Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1785/2023 29.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qış otlaq sahəsindən və tövlədən Cavabdeh2 və ona məxsus heyvanların çıxarılması, iddiaçının heyvanları ilə birgə həmin otlaq sahəsindən və tövlədən təyinatına uyğun istifadə hüququnun bərpa edilməsi, həmin otlaq sahəsinə köçürülməsi və gələcəkdə həmin otlaq sahəsindən və tövlədən əsassız çıxarılmasının Cavabdeh1 qadağan edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-830/2023 saylı, 08 avqust 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2000-ci ildən 2025-ci ilə kimi birgə qurduqları 80 ha qış otlaq sahəsində qanunsuz fəaliyyətinin yerində yoxlanılmasını, hal-hazırda 15 baş qoyunquzusu və 1 inəyi olduğuna görə dövlətin torpağını əlində saxlayıb buraxmadığına görə iddiaçını polislə çıxarıb Murad Muradovun qaynı Sumqayıt şəhər sakini Cavabdeh2 məxsus olan qoyun-quzunun həmin tövlədə hansı səbəbə görə yerləşdirilməsini və iddiaçının birgə istifadə etmək hüquqlarını Cavabdeh1 tərəfindən pozulduğuna görə, yəni Cavabdeh2 və digərlərini 80 ha qış otlaq sahəsindən məcburi qaydada çıxardıb dövlət ehtiyat fonduna aid olan birgə icarələrində olan 80 ha qış otlaq sahəsində yerləşən iddiaçının heyvanlarını saxladığı tövlədən və qış otlaq sahəsindən təyinatına uyğun birgə istifadə etmək hüququnu bərpa edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2000-ci ildə mərhum anaları X1 o və Cavabdeh1 birlikdə çalışdıqları təsərrüfatda 350 baş xırda buynuzlu, 40 başa yaxın iri buynuzlu təsərrüfatları olduğuna görə təsərrüfat başçısı X3 onların böyük qardaşı Nümayəndə məsləhət etmişdir ki, mövcud təsərrüfatlarını saxlamaq və onu inkişaf etdirmək üçün 2000-ci ildə Kürdəmir rayonunun Qarasaqqal kəndinin inzibati ərazisində yerləşən 65 saylı “Maqsudbağı” adlanan 1363 hektar dövlət ehtiyat fondu torpaqlarına aid olan qış otlaq sahəsindən Nümayəndə köməkliyi ilə 80 hektar qış otlaq sahəsini 2000 və 2010-cu ilə kimi İsmayıllı Rayon İcra Hakimiyyətinin balansında olduğuna görə razılığı və sərəncamına əsasən Cavabdeh1 adına icarə müqaviləsi bağlatmışdır. Həmin icarə müqaviləsinə aid olan sənədləri və şəhadətnamənin surətini iddia ərizəsinə əlavə etmişdir. Təsərrüfat başçısı X2 nümayəndəsi böyük qardaşları Nümayəndə diqqəti və qayğısı nəticəsində 80 ha qış otlaq sahəsində qoyunçuluq təsərrüfatı təyinatına uyğun olaraq inkişaf etdirmək üçün iddiaçı yaz, yay və payız fəsillərinə təsadüf etdiyinə görə metal tordan və metal barmaqlıqlardan iri və xırda buynuzlu heyvanları gecələr saxlamaq üçün ağıl tikib qoşqulu yedək traktorun lapedində dəmir çarpayıda qalırdı və gecə növbəsini çəkirdi. Cavabdeh iddiaçıdan yaşca kiçik olduğuna görə, həm də ki anaları yaşlı olduğuna görə cavabdeh çox vaxt anaları ilə qalırdı. Münasibətləri də çox yaxşı idi. Hal-hazırda təsərrüfatda mövcud olan və təyinatı üzrə nə varsa, hamısını 2010-cu ilə kimi birlikdə qurub yaratmışdırlar. 2010-cu ildə icarə müqaviləsinin müddətinin bitməsinə bir neçə ay qalmış təsərrüfat başçısı X2 böyük qardaşları Nümayəndə tapşırığına uyğun olaraq birgə icarələrində və istifadələrində olan 80 ha qış otlaq sahəsinin 2010-2015-ci ilə kimi icarə müqaviləsi Kürdəmir Rayon İcra Hakimiyyətinin rəyinə və sərəncamına uyğun olaraq Cavabdeh1 adına bağlanmışdır. İcarə sənədlərinin surətini iddia ərizəsinə əlavə edir. 2011-ci ildə təsərrüfat başçısı X3 rəhmətə getmişdir. Ona məxsus olan 120 başdan yuxarı xırda buynuzlu, 12 baş yanı balalı camışı və torpağı icarə sənədləri cavabdehin adına olduğuna görə mərhumun iri və xırda buynuzlu heyvanlarını özünə məxsus 129 başdan yuxarı xırda və 12 baş yanı balalı inəyinə birləşdirmişdir. 2012-ci ildə cavabdeh ailə qurandan sonra getdikdə iddiaçıya qarşı münasibəti dəyişmişdir. İddiaçı görmüşdür ki, o, əlindəki imkanlarını, yəni təsərrüfat başçısından ona qalan iri və xırda buynuzlu heyvanlarını birgə icarəyə götürdükləri 80 hektar qış otlaq sahəsinin sənədləri onun adına olduğundan istifadə edərək iddiaçını ümumi birgə qurduqları təsərrüfatdan uzaqlaşdırmağa çalışır və nəhayət ki, o, bunu bacarmışdır. Necə? İddiaçı cavabdehdən böyük olduğuna görə qurduqları təsərrüfat geriləməsin deyə torpaqdan səmərəli istifadə edib var qüvvəsi ilə səhərdən axşama kimi ailəsi ilə birlikdə çalışsa da, cavabdeh işləmək istəmirdi. İddiaçı ondan ayrılmış, ayrılandan sonra iddiaçıya imkan verməmişdir ki, ona məxsus olan iri və xırda buynuzlu heyvanlardan ibarət olan təsərrüfatını birgə icarələrində olan 80 ha qış otlaq sahəsində inkişaf etdirsin. İddiaçı məcburiyyət qarşısında qalıb ailəli və 3 övladı olduğu halda ona qarşı özbaşınalıq və qanunsuz əməllərinin ucbatından ailəsi birlikdə çalışdığı təsərrüfatını dəyər-dəyməzinə ləğv etmişdir. Əgər cavabdeh istəsəydi, iddiaçıya qarşı övladlığa yaraşmayan belə hərəkətlər etməzdi. Cavabdeh iddiaçıya qarşı ona görə belə hərəkətlər etmişdir ki, təsərrüfat başçısı mərhum Vəzifə Muradovadan miras qalan iri və xırda buynuzlu heyvanları öz əmlakı kimi arvad tərəfi ilə birlikdə sərbəst yeyib dağıtsın. Beş nəfərdən ibarət olan ailə üzvləri böyüdükcə iddiaçının maddi vəziyyəti ağırlaşmışdır. Neçə il ailəsi ilə çətin vəziyyətdə yaşamışdır. Rayona gündəlik ailəsinə çörək pulu qazanmaq üçün hər gün gedib-gəlmişdir. Çox vaxt imkanı olmur, iş yerində gecələyirdi. Təsərrüfatını ləğv etdiyinə görə peşman olmuşdur. Cənab Prezidentin 2018-ci ildə özünə məşğulluq layihəsinə qoşulmuşdur. Dövlət tərəfindən iddiaçının maddi vəziyyəti nəzərə alınaraq ailəsi xırda buynuzlu heyvanla təmin olunmuşdur. 6 ildir, yenidən ailə üzvləri ilə birlikdə 2000-2025-ci ilə kimi 80 ha qış otlaq sahəsində birgə təməlini qoyduqları, tikib qurduqları fermada qoyunçuluq təsərrüfatını cavabdeh yenə də imkan vermir ki, inkişaf etdirsin. Ona görə ki yenə də heyvanlarını bir yerdə iddiaçı otarırdı. Ailəsi ilə, körpə uşaqları ilə birlikdə səhərdən axşama kimi çalışırdılar. Cavabdeh özü iş qurtarandan sonra fermaya gəlib özünü müdir kimi göstərirdi. Dəfələrlə iddiaçı onun bu hərəkətlərinə narazılığını bildirsə də, o bildiyini etmişdir. İddiaçı səhərdən axşama kimi ac qalırdı, heyvanları otarırdı. Cavabdeh isə onun yanına gəlmirdi. 300 başlıq heyvan saxladıqları tövləni və açıq havadakı birgə qurduqları ağlı iddiaçı təmizləyirdi. Onun övladlığa yaraşmayan əvvəlki kimi etdiyi hərəkətlərini görüb cavabdehin qoyunu az olduğuna görə tövlənin çox hissəsini iddiaçı, az hissəsini isə cavabdeh götürdü. Açıq havada heyvanlarını saxlamaq üçün metal barmaqlıqlardan ayrıca ağıl qurdu. İddiaçı ona məxsus olan heyvanlara tövlədə və açıq havada qurduğu ağılda qulluq edir və onları bəsləyir. Vaxtlı-vaxtında həm dövlət tərəfindən, həm də şəxsi hesabına heyvanlarını davadərmanla müalicə edir. Ayrıca aparıb otarıb gətirdiyinə görə dəfələrlə iddiaçı ilə, ailəsi ilə mübahisə etmiş, uşağını vurmuşdur. İddiaçı dəfələrlə qəfildən yumruqlarla xəsarət yetirmişdir. Cavabdehin bu qanunsuz və özbaşına hərəkətləri ucbatından 4 dəfə Kürdəmir Rayon Məhkəməsində mübahisələri olmuşdur. Hər dəfə də böyük qardaşı və digər yaxın yoldaşlar xahiş etdiyinə görə iddiaçı onu sərbəst buraxmışdır. Otarmağa, saxlamağa imkan vermir, ona görə ki, 80 ha qış otlaq sahəsini qanunsuz olaraq suya basdırır, öz rahatlığı üçün otunu biçib satırdı. İddiaçıya və ailə üzvlərinə dəfələrlə hədə-qorxu gəlir, “ərazimdən çıxın” deyir. Hal-hazırda cavabdehin icarəsində olan 80 ha qış otlaq sahəsində özünə məxsus 15 baş xırda buynuzlu qoyun-quzusu və 1 baş inəyi var. Əgər 15 başdan yuxarı rəqəmdirsə, 100 faiz sübut edə bilər ki, həmin heyvanlar başqasınındır. Qardaşı Muradın qaynı Cavabdeh2 məxsusdur. O, Sumqayıt şəhərində yaşayır. Cavabdeh onu 3-4 aydır, gətirib. İddiaçı cavabdehin fəaliyyəti və qanunsuz əməlləri barəsindən dəfələrlə müxtəlif vaxtlarda aidiyyəti orqanlara rəsmi məlumat vermişdir. Ona görə də icarəsində olan qış otlaq sahəsini qanunsuz əlində saxlamağa görə iddiaçını birgə qurduqları təsərrüfatdan polislə uzaqlaşdırıb, bir ilə yaxındır Cavabdeh2 məxsus olan heyvanları gətirib, iddiaçının və ailəsinin birgə çalışdıqları təsərrüt sahəsində yerləşən tövləyə salmışdır. xx.xx.2023-cü ildə məcburiyyət qarşısında qalıb Kürdəmir RİH-nin başçısına rəsmi müraciət etmişdir. Onun rəsmi ərizəsini yerində araşdırmağa gələn Kürdəmir RİHnin nümayəndələri Cəfər müəllim, Tələt müəllim, kənd icra nümayəndəsi Cahid Abdullayev tərəfindən xx.xx.2023-cü il tarixində saat 15:30 radələrində onun qanunsuz fəaliyyəti barəsində akt tərtib edilmiş, imzaları ilə təsdiq edilmişdir. Tərtib olunmuş akt iddiaçını tam qane etmədiyinə görə o, həmin aktı imzalamamışdır. Ona görə ki illərdir ki, cavabdeh işçisi ilə birlikdə qanunsuz fəaliyyət göstərir. Təsərrüfatı, demək olar ki, sıfır vəziyyətində olduğuna görə sosial və vergi ödənişləri etmir. xx.xx.2023-cü il tarixdə cənab başçıya rəsmi müraciətinə əlavə olunmuş iddiaçıya verilən cavab məktublarını iddia ərizəsinə əlavə edir. 05.04. 2023-cü il tarixdə saat təxminən 15:30 radələrində Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələri təsərrüfata gəlib baxış keçirib gedəndən sonra cavabdeh iddiaçıya məxsus olan xırda buynuzlu heyvanları saxladığı açıq havadakı dəmir barmaqlıqlardan ibarət olan ağlı, heyvanlarına aid olan tövlədə bordaqda saxladığı 3 baş iri toxumluq erkək qoçu və 3 baş da ətlik erkəyi dəmir barmaqları sökərək onları da tövlədən çıxardaraq iddiaçıya məxsus olan, saat 18:00 radələrində örüşdən fermaya öz yerinə tövləyə gələn damazlıq xırda buynuzlu heyvanlara qoşmuşdur. Onun bu qanunsuz hərəkətlərindən kənd icra nümayəndəsinə və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısının göndərdiyi nümayəndələrinə dərhal telefonla məlumat vermişdir. Cavabdeh isə öz bildiyini edir. İddiaçıya və ailəsinə hədə-qorxu gəlir. Heyvanlarını iddiaçıya məxsus olan tövləyə qaranlıq düşsə də buraxmır. Onun bu qanunsuz əməllərini görüb məcburiyyətində qarşısında qalıb xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində DİN-in 120 xidmətinə məlumat vermişdir. Hadisə yerinə gələn əməkdaşlar cavabdehin iddiaçıya və ailə üzvlərinə qarşı onlara məxsus olan xırda buynuzlu heyvanları qaranlıq düşsə də, qapını bağlayıb tövləyə buraxmadığını, dəmir barmaqlıqdan ibarət olan ağıllı söküb yerə yıxdığını, bordaqda olan toxumluq qoçuları qəsdən damazlıq qoyunlara qarışdırdığına görə onların içərisində 2 baş yarım sağlam toxumluq erkəkdən birini qoç vuraraq tələf etmişdir. Bu hadisənin polis əməkdaşları şahidi olmuşdur. Cavabdehin belə qanunsuz hərəkətləri ucbatından iddiaçıya məxsus olan təsərrüfata ciddi maddi ziyan dəymişdir. Polis əməkdaşları cavabdehə tapşırmışdılar ki, heyvanları öz yerinə, yəni tövləyə buraxsın və səhər də hər ikisi şöbəyə gəlsin. xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Kürdəmir RPŞ-də xx.xx.2023-cü il tarixdə cavabdehin iddiaçıya və ailə üzvlərinə, əmlakına qarşı törətdiyi qanunsuz əməlləri barəsində izahatını yazıb polis əməkdaşına təhvil vermiş və xahiş etmişdir ki, cavabdehin bu qanunsuz əməlləri, özbaşınalığı 23 ildir davam etdiyindən və əlindəki imkanlardan istifadə edərək, dələduzluq etməsi barəsində qanuni tələblərə uyğun araşdırılıb Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıya məxsus olan təsərrüfatını, yəni xırda buynuzlu heyvanlarını 2000-ci ildən 2025-ci ilə kimi təsərrüfat başçısı X3 iddiaçı və cavabdeh birgə çalışdıqları və qurub yaratdıqları 80 ha qış otlaq sahəsində fermadan polisə müraciət edərək çıxartmışdır, halhazırda iddiaçıya məxsus olan xırda buynuzlu qoyun-quzunu bu soyuq havada darısqal həyətində palatkada müvəqqəti yerləşdirmişdir. İddiaçı sonradan Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsi üzrə maraqlı şəxs Cavabdeh2 Cavabdeh2 ilə əvəz edilməsini, Kürdəmir rayonunun Qarasaqqal kəndinin inzibati ərazisində yerləşən 80 ha qış otlaq sahəsindən və tövlədən Cavabdeh2 və ona məxsus olan xırda buynuzlu heyvanların (qoyun-quzuların), atın çıxarılması, iddiaçının xırda buynuzlu heyvanları və atı ilə birgə həmin otlaq sahəsindən və tövlədən təyinatına uyğun istifadə hüququnun bərpa edilməsi, həmin otlaq sahəsinə köçürülməsi və gələcəkdə həmin otlaq sahəsindən və tövlədən əsassız olaraq çıxarılmasının Cavabdeh1 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-830/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Xaliq İmanov) iddia təmin olunmamış, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 2(041)-830/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 130 saylı sərəncamı ilə 80 ha torpaq sahəsi onun icarəsinə verilmiş, torpaq sahəsi onun icarəsinə verildikdən sonra təyinatı üzrə istifadə etməyə davam etmişdir. Anasının məsləhəti və onun razılığı ilə qardaşı İddiaçı da onunla bərabər öz heyvanlarını həmin sahədə saxlamışdır. İddiaçı qeyd edir ki, cavabdehin göstərdiyi izahatı uydurma və əsassızdır. Belə ki, təsərrüfat başçısı anası Vəzifə Muradova 2011-ci ildə vəfat etmişdir. Anasının sağlığında İddiaçı qeyd edilən torpaq sahəsində Cavabdeh1la birgə təsərrüfat aparmışdır. Bunun şahidi də Nümayəndədur. Məhkəmə yekun nəticəyə gəlib qətnamə çıxararkən iddiaçının vətəndaşı olduğu dövlətdə azad sahibkarlıq hüququnun həyata keçirilməsinə maneə yaradan halları araşdırmamış, Konstitusiyanın 59-cu maddəsini nəzərər almayaraq ailəsinin dolanacaq yeri olan heyvandarlıq təsərrüfatının saxlanılmasında hüququn normalarını cavabdehin xeyrinə təfsir etməklə ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırma aparmamışdır. İddiaçı tərəfindən təqdim olunan sübutlara məhkəmə tərəfindən qərəzli olaraq, obyektiv yanaşılmamış, qətnamənin əsasına işin halları və faktlarla uyğunlaşmayan fərziyyələr qoyulmuşdur. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq etməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin mülki işdə tələb qanunvericiliyə və işin faktiki hallarına uyğun olmasına baxmayaraq, məhkəmə tərəfindən tələbin mövcud qanunvericiliyə uyğun olmaması qətnamədə öz əksini tapmamışdır. Məhkəmə iclasında Nümayəndə verdiyi izahatında qış otlaq sahəsinin faktiki olaraq onun köməkliyi ilə alınaraq, sənədləşməni iddiaçının adına etdirməsini, analarının sağlığında torpaq sahəsində birgə öz təyinatına uyğun təsərrüfat aparmaqlarını bildirsə də, məhkəmə bu faktiki halları araşdırmamışdır. Bu halın araşdırılması məhkəmənin gəldiyi nəticə üçün torpaq sahəsinin birgə istifadələrində olmasını sübut edən mühüm əhəmiyyətli sübutdur. Məhkəmə tərəfindən tərəflərin verdiyi izahatlarda qeyd edilən torpaq sahəsində iddiaçı ilə təyinatına uyğun olaraq birgə təsərrüfat aparmaları müəyyən edilsə də, həmin faktın mövcud olmamasına hüquqi qiymət verilməmişdir. Məhkəmə İddiaçı qeyd edilən torpaq sahəsi üzərində heç bir hüququnun olmaması qənaətinə gələrkən səhv nəticəyə gəlmişdir. Belə ki, həmin torpaq səhəsindən iddiaçının razılığı ilə əvvəllər təyinatına uyğun olaraq cavabdeh iddiaçı ilə birgə istifadə etmişdir. Sənədlərdə cavabdehin adı qeyd edilsə də, torpaq sahəsinin faktiki icarədarı iddiaçı olmuşdur. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, mübahisəli otlaq sahəsindən hələ mərhum analarının sağlığında qardaşları ilə birgə istifadə etmiş, orada özlərinin iri və xırda buynuzlu heyvanlarını saxlayıb inkişaf etdirmişlər. 2010-cu ildə yeni icarə müqaviləsi bağlanılan zaman sənədləşdirmə Cavabdeh1 adına həyata keçirilsə də, otlaq sahəsi ailənin istifadəsində olmuşdur. Lakin qardaşı olan Cavabdeh1 ona maneələr yaratdığına görə, o, özünə məxsus olan qoyun-quzunu 2012-ci ildə sataraq təsərrüfatını ləğv etmişdir. Sonradan 2018-ci ildə özünə məşğulluq ilə əlaqədar Dövlət Proqramına müraciət etmiş, həmin proqram üzrə ona 21 baş xırda buynuzlu heyvan verilmişdir. O, hazırda öz təsərrüfatını inkişaf etdirmişdir və təxminən 60 başa yaxın xırda buynuzlu heyvanı var. Lakin həmin heyvanların saxlanılması üçün yeri yoxdur. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə onun tələbini rədd edərək, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə İddiaçı izahatı ilə razılaşaraq bildirdi ki, həqiqətən də, otlaq sahəsinin icarəsi ilə bağlı sənədləşmə Cavabdeh1 adına aparılmış olsa da, faktiki olaraq həmin sahə onların ailələrinin istifadəsində olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının və onun nümayəndəsinin qeyd etdikləri əsassızdır. Belə ki, otlaq sahəsi onun özünün icarəsindədir və icarə ilə bağlı sənədləşmələr də onun özünün adına aparılmışdır. O, 2000-ci ildə təsərrüfat qurmağa başlayan zaman iddiaçının da bir neçə heyvanı olsa da, təsərrüfatını quran zaman iddiaçı öz heyvanlarını satmış, özünə ev tikdirməyə başlamışdır. Sonradan o, iddiaçıya qardaş olduqlarına görə dəfələrlə yardım etmiş, evinin tikilməsi üçün ona pul köməkliyi etmişdir. Həmin ərəfələrdə iddiaçının hərdənbir bir neçə baş heyvanı olarkən o, özünün ödəniş verdiyi çobanına həmin heyvanların da saxlanılması üçün tapşırıq verirdi. Bundan sonra, 2018-ci ildə iddiaçı özünə məşğulluq ilə bağlı Dövlət Proqramına müraciət edərək, 20 baş qoyun və 1 baş qoç almış olsa da, həmin heyvanları da tezliklə satmışdır. Hazırda isə iddiaçının heç bir heyvanı yoxdur. Onun özünə məxsus heyvan kimi qeyd etdiyi heyvanlar isə nümayəndəsi olan digər qardaşı Nümayəndə məxsusdur. Belə ki, Nümayəndə 2016-cı ildə onunla (Cavabdeh1la) kredit götürərək birgə təsərrüfat qurmağa qərar vermiş, bir müddət təsərrüfatı inkişaf etdirdikdən sonra Nümayəndə heyvanları bölməyi ona təklif etmişdir. O isə təxminən 120 başa yaxın heyvanı Nümayəndə vermiş, Nümayəndə isə həmin heyvanların təxminən yarısını satmışdır. Hazırda iddiaçının özünə məxsus 60 baş heyvan kimi qeyd etdiyi heyvanlar isə məhz Nümayəndə qalan həmin heyvanlarıdır. Bildirdi ki, iddiaçı ondan qardaşı kimi nə zaman hansı xahişi etmişdirsə, o, həmin xahişləri nəzərə almış, qardaşına köməklik etmişdir. Lakin hazırda onu məhkəməyə müraciət etməklə nəyəsə məcbur etmək istəyirlərsə, o, buna qarşıdır və bu səbəbdən də iddianın təmin edilməməli olduğunu düşünür. Çünki otlaq sahəsi rəsmi olaraq onun icarəsindədir və o da öz sahəsindən iddiaçının istifadə etməsini istəmir. İddiaçı isə özünün heyvanının olmamasına baxmayaraq, digər qardaşı Nümayəndə sözlərinə uyaraq hazırkı iddianı qaldırmışdır. Cavabdeh1 yekunda apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəldi ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının vətəndaş Cavabdeh1 qış otlaq sahəsinin icarəyə verilməsi barədə 115 nömrəli, 20 oktyabr 2000-ci il tarixli sərəncamının surətindən görünür ki, vətəndaş Cavabdeh1 qış otlaq sahəsinə olan tələbatının ödənilməsi barədə RİHB-yə müraciətinə və İsmayıllı Rayon Torpaq Şöbəsi tərəfindən hazırlanmış torpaqayırma sənədlərinə əsasən, vətəndaş Cavabdeh1 qış otlaq sahəsinin icarəyə verilməsi barədə ərizəsinin nəzərə alınması, Azərbaycan KP MK və Respublika Nazirlər Sovetinin 11 may 1982-ci il tarixli, 254 saylı qərarı ilə Kürdəmir rayonu ərazisindən İsmayıllı rayonuna uzunmüddətli istifadə üçün ayrılmış 65 saylı “Maqsudbağı” adlı qış otlaq sahəsindən 80 hektarın 10 il müddətinə (2000-2010-cu illər) Cavabdeh1 fiziki şəxs kimi istifadəsinə ayrılması, Respublika qış otlaqlarının bölgüsünə yenidən baxılarkən sərəncamda zərurət yarandıqda müvafiq dəyişikliklərin aparılması, Dövlət Torpaq Komitəsindən Cavabdeh1 fiziki şəxs kimi torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə işlənib təqdim edilməsinin təmin olunmasının xahiş edilməsi, sərəncamın icrasına nəzarətin Rayon Torpaq Şöbəsinə tapşırılması qərara alınmışdır. İşdəki JN-0846, KOD 40700001 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətindən görünür ki, fiziki şəxs kimi Kürdəmir rayonu, Qarasaqqal kənd sakini Cavabdeh1 13 oktyabr 2000-ci il tarixli, 24 saylı icarə müqaviləsinə əsasən Kürdəmir rayonu ərazisində yerləşən 65 saylı “Maqsudbağı” q/o sahəsindən qoyunçuluğun inkişafı üçün 10 il müddətinə 80 hektar örüş sahəsi müvəqqəti istifadə üçün verilmişdir. İşdəki Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir rayonunun Qarasaqqal kənd sakini Cavabdeh1 istifadəsinə (icarəyə) 80 hektar qış otlaq sahəsi verilməsi barədə 22 oktyabr 2010-cu il tarixli, 130 nömrəli sərəncamının surətindən görünür ki, Kürdəmir rayonunun Qarasaqqal kənd sakini Cavabdeh1 ərizə ilə müraciət edərək İsmayıllı RİHB-nin 2000-ci il 13 oktyabr tarixli, 24 saylı sərəncamı ilə onlara Kürdəmir rayonunun inzibati ərazisindən icarəyə verilmiş qış-otlaq sahəsinin 80 hektarını onun istifadəsinə (icarəsinə) verilməsini və icarə müqaviləsi bağlanmasını xahiş etmişdir. Komissiya araşdırma aparmış, ehtiyaclarını nəzərə alaraq rayonun inzibati ərazisindəki 65h saylı “Maqsudbağı” adlanan qış-otlaq sahəsindən 80 hektar Cavabdeh1 icarəyə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Kürdəmir RİHB-nin 22 oktyabr 2010-cu il tarixli, 130 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Örüş, otlaq və biçənək sahəsinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları haqqında” 15 mart 2000ci il tarixli 42 nömrəli, “Qış otlaq sahələrindən istifadənin tənzimlənməsi barədə” 02 mart 2006-cı il tarixli 60 nömrəli Qərarları əsas tutularaq Kürdəmir rayonunun Qarasaqqal kənd sakini Cavabdeh1 müraciətinin nəzərə alınması, rayonun inzibati ərazisindəki 65h saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsindən 80 hektarın Cavabdeh1 istifadəsinə (icarəyə) 15 il müddətinə verilməsi, DT və XK Kürdəmir rayon şöbəsinin müdiri G.Q.Əsədova icarəyə verilmiş qış otlaq sahəsinin sərhəd nişanlarını qoymaqla yerində təhkim edilməsinin təmin olunmasının tapşırılması, Cavabdeh1 istifadəsinə (icarəyə) verilmiş qışlaq sahəsinin Dövlət qeydiyyatına alınmasının təmin edilməsinin tapşırılması, Kürdəmir RİH tərəfindən Cavabdeh1 ilə icarə müqaviləsi bağlanmasının RİHB-nin Aqrar məsələlər üzrə müavini Ə.X.Şükürova həvalə edilməsi və sərəncamın icrasına nəzarətin ona tapşırılması qərara alınmışdır. İşdəki qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, yüklü edilən əmlakın reyestr nömrəsi **********10 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu inzibati ərazisində yerləşən Kürdəmir RİH-nin mülkiyyətində olan 80,0 ha torpaq sahəsi (ehtiyat fondu torpaqları kateqoriyalı, örüş otlaq) Kürdəmir RİHB-nin xx.xx.2010-cu il tarixli, 130 nömrəli sərəncamına əsasən bağlanmış icarə müqaviləsinə əsasən xx.xx.2010-cu ildən xx.xx.2025-ci il tarixinədək 15 il müddətinə icarə hüququ əsasında Cavabdeh1 xeyrinə yüklü edilmişdir. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə AA 556257 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının barəsində tələb irəli sürdüyü mübahisəli sahə Kürdəmir rayonunun inzibati ərazisində yerləşən “Maqsudbağı” adlanan sahədən icarəyə verilmiş 80 hektar qış otlaq sahəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hazırkı tələb üzrə iddiaçının subyektiv hüququnun olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. İddiaçı mübahisəli qış otlaq sahəsinin onların ailəsinin istifadəsinə verildiyini, cavabdeh isə həmin qış otlaq sahəsinin ailəsinin deyil, onun icarəsinə verildiyini qeyd edir. İş materiallarında olan JN-0846, KOD 40700001 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə isə müəyyən edilir ki, fiziki şəxs kimi Kürdəmir rayonu, Qarasaqqal kənd sakini Cavabdeh1 13 oktyabr 2000-ci il tarixli, 24 saylı icarə müqaviləsinə əsasən Kürdəmir rayonu ərazisində yerləşən 65 saylı “Maqsudbağı” q/o sahəsindən qoyunçuluğun inkişafı üçün 10 il müddətinə 80 hektar örüş sahəsi müvəqqəti istifadə üçün verilmişdir. Bundan sonra, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir rayonunun Qarasaqqal kənd sakini Cavabdeh1 istifadəsinə (icarəyə) 80 hektar qış otlaq sahəsi verilməsi barədə 22 oktyabr 2010-cu il tarixli, 130 nömrəli sərəncamı ilə isə Kürdəmir rayonunun inzibati ərazisindəki 65h saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsindən 80 hektarın Cavabdeh1 istifadəsinə (icarəyə) 15 il müddətinə verilməsi qərara alınmışdır. Qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, yüklü edilən əmlakın reyestr nömrəsi **********10 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla isə müəyyən olunur ki, Kürdəmir rayonu inzibati ərazisində yerləşən Kürdəmir RİH-nin mülkiyyətində olan 80,0 ha torpaq sahəsi (ehtiyat fondu torpaqları kateqoriyalı, örüş otlaq) Kürdəmir RİHB-nin xx.xx.2010-cu il tarixli, 130 nömrəli sərəncamına əsasən bağlanmış icarə müqaviləsinə əsasən xx.xx.2010-cu ildən xx.xx.2025-ci il tarixinədək 15 il müddətinə icarə hüququ əsasında Cavabdeh1 xeyrinə yüklü edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, mübahisəli qış otlaq sahəsi üzrə tələbin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ mövcud deyil. Çünki qış otlaq sahəsinin onun və ailəsinin də icarəsinə verilərək istifadələrində olması iş materialları ilə öz təsdiqini tapmır, əksinə iş materiallarından aydın olur ki, mübahisəli qış otlaq sahəsi məhz Cavabdeh1 icarəsinə verilmişdir. Belə olan halda isə iddiaçının həmin qış otlaq sahəsi ilə bağlı hər hansı tələb irəli sürmək hüququnun mövcudluğundan bəhs edilə bilməz. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən, dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. MM-in 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, birinci instansiya məhkəməsi ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-830/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1785/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1785/2023
29.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver