Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1770/2023 07.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçıya məxsus 502,6 kv.metr torpaq sahəsinə çəkdiyi hasarın cavabdehin hesabına sökülməsi, həmin sahəyə tökülmüş tikinti materiallarının götürülməsi, həmin yerə hasarın çəkilməsinə edilən maneələrin cavabdehə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(073)-97/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddiaçıya məxsus 502,6 kv.metr torpaq sahəsinə çəkdiyi hasarın cavabdehin hesabına sökülməsi, həmin sahəyə tökülmüş tikinti materiallarının götürülməsi, həmin yerə hasarın çəkilməsinə edilən maneələrin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin (hakim E.Əmirəliyev) 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh iddiaçıya məxsus 502,6 kv.metr torpaq sahəsinə çəkdiyi hasar cavabdehin hesabına sökülməsi, həmin sahəyə tökülmüş tikinti materiallarının götürülməsi, həmin yerə hasarın çəkilməsinə edilən maneələrin cavabdehə qadağan edilməsi, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, Cəlilabad Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət edilmədiyi üçün apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan Cavabdeh apellyasiya şikayəti vermiş, Cəlilabad Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yenidən yoxlanılması üçün mülki iş Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(073)-97/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan Cavabdeh şikayət və prosessual müddətin bərpasına dair ərizə vermiş, Cəlilabad Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərardadı ilə ərizəçi Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(073)-97/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair vəsatəti əsassız olduduğundan təmin edilməmişdir. Sonuncu qərardaddan Cavabdeh şikayət vermiş, Cəlilabad Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Cəlilabad Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərardadından şikayəti elektron kabinetə yüklənərək elektron imza ilə deyil, poçt vasitəsilə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, şikayətin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Belə ki, MPM-nin 10-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmçinin MPM-nin 10-1.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi apellyasiya şikayətləri kimi qərardadlardan verilmiş şikayətlər də elektron qaydada verilməlidir. Lakin cavabdeh qərardaddan elektron qaydada şikayət verməli olduğu halda, kağız daşıyıcı üzərində ifadə olunan şikayət vermişdir. Məhkəmə də bu şikayəti geri qaytarmalı olduğu halda şikayəti geri qaytarmamış, şikayətə özü baxaraq baxılması üçün Apellyasiya məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cəlilabad Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(073)-97/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1770/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1770/2023
07.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver