Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1848/2024 28.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X7rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-871/2024 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, daha sonra iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X6 cavabdeh kimi tanınması, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2023-cü il tarixli, 18-1-29/3-1- 1371/2023 saylı əmrinin ləğv edilməsi, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X6 Şahsevən ASM bölməsində tibb bacısı vəzifəsinə bərpa edilməsi və boşdayanmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ilk dəfə əmək fəaliyyətinə xx.xx.2022-ci ildən etibarən “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X6 Şahsevən ASM bölməsində tibb bacısı vəzifəsi vakant olduğundan xx.xx.2022-ci il tarixli, k-2207 saylı əmrlə sınaq müddətsiz 1.0 oklad tibb bacısı vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən etibarən həmin bölmədə tibb bacısı kimi işləmişdir. İşlədiyi müddət ərzində heç bir xəbərdarlığı, töhməti və digər cəzaları olmamışdır. Həmçinin işlədiyi müddət ərzində kollektivdə böyük nüfuza malik olmuş və vəzifəsini layiqincə yerinə yetirmişdir. 27.11 2023-cü il tarixdə işdə olduğu müddətdə onu Mərkəzi rayon Xəstəxanasına çağırmışlar. Həmin gün xəstəxanada onu insan Resursları şöbə müdiri Mətanət Qarayeva qəbul etmiş və yeni təyin olunmuş direktor Bayram Muradov tərəfindən işdən çıxarıldığı ona deyilmişdir. O, bu barədə yeni təyin olunmuş direktorun və onun müavini Elnur Mahmudovun qəbulunda olmuş və işdən çıxarılmağının səbəbini soruşduqda onlar müvəqqəti olaraq yerdəyişmə olduğunu və 2024-cü ilin yanvar ayının ortalarında yenidən işə qaytaracağına dair söz vermişlər. Lakin 2024-cü ilin yanvar ayının sonunda Bayram Muradovun xx.xx.2023-cü il tarixli, 18-1-29/3- 1-1371/2023 saylı əmri ilə onu işdən rəsmi qaydada azad etməsi ona məlum olmuşdur. O, əmrin surətini və əmək kitabçasının əslini Xəstəxananın insan Resursları Şöbəsindən tələb etdikdə orada ona həmin əmrin və əmək kitabçasının əslini verməmişlər. O, bundan sonra müvafiq orqanlara şikayət etdikdən sonra əmrinin surətini və əmək kitabçasının əslini xx.xx.2024-cü il tarixdə vermişlər. Həmin əmrdə guya onunla bağlanılan əmək müqaviləsinin müddəti qurtardığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən mənimlə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Mediasiya Şurasına müraciət etsədə qarşı tərəf Mediasiya Şurasının iştirakından imtina etmişdir. Bu barədə ona arayış verilmişdir. Xəstəxananın yeni rəhbərliyi ona hər hansı xəbərdarlıq etmədən əsassız əmrlə onu işdən azad etmişdir. Həmçinin onun işdən azad edilməyi həmkarlar təşkilatında müzakirə edilməmiş və həmin təşkilatın razılığı alınmadan işdən çıxarılmışdır. O, tibb bacısı kursunu bitirmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əvvəlcədən ona bildiriş verilməmişdir. Onunla bağlanmış birincı əmək müqaviləsinə özü imza etmişdir. Sonrakı müqavilədən xəbəri yoxdur. Onunla müqavilə 2024-cü ilin may ayına kimi bağlanmışdır. Həmin müqavilə iş materiallarına əlavə olunmamışdır. O, 2023-cü ilin oktyabr ayında işdən çıxarılmışdır. Həmin vaxt müqavilənin müddəti bitməmişdir. Ona görə də “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2023-cü il tarixli, 18-1-29/3-1-1371/2023 saylı əmrinin ləğv edilməsi, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X6 Şahsevən ASM bölməsində tibb bacısı vəzifəsinə bərpa edilməsi və boşadayanmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-871/2024 saylı (hakim R.Nurullayev) qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X9 İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, 18-1-29/3- 1-1371/2023 saylı əmri ləğv edilmiş, İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X6 Şahsevən ASM bölməsində tibb bacısı vəzifəsinə bərpa edilmiş, İddiaçı məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsi, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat cavabdeh “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X5 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İddiaçı cavabdeh təşkilat tərəfindən müddətli əmək müqaviləsinin müddəti bitmədiyi halda onunla əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, işə əlavə edilmiş müddətli əmək müqaviləsindəki imzanın iddiaçıya məxsus olmaması barədə iddiaçı məhkəmədə izahat vermişdir. Bu hal ekspertizanın rəyi ilə də müəyyən edilmişdir. Həmçinin “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X9 işə əlavə edilmiş “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışda İddiaçı müddətli əmək müqaviləsinin bitdiyi tarix xx.xx.2024-cü il göstərilmişdir. Bununla da Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X9 direktoru tərəfindən iddiaçı ilə əmək müqaviləsinə müqavilənin müddəti bitmədiyi halda xitam verilməsi müəyyən edilmiş, yəni cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin və həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh təşkilat tərəfindən müddətli əmək müqaviləsinin müddəti bitmədiyi halda onunla əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, işə əlavə edilmiş müddətli əmək müqaviləsindəki imzanın iddiaçıya məxsus olmaması barədə iddiaçı məhkəmədə izahat vermişdir. Bu hal ekspertizanın rəyi ilə də müəyyən edilmişdir. Həmçinin “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X9 işə əlavə edilmiş “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışda İddiaçı müddətli əmək müqaviləsinin bitdiyi tarix xx.xx.2024-cü il göstərilmişdir. Bununla da Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X9 direktoru tərəfindən iddiaçı ilə əmək müqaviləsinə müqavilənin müddəti bitmədiyi halda xitam verilməsi müəyyən edilmiş, yəni cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin və həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. İddiaçının icra etdiyi tibb bacısı vəzifəsinin daimi xarakterə malik olduğu əvvəlcədən Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X9 direktoruna məlum olmuş, ona görə də iddiaçı həmin vəzifəyə 3 ay sınaq müddəti bitdikdən sonra onunla müddətsiz əmək müqaviləsi bağlanmalı olduğu halda buna əməl olunmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu hal isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci, , 47.1, 68. 73, və 300-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2024-cü il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və qanunsuz qətnamə çıxarılmışdır. İddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Fakt odur ki, Beyləqan Rayon MərkəziXəstəxnası” Publik Hüquqi X1 ilə işçi İddiaçı arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1 il müddətə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə görə işçinin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 10 gün əvvəl xəbərdarlıq etməklə Əmək Müqaviləsini birtərəfli qaydada poza bilər. Həmin müqavilənin 9.2-cü bəndinə əsasən işəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarla xəbərdar edilir. İddiaçıın müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün xx.xx.2023- cü il tarixli, 18-1 -29/3-1 -1371 /2023 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən əmək müqaviləsinə xitam verilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında”Azərbaycan Respublikasının Qanunun 49-1 maddəsnə əsasən, əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Ona görədə İddiaçı Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunundanəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilməsi üçün kursa göndərilmişdir. Lakin, iddiaçının təhsil aldığı müəssisə orta ixtisaslı tibb təhsil müəssisəsi hesab edilməməsi səbəbindən onun tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçmələri qeyri- mümkün hesab edilmişdir. Məhkəmə qərəzli mövqedən çıxış edərək bunları nəzərə almamış, iddiaçının mənafeinə xidmət edən qərar qəbul etmişdir. Məhkəmənin qətnaməsi ilə iddianın təmin edilməsi, “BeyləqanRayon Mərkəzi Xəstəxnası” X9 İddiaçıNazim qızı ilə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü iltarixli, 18-1-xx/xx-1371/2023 saylı əmri ləğv edilməsi, İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X6Şahsevən ASM bölməsində tibb bacısı vəzifəsinə bərpa edilməsi və məcburiiş buraxmağa görəəmək haqqı ödənilməsi qərara alınmışdır. Qərar əsassız olduğundan, ləğv edilməli, iddia rədd edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X12 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil olunmamış, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsi onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilməlidir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 4-cü bəndində göstərilir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi bağlanan hallar Əmək Məcəlləsnin 47-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən aşağıdaki hallarda əmək müqaviləsi müəyyən müddətə bağlana bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin b bəndinəəsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 1) müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 2) işçinin adı, atasının adı və soyadı; 3) əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 4) əmək müqaviləsinin ləğv edilməsinin əsası; 5) həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 6) əmək müqaviləsi ləğv edilən gün, ay və il; 7) əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına əsasən, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ- İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2024-cü il tarixli Qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-871/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-871/2024 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə mübahisələndirilən hissə üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)- 871/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlilləri əsassızır. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilat tərəfindən müddətli əmək müqaviləsinin müddəti bitmədiyi halda onunla əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, işə əlavə edilmiş müddətli əmək müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı birinci instansiya məhkəməsində iştirak edərək həmin əmək müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2024-cü il tarixli, 4/1085 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 30-cu vərəqində olan Əmək müqaviləsinin (KONTRAKTİ) 2-ci vərəqindəki “İşçi” sözünün qarşısındakı imza və sonundakı “11.2 İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasında “İmza” sözünün qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi cavabdehin iddiaçı ilə əmək müqaviləsinə xitam verməsinə dair istinad etdiyi müqavilədəki imza iddiaçıya məxsus olmamışdır. Ancaq “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışda İddiaçı müddətli əmək müqaviləsinin bitdiyi tarix xx.xx.2024-cü il göstərilmişdir. Bununla da Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X9 direktoru tərəfindən iddiaçı ilə əmək müqaviləsinə müqavilənin müddəti bitmədiyi halda xitam verilməsi müəyyən edilmiş, yəni cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin və həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə əmək müqaviləsinin bağlanılmasının mümkünlüyünü müəyyən edən 47-ci maddəsinin “f” bəndi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib bilir. Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Hazırkı mübahisədə isə müəyyən edilmişdir ki, iddiaçının icra etdiyi tibb bacısı vəzifəsi daimi xarakterə malik olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, məhkəmə tərkibi cavabdeh tərəfin mövqeyini Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi ilə əsaslandırmasını əsaslı saymır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin işə götürənin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməsinin qanunsuz olmasına dair nəticəsi düzgün olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmadığı, eləcə də hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilmədiyindən iddia tələbləri təmin edilməlidir. Bununla belə qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddətinin məhz xx.xx.2023-cü ildə bitməsinə dair cavabdeh tərəfindən hər hansı bir sübut növü təqdim edilməmişdir. Eyni zamanda işdə olan əmək müqaviləsindəki imzanın iddiaçıya aid olmaması müəyyən edilmişdir. Bundan başqa “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışda İddiaçı müddətli əmək müqaviləsinin bitdiyi tarix xx.xx.2024-cü il göstərilmişdir. Apelyasiya şikayətinin dəlillərindən biridə ondan ibarətdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında”Azərbaycan Respublikasının Qanunun 49-1 maddəsnə əsasən, əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Ona görədə İddiaçı Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunundanəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilməsi üçün kursa göndərilmişdir. Lakin, iddiaçının təhsil aldığı müəssisə orta ixtisaslı tibb təhsil müəssisəsi hesab edilməməsi səbəbindən onun tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçmələri qeyrimümkün hesab edilmişdir. Məhkəmə qərəzli mövqedən çıxış edərək bunları nəzərə almamış, iddiaçının mənafeinə xidmət edən qərar qəbul etmişdir. Məhkəmə tərkibi şikayətin bu dəlilini də əsassız hesab edir. Əmək müqaviləsinə xitam verilməsinə dair əmrdən görünür ki, xitam verilmənin əsasını müqavilə müddətinin bitməsi təşkil edir. Yəni Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndi. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilə bilər. İddiaçı Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunundanəzərdə tutulmuş qaydada tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçməməsi isə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinin yox, Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinin təsiri altına düşür. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla əmək müqaviləsinə xitam verilir. Göründüyü kimi şikayətin bu dəlili də əsassızdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə mübahisələndirilən hissə üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-871/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-871/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1848/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1848/2024
28.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver