Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1826/2024 18.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü yazılı icraat qaydasında yoxlayaraq müəyyənetdi: Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X3 və Cavabdeh qarşı «mülkiyyətin və sahibliyin müdafiəsi, mülkiyyətçi tərəfindən özgənin qanunsuz sahibliyindən əmlakın geri tələbi» barədə iddiası qismən təmin olunmuş, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 28 oktyabr 2021-ci il olan çıxarışda qeyd edilən, Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0,3711 hektar torpaq sahəsi cavabdehlər Cavabdeh və X2 qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı verilsin. 0.3711 hektar torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi cavabdehlər Cavabdeh və X2 öz vəsaiti hesabına oradan sökülməsi qət edilmişdir. Bundan başqa iş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğindəki pul cavabdehlər Cavabdeh və X1 müştərək qaydada alınaraq İddiaçı ödənilsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə 21 noyabr 2022-ci il tarixdə icra olunması üçün Astara Rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. Astara Rayon İcra və Probasiya şöbəsi 29 moyabr 2022-ci il tarixdə Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 saylı qətnaməsini icraata qəbul etmiş və 29 noyabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərarın surətini məhkəməyə göndərmişdir. Cavabdehlərdən Cavabdeh Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 saylı qətnaməsindən 09 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə məhkəməyə ərizə vermiş, Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətinin bərpa edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməmişdir. Sonuncu qərardaddan Cavabdeh şikayət vermiş, qərardadın ləğv edilməsini və ötürülmüş prosessual müddətin bərpa edilərək apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Cavabdeh şikayəti iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1498/2024-cü il tarixli qərardadı ilə Astara Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilmiş, Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki iş Astara Rayon Məhkəməsinə qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə cavabdehlərdən Cavabdeh tərəfindən elektron kabinet vasitəsilə Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından şikayət və həmin qərardaddan prosessual müddətin bərpası barədə ərizə daxil olmuşdur. Astara Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Cavabdeh şikayəti iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli şikayətdə cavabdeh Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadını 22 iyul 2024-cü il poçt vasitəsilə aldığını göstərmişdir. İş materiallarında Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadınnın cavabdehə təqdim olunmasına dair qəbz və ya poçt xəbərnaməsi mövcud deyil. Hazırda cavabdeh həmin qərardaddan şikayətini xx.xx.2024-cü il tarixdə yenidən təqdim etmiş, şikayətə prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından verilmiş şikayət üzrə prosessual müddətin ötürülməsi məsələsini müzakirə etmədən, şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 269-cu maddəsinə əsasən baxaraq mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Beləliklə, kollegiya hesab edir ki, mülki işin göndərilməsi barədə Astara Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilməli, Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, zəruri prosessual hərəkətlərin həyata keçirilməsi üçün (Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsinə) mülki iş Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qəraraaldı: Astara Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilsin. Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və zəruri prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki iş Astara Rayon Məhkəməsinə qaytarılsın. X4 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-1826/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1826/2024
18.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver