Məhkəmə qərarları › İş №2(106)-1767/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1767/2025

05.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1767/2025 05.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan Cəlilabad rayonu Suluçeşmə kəndində yerləşən 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaqla ona təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “Cəlilabad rayonu Suluçeşmə kənd sakini İddiaçı tərəfindən mənimsənilmiş 10000 manat pulun ona ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-30/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan Cəlilabad rayonu Suluçeşmə kəndində yerləşən 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaqla ona təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Hüseynov X6 Rasət Kamil oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cəlilabad rayonu Suluçeşməkənd sakini İddiaçı tərəfindən mənimsənilmiş 10000 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçının maddi imkanı zəif olduğundan həmin torpaq sahəsini özü əkə bilməmiş və icarəyə vermək qərarına gəlmişdir. Bundan sonra iddiaçı ailə üzvləri ilə birgə mülkiyyətlərində olan 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2000 manat müqabilində Cavabdeh razılaşma əsasında 5 il müddətinə icarəyə vermişlər. Lakin icarə müqaviləsinin müddəti bitdikdən sonra Cavabdeh qeyd edilən torpaq sahəsi iddiaçıya qaytarmamışdır və bununla da həmin torpaq sahəsini zəbt etmişdir. Halbuki, cavabdehin həmin torpaq sahəsinə istifadə, icarə və ya mülkiyyət hüququ yoxdur. İddiaçı dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsindən çıxmasını və həmin torpaq sahəsinin iddiaçıya geri qaytarılmasını tələb etsə də, cavabdeh ona əhəmiyyət verməmişdir. Qeyd edilənlər səbəbindən iddiaçının mülkiyyət hüquqları pozulmuş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qeyd etdikləri həqiqət deyil ona görə ki, 2013-cü ildə 10000 manat müqabilində Cəlilabad rayonu ərazisində istənilən yerdə 10 ha torpaq sahəsi satın almaq olardı, Cavabdeh nəyə görə 1,98 ha torpaq sahəsinə 10000 manat vermişdir. Cavabdeh torpaq satmamış, icarəyə vermiş və icarə müddəti bitdikdən sonra dəfələrlə Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən çıxmasını tələb etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddanın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə dayısı oğlu İddiaçı onlara gələrək, 2 ha torpaq sahəsi olduğunu və təcili pula ehtiyacı olduğu üçün satmaq istədiyini ona bildirmişdir. O da öz növbəsində torpaq sahəsi almaq istəyini bildirmiş və İddiaçı ilə razılaşdıqdan sonra, 2 ha topraq sahəsini 10000 manat müqabilində İddiaçı almış, həmin 10000 manat pulu arvadı X7 və dostu X2 yanında sayıb İddiaçı vermiş və qeyd olunan torpaq sahəsinə aid sənədlərin əslini almışdır. Razılaşmalarına əsasən vaxtları olduğu təqdirdə həmin torpaq sahəsini, notarial qaydada alqı-satqı müqaviləsi əsasında onun adına rəsmiləşdirəcəkdirlər. Həmin vaxtdan hazıradək həmin torpaq sahəsi onun istifadəsində olmaqla o özü əkib-becərir. Cavabdeh İddiaçı qardaşı və onun dayısı oğlu Damət Məmmədov öldükdən sonra, İddiaçı ona qarşı məhkəməyə müraciət edərək ona satdığı 2 ha torpaq sahəsinin ona geri qaytarılmasını tələb etmişdir. Belə olan halda o da İddiaçı verdiyi 10000 manat pul vəsaitini geri tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-30/2025 saylı qətnaməsi (hakim: Elxan Əmirəliyev) ilə ilk iddia təmin edilmiş, Cavabdeh **********14 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və 1,98 ha torpaq sahəsinin Cavabdeh alınıb İddiaçı qaytarılması, Cavabdeh İddiaçı qarşı Cəlilabad rayonu Suluçeşmə kənd sakini İddiaçı tərəfindən mənimsənilmiş 10000 manat pulun ona ödənilməsi tələbinin təmin edilməməsi, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı verilməsi, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manatın Cavabdeh alınıb İddiaçı verilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1,98 hektar torpaq sahəsi 05 oktyabr 2023-cü il tarixdə Dövlət qeydiyyatına alınmışdır. - Cəlilabad Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il il tarixli, 2(073)- 210/2024 saylı qərardadı ilə, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli, 10/1554 saylı ekspert rəyindən və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 28 yanvar 2025-ci il tarixli, 3-21-3- 44/2-861/2025 saylı mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində İddiaçı tələb etdiyi torpaq sahəsi **********14 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın B № 148178 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən olunmuş hissəsidir. Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində İddiaçı tələb etdiyi torpaq sahəsi **********14 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın B № 148178 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,66 hektaradək hissəsinin Cavabdeh faktiki istifadəsində olan 5,14 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin kordinatları müəyyən edilərək göstərilmişdir. Cavabdehin istifadəsində olan mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində heç bir tikinti işlərinin aparılmadığı, əkin kimi istifadə edildiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, **********14 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə 1,98 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh iddiaçının və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 1,98 hektar torpaq sahəsini 2000 manat müqabilində, uzun müddətə icarəyə götürmüş, lakin icarə müddəti bitdikdən sonra mübahisəli həmin torpaq sahəsini mülkiyyətçilərinə geri qaytarmamışdır. İlk iddiaçı dəfələrlə cavabdehə etdiyi xəbərdarlıqlara baxmayaraq, cavabdeh iddiaçının və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 1,98 ha torpaq sahəsindən çıxmaq istəmir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin zəbt etdiyi torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətindədir və ilkin iddia üzrə iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Odur ki, ilkin iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan Cəlilabad rayonu Suluçeşmə kəndində yerləşən 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaqla ona təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması tələbində haqlıdır. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək, hesab etmişdir ki, Cavabdeh İddiaçı qarşı Cəlilabad rayonu Suluçeşmə kənd sakini İddiaçı tərəfindən mənimsənilmiş 10000 manat pulun ona ödənilməsi tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Qarşılıqlı iddia təmin edilmədiyindən Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 120 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat Cavabdeh alınaraq iddiaçıya verilməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 135.1, 135.2, 390.1, 389.1, 152, 157.2, 700.1, 700.2, 706.1, 706.2, 706.3, 706.4-cü maddələri, İnsan Hüquqları və X3 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 77.1, 78.1, 88, 106.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2(073)-30/2025 saylı qətnaməsinin qismən ləğv edərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbinin təmin edilməməsinə səbəb kimi isə onun tərəfindən məhkəməyə hər hansı bir sübutun təqdim edilməməsi göstərilmişdir. Aşağadakılara görə hesab edir ki, məhkəmənin həmin tarixli qətnaməsi əsassızdır və ləğv edilməlidir. Belə ki, o, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Suluçeşmə kəndində yaşayır. Təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. Cavabdeh onun həmkəndlisidir. O, İddiaçı 2013-cü ildə 10000 manat müqabilində 2,02 ha torpaq sahəsi almışdır. Belə ki, İddiaçı həmin vaxt təcili pula ehtiyacı olduğu üçün həmin torpaq sahəsinin satmaq istədiyini bildirmiş və ilk öncə ona təklif etmişdir. Qeyd etdiyi kimi, torpaq sahəsinin 10000 manat pul ödəməklə ondan almışdır. Həmin torpaq sahəsini 10 ildən artıq müddətdir ki, əkib-becərmişdir. Torpaq sahəsi həmin vaxtdan onun istifadə və sahibliyində olmuşdur. Lakin İddiaçıla aralarında olan dərin etibar səbəbindən həmin torpaq sahəsini səhlənkarlıq edərək adına sənədləşdirməmişdir. Onun dayısı oğlu Daməd Məmmədov bir neçə il bundan əvvəl vəfat etmişdir. Hətta torpaq sahəsinin çıxarışın belə ona vermişdir. Daməd Məmmədov vəfat etdikdən sonra qardaşı İddiaçı ona xəbər göndərmişdir ki, torpaq sahəsini onlara qaytarsın. O isə ondan mərhum ona verdiyi pulu qaytarmasını xahiş etmişdir. Elə olacağı təqdirdə o, torpaq sahəsini qaytaracağını demişdir. Sonradan Rasət və ailəsi torpaq sahəsinin ondan alınması barədə məhkəməyə müraciət etdilər. Məhkəmə onların xeyrinə qətnamə qəbul etmişdir. Belə olan halda hesab edir ki, hazırda ona dəymiş ziyan ödənilməlidir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, guya o onların torpaq sahələrini ilk öncə 5 il müddətində icarəyə götürmüş, daha sonra isə icarə müqaviləsinin müddəti bitdikdən sonra torpaq sahəsini onlara qaytarmayaraq zəbt etmişdir. Özü də qanunsuz olaraq zəbt etmişdir. Cavabdeh və ailə üzvləri özləri də bilirdilər ki, 10 ildən artıq vaxtdır ki, onların torpaq sahəsini özlərindən almış və onu əkib-becərir. Əgər həqiqətən də o onların torpaq sahəsini zəbt etmiş olsaydı özləri bu 10 ildən artıq müddətdə ona qarşı iddia qaldırıb torpaq sahəsini ondan tələb edərdilər. Bundan başqa onlar məhkəməyə yazdıqları iddia ərizəsində bildirirlər ki, torpaq sahəsini guya ona icarəyə vermişdirlər. Lakin, həmin halı təsdiq edəcək sübütlarını məhkəməyə təqdim etməmişdirlər. Hər hansı bir icarə müqaviləsi və sair. Həmin torpaq sahəsini onlardan almağı barədə şahidlər də mövcuddur ki, onların dindirilməsi barədə məhkəmədə vəsatət qaldırmış və onlar məhkəmədə qeyd etdiyi faktı təsdiq etmişdirlər. Şahidlər izahatlarında onun tərəfindən 10000 manat pulun İddiaçı verilməsini göstərmişdirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Kənddə hamı da şahiddir ki, həmin torpaqlar üzərində o, yaxşılaşdırma işləri aparmışdır və 10000 manat dəyəri vardır. Ona görə də 10000 manat pulun iddiaçıdan tutulub ona verilməsini xahiş edir. İddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 647.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Cəlilabad Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2(073)-30/2025 saylı qətnaməsinin qismən ləğv edərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)- 30/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində- qarşılıqlı iddia tələbinə aid hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq qarşılıqlı iddianı düzgün olaraq rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hal-hazırda apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilmiş ilkin iddia hissəsi ilə razılaşmış, təmin edilməmiş qarşılıqlı iddiaya aid hissədə mübahisələndirmişdir. Odur ki, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddia tələbinə münasibətdə yoxlayır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyator mübahisəli torpaq sahəsini faktiki olaraq 10000 manata iddiaçıdan aldığını lakin bunu rəsmiləşdirmədiyini bildirmişdir. Hal-hazırda ilkin iddianın təmin ediləcəyi halda həmin torpaq sahəsindən çıxarılacağından iddiaçıya faktiki olaraq verilmiş 10000 manatın da ona qaytarılmasını xahiş edir. Qeyd olunmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Hazırkı mülki işdən görünür ki, cavabdeh iddia etdiyi kimi 2013-cü ildə mübahisəli torpaq sahəsini 10000 manat müqabilində aldığını bildirsə də, həmin alqı-satqı faktını təsdiq edən hər hansı yazılı müqavilə, notarial qaydada təsdiq edilmiş sənəd, pul vəsaitinin verilməsini təsdiq edən maliyyə sənədi və ya digər mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İlk növbədə qeyd edilməlidir ki, Mülki Məcəllənin 647.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı yazılı və notariat qaydasında təsdiqlənmiş alqısatqı müqaviləsi mövcud deyildir. Cavabdeh tərəfindən istinad edilən pul ödənişi faktı əsasında faktiki istifadə halları Mülki Məcəllənin 647.1-ci maddəsində nəzərdə tutulmuş formanın əvəzi kimi qəbul edilə bilməz. Qanun daşınmaz əmlakın alqı-satqısında məhz notariat təsdiqli müqaviləni mülki dövriyyənin yeganə hüquqi əsası kimi müəyyən etmişdir. Məhkəmə tərkibi qeyd edir ki,qanunvericliyin tələblərinə görə daşınmaz əmlakın alqısatqısı notarial qaydada bağlanmalı və dövlət qeydiyyatına alınmalıdır. Bu tələblərə riayət edilməməsi həmin əqdin hüquqi nəticə doğurmamasına səbəb olur. Cavabdeh ilkin iddia üzrə tələbi faktiki olaraq qəbul etmiş, mübahisəli torpaq sahəsini öz adına rəsmiləşdirməməsinin onun səhlənkarlığı nəticəsində baş verdiyini etiraf etmişdir. Bu hal bir daha təsdiq edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış iddiaçıya məxsusdur və onun mülkiyyət hüququ qanunla qorunur. Lakin cavabdehin qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün iddia etdiyi 10000 manat pul vəsaitinin həqiqətən iddiaçıya verildiyi, həmin vəsaitin məhz mübahisəli torpaq sahəsinin alqı-satqısı məqsədilə ödənildiyi və tərəflər arasında bu barədə hüquqi öhdəlik münasibətinin yarandığı mötəbər sübutlarla təsdiq olunmalıdır. Göründüyü kimi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, pulun verilməsi faktı sübutetmə vəzifəsinin daşıyıcısı kimi cavabdehin (qarşılıqlı iddiaçının) üzərinə düşür. Lakin cavabdeh tərəf isə apellyasiya şikayətində qeyd etdiyi dəlilləri, yəni iddiaçıya ödəmiş olduğu pul məbləğinə dair sübut təqdim etməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, mülkiyyət hüququnun qorunması mütləqdir, lakin qarşı tərəf ödəniş etdiyini və ya ödəməli olduğu məbləği verdiyini iddia edirsə, bu hal sübut edilməlidir. Cavabdeh apellyasiya şikayətində qarşılıqlı iddia tələbini əsaslandırmaq üçün şahid ifadələrinə istinad etsə də, məhkəmə tərkibi həmin ifadələri iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək onların qarşılıqlı iddianın təmin olunması üçün kifayət etmədiyi qənaətinə gəlir. Belə ki, iş üzrə üç şahid dindirilmişdir. X1 torpaq sahəsinin icarəyə verildiyini, 2000 manat məbləğində icarə haqqı ödənildiyini və 5 il müddət başa çatdıqdan sonra torpaq sahəsinin geri qaytarılmadığını bildirmişdir. Digər iki şahid, X4 və X9 isə torpaq sahəsinin 10000 manat müqabilində satıldığını qeyd etmişlər. Göründüyü kimi, şahid ifadələri bir-biri ilə ziddiyyət təşkil edir. Bir tərəf münasibətin icarə münasibəti olduğunu, digər tərəf isə alqı-satqı olduğunu bildirir. Bundan əlavə, hər iki tərəfin təqdim etdiyi şahidlər tərəflərlə yaxın qohumluq və ya dostluq münasibətlərində olmuş şəxslərdir ki, bu da onların ifadələrinin obyektivliyinə qiymət verilərkən nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, şahid ifadələri digər mötəbər sübutlarla təsdiq edilmədiyi halda təkbaşına iddianın təmin edilməsi üçün kifayət hesab edilə bilməz. Bundan başqa apellyator iddiaçının tərəflər arasında icarə müqaviləsi bağlanmasına dair sübut təqdim etmədiyini qeyd etsə də, hazırkı ilkin iddianın təmin edilməsi mülkiyyət hüququnun müdafiəsindən irəli gəlmişdir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi dövlət reyestrində iddiaçının və onun ailə üzvlərinin adına qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçi öz əmlakına sahiblik, istifadə və sərəncam hüququna malikdir və həmin hüququ pozan hər hansı şəxsdən əmlakın geri qaytarılmasını tələb edə bilər. Bu halda iddiaçının torpaq sahəsini əvvəlcə icarəyə verib-verməməsi mübahisənin həlli üçün həlledici əhəmiyyət kəsb etmir. Çünki cavabdehin həmin torpaq sahəsi üzərində hər hansı mülkiyyət və ya digər əşya hüququnun mövcudluğu sübuta yetirilməmişdir. Mülkiyyət hüququ dövlət qeydiyyatı ilə təsdiqlənir və qorunur. Qanunsuz istifadə edən şəxsin torpaq sahəsini hansı əsasla əldə etdiyini sübut etməsi onun üzərinə düşür. Başqa sözlə, mülkiyyətçi öz əmlakını geri tələb edərkən əlavə olaraq icarə münasibətini sübut etməyə borclu deyildir. Əksinə, torpaq sahəsindən istifadə edən şəxs həmin istifadə üçün hüquqi əsasının mövcudluğunu sübut etməlidir. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)- 30/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-30/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar