Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-179/2025 20.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)179/2025 Açar sözlər : torpaq sahəsindən çıxarılma, tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi. X17 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(022)- 326/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Yaqubov (iddia ərizəsində Mirzəyev) Elman Nəcəf oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə onun mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsindən çıxarılması və onun tərəfindən inşa edilmiş özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi və 0,05 ha torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, keçmiş Puşkin rayon X11 Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarına əsasən ona Biləsuvar şəhəri, Təyyarə meydanı adlanan ərazidən 0,05 ha ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Bu haqda Biləsuvar rayon Dövlət Arxivi tərəfindən verilmiş 3-48- 10RA/2- ***-**** saylı xx.xx.2023-cü il tarixli Arxiv arayışında göstərilmişdir ki, Puşkin rayon X11 Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarına baxış keçirilmiş və məlum olmuşdur ki, Puşkin rayon X11 Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarı ilə ona Təyyarə meydanı adlanan ərazidə 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Protokola əlavə edilmiş adlı siyahının 345-ci sıra sayında «İddiaçı 0,05 ha» göstərilməklə onun adı qeyd olunmuşdur. Qeyd olunan qərarla ona ayrılmış torpaq sahəsi faktiki ona verilmiş və bu haqda 23 aprel 1993-cü il tarixli akt tərtib edilmişdir.Həmin aktdan görünür ki, ayrılmış torpaq sahəsi şimal və cənub sərhədləri 25 metr, şərq və qərb sərhədləri 20 metr olmaqla ümumi sahəsi 0,05 ha təşkil edir. Aktda qonşuları cənub tərəfdə İ.Astanovun, qərb tərəfdə Z.Qasımovanın həyətləri ilə, şimal tərəfdə həmin vaxt boş həyət, şərq tərəfdə isə küçə olması qeyd olunmuşdur.O, faktiki olaraq qeyd olunan ünvanda yaşayır. Uzun müddət idi ki, həmin torpaq sahəsinə baxmağa belə getmirdi. Yaxın vaxtlarda həmin torpaq sahəsini daşla yenidən hasarlamaq məqsədi ilə ora getmiş və ona məxsus torpaq sahəsinin üzərində kiçik bir damın və tikintisi yarımçıq olan evin inşa edildiyini görmüşdür. O, orada kimin məskunlaşdığını öyrənmiş və cavabdehi çağıraraq həmin torpaq sahəsinin ona verildiyini demiş, daha sonra evə qayıdaraq sənədləri cavabdehə təqdim etmişdir. O, cavabdehdən bu torpaq sahəsinə hansı əsasla daxil olmasını və bu haqda sənədləri təqdim etməsini tələb etmişdir.Lakin cavabdeh zəbt etdiyi torpaq sahəsinə dair heç bir sənədi olmadan onlara verilməsi və onların orada tikinti işləri apardığını göstərmişdir. O, torpaq sahəsini tərk etməsini və tikililəri sökməsini tələb etmiş, lakin cavabdeh onun tələbini qəbul etməmiş və torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. O, bu haqda Biləsuvar bələdiyyəsinə şifahi olaraq müraciət etmiş, lakin həmin torpaq sahəsinin tərəflərindən cavabdehə verilmədiyi göstərilmişdir. Cavabdeh bu hərəkəti ilə qanunsuz olaraq onu əmlakından məhrum etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək cavabdeh Yaqubov (iddia ərizəsində Mirzəyev göstərilmişdir) Elman Nəcəf oğlunun ailə üzvləri ilə birlikdə onun mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsindən çıxarılması və onun tərəfindən inşa edilmiş özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi və 0,05 ha torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etmədiyini, mübahisə olunan torpaq sahəsini İlham adlı şəxsdən aldığını və həmin torpaq sahəsində yaşayış evi tikməklə uzun illər ailə üzvləri ilə birlikdə fasiləsiz olaraq yaşadığını göstərmişdir. Biləsuvar Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(022)-326/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmadan qətnamə qəbul edərək iddianı rədd etmişdir. İddiaçı hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə o, Konstutision hüququndan (mülkiyyət hüququ) məhrum edilmişdir. Bundan əlavə olaraq Birinci instansiya məhkəməsi Biləsuvar Bələdiyyəsi tərəfindən tərtib edilmiş mübahisənin predmeti olan torpaq sahəsinə texniki baxış və ölçü işləri və torpaq sahəsinin koordinatları haqqında olan aktı – işin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyətə malik sübut kimi qəbul etməyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Bundan əlavə olaraq iddiaçı hesab etmişdir ki, Birinci instansiya məhkəməsi iddiaçının təkrar ekspertiza keçirilməsi haqda vəsatətini əsassız olaraq təmin etməyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinin tələbini pozmuşdur. Cavabdehin torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən sübutları olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən bu məsələyə qiymət verilməmişdir. İddiaçı tərəfindən mübahisənin predmeti olan torpaq sahəsinin ona-iddiaçıya məxsus olmasını təsdiq edən sənədlər iddiaçı tərəfindən təqdim edilməsinə baxmayaraq Birinci instansiya məhkəməsi tərəfindən həmin sənədlər sübut kimi qiymətləndirilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Əvvəlki bütün Apellyasiya baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, onun məzmununa uyğun izahatlar vermiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişlər. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhətilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, mübahisə olunan torpaq sahəsini İlham Astanovdan almış və həmin torpaq sahəsində yaşayış evi tikməklə uzun illərdir ki, ailə üzvləri ilə birlikdə fasiləsiz olaraq həmin evdə yaşayır. Bütün bu müddət ərzində həmin torpaq sahəsində ev inşa edərək yaşamalarına heç kəs o cümlədən iddiaçının özü belə etiraz etməmişdir. İddiaçı özü ona verilmiş torpaq sahəsinin harada yerləşməsini belə bilmir. Həmçinin bildirmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı xx.xx.2024-cü il tarixdə X7 adına DƏDRX-dən reyestr nömrəsi **********23 olan çıxarış da almışdır. Apellyasiya baxışında İİİ şəxs qismində işə cəlb edilmiş X9 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllənin) 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən:
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən:
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür kiu, İddiaçı Biləsuvar şəhəri H.Əliyev küçəsi ev 14, mənzil 4-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 3-48- 10RA/2-363-2023 saylı xx.xx.2023-cü il tarixli Arxiv arayışında göstərilmişdir ki, Biləsuvar rayon Dövlət Arxivində mühafizə olunan Puşkin rayon XDS Rəyasət heyətinin xx.xx.1992ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarına baxış keçirildi. Baxış zamanı məlum oldu ki, XDS Rəyasət heyətinin xx.xx.1992- ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarı ilə Təyyarə meydanı adlanan ərazidən 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Protokola əlavə edilmiş adlı siyahının 345-ci sıra sayında onun adı qeyd olunub, yəni “İddiaçı 0,05 ha”. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar Rayon Dövlət X3 adına verilmiş 3-48-10RA/2-24- 2024 saylı xx.xx.2024-cü il tarixli Arxiv arayışında göstərilmişdir ki, “Biləsuvar rayon Dövlət Arxivində mühafizə olunan Puşkin rayon XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı qərarına baxış keçirildi. Baxış zamanı məlum oldu ki, şəhərin Təyyarə meydanı adlanan ərazisindən yaşayış evi tikmək üçün Sizə XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı qərarı ilə 0,05 sot həyətyanı torpaq sahəsi ayrılmışdır. Həyətyanı torpaq sahəsinin Sizə verilməsinə dair tərtib edilmiş adlı siyahının 155-ci sıra sayında Sizin adınız yəni X10 qeyd olunmuşdur”. Biləsuvar Rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli № 3-21-3- 44/2-3200/2024 saylı mütəxəssis rəyinin təqdim edilməsi barədə cavab məktubundan görünür ki, tikinti-texniki ekspertizası ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mühəndisləri X16 və X2 şəhəri L.Abdullayev küçəsində yerləşən sözügedən mübahisəli ərazidə olmuşlar. Tərəflərin iştirakı ilə mübahisələndirilən ərazidə ölçü işləri aparmışlar. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən İddiaçı Puşkin rayon XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 nömrəli iclas protokolu və 66 saylı qərarı əsasında verilmiş 0,05 ha həyətyanı torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından sözügedən torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixli 2-(022)- 326/2024 nömrəli qərardadda qoyulmuş sualları tərəflərindən cavablandırmaq mümkün olmamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 3-48-10RA/2- ***-**** saylı xx.xx.2023-cü il tarixli Arxiv arayışında Puşkin rayon XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarına baxış zamanı məlum olmuşdur ki, XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarı ilə Təyyarə meydanı adlanan ərazidən 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Protokola əlavə edilmiş adlı siyahının 345-ci sıra sayında İddiaçı qeyd edildiyi göstərilmişdir. İddiaçı həmin torpaq sahəsini əldə etməsinin qanuni əsası olaraq XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarına istinad etməklə həmin torpaq sahəsinin ona məxsus olduğunu, lakin cavabdehin heç bir əsas olmadan həmin torpaq sahəsində yaşayış evi tikməklə onun qanunla qorunan hüquqlarını pozduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Puşkin rayon XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 saylı iclas protokolu və 66 saylı qərarı ilə Təyyarə meydanı adlanan ərazidən 0,05 ha həyətyanı torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin sərhədləri yerquruluşu planı aparılmaqla xəritədə müəyyən edilməmişdir. Belə ki, həmin torpaq sahəsinin naturada hüdudları müəyyən edilərkən planı tərtib edilməklə ərazi hüdudları yerquruluşu qaydasında müəyyən edilməmişdir. Daha sonra iddiaçının ona məxsus olmasını iddia etdiyi torpaq sahəsinin iddiaçının adına müvafiq qeydyiyat aprılmaqla mülkiyyət hüququ əldə etməsi iş materialları ilə müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi də, qeyd edilən faktlara əsaslanaraq iddianı təmin etməmişdir. İddiaçı tərəf qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şikayətin dəlillərindən biri məhkəmənin Biləsuvar Bələdiyyəsi tərəfindən tərtib edilmiş mübahisənin predmeti olan torpaq sahəsinə texniki baxış və ölçü işləri və torpaq sahəsinin koordinatları haqqında olan aktı – işin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyətə malik sübut kimi qəbul etməyərək MPM-nin 80-ci maddəsinin tələbini kobud şəkildə pozmasından ibarət olmasını göstərmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, qeyd edilən halın aradan qaldırılması üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin tikinti-texniki ekspertizası ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mühəndisləri X16 və X2 şəhəri L.Abdullayev küçəsində yerləşən sözügedən mübahisəli ərazidə olmuşlar. Tərəflərin iştirakı ilə mübahisələndirilən ərazidə ölçü işləri aparmışlar. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən İddiaçı Puşkin rayon XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 07 nömrəli iclas protokolu və 66 saylı qərarı əsasında verilmiş 0,05 ha həyətyanı torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından sözügedən torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixli 2-(022)- 326/2024 nömrəli qərardadda qoyulmuş sualları tərəflərindən cavablandırmaq mümkün olmamışdır. Şikayətin ikinci dəlili cavabdehin torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən sübutları olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən bu məsələyə qiymət verilməmişdir. Yəni, iddiaçı qeyd edir ki, cavabdehin faktiki olaraq fərdi yaşayış evi tikərək yaşadığı ev onun mülkiyyətində deyil. Kollegiya bununla bağlı qeyd edir ki, birincisi iddiaçı XDS qərarı ilə ona ayrılmış 0.05 ha torpaq sahəsi ilə bağlı təkzib olunmaz və mötəbər sübutları məhkəməyə təqdim etməli idi ki, o bunu etməmişdir. Əksinə cavabdeh özü bildirir ki, yaşadığı torpaq sahəsini İlham Astanov adlı şəxsdən almış və üzərində ev inşa edərək uzun müddətdir ki, etirazsız ailəsi ilə birlikdə orada yaşayır. Həmçinin o, Kollegiyanın iclası zamanı artıq mübahisəli torpağa dair müvafiq çıxarış alındığını bildirmiş və onu Kollegiyaya təqdim etmişdir. Bununla bağlı Şirvan Apellyasiya Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsindən verilən cavabda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi X4 tam mülkiyyətindədir. Şikayətin üçüucü dəlili iddiaçı tərəfindən mübahisənin predmeti olan torpaq sahəsinin ona-iddiaçıya məxsus olmasını təsdiq edən sənədlər iddiaçı tərəfindən təqdim edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən həmin sənədlər sübut kimi qiymətləndirməməsidir. Kollegiya qeyd edilən dəlillə bağlı bildiri ki, iddiaçı tərəfindən məhkəməyə yuxarıda da qeyd olunduğu kimi hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Əgər edilmiş olsa idi keçirilmiş tikinti-texniki ekspertizası tərəfindən müvafiq rəy verilərdi. Müəyyən edilir ki, iddiaçı mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olması, həmin torpaq sahəsinin plan-ölçüsü, koordinatları, təhkim aktı və sairə barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmçinin birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş tikinti-texniki ekspertizası nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün olmamışdır. Əksinə müəyyən edilir ki, cavabdehin ev inşa edərək yaşadığı torpaq sahəsi hazıra xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli X1 tam mülkiyyətindədir. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda hər hansı sübyektiv hüququ yoxdur. Kollegiya həmçinin prosessual qənaət prinsipini rəhbər tutaraq, cavabdehin və onun ailəsinin yaşadığı evin altındakı torpaq sahəsinə dair artıq DƏDRX tərəfindən çıxarış verildiyindən, həmçinin birinci instansiya məhkəməsi tərəfindən belə bir ekspertizanın təyin edilməsi və müvafiq rəyin verilməsinin mümkün olmamasını nəzərə alaraq Kollegiya iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə lüzum görməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(022)-326/2024 saylı qətnaməsi iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə əsasən iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.