Məhkəmə qərarları › İş №2(106)-1837/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1837/2025

22.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1837/2025 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçı iddiaçı1, Iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi iddiaçı4 iştirakı ilə, Iddiaçı iddiaçı4, iddiaçı2, iddiaçı1 və iddiaçı3, cavabdehlər cavabdeh3, Abbasova (Hadiyeva) Tuğra Rəşid qızı, cavabdeh2 və cavabdeh4 qarşı “qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Torpağın mülkiyyətə verilməsinə dair JN 893F KOD ******** nömrəli şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli 05 № li qərarına əsasən Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsi iddiaçı4, Tünzalə Seyidağa qızı, iddiaçı3, iddiaçı2 və iddiaçı1 mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak dövlət reyestrindən qeydiyyat tarixi ##.##.2024-cü il, qeydiyyat nömrəsi 222400219, daşınmaz əmlakın reyestr nömrəsi ************ olan çıxarışdan görünür ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsi üzərində iddiaçı4, iddiaçı2, iddiaçı1, iddiaçı3 və X4 ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. AZ-II ****** №-li “Ölüm haqqında şəhadətnamə”nin surətindən X4 ##.##.2023-cü il tarixdə “dəqiqləşdirilməmiş kəskin miokard infarktından ölmüşdür. Lənkəran rayonu Gərmətük bələdiyyəsinin ** saylı 2005-ci il tarixli qərarından görünür ki, Gərmətük qəsəbə sakini X3 Gərmətük bələdiyyəsinin mülkiyyətində olan KPI fondundan həyətyanı üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaqların alğı-satqısına dair Aktdan görünür ki, Lənkəran rayonu Gərmətük bələdiyyəsinin ** saylı 2005-ci il tarixli qərarı ilə Gərmətük qəsəbə sakini X3 Gərmətük bələdiyyəsinin mülkiyyətində olan KPI fondundan həyətyanı üçün ayrılmış 600 kv.m torpaq sahəsi 620.000 manat ödənilməklə ona satılmış, həmin akt Lənkəran rayon, şəhər torpaq və xəritəçəkmə şöbəsində ##.##.2005-ci tarixdə 647 nömrə ilə qeydiyyata alınmışdır. Seriya MH, ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak dövlət reyestrindən Çıxarışdan görünür ki, Lənkəran rayonu Gərmətük qəsəbəsində istifadəsində olan 0.01812 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 100.4 kv.m yaşayış, 54.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin **/**** №-li, ## ### 2025-ci il tarixli rəyindən görünür ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat və ************ reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-***F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) əsasən iddiaçı4, iddiaçı2, iddiaçı1, iddiaçı3 və X4 ümumi birgə mülkiyyətində olan Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.11 ha torpaq sahəsinə dair daşınmaz əmlakın Dövlət reyestrinden "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin tartib olunmaması müəyyən olunmuşdur. Araşdırma zamanı həmin 0.11 ha torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olan JN-***F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədinin koordinatlarının faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Belə ki, sözügeden 0,11 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədindəki məkan göstəriciləri ilə faktiki vəziyyətdə olan torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqların (sərhəd və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yer ququluşu planında göstərilmişdir). Beləliklə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat və ************ nömrəli reystr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN ***F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) əsasən iddiaçı4, iddiaçı2, iddiaçı1, iddiaçı3 və X4 ümumi birgə mülkiyyətində olan Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,11 ha torpaq sahəsinin sənəd üzrə konkret sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin cavabdehlər cavabdeh3, Abbasova (Hadiyeva) Tuğra Rəşid qızı, cavabdeh2 və cavabdeh4 tərəfindən konkret olaraq hansı ölçü və hansı istiqamətdə istifadə edilib-edilməməsini də müəyyən etmək mümkün olmamışdır. Faktiki vəziyyətdə iddiaçılar tərəfindən iddia olunan torpaq sahəsinin bütövlüklə cavabdehlərin istifadəsində olması müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat və ************ reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-***F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) əsasən iddiaçı4, iddiaçı2, iddiaçı1, iddiaçı3 və X4 ümumi birgə mülkiyyətində olan Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,11 ha torpaq sahəsinin sənəd üzrə konkret sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin cavabdehlər cavabdeh3, Abbasova (Hadiyeva) Tuğra Rəşid qızı, cavabdeh2 və cavabdeh4 tərəfindən konkret olaraq hansı ölçü və koordinatda (hər bir cavabdehə münasibətdə) istifadə edilibedilməməsini də müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat və ************ reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-***F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) əsasən iddiaçı4, iddiaçı2, iddiaçı1, iddiaçı3 və X4 ümumi birgə mülkiyyətində olan Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,11 ha torpaq sahəsinin sənəd üzrə konkret sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsi üzərində cavabdehlər cavabdeh3, Abbasova (Hadiyeva) Tuğra Rəşid qızı, cavabdeh2 və cavabdeh4 Höccət qızı tərəfindən konkret olaraq hansı ölçü və koordinatda tikilinin inşa edilib-edilməməsini müəyyən etmək də mümkün olmamışdır. Faktiki vəziyyətdə cavabdeh Abbasova (Hadiyeva) Tuğra Rəşid qızının istifadəsində olan 0,065 ha torpaq sahəsinin üzərində 1 (bir) ədəd fərdi yaşayış evinin və 1 (bir) ədəd köməkçi tikilinin (sarayın) mövcud olması, digər cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh4 istifadəsində olan 0,075 ha torpaq sahəsi üzərində isə 1 (bir) ədəd fərdi yaşayış evinin və 1 (bir) ədəd qeyri- yaşayış tikilisinin mövcud olması müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən faktiki vəziyyətdə iddiaçılar tərəfindən iddia olunan torpaq sahəsinin bütövlüklə cavabdehlərin istifadəsində olması müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Lənkəran Ərazi Idarəsinin mütəxəssis rəyi ilə müəyyən olunur ki, Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat və ************ reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında) əsasən iddiaçı4, iddiaçı2, iddiaçı1, iddiaçı3 və X4 (vəfat etmişdir) ümumi birgə mülkiyyətində olan Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,11 ha torpaq sahəsinə dair vərəsəlik əsasında əldə edilmiş hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ** saylı Lənkəran Ərazi Idarəsinə təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən torpaq sahəsinin faktiki iddia olunan vəziyyətə uyğun (torpaq sahəsinin azalmasi ilə bağlı notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi əsasında) 0,07 ha olmaqla daşınmaz əmlakın dövlət reyestrindən 10.11,2025-ci il tarixli, 2225016791 qeydiyyat və ************ reyestr nömrəli müvafiq çıxarış sənədi tərtib olunmuşdur. Qeyd olunan 0,07 ha torpaq sahəsinə dair daşınmaz əmlakın Dövlət reyestrindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib olunmaması müəyyən olunmuşdur. Araşdırma zamanı həmin 0,07 ha torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olan JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinin koordinatlarının faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Belə ki, sözügedən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinin koordinatlarının faktiki vəziyyətdə natura ilə, eləcə də iddiaçı iddiaçı4 və qeyriləri tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Qeyd olunan səbəblərdən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2025-ci il tarixli, 2225016791 qeydiyyat və ************ reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında) əsasən iddiaçı4, iddiaçı2, iddiaçı1 və iddiaçı3 paylı mülkiyyətində olan Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir, (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Mövcud elektron kadastr bazada aparılmış araşdırma zamanı cavabdehlər cavabdeh3, Abbasova (Hadiyeva) Tuğra Rəşid qızı, cavabdeh2 və cavabdeh4 mülkiyyətlərində mübahisəli ərazidə torpaq sahələrinin olmasına dair məlumat aşkar edilməmişdir. Cavabdehlər cavabdeh3, Abbasova (Hadiyeva) Tuğra Rəşid qızı, cavabdeh2 və cavabdeh4 faktiki istifadələrində olan (iddiaçılar tərəfindən iddia edilən) torpaq sahələrinin koordinatları və sərhədləri müəyyən olunmuşdur. Faktiki vəziyyətdə cavabdeh Abbasova (Hadiyeva) Tuğra Rəşid qızının faktiki istifadəsində 0,065 ha torpaq sahəsinin mövcud olması və həmin torpaq sahəsinin üzərində 1 (bir) ədəd fərdi yaşayış evinin və 1 (bir) ədəd köməkçi tikilinin (sarayın) mövcud olması, digər cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh4 faktiki istifadələrində 0,075 ha torpaq sahəsinin mövcud olması və həmin topaq sahəsinin üzərində isə 1 (bir) ədəd fərdi yaşayış evinin və 1 (bir) ədəd qeyri-yaşayış tikilisinin mövcud olması müəyyən olunmuşdur. Mövcud elektron kadastr bazada aparılmış araşdırma zamanı cavabdehlər cavabdeh3, Abbasova (Hadiyeva) Tuğra Rəşid qızı, cavabdeh2 və cavabdeh4 mülkiyyətlərində mübahisəli ərazidə torpaq sahələrinin olmasına dair məlumat aşkar edilməmişdir. 1ci sualın cavabında qeyd olunduğu kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2025-ci il tarixli, 2225016791 qeydiyyat və ************ reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında) əsasən iddiaçı4, iddiaçı2, iddiaçı1 və iddiaçı3 paylı mülkiyyətində olan Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən cavabdehlər cavabdeh3, Abbasova (Hadiyeva) Tuğra Rəşid qızının, cavabdeh2 və cavabdeh4 faktiki istifadələrində olan torpaq sahələrin koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10.11,2025-ci il tarixli, 2225016791 qeydiyyat və ************ reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında) əsasən iddiaçı4, iddiaçı2 Ibrahim qızının, iddiaçı1 və iddiaçı3 oğlunun paylı mülkiyyətində olan Lənkəran rayonunu Gərmətük qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,07 ha torpaq sahəsinin koordinatları ilə konkret olaraq hansı ölçü və hansı istiqamətdə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. 1-ci sualın cavabında qeyd olunduğu kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10.11,2025-ci il tarixli, 2225016791 qeydiyyat və ************ reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında) əsasən iddiaçı4, iddiaçı2, iddiaçı1 və iddiaçı3oğlunun paylı mülkiyyətində olan Lənkəran rayonunu Gərmətük qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən həmin torpaq sahəsinin cavabdehlər cavabdeh3, Abbasova (Hadiyeva) Tuğra Rəşid qızı, cavabdeh2 və cavabdeh4 və ya digər şəxslər tərəfindən konkret olaraq hansı ölçü və hansı istiqamətdə istifadə edilib-edilməməsini də müəyyən etmək mümkün olmamışdır. Iddiaçılar tərəfindən iddia olunan torpaq sahəsinin faktiki vəziyyətdə bütövlüklə cavabdehlərin istifadəsində olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Əlavə olaraq bildirilir ki, mübahisəli ərazidə cavabdeh Abbasova (Hadiyeva) Tuğra Rəşid qızının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11,05.2006-cı il tarixli, 220600073 qeydiyyat və 802011000037-***** reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətində 100.4 kv.m yaşayış və 54.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istifadə də qalmaqla ) mövcud olması müəyyən olunmuşdur. ##.##.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddiaçı4 məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. ##.##.2025-ci il tarixli ***** №-li qəbzdən görünür ki, iddiaçı4 tərəfindən mütəxəssis rəyinin verilməsi üçün 95 manat pul DƏDKR ** saylı Lənkəran ərazi idarəsinin hesabına köçürülmüşdür. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı1 və iddiaçı3 cavabdehlər cavabdeh3, Abbasova (Hadiyeva) Tuğra Rəşid qızı, cavabdeh2 və cavabdeh4 qarşı “qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3, Abbasova (Hadiyeva) Tuğra Rəşid qızının, cavabdeh2, cavabdeh4 qanunsuz olaraq zəbt etdikləri Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşməklə onlara, yəni iddiaçılara məxsus olan 0.11 ha torpaq sahəsindən çıxarılmaları və dövlət rüsumu kimi ödədikləri 100 manat pulun cavabdehlərdən alınıb onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, onların, yəni iddiaçı4, iddiaçı2, iddiaçı1, iddiaçı3 və mərhum X4 Lənkəran rayonu Gərmətük qəsəbəsində mülkiyyətində ümumi birgə paylı 0.11 ha xüsusi mülkiyyət növündə olan torpaq sahələri var. Bu barədə onlara Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ## ###### 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ daşınmaz əmlakın reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Çıxarışda verilib. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ## ###### 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ daşınmaz əmlakın reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Çıxarışa əsasən Lənkəran rayonu Gərmətük qəsəbəsində iddiaçı4, iddiaçı2, iddiaçı1, iddiaçı3, X4 adına ümumi birgə paylı 0.11 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasında, xüsusi mülkiyyət növlü torpağın olması təsdiqini tapır. Ailə üzvlərindən X4 ## ###### 2023-cü il tarixdə vəfat etmişdir. Qeyd olunan 0,11 ha torpaq sahəsi qanuni əsaslarla onların mülkiyyətlərinə verilmişdir. Onlar özlərinə məxsus torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, cavabdehlər cavabdeh3, Abbasova (Hadiyeva) Tuğra Rəşid qızı, cavabdeh2, cavabdeh4 onların mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz olaraq zəbt edib, həmin torpaq sahəsindən istifadə edərək onların mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etmələrinə imkan vermirlər. Onlara sülh yolu ilə dəfələrlə xəbərdarlıq etmişdir ki, qanunsuz olaraq zəbt etmiş olduğu torpaq sahəsini buraxsınlar. Lakin cavabdehlər onların bu xahişlərinə əhəmiyyət verməyərək qanunsuz hərəkətlərini davam etdirirlər. Cavabdehlərin bu qanunsuz və özbaşnalıq hərəkətlərindən onlar müxtəlif orqanlara şikayət etmiş, araşdırma apardıqdan sonra onlara yaranmış mübahisə ilə əlaqədar bu barədə məhkəməyə müraciət etmələrini tövsiyə etmişlər. Indinin özündə də dəfələrlə cavabdehlərə qanunsuz olaraq zəbt etdikləri torpaq sahəsinin buraxılması barədə iradlar etsələr də, torpaq sahələrini buraxmaq fikrindən vaz keçmirlər. Bütün bunlardan görünür ki, cavabdehlər qanunvericiliyin tələblərini başa düşmür və düşmək fikrində də deyillər. Məhz bu səbəbdən cavabdehlərin qanunsuz və özbaşnalıq hərəkətlərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (Hakim: Nicat Ağabəyov) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Konstitusiyanın 13-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111, 65.5, 4-cü maddəsinin 2-ci bəndinə, «Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin» Nizamnaməsinin 3.1.16, 3.1.20 və 3.1.26-cı bəndlərinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4, 157.4-cü, MPM-in 217.1, 217.4-cü, 77.1, 119.1, 76.1, 76.2-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmənin müvafiq qərardadı ilə ekspertiza təyin edilmiş, lakin ekspert rəyində iddiaçıların mülkiyyətində olduğu torpaq sahəsinin deyil, faktiki vəziyyətdə iddiaçılar tərəfindən iddia olunan torpaq sahəsinin bütövlüklə cavabdehlərin istifadəsində olması müəyyən olunması qeyd olunmuşdur. Eyni zamanda, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyini tərtib etmiş həmin idarənin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi Qiyas Quliyev məhkəmə iclasında verdiyi izahatında iddiaçıların torpaq sahəsinin texniki pasportu və plan və ölçü sənədinin verilməsi üçün müraciət etmədiklərini, bu səbəbdən də 0,11 ha torpaq sahəsinin sənəd üzrə konkret sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə Aqrar Islahat Komissiyasının qərarı ilə torpaq sahəsi verilsə də, həmin torpaq sahəsinin koordinatları dəqiq müəyyən deyildir. Yəni torpaq sahəsi naturada yer səthinə köçürüldükdə müəyyən oluna bilmir. Naturada müəyyən olunmayan torpaq sahəsinin isə hər hansı şəxslər tərəfindən zəbt edilibedilməməsi müəyyən oluna bilməz. Çünki ilk növbədə zəbt olunması iddia olunan torpaq sahəsinin yer səthində ölçüəri müəyyən edilməlidir ki, daha sonra cavabdehlərin istifadəsi kimi təqdim olunan yerin həmin torpaq sahəsinin hüdudları daxilində olub-olmaması aşkar edilsin. Hazırki işin halları isə iddia tələbinin əsassız olmasına dəlalət edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, Lənkəran rayon Məhkəməsinin *(***)-***/**** saylı,## ######## 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin guya subyektiv hüquqlarının olmadığı səbəbindən rədd edilmişdir. Aşağıdakılara görə həmin qətnamə tərəflərindən əsassız və qanunsuz hesab edilir. Məhkəmə tərəfindən qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, məhkəmə mülki işi tam araşdırmamış, mütəxəssis rəyindəki ziddiyətli halların səbəblərinə aydınlıq gətirmədən və cavabdehlər tərəfindən təqdim olunan sənədlərin doğru-düzgünlüyünə hüquqi münasibət göstərmədən qətnamə qəbul etmişdir. Istər ekspert rəyində və istərsə də məhkəmə mülkiyyətlərində olan torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmadığını həmin torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilibedilməməsini müəyyən etməyin mümkünsüzlüyünü göstərmişdir. Bu səbəbdən də Lənkəran rayon Məhkəməsi onların hazırki iddia üzrə cavabdehlərə qarşı qaldırdıqları iddiaya münasibətdə subyektiv hüquqlarının guya olmadığından məhkəmə iddia tələbini rədd etmişdir. Lakin mülkiyyətlərində olan torpaq sahəsinin JN-893 F Kod ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”sində mülkiyyətlərində olan torpaq sahəsinin koordinatları verilmişdir. Bundan da görünür ki, ekspert rəyi qərəzli və qeyri-peşəkarlıq şəkildə verilib. Bütün bunlarla bağlı məhkəmə prosesində tərəfindən şəhadətnamə və digər zəruri materiallar təqdim etməyimə cəhd göstərmiş olsa da məhkəmə bunları nəzərə almamış və hətta təkrar ekspertizanın verilməsini xahiş etsə də, məhkəmə vəsatətləri təmin etməmiş və qətnamə qəbul edərkən də bu halları mübahisələndirməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi iddiaçı4 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirdi ki, ekspert rəyində də verilir ki, mübahisəli sahə üzrə elektron kadastr baza məlumatlarında mübahisəli ərzidə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin olması barədə məlumat çıxmamışdır. Lakin onların mülkiyyətində olan torpaq sahəsinin olması barədə məlumatlar vardır. Apellyasiya baxışında iştirak edən iddiaçı iddiaçı1 izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək, iddiaçı4 izahatı ilə razı olduğunu və əlavə izahatının olmadığını bildirdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işə apellyasiya qaydasında yenidən baxılaraq iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası tərəfindən iş materialları tam və hərtərəfli araşdırılaraq müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə baxarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə riayət etmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün müəyyən etmiş və həmin hallara tətbiq olunmalı hüquq normalarını düzgün seçmişdir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslı və qanuni olduğu qənaətinə gəlir. Iş materialları ilə müəyyən olunur ki, iddiaçılar Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışlar və bu hüququ təsdiq edən hüquqmüəyyənedici sənədlər mövcuddur. Bu hal tərəflər arasında mübahisə doğurmur və məhkəmə kollegiyası da həmin hüququn mövcudluğunu şübhə altına almır. Lakin mübahisənin mahiyyəti mülkiyyət hüququnun mövcudluğu ilə deyil, həmin hüququn pozulubpozulmaması, konkret olaraq cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin qanunsuz zəbt olunub-olunmaması ilə bağlıdır. Bu isə öz növbəsində mübahisə predmetinin, yəni torpaq sahəsinin hüquqi və faktiki baxımdan dəqiq müəyyən edilməsini zəruri edir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin zəbt olunmasına dair tələbin təmin edilməsi üçün ilk növbədə iddiaçıya məxsus torpaq sahəsinin naturada dəqiq sərhədləri, konfiqurasiyası və koordinatları müəyyən edilməli, daha sonra cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahələrinin həmin sərhədlər daxilində olub-olmaması araşdırılmalıdır. Bu iki mərhələli müəyyən etmə aparılmadan zəbt faktı barədə hüquqi nəticəyə gəlmək mümkün deyildir. Əks halda, mübahisənin predmeti qeyri-müəyyən qalır və bu isə iddianın hüquqi əsaslarını aradan qaldırır. Iş üzrə aparılmış məhkəmə ekspertizasının rəyindən, eləcə də apellyasiya baxışı zamanı əldə edilmiş mütəxəssis rəyindən aydın olur ki, iddiaçılara məxsus torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərdə göstərilən məkan göstəriciləri ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, həmin torpaq sahəsi üzrə “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmamış, döngə nöqtələrinin koordinatları müəyyən edilməmiş, nəticədə torpaq sahəsinin naturada konkret sərhədlərlə identifikasiyası mümkün olmamışdır. Ekspert və mütəxəssis rəylərində xüsusi olaraq göstərilmişdir ki, mövcud hüquqmüəyyənedici sənədlərə əsasən torpaq sahəsinin konkret sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmadığından, cavabdehlərin istifadə etdikləri torpaq sahələrinin həmin mülkiyyət obyektinə aid olub-olmamasını da müəyyən etmək mümkün deyildir. Hətta rəylərdə qeyd olunduğu kimi, faktiki vəziyyətdə iddiaçılar tərəfindən iddia olunan ərazinin cavabdehlərin istifadəsində olması müəyyən edilsə belə, bu hal hüquqi baxımdan həmin ərazinin iddiaçılara məxsus torpaq sahəsi ilə eyniliyini təsdiq etmir. Çünki “iddia olunan ərazi” ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq sahəsi arasında identifikasiya əlaqəsi qurulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu hal mübahisənin həllində həlledici əhəmiyyət kəsb edir. Belə ki, torpaq sahəsinin naturada dəqiq müəyyən olunmaması şəraitində onun hər hansı hissəsinin və ya bütövlükdə sahənin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsi barədə nəticəyə gəlmək hüquqi baxımdan qeyri-mümkündür. Bu isə o deməkdir ki, iddia tələbinin əsasını təşkil edən fakt , yəni qanunsuz zəbt faktı sübuta yetirilməmiş qalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə iddiaçılar tərəfindən irəli sürülmüş tələbin təmin edilməsi üçün zəruri olan əsas faktiki hal – konkret torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması – mötəbər və yetərli sübutlarla təsdiq olunmamışdır. Sübutetmə yükü iddiaçıların üzərinə düşdüyü halda, onlar bu yükü yerinə yetirməmiş, təqdim etdikləri sübutlar isə mübahisənin predmeti olan torpaq sahəsinin identifikasiyasına imkan verməmişdir. Apellyasiya şikayətində iddiaçılar tərəfindən ekspert rəyinin qərəzli və qeyri-peşəkar olması, məhkəmə tərəfindən əlavə sübutların nəzərə alınmaması və təkrar ekspertiza təyin edilməməsi kimi dəlillər irəli sürülsə də, məhkəmə kollegiyası bu arqumentləri əsaslı hesab etmir. Belə ki, iş üzrə həm birinci instansiyada aparılmış ekspertiza, həm də apellyasiya baxışı zamanı əldə olunmuş mütəxəssis rəyi eyni nəticəyə gəlmiş, yəni torpaq sahəsinin koordinatlarının və sərhədlərinin müəyyən edilməsinin mümkün olmadığını təsdiq etmişdir. Bu isə sübutlar arasında ziddiyyətin deyil, əksinə, onların bir-birini tamamladığını və eyni hüquqi nəticəni dəstəklədiyini göstərir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçılar tərəfindən torpaq sahəsinin texniki pasportunun, planının və ölçü sənədlərinin əldə edilməsi üçün zəruri tədbirlər görülməmişdir. Halbuki, məhz bu sənədlər torpaq sahəsinin naturada müəyyən edilməsi üçün əsas vasitədir. Bu sənədlər olmadan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi mümkün olmadığından, məhkəmənin mövcud sübutlar əsasında nəticəyə gəlməsi tam əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, torpaq sahəsinin faktiki olaraq kimlərin istifadəsində olması barədə müəyyən edilən hallar özlüyündə mübahisənin həlli üçün kifayət etmir. Çünki mülki hüquq münasibətlərində müdafiə predmeti konkret hüquqi obyekt, hazırki halda isə konkret sərhədlərlə müəyyən edilmiş torpaq sahəsidir. Həmin obyektin hüquqi identifikasiyası mümkün olmadıqda, onun üzərində hüququn pozulub-pozulmadığını müəyyən etmək də mümkün olmur. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirmiş, mübahisənin mahiyyətini düzgün müəyyən etmiş və iddia tələbinin təmin edilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə iş materialları ilə təkzib olunduğundan və məhkəmənin gəldiyi nəticəni sarsıtmadığından əsassız hesab edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırmaq və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, digər məhkəmə xərcləri tərəfin özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, digər məhkəmə xərcləri onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar