Məhkəmə qərarları › İş №2(106)-1771/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1771/2024

04.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1771/2024 04.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Qarşılıqlı iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi-vəkili X2 iştirakı ilə, İlkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə ilkin iddiasına, qarşılıqlı iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-1383/2024 saylı, 23 iyul 2024-cü il tarixli qətnaməsindən ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sabirabad rayonu Azadkənd kəndində yerləşən 1.7557 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh - cavabdeh İddiaçı qarşı «pul tələbi» barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci ildə aldığı torpaq sahəsinə görə verilən 1700 manat pulun və torpaq sahəsinin yararlı hala salmaq üçün çəkilən 3900 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 76 manat pulun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1383/2024 saylı, 23 iyul 2024-cü il tarixli (hakim Nurəddin Bağırov) ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə ilkin iddia ərizəsinin təmin edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrindən (qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi: xx.xx.2021-ci il) Çıxarış əsasında ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X7, X4, X3 və X1 məxsus Sabirabad rayonu, Azadkənd kəndində yerləşən 1,7557 ha. torpaq sahəsindən Cavabdeh çıxarılması, Cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Sabirabad rayonu, Azadkənd kəndində yerləşən 1,7557 ha. torpaq sahəsinin alqı-satqısına dair tərəflərin bağlanması güman edilən etibarsız əqd əsasında ödənilmiş 1700 (bir min yeddi yüz) manat pul vəsaitinin cavabdeh İddiaçı tutulub Cavabdeh verilməsi, qətnamənin 1700 (bir min yeddi yüz) manat pul vəsaitinin İddiaçı tutulub Cavabdeh verilməsi ilə, Sabirabad rayonu, Azadkənd kəndində yerləşən 1,7557 ha. torpaq sahəsindən Cavabdeh çıxarılması ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən apellyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)1771/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qərardadı ilə, ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı Sabirabad Rayon Məhkəməsi tərəfindən Şirvan Apelyasiya Məhkəməsinə teleqram ünvanlanmış və teleqramda qarşılıqlı iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi-vəkili X6 tərəfindən sözügedən mülki iş üzrə qəbul olunmuş Sabirabad Rayon Məhkəməsinin 2(056)-1383/2024 saylı, 23 iyul 2024-cü il tarixli qətnaməsindən şikayət verilmiş, verilmiş şikayətin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq baxılması üçün qeyd edilən iş materiallarının Sabirabad Rayon Məhkəməsinə göndərilməsini təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Sabirabad Rayon Məhkəməsi tərəfindən göndərilən teleqramı nəzərə alınaraq, Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)1771/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, qarşılıqlı iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi-vəkili X6 tərəfindən Sabirabad Rayon Məhkəməsinin 2(056)-1383/2024 saylı, 23 iyul 2024-cü il tarixli qətnaməsindən verilmiş şikayətənə baxılması üçün mülki iş məhkəmə baxışından çıxarılaraq Sabirabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)1771/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş materialları Sabirabad Rayon Məhkəməsinin 2(056)-1383/2024 saylı, 23 iyul 2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi-vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə MPM-in tələblərinin yerinə yetirilməsi üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar