Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1845/2023 21.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Əsab qızının, X4, Əliyeva (Afsalova) Nərgiz Rafiq qızının və İddiaçı4 Cavabdeh qarşı “tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və orada tikilmiş tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(018)-40/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Əsab qızı, X7, Əliyeva (Afsalova) Nərgiz Rafiq qızı və İddiaçı4, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan 0,27 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz zəbtindən azad edilməsi, orada inşa edilmiş tikililərin Cavabdeh öz hesabına sökülməsi, Cavabdeh özbaşına hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(018)-40/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Əsab qızının, X4, Əliyeva (Afsalova) Nərgiz Rafiq qızının və İddiaçı4, Cavabdeh qarşı tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və orada tikilmiş tikililərin sökülməsi tələbinə dair iddiası qismən təmin olunmuş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-189A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən, Astara rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1999-cu il tarixli qərarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Əsab qızının, X4, X5 və İddiaçı4 mülkiyyətlərinə verilmiş, Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,27 hektar həyətyanı torpaq sahəsi torpaq sahəsinin 0,2249 hektar hissəsinin Cavabdeh qanunsuz zəbtindən azad edilməsi, Cavabdeh həmin 0,2249 hektar torpaq sahəsində qanunsuz tikmiş olduğu tikililərin onun öz hesabına sökülməsi, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manatın, ödənilmiş mütəxəssis rəyinin rüsumuna görə 50 (əlli) manat pulun alınıb, iddiaçılara verilməsi, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pula görə tərəflərin hər birindən 25 (iyirmi beş) manat pulun alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməsi, iddia tələbinin 0,0451 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz zəbtindən azad edilməsi və Cavabdeh özbaşına hərəkətlərinə son qoyulması hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət MPM-in 361.1.4, 361.1.5ci maddələrinə uyğun olmamaqla Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Cavabdeh şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını konkret şərh etməmiş, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etməklə, iddiaya münasibətdə konkret tələbini (iddianın təmin edilib-edilməməsini, həmçinin hansı hissələrdə təmin edilibedilməməsini) göstərməmiş, şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilibverilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1-1 maddəsində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qanunvericiliyin tələbinə əsasən də, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə hazırkı qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Astara Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(018)-40/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1845/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1845/2023
21.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver