnaməni qeyd edilən tarixdən almışlar. Hesab edir ki, apellyasiya şikayəti üzrə müddət üzürlü səbəblərdən buraxılmışdır. Odur ki, buraxılmış müddət üzürlü hesab edilib bərpa edilməlidir. Astara Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il .tarixli, 2(018)-684/2019 saylı qərardadına əsasən, Maraqlı şəxs Astara Rayon Məhkəməsinin 2(018)-684/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanınması, Maraqlı şəxs Astara rayon Məhkəməsinin 2(018)-684/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada şikayətlə müraciət edərək Astara Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(018)-684/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2(018)-684/2019 saylı qərardadına əsasən şikayətin təmin edilməməsi, İddiaçı cavabdeh X14 qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlakdan payların bölünməsinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(018)-684/2019 saylı prosessual müddətin bərpasına dair qərardadı dəyişdirilmədən saxlanılması, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)-684/2019 tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki məhkəmə icraatının əsas məqsədi yalnız tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibətlərinin araşdırılması və hüquqların təsdiqi ilə məhdudlaşmır. Məhkəmə qəbul edəcəyi məhkəmə aktı vasitəsilə təkcə tərəflərin deyil, həmin aktın hüquq və vəzifələrinə təsir göstərə biləcəyi bütün digər şəxslərin dairəsini də müəyyən etməli, belə şəxslərin prosesdə iştirakını təmin etməlidir. Əks halda, qanunvericilik həmin boşluğu aradan qaldırmaq üçün xüsusi mexanizmlər nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, hələ qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, Məcəllədə göstərilən hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Məcəllənin 357.2-ci maddəsi isə mühüm bir hüquqi təminat müəyyən edir: işdə iştirak etməyə cəlb olunmayan, lakin qətnamə və ya qərardadın onların hüquq və vəzifələrinə toxunduğu digər şəxslər də həmin məhkəmə aktından apellyasiya şikayəti vermək hüququna malikdirlər. Bu mexanizmin mahiyyəti ondan ibarətdir ki, məhkəmə icraatında əvvəl iştirak etməyən, lakin qəbul ediləcək akt ilə maraqlarına toxunulan şəxsin müdafiəsiz qalması yolverilməzdir. Qanun belə şəxslərə mübahisələndirmə imkanını tanımaqla ədalətli məhkəmə araşdırması hüququnun təmin olunmasına, məhkəmə araşdırmasının hərtərəfli və obyektiv aparılmasına xidmət edir. Bununla yanaşı, həmin norma mülki dövriyyədə hüquqi sabitliyi qorumağa, prosesdə iştirak etməyən şəxslərin legitim maraqlarının təmin olunmasına və hüquqi münasibətlərin balanslı şəkildə həllinə yönəlmişdir. İş materiallarından görünür ki, İddiaçı 24 iyun 2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən, mərhum atası X16, anası X13 və bacısı X3 ona miras qaldığını göstərdiyi 0,50216 ha həyətyanı torpaq sahəsi və həmin sahədə yerləşən 3 otaq, mətbəx və bağlı eyvandan ibarət, ümumi sahəsi 119,5 kv.m olan 10 saylı fərdi yaşayış evi üzrə mirasın qəbul edilməsi faktının müəyyən olunmasını və hüquqların daşınmaz əmlakın dövlət reyestrində adına rəsmiləşdirilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsi 05 sentyabr 2019-cu il tarixli, 2(018)-684/2019 saylı qətnamə ilə iddianı təmin etmiş, mərhumlar X16, X7 və X3 miras qalmış həmin ev və 0,50216 ha torpaq sahəsinin 0,44216 ha-lıq hissəsi və ev üzrə mülkiyyət hüququnun İddiaçı, 0,06 ha torpaq sahəsi üzrə isə Rəhimova (Rəhmanova) Bacı Kərim qızına məxsus olması, müvafiq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onların adına qeydiyyata alınması barədə qərar qəbul etmişdir. Eyni zamanda iş materiallarından və ərizəçi Maraqlı şəxs izahatından məlum olur ki, mübahisəli əmlakın əvvəlki mülkiyyətçiləri olan X16 və X6 digər övladı X5 olmuş, o isə 27 aprel 1994-cü il tarixdə vəfat etmişdir. Məhərrəməli Sultanovun 1983, 1985 və 1987-ci illərdə anadan olmuş İlkin, Elvin və Elnur adlı övladları mövcud olmuş, bu şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qanuni vərəsəlik qaydalarına uyğun olaraq, öz atasının payı həcmində babalarından və nənələrindən miras almaq hüququna malik vərəsələrdir. Bu faktların mövcudluğu mübahisəli əmlak üzrə vərəsələr dairəsinin təkcə İddiaçı və Cavabdeh ibarət olmadığını, mərhum Məhərrəməli Sultanovun övladlarının və zəruri hallarda onun nəvələrinin də miras hüququnun hüquqi cəhətdən mümkün və real olduğunu göstərir. Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)-684/2019 saylı qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsi həmin qətnaməni qəbul edərkən yuxarıda göstərilən dairədə vərəsələrin mövcudluğunu araşdırmamış, X2 həyatda olmuş və hazırda yaşayan qanuni vərəsələrinin mövqeyini müəyyən etməmiş, onları işdə iştirak etməyə cəlb etməmişdir. Nəticədə, Maraqlı şəxs oğl, miras qoyanın əmlak kütləsinə dair öz potensial payından faktiki olaraq kənarlaşdırılmış, mirasdan pay almaq ehtimalı məhkəmə tərəfindən heç bir prosessual vasitə ilə qiymətləndirilməmişdir. Ərizəçi Maraqlı şəxs iddia edir və iş materiallarından görünür ki, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)-684/2019 saylı qətnaməsinin mövcudluğundan və məzmunundan xx.xx.2025-ci il tarixədək xəbərsiz olmuş, həmin qətnamədən yalnız İddiaçı onu və ailə üzvlərini evdən çıxarmaq cəhdləri ilə bağlı mübahisə yarandıqdan sonra xəbər tutmuş, məhkəməyə müraciət edərək qətnamənin surətini almışdır. İş materiallarında Maraqlı şəxs 2019-cu il icraatında məhkəmə bildirişləri ilə təmin olunmasına, məhkəmə iclaslarının vaxt və yerinin ona bildirilməsinə, yaxud onun həmin qətnamənin qəbulundan əvvəl və dərhal sonra onun məzmunu barədə məlumatlı olduğuna dair hər hansı sübut yoxdur. Hətta əksinə, ərizəçinin və ailəsinin uzun illər boyu faktiki olaraq miras əmlaka bağlı ailə mühitində yaşaması, atasının valideynlərinə məxsus əmlakın onun üçün "miras bazası" kimi qəbul edilməsi, eyni zamanda bütün bu müddət ərzində onlara mirasın digər şəxs adına rəsmiləşdirilməsi barədə hər hansı rəsmi və ya qeyri-rəsmi məlumatın çatmaması işin materiallarında təsdiqini tapır. Bu şəraitdə apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddətin keçirilməsi ərizəçinin özünün prosessual passivliyi və laqeydliyi ilə deyil, obyektiv olaraq qətnamənin mövcudluğundan xəbərsiz qalması ilə bağlı olmuşdur. Mülki prosessual hüquqda müddətin bərpası institutunun təyinatı ondan ibarətdir ki, şəxs məhz özündən asılı olmayan, onun hüquqi imkanlarını fəal şəkildə həyata keçirməsinə mane olan üzürlü səbəblərə görə müddəti buraxdıqda, sonradan həmin hüququndan istifadə edə bilsin. Qətnamə barədə illərlə məlumat verilməməsi, həmin qətnamənin məhz miras hüququna təsir edən əhəmiyyətli akt olması və ərizəçinin onu ancaq əməldə hüququnun pozulması (evdən çıxarmaq cəhdi) zamanı öyrənməsi bu mənada açıq şəkildə üzürlü səbəb təşkil edir. Astara Rayon Məhkəməsi 15 oktyabr 2025-ci il tarixli 2(018)-684/2019 saylı qərardadı ilə Maraqlı şəxs MPM-in 357.2-ci maddəsi mənasında “hüquq və vəzifələrinə toxunulan şəxs” kimi tanımış və apellyasiya şikayəti vermək üçün buraxılmış müddəti üzürlü hesab edib bərpa etmişdir. Qərardaddan görünür ki, birinci instansiya məhkəməsi, əvvəlki qətnamənin qəbul edilməsi ilə ərizəçinin mümkün miras payından faktiki kənarlaşdırılması, onun icraata cəlb olunmaması, qətnamə barədə gec məlumatlandırılması və bu səbəbdən müddətin buraxılması hallarını qiymətləndirmiş və həmin halları üzrlü saymışdır. Məhkəmənin bu yanaşması həm Mülki Prosessual Məcəllənin müddətin bərpasına dair tələblərinə, həm də Konstitusiyanın ədalətli məhkəmə araşdırması və məhkəməyə müraciət hüququna uyğun gəlir. İddiaçı nümayəndəsi Nümayəndə vermiş olduğu şikayətdə Astara Rayon Məhkəməsinin qərardadının ləğv edilməsini əsaslandırmaq üçün irəli sürülən arqumentlər o cümlədən, guya ərizəçinin iş üzrə hüquq və vəzifələrinə toxunulmadığı, yaxud müddətin bərpası üçün üzürlü səbəbin mövcud olmadığı barədə iddialar iş materialları ilə təkzib olunur. Mübahisəli əmlakın miras əmlakı olması, mərhum X2 qanuni vərəsələrinin həmin miras kütləsinə dair real və hüquqi cəhətdən mümkün pay tələbinin mövcudluğu, xx.xx.2019-cu il tarixli qətnamə ilə miras əmlakın bütünlüklə İddiaçı və X10 adına rəsmiləşdirilməsi, habelə ərizəçi Maraqlı şəxs həmin icraata cəlb edilməməsi və mövqeyinin heç bir formada araşdırılmaması iş materiallarından açıq şəkildə görünür. Bu hallar birgə şəkildə məhkəmənin əvvəlki icraat zamanı vərəsələrin dairəsinin tam və düzgün müəyyən edilmədiyini və nəticə etibarilə ərizəçinin hüquq və vəzifələrinə bilavasitə toxunulduğunu qəti şəkildə təsdiq edir. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayır. İş materiallarının və şikayət dəlillərinin yazılı icraat qaydasında araşdırılması nəticəsində müəyyən edilir ki, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının qəbul edilməsində nə vərəsələr dairəsinin hüquqi qiymətləndirilməsi, nə 357.2-ci maddənin tətbiqi, nə də müddətin bərpasının şərtlərinin müəyyənləşdirilməsi baxımından maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Əksinə, birinci instansiya məhkəməsinin tədbiri vərəsəlik münasibətlərinin potensial subyektlərinin – yəni Maraqlı şəxs məhkəməyə çıxış imkanının təmin olunmasına, miras əmlakın taleyi barədə qərarın onun iştirakı ilə yenidən araşdırılmasına şərait yaratmışdır. Bu halların məcmusundan belə nəticəyə gəlmək olar ki, Astara Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli 2(018)-684/2019 saylı qərardadı ilə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunulan şəxs qismində tanınması və ona apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması həm mülki prosessual qanunvericiliyin tələblərinə, həm də ədalətli məhkəmə araşdırması prinsiplərinə tam uyğun qəbul edilmişdir. Bu səbəbdən də şikayət dəlilləri əsassız hesab olunmalı, şikayət təmin edilməməli, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)-684/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı və Maraqlı şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6 § 1 Maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu da tərəflərin öz mülki hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitəsinə malik olmalarını tələb edir (Beles və digərləri Çexiya Respublikasına qarşı, § 49) Bundan əlavə, ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi işığında şərh olunmalıdır. Qanunun aliliyi prinsipinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir ki, (Okyay və digərləri Türkiyəyə qarşı, § 73) bu da digərləri arasında məhkəmələr işlə bağlı yekun qərar çıxardığı zaman onların qərarının şübhə doğurmamasını tələb edir (Brumarescu Rumıniyaya qarşı [BP], § 61; Agrokompleks Ukraynaya qarşı, § 148). Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Astara Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(018)-684/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı və Maraqlı şəxs Astara Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(018)-684/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi təmin edilməlidir. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400.-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402.2.-cimaddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)-684/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Maraqlı şəxs Astara Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(018)-684/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti şikayəti ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1764/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1764/2025
19.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver