Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-180/2025 27.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Qasım Vəli oğlu və X2 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarma tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)-173/2024 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-100 kod 80302088 saylı dövlət aktına əsasən ona və ailəsinə ayrılmış 1.23 ha torpaq sahəsinin 0.0842 ha və 0.6620 ha hissələrinin zəbtdən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Lerik rayonu Barzavu kəndində anadan olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Ona və ailəsinə Lerik rayon aqrar islahat komisiyyası tərəfindən Torpağa mülkiyyət hüququna dair JN-100 kod 80302088 saylı Dövlət aktına əsasən 1.23 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində təsərrüfat ilə məşğul olur. Yeganə qazanc mənbəyi kənd təsərrüfatı məhsullarının satışıdır. Buna baxmayaraq həmkəndliləri Cavabdeh1 və Cavabdeh2 ona məxsus pay torpaq sahəsinin 0.0842 ha və 0.662 ha torpaq sahəsini zəbt etmişlər. Dəfələrlə torpaq sahəsinin ona məxsus olmasını onlara bildirsə də, cavabdehlər onun sözlərinə məhəl qoymamışdır. Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)-173/2024 saylı (hakim Atabəy Kiçibəyov) qətnaməsi ilə iddia qismən təmin edilərək Lerik rayonu Barzavu kəndində yerləşən JN-100 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.6620 ha torpaq sahəsinin Cavabdeh1 alınaraq İddiaçı mülkiyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən Kadastr və Yerqurluşu LayihəTədqiqat mərkəzinə ödənilmiş 95 manat pul və 100 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq ona verilməsi, əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun Cavabdeh2 tutularaq ekspertiza mərkəzinə köçürülməsi qət edilmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi, iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizasının təyin edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iş üzrə ekspertiza təyin edilməsi barədə qərarla cavabdehləri tanış etməmiş, ekspert tərəfindən torpaq sahəsinə baxış keçirilməsində iştirak etmələrinə baxmayaraq, ekspert rəyi ilə tanış olmamışlar. Ekspert rəyi nə məhkəmə tərəfindən, nə də ekspert tərəfindən cavabdehlərə təqdim edilmişdir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə razı deyillər. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X11 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışdan görünür ki, Lerik rayonu Barzavu kəndi ərazisində 0.0853 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və onun mülkiyyətindədir. Bundan başqa, Lerik rayon Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 nömrəli qərarı ilə 2697.74 kv.metr həyətyanı torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahələrinin çıxarışında və Torpaq sahəsinə dair plan və ölçüdə torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, iddiaçıya məxsus torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən çox uzaqlıqda, meşənin yaxınlığında yerləşir. İddiaçının özü belə cavabdehlərdən uzaq məsafədə yerləşən evdə yaşayır. İddiaçının istifadəsində bir neçə yerdə torpaq sahəsi olsa da, biri adına qeydiyyata alınmış, digərləri isə qeydiyyata alınmamışdır. İddiaçıya ayrılmış torpaq sahəsi meşəlik əraziyə düşdüyündən, Cavabdeh1 mülkiyyətində olan torpaq sahələrinə iddia etməyə başlamış və məhkəmə heç bir araşdırma aparmadan, iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Lakin Cavabdeh1 xüsusi mülkiyyətində Lerik rayonu Barzavu kəndi ərazisində bir neçə yerdə, ümumilikdə 2 ha yaxın ərazidə torpaq sahəsi olsa da, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsini zəbt edərək, həmin torpaq sahəsindən istifadə etməsi reallığa uyğun deyildir. Torpağa mülkiyyət hüququna dair JN- 105 KOD 80302088 saylı Dövlət aktının surətindən görünür ki, Cavabdeh1 və ailə üzvlərinə Lerik rayonu Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə Lerik rayon Barzavu kəndində 0.27 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Lerik rayon Blaband bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Lerik rayon Barzavu kənd sakimi Cavabdeh2 21 oktyabr 1998-ci il tarixdə Lerik rayon Aqrar İslahat komissiyası tərəfindən aparılmış torpaq islahatı zamanı hər adama 21 sot düşmüşdür. Lerik Rayon İcra Hakimiyyətinin Blaband kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitabdan olan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən Barzavu kəndində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı 53 kv.m ümumi sahəsi, 0.07 ha torpaq sahəsi vardır. Torpağa mülkiyyət hüququna dair JN-103 KOD 80302088 saylı Dövlət aktının surətindən görünür ki, CavadovQurban Alış oğluna və ailə üzvlərinə Lerik rayonu Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə Lerik rayon Barzavu kəndində 0.94 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Lerik rayonu Barzavu kəndində kənd təsərrüfatı təyinatlı 0.21 ha torpaq sahəsi var. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Lerik rayonu Barzavu kəndində kənd təsərrüfatı təyinatlı 0.0853 ha torpaq sahəsi var. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Lerik rayonu Barzavu kəndində kənd təsərrüfatı təyinatlı 0.0853 ha torpaq sahəsi vardır. Lerik Rayon Məhkəməsi işə baxarkən sübutlara obyektiv qiymət verməmiş, Cavabdeh1 mülkiyyətində və istifadəsində ümumilikdə 0.66 ha torpaq sahəsinin olub-olmamasını müəyyən etmədən, formal tələblərə uyğun qətnamə qəbul etmişdir. Cavabdeh1 mülkiyyətində və istifadəsində ümumilikdə mübahisəli ərazidə 0.52 ha torpaq sahəsi istifadədir. 0.66 ha torpaq sahəsinin çatışmayan hissəsinin hansı əraziyə düşməsi isə nə ekspert tərəfindən, nə də, məhkəmə tərəfindən araşdırılmış, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə Cavabdeh2 münasibətdə iddia tələbini təmin olunmamasına baxmayaraq, məhkəmə xərclərinin bölüşdürülməsində Cavabdeh2 da İddiaçı tərəfindən Kadastr və Yerqurluşu Layihə Tədqiqat mərkəzinə ödənilmiş 95 manat pul və 100 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı verilməsi, əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh2 tutularaq məhkəmə ekspertizası mərkəzinə köçürülməsi qət etmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının fərdi yaşayış evi mübahisə predmeti olan torpaq sahələrindən uzaqda yerləşir. Eyni zamanda iddiaçıya ayrılmış torpaq sahəsi meşə fondu torpaqlarının sərhədi daxilindədir. Ekspertiza rəyləri ilə razı deyildir. 2019-cu il tarixdə islahat keçirilmiş və ekspert də öz rəyində həmin xəritəyə əsaslanmışdır. Mübahisə predmeti olan torpaq sahəsinin 4 hissədən ibarət olduğu qeyd edilsə də, əslində elə deyildir. Bununla da, onlara məxsus torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh1 izahatında bildirdi ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsini əldə etmək üçün iddia qaldırmışdır. Onun iddia etdiyi torpaq sahəsinin öz mülkiyyətində olması ilə bağlı hüquqmüəyyənedici sənədləri vardır. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı onda həmin torpaq sahəsinin yerquruluşu planı mövcuddur. Lakin həmin torpaq sahəsinə dair iddiaçıda heç bir hüquqmüəyyənedici sənəd yoxdur. İddiaçı əvvəlki məhkəmə iclasında bildirmişdir ki, ona 66 sot, 8 sot və 48 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən 8 sot və 66 sot yaxın ərazidə, digər 48 sot torpaq sahəsi isə uzaq ərazidədir. 2018-ci ildə islahatlar həyata keçirilərkən onun mülkiyyətində olan 8 sot torpaq sahəsi 48 sot olan torpaq sahəsinin yanında qeyd edilmişdir. İddiaçıya hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376cı maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi cavabdehlərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)-173/2024 saylı qətnaməsi dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan: Torpağa mülkiyyət hüququna dair JN-100 KOD 80302088 saylı Dövlət aktının surətindən görünür ki, İddiaçı və ailə üzvlərinə Lerik rayonu Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə Lerik rayon Barzavu kəndində 1.23 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir; Lerik rayon İcra Hakimiyyəti Başçısının Blaband kənd ərazi icra nümayəndəliyi tərəfindən 28 avqust 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Lerik rayon Barzavu kəndində yaşayır, ailə tərkibi arvadı X3 (1960), qızı X4 (1985), qızı X5 (1987), oğlu X12 (1989), qızı X1 (1991) ibarətdir; Torpağa mülkiyyət hüququna dair JN-105 KOD 80302088 saylı Dövlət aktının surətindən görünür ki, Cavabdeh1 və ailə üzvlərinə Lerik rayonu Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə Lerik rayon Barzavu kəndində 0.27 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir; Lerik rayon Blaband bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Lerik rayon Barzavu kənd sakini Cavabdeh2 21 oktyabr 1998-ci il tarixdə Lerik rayon Aqrar İslahat komissiyası tərəfindən aparılmış torpaq islahatı zamanı hər adama 21 sot duşmuşdur; Lerik Rayon İcra Hakimiyyətinin Blaband kənd İcra Nümayəndəliyinin təsərrüfat başına kitabdan olan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən Barzavu kəndində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı 53 kv.m ümumi sahəsi, 0.07 ha torpaq sahəsi vardır; Torpağa mülkiyyət hüququna dair JN-103 KOD 80302088 saylı Dövlət aktının surətindən görünür ki, Cavabdeh2 və ailə üzvlərinə Lerik rayonu Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə Lerik rayon Barzavu kəndində 0.94 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Lerik rayonu Barzavu kəndində kənd təsərrüfatı təyinatlı 0.21 ha torpaq sahəsi var; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Lerik rayonu Barzavu kəndində kənd təsərrüfatı təyinatlı 0.0853 ha torpaq sahəsi var; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Lerik rayonu Barzavu kəndində kənd təsərrüfatı təyinatlı 0.3254 ha torpaq sahəsi var; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2024-cü il tarixli 3-16-16/2-10/4485 saylı ekspert rəyinə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11n 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-874/2024 saylı mütəxəssis rəyinə görə Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 44 saylı qərarı əsasında JN-100 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu Barzavu kəndi ərazisində yerləşən 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidəki 0,6620 ha hissəsinin bütövlüklə Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 239-cu maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərkibi qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Bu zaman nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, işdə olan mötəbər sübutlardan, habelə işin apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli 10/10 saylı rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-874/2024 saylı mütəxəssis rəyinə əsasən Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 44 saylı qərarı əsasında JN-100 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu Barzavu kəndi ərazisində yerləşən 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üç hissədən (0.6620 ha, 0,0842 ha və 0,4869 ha) ibarət olması müəyyən edilmişdir. Araşdırma zamanı həmin 1,23 ha torpaq sahəsinin 0,6620 ha və 0,0842 ha hissələrinin məhkəmə predmeti olması müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən 1,23 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun dörd hissədən ibarət öz əksini tapması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən sözügedən 1,23 ha torpaq sahəsinin 0,6620 ha hissəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuş və 0,6620 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir; B№115363 saylı **********70 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 oktyabr 2023-cü il qeydiyyat tarixli **********70 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan və Lerik rayonu Barzavu kəndində yerləşən 0,21 ha torpaq sahəsinin B koordinatları müəyyən edilmişdir; Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən Lerik rayon Aqrar İsiahat Komissiyasının xx.xx.1998-ci ii tarixli 44 saylı qərarı əsasında JN-100 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu Barzavu kəndi ərazisində yerləşən 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidəki 0,6620 ha hissəsinin koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrindən 16 oktyabr 2023-cü il qeydiyyat tarixli **********70 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan və Lerik rayonu Barzavu kəndində yerləşən 0,21 ha (kənd təsərrüfatı məhsullarının istehsalı üçün) torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir; Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 44 saylı qərarı əsasında JN-100 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ilə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu Barzavu kəndi ərazisində yerləşən 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidəki 0,6620 ha hissəsinin bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı tələbi üzrə torpağın zəbtinə dair hissədə düzgün qənaətə gəlmişdir. Ancaq tələb Cavabdeh1 münasibətdə təmin edildiyi halda məhkəmə xərcləri Cavabdeh2 tutulmuşdur. Həmin hal apellyasiya şikayətinin dəlillərində də qeyd edilməklə mübahisələndirilmişdir. Bu baxımdan, həmin hissədə qətnamə dəyişdirilməlidir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə məhkəmə xərclərinin tutulması - İddiaçı tərəfindən Kadastr və Yerqurluşu LayihəTədqiqat mərkəzinə ödənilmiş 95 (doxsan beş) manat və 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Cavabdeh2 tutularaq ekspertiza mərkəzinə köçürülməsi hissədə dəyişdirilməli, İddiaçı tərəfindən Kadastr və Yerqurluşu LayihəTədqiqat mərkəzinə ödənilmiş 95 (doxsan beş) manat və dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat, cəmi 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı verilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2024-cü il tarixli 3-16- 16/2-10/4485 saylı ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli 10/10 saylı rəyindən verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 50 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)-173/2024 saylı qətnaməsi məhkəmə xərclərinin tutulması - İddiaçı tərəfindən Kadastr və Yerqurluşu LayihəTədqiqat mərkəzinə ödənilmiş 95 (doxsan beş) manat və 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Cavabdeh2 tutularaq ekspertiza mərkəzinə köçürülməsi hissədə dəyişdirilsin. İddiaçı tərəfindən Kadastr və Yerqurluşu LayihəTədqiqat mərkəzinə ödənilmiş 95 (doxsan beş) manat və dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat, cəmi 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı verilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2024-cü il tarixli 3-16-16/2-10/4485 saylı ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli 10/10 saylı rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-180/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-180/2025
27.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver