Məhkəmə qərarları › İş №2(106)-1804/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1804/2025

24.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1804/2025 24.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 2(056)-453/2023 saylı qətnaməsindən Cavabdeh ilə yanaşı işdə iştirak etməyən şəxslər Nümayəndə, X1 və X3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması” tələbinə tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 2(056)-453/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan 1,875 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 0,55 ha torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun həmçinin, iddiaçı tərəfindən mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 (doxsan beş) manat xidmət haqqının Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 50 (əlli) manat məbləğində dəyərinin Cavabdeh tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh ilə yanaşı işdə iştirak etməyən şəxslər Nümayəndə, X1 və X3 tərəfindən birgə apellyasiya şikayəti verilmişdir. Mülki Prosessual Məcəllə Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apelyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da, qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Göründüyü kimi, hazırda birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlə yanaşı işdə iştirak etməyən şəxslər də birgə verdikləri apellyasiya şikayətində mübahisələndirmişlər. Birinci instansiya məhkəməsi işdə iştirak etməyən şəxslər tərəfindən verilən apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə müvafiq olaraq qiymətləndirmə apararaq, qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını müəyyən etməli, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb və bunun nəticəsinə dair qərardad qəbul etməli, həmin qərardaddan şikayət verilməsi müddətini gözləyərək yalnız bunlardan sonra işi apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, qeyd olunan prosessual hərəkətləri yerinə yetirmədən işi birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 16 sentyabr 2025ci il tarixli 2(056)-453/2023 saylı qətnaməsindən cavabdeh və işdə iştirak etməyən şəxslər tərəfindən birgə verdikləri apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364, 366, 400, 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sabirabad Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 2(056)-453/2023 saylı qətnaməsindən Cavabdeh ilə yanaşı işdə iştirak etməyən şəxslər Nümayəndə, X1 və X3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınaraq MPM-in 364.2-ci maddəsinə müvafiq olaraq işdə iştirak etməyən şəxslər Nümayəndə, X1 və X2 apellyasiya şikayətinə münasibətdə qiymətləndirmə aparılmasından ötrü Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qərardad qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar