Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1841/2024 22.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətin mümkünlüyünü yazılı icraat qaydasında yoxlayaraq müəyyənetdi: Astara Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(018)-796/2024 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Astara rayon Təngərüd Bələdiyyəsinə qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsindən mülkiyyətdə olan digər torpaq sahəsinə piyada və avtomobil keçidinin təmin edilməsi üçün ödənişli, haqqı müəyyən edilmək şərti ilə, daimi servitut qoyulması haqqında və ümumi istifadədə olan bağlanmış ictimai yolun açılması və həmin yoldan istifadəyə törədilən maneələrə son qoyulması tələbinə dair 2(018)- 796/2024 saylı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayət verərək Astara Rayon Məhkəməsinin 2(018)-796/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət qeyri-mümkün hesab edilməlidir. İş materiallarından görünür ki, qərardaddan şikayət verərkən rüsum ödəməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə isə məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi zamanı dövlət rüsumu ödənilməlidir. Həmin qanunun 8.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Qanunun 9.1.17-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki mülki iş üzrə icraata xitam verilməsinə, şikayətin məhz xitam qərardadından şikayət verilməsinə baxmayaraq, şikayətə rüsumun ödənilməsini və ya iddiaçının rüsumdan azad edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 363.1.2-ci maddəsinə uyğun olaraq isə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.4.-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. 402.2.1-ci maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında Astara Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli qərardadından verilmiş şikayət üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd şikayətə əlavə edilməməsinə baxmayaraq, şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 269-cu maddəsinə əsasən baxaraq mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Beləliklə, kollegiya hesab edir ki, mülki işin göndərilməsi barədə Astara Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilməli, Astara Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, zəruri prosessual hərəkətlərin həyata keçirilməsi (şikayət geri qaytarılması üçün) mülki iş Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qəraraaldı: Astara Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilsin. Astara Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(018)-796/2024 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki iş Astara Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-1841/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1841/2024
22.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver