Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1794/2025 13.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabirabad rayon Şəhriyar kənd bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabirabad rayon Şəhriyar bələdiyyəsi) həyətyanı torpaq sahəsinə gedən özbaşına tutulmuş yolun açılmasının məcbur edilməsi tələbinə dair iş üzrə Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli 2(056)-1840/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən yolun sağ hissəsi tərəfindən Cavabdeh2 özbaşına tutduğu 1,5 metr enində və 130 metr uzunluğunda yolun bərpa edilərək açılmasının və həyətyanı sahəyə gedən yolun sol hissəsində Cavabdeh1 tərəfindən özbaşına tutulan en hissəsi 1,5 metr olmaqla 220 metr uzunluqda yolun bərpa edilərək açılmasının cavabdehlərə məcbur edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə Sabirabad rayonu Şəhriyar kəndində yaşayır. Həyətyanı sahəsinə gedən yol qanunvericiliyin tələbinə əsasən bələdiyyə mülkiyyəti hesab olunur. Həyətyanı sahəsinə gedən yol cavabdehlər tərəfindən özbaşına olaraq 3 ildir tutulmuş, o və ailə üzvlərinin evlərinə gediş-gəlişi məhdudlaşmışdır. Hətta azyaşlı övladlarını yoldan qucağına götürərək keçirir. O, yolun açılması barədə aidiyyəti üzrə Şəhriyar bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət etmişdir. Bələdiyyə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşları tərəfindən yerində müayinələr aparılmış və yolun bir hissəsinin zəbt olunması müəyyən edilmişdir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli məktub verilmişdir. Şəhriyar bələdiyyəsi tərəfindən isə xx.xx.2022-ci il tarixli Akt tərtib edilmişdir. Həmin Aktda qeyd olunur ki, baxışla əlaqədar müəyyən edilmişdir ki, yolun uzunluğu 220 metr, eni 7 metrdir. Həmin yolun sağ hissəsi tərəfindən Cavabdeh2 1,5 metr enində və 130 metr uzunluğunda şumlama yolu ilə zəbt etmişdir. Həyətyanı sahəyə gedən yolun sol hissəsində Cavabdeh1 en hissəsi 1,5 metr olmaqla 220 metr uzunluqda yolu şumlama yolu ilə zəbt etmişdir. Bələdiyyə tərəfindən edilən tələblərə baxmayaraq cavabdehlər yolun açılmasının təmin edilməsindən imtina etmişdir. Özbaşına tutulan yol Torpaq məcəlləsinə əsasən bələdiyyə mülkiyyəti hesab edilir. Cavabdehə yolun açılmasının təmin edilməsi müvafiq orqanların vəzifəli şəxsləri tərəfindən tapşırılsa da o, buna əməl etməmişdir. Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-267B KOD 90903018 nömrəli Şəhadətnamə əsasında İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Sabirabad rayonu Şəhriyar kəndində yerləşən 0.59 ha torpaq sahəsi üzrə gediş-gəliş yolunun Cavabdeh2 tərəfindən sağdan 2 metr və Cavabdeh1 tərəfindən isə soldan 2 metr hissəsinin açılaraq yolun əvvəlki vəziyyəti bərpa edilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 25 manatının Cavabdeh2 və 24 manatının Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətə cavabdan görünür ki, onun Sabirabad rayonu Şəhriyar kəndində mülkiyyətində olan torpaq sahəsinə gedən yolun zəbt edilməsi barədə müraciətinə aidiyyəti üzrə baxılmış, müraciətlə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən onun iştirakı ilə adıçəkilən torpaq sahəsinə keçirilmiş baxış zamanı onun torpaq sahəsinə gedən yolun bir hissəsinin zəbt olunduğu müəyyən edilmişdir. Şəhriyyar Bələdiyyəsi tərəfindən möhürlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sabirabad rayonu Şəhriyar bələdiyyəsi ərazisindən Şəhriyar kənd sakini İddiaçı evinə gedən yolun Daşınmaz Əmlakın Dövlət Reyestri rüblik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəsisləri və bələdiyyənin iştirakı ilə adı çəkilən torpaq sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, 220 metr uzunluğu və 7 metr eni olan yolun sağ hissəsindən Cavabdeh2 1.5 metr uzunluq hissəsindən 130 metr şumlama yolu ilə zəbt etmişdir. Həyətyanı sahəyə gedən yolun sol hissəsində Cavabdeh1 yolun en hissəsindən 1.5 metr uzunluq hissəsindən 220 metr şumlayıb zəbt etmişdir. JN-267B KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayonu Şəhriyar kəndində yerləşən 0,59 ha torpaq sahəsi X2, X15, X8, X11, X17, İddiaçı və X4 ümumi birgə mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli 3-21-3-38/2-670/20 saylı mütəxəssis rəyindən görünür ki, JN- 267B KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.59 ha (faktiki 0.95 ha) torpaq sahəsinin sərhədləri və koordinatları naturada müəyyənləşdirildi. Həmin torpaq sahəsinə gedən ümumi istifadədə olan yol Şəhriyar kəndinin kompleks yerquruluşu xəritəsində (elektron xəritə materiallarında) 206 metr uzunluğunda, şimaldan 8 metr enində, cənubdan isə 9.5 metr enində nəzərdə tutulsada, sözügedən mübahisəli yol ekspertiza baxışı zamanı faktiki olaraq uzunluğu 216 metr, eni 3 metr bəzi yerdə 3.5 metr müəyyən edilmişdir. Qeyd edilənlər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. JN-267B KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0 59 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yol mövcuddur və müəyyən hissəsi zəbt edilmişdir. JN-267B KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.59 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun faktiki uzunluğu 216 metr, eni isə 3.5 metrdir. Nəzərə alsaq ki, sözügedən mübahisəli yol elektron xəritə materiallarında 8 metr enində göstərilmiş və əvvəlki vəziyyətinə qaytarılması üçün sağdan 2 metr, soldan 2 metr geri çəkilməlidir. Yəni Cavabdeh2 tərəfindən sağdan 2 metr və Cavabdeh1 tərəfindən isə soldan 2 metr həmin yola müdaxilə olunmuşdur. JN-267B seriyalı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0,59 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun müəyyən hissəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/1159 saylı Ekspert rəyindən görünür ki, JN-267B KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0-59 ha (faktiki 0.95 ha) torpaq sahəsinin sərhədləri və koordinatları naturada müəyyənləşdirildi. Həmin torpaq sahəsinə gedən ümumi istifadədə olan yol Şəhriyar kəndinin kompleks yerquruluşu xəritəsində (elektron xəritə materiallarında) 206 metr uzunluğunda, şimaldan 8 metr enində, cənubdan isə 9.5 metr enində nəzərdə tutulsa da, sözügedən mübahisəli yol ekspertiza baxışı zamanı faktiki olaraq uzunluğu 216 metr, eni 3 metr bəzi yerdə 3.5 metr müəyyən edilmişdir. Qeyd edilənlər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. JN-267B KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.59 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yol mövcuddur və müəyyən hissəsi zəbt edilmişdir. JN-267B KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.59 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun faktiki uzunluğu 216 metr, eni isə 3.5 metrdir. Nəzərə alsaq ki, sözügedən mübahisəli yol elektron xəritə materiallarında 8 metr enində göstərilmiş və əvvəlki vəziyyətinə qaytarılması üçün sağdan 2 metr, soldan 2 metr geri çəkilməlidir. Yəni Cavabdeh2 tərəfindən sağdan 2 metr və Cavabdeh1 tərəfindən isə soldan 2 metr həmin yola müdaxilə olunmuşdur. JN-267B seriyalı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.59 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun müəyyən hissəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. APELYYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisə etdiyi torpaq sahəsi (Şəhadətnamə nömrəsi JN278B) X5 və onun ailə üzvülərinə məxsusdur. Buna baxmayaraq hakim iş üzrə qətnaməni bütün normaları pozaraq qəbul etmişdir. Məhkəmə qətnaməsindən müəyyən edilir ki, hakim yalnız mübahisələndirilən torpaq sahəsinin ölçülərini araşdırmaqla əsas götürməklə kifayətlənmiş, işin faktiki hallarını araşdırmamışdır. Halbuki, hakim iddianı qəbul edərkən cavabdehlərin əsl cavabdeh olmasını araşdırmamışdır. Tələb edilən torpaq sahəsi tam mülkiyyət hüququ ilə (Şəhadətnamə JN-278B) X3 mülkiyyətindədir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisə predmeti olan yolun eni 8 metr olmalı olduğu halda, hazırda faktiki olaraq təxminən 3 metr təşkil edir. Sözügedən yolun Cavabdeh1 olan hissəsi 2 metrdir. Qeyd olunan torpaq sahəsi X3 adına rəsmiləşdirilmiş olsa da, faktiki istifadə həmişə Cavabdeh1 tərəfindən həyata keçirilmişdir. Torpaq sahəsi Cavabdeh1 verilməzdən əvvəl hər hansı mübahisə və ya problem mövcud olmamışdır. Lakin torpaq sahəsinin ona verilməsindən sonra müxtəlif problemlər yaranmağa başlamışdır. Sözügedən torpaq sahəsi Cavabdeh1 qeyri-rəsmi qaydada verilmişdir. Sabirabad rayon Şəhriyar bələdiyyəsinin sədri X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə həm bələdiyyə, həm də xüsusi mülkiyyətə aid torpaq sahələri mövcuddur. Mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyəti olub-olmaması barədə dəqiq məlumatı yoxdur, çünki həmin hallar fəaliyyətindən əvvəl baş vermişdir. Mübahisəli əraziyə yerində baxış keçirmiş, baxış zamanı müəyyən etmişdir ki, zəbt edildiyi iddia olunan sahədə yol mövcuddur, lakin yolun eni xeyli dərəcədə dardır. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Diqqətə çatdrılmalıdır ki, dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Normanın mahiyyətini və məqsədini nəzərə alaraq məhkəmə tərkibi qeyd edir ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 47.2-ci və 47.3-cü maddəsinə görə bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə və AZCAD-a inteqrasiya edilmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakı rəydə göstərilənlərə müvafiq olaraq məhkəmə tərkibi qeyd edir ki, JN- 267B KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.59 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun faktiki uzunluğu 216 metr, eni isə 3.5 metr olmaqla sözügedən mübahisəli yol elektron xəritə materiallarında 8 metr enində göstərilmişdir. Belə olan halda, mübahisəli torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün sağdan 2 metr, soldan 2 metr geri çəkilərək bərpa edilməsi zəruridir. Göründüyü kimi mübahisəli yola Cavabdeh2 tərəfindən sağdan 2 metr və Cavabdeh1 tərəfindən isə soldan 2 metr müdaxilə olunmuşdur. Beləliklə, JN-267B seriyalı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.59 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun müəyyən hissəsinin Cavabdeh1 və X7 tərəfindən zəbt edilməsi faktı iş materialları ilə təsdiq olunur. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. Habelə məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin - əsl cavabdeh qismində X3 cəlb edilməsinə dair dəlili formal mülahizə xarakterli olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli 2(056)-1840/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1794/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1794/2025
13.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver