Məhkəmə qərarları › İş №2(106)-18/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-18/2023

28.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-18/2023 28.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X5 ibarət məhkəmə tərkibində Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı (hüquqi varisləri: X6, X8, X7, X9 və X3) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(018)-31/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Astara Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(018)-31/2021 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası qismən təmin edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********71 reyestr nömrəli Çıxarış və Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Astara rayonu Səncərədi kəndi ərazəsində yerləşən 0,6711 hektar torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş 0,24 hektar hissəsinin zəbtdən azad edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Astara Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(018)-31/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2021-ci il tarixli 2(106)- 1819/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair 2(106)-1819/2021 saylı mülki iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası rəyi alınanadək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 30 mart 2022-ci il 2(106)-84/2022 saylı sorğusuna əsasən Astara rayon Qeydiyyat Şöbəsinin 08 aprel 2022-ci il tarixli 164-05/13 saylı ölüm haqqında qeydi 15 aprel 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş və 19 aprel 2022-ci il tarixli qərardadla iş üzrə icraat təzələnmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 05 may 2022-ci il 2(106)-84/2022 saylı qərardadı ilə İddiaçı hüquqi varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il 2(106)-84/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair 2(106)-84/2022 mülki iş üzrə icraat təzələnmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 27 oktyabr 2022-ci il, 2(106)-84/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmiş, ekspert rəyi alınanadək 2(106)-84/2022 saylı mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair 2(106)-18/2023 saylı mülki iş üzrə 26 sentyabr 2023-cü il tarixli 10/6608 saylı ekspert rəyi Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş və 16 oktyabr 2023-cü il 2(106)-18/2023 saylı qərardadla iş üzrə icraat təzələnmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Astara rayonu Səncərədi kəndi ərazisində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,6711 hektar torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınıb ona verilməsi və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun və ailə üzvlərinə məxsus Astara rayonu Səncərədi kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 0,6711 hektar torpaq sahəsi vardır. Həmçinin torpaq sahəsi RX seriyalı ******* nömrəli Çıxarışla təsdiqlənmişdir. Torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsini zəbt etmişlər. Bununla da, onların torpaq sahəsi üzərindəki mülkiyyət hüquqları pozulmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətlərində olan torpaq sahələri torpaq sahəsinin planı (cizgisinə) əsasən iddiaçının torpaq sahələri ilə həmsərhəd deyildir. İddiaçı mübahisələndirdiyi torpaq sahəsi mülkiyyətdə olan 0.5033.30 kvadratmetr torpaq sahəsinin yerləşdiyi ərazidir. Onun torpaq sahəsilə bizim torpaq sahəsi arasında 200 metr məsafə vardır. Ona görə ki, Astara rayonun Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli 18 saylı qərarına əsasən paylı mülkiyyətə verilmiş 0.93 hektar torpaq sahəsinin sərhədləri, döngə nöqtələri naturada onlara göstərilmiş və həmin ildəndə torpaq sahəsindən təyinatı üzrə istifadə etmişlər. Həmin sahədə çəltik əkib becərmişlər. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspertiza MPM-in 99.1-ci maddəsində nəzərdə tutulmuş qaydada aparılmamışdır. Qərardadda bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması haqqında məhkəmə tərəfindən ekspertə xəbərdarlıq edilsə də, mütəxəssisə bilə-bilə yalan rəy verməyə görə məsuliyyət elan edilməmişdir. Daşınmaz Əmlakın Kadastri və ünvan Reystri Xidməti Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzinin 10 saylı Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri onların xəbəri və iştirakı olmadan mübahisəli torpaq sahəsinə baxış keçirmiş, ölçü işlərini düzgün aparmamış və real vəziyyətə uyğun olmayan yalan rəy vermişlər. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə tikinti-texniki eksperti tərəfindən yerində mübahisəli torpaq sahəsinə baxış keçirmədən mütəxəssis rəyinə istinad edərək 01 dekabr 2020-ci il tarixli 10/3308 nömrəli kifayət qədər aydın və tam olmayan rəy vermişdir. Məhkəmə baxışı zamanı onlar tərəfindən vəsatət verilmiş və məhkəmədən xahiş edilmişdir ki, iş üzrə əlavə və təkrar ekspertiza təyin edilsin. Lakin məhkəmə vəsatəti təmin edilməmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının hüquqi varisləri ilə hazırkı məhkəmə iclasında iştirakın zəruriliyi və barışıq əldə edilməsi ilə əlaqədar olaraq telefon vasitəsilə əlaqə saxlasa da, onlar məhkəmə iclasına gəlməyəcəyini bildirmişlər. İşin uzadılmaması üçün əvəllər İddiaçı Astara rayonu Səncərədi kəndi ərazisində yerləşən 0,6711 hektar torpaq sahəsinin 0,24 ha hissəsi üçün hər sota 40 manat ödəməyi təklif etmiş, lakin onlar 40 manat ödənilməsi ilə razılaşmayaraq sözügedən torpaq sahəsi üçün 8000 manat məbləğdə pul vəsaiti istəmişdir. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının hüquqi varisləri X6, X8, X7, X9 və X2 və cavadeh Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Astara Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(018)-31/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı 06 sentyabr 1955-ci il tarixdə Astara rayonunun Səncərədi kəndində anadan olmaqla, orada qeydiyyatdadır. İş materiallarında olan Astara RİHB-nin Səncərədi KİƏDN tərəfindən verilmiş arayışdan məlum olur ki, İddiaçı Astara rayonunun Səncərədi kəndində yaşayır. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışdan məlum olur ki, Astara rayonu Səncərədi kəndi ərazidində yerləşən 0,6711 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı paylı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Astara RİHB-nin Səncərədi KİƏDN-nin 17 iyun 2022-ci il tarixli tarixli arayşından görünür ki, İddiaçı vəfatından sonra onun təsərrüfatında aşağdakı şəxslər yaşayırlar: X6 (arvadı), X8 (oğlu) , X7 (oğlu), X9 (oğlu) və X3 (qızı). İş materiallarına əlavə edilmiş Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yer quruluşu Layihə-Tədqiqat Mərkəzinin 10 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 08 oktyabr 2020-ci il tarixli, M-159 nömrəli mütəxəssis rəyinin surətindən və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 01 dekabr 2020-ci il tarixli 10/3308 nömrəli rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********71 nömrəli Çıxarış və Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Astara rayonu Səncərədi kəndi ərazəsində yerləşən 0,6711 hektar pay torpaq sahəsinin 0.24 hektar hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdehlərin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Buna görə də, MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 239-cu maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiya məhkəməsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2023-cü il tarixli 10/6608 №-li ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövİət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 43/2-1950/2023 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli **********4 qeydiyyat nömrəli və **********71 reyestr nömrəli Çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu Səncərədi kəndi ərazisində yerləşən 0,6711 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları xəritədə və naturada müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyətdə iddia edilən yerdən orta hesabla 2260 metr məsafə fərqi ilə digər yerdə yerləşməsi müəyyən olunmuşdur. Rəydə həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 43/2-1950/2023 saylı mütəxəssis rəyinə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 18 saylı qərarı əsasında JN-693 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 da daxil olmaqla onların ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu Səncərədi kəndi ərazisində yerləşən 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dörd hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 0,93 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,5033 ha hissəsi yerləşir və 0,5033 ha torpaq sahəsinin hüdudları xəritədə və naturada müəyyən edilmişdir. Sözügedən 0,5033 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,43 ha ölçüdə öz əksini tapmışdır. Həmin rəydən habelə görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 43/2-1950/2023 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövİət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********71 reyestr nömrəli Çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,6711 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 da daxil olmaqla onların ailə üzvlərinin Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (JN- 693 kod ********) əsasən mülkiyyətinə verilmiş 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********71 reyestr nömrəli Çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu Səncərədi kəndi ərazisində yerləşən 0,6711 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunmadığı müəyyən olunmuşdur. Mütəxəsis rəyinə əsasən İddiaçı və ailə üzvləri tərəfindən iddia edilən məhkəmə predmeti olan torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində cavabdehlər Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərində olan torpaq sahəsi kimi öz əksini tapmışdır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Kollegiya qeyd edir ki, MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı iddia tələbinin qanuni əsası kimi də həmin maddə çıxış edir. Belə ki, adıçəkilən maddə özündə üç şərti birləşdirir: iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, cavabdeh əşyanın sahibi olmalıdır və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Ancaq hazırkı iddia tələbinin adıçəkilən norma əsasında həll edilməsi mümkün deyil və iddianın qanuni əsası mövcud deyildir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilmədiyi üçün qətnamə qanuni və əsaslı sayıla bilməz. Beləliklə, cavabdehlər tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını tam və hərtərəfli araşdıraraq - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə aparılmış araşdırma üzrə əldə edilmiş mötəbər sübut qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2023-cü il tarixli 10/6608 №-li ekspert rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(018)-31/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona verilməsi və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair iddiası rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Habelə, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş 26 sentyabr 2023-cü il tarixli 10/6608 nömrəli ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti iddiaçı X4 hüquqi varislərindən müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(018)-31/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona verilməsi və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair iddiası rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2023-cü il tarixli 10/6608 nömrəli rəyi üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı hüquqi varisləri X6, X8, X7, X9 və X1 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar