Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1799/2023 04.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və «Azəriqaz» İstehsalat Birliyinə qarşı «ümumi istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi və qanunsuz inşa edilmiş çəpərin, habelə qaz borusunun sökülməsi» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)623/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən zəbt edilmiş Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşməklə onun mülkiyyətində olan 0,14586 ha torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun zəbtdən azad edilməsi, Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan həmin torpaq sahəsinin özü üçün gediş-gəliş yolu kimi zəbt edərək istifadə etdiyi hissəsindən çıxarılması, Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan həmin torpaq sahəsində qanunsuz inşa edilmiş dəmir setkanın cavabdehin hesabına sökülməsi və cavabdehlər Cavabdeh1 və «Azəriqaz» İB tərəfindən onun mülkiyyətində olan həmin torpaq sahəsində çəkdikləri qaz xəttinin onların hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)623/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi (hakim R.Məmmədov) ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və «Azəriqaz» İstehsalat Birliyinə qarşı «ümumi istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi və qanunsuz inşa edilmiş çəpərin, habelə qaz borusunun sökülməsi» tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ekspertiza xərci təşkil edən 50 manat İddiaçı aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın təmin edilməməsini iddia tələbinin əsaslı olmaması və sübut olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermiş və şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)623/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 04 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə kollegiyasına vəsatət ünvanlamış, vəsatətində İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiklərini və apellyasiya şikayəti üzrə işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizəsi ilə əlaqədar iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətindən imtinası Mülki Prosessual Məcəllənin 369.2-cu maddəsinin tələblərinə uyğun olduğundan apellyasiya şikayətindən imtina qəbul edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)623/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil Lənkəran Rayon Məhkəməsinin 2(049)623/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1799/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1799/2023
04.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver