Məhkəmə qərarları › İş №2(106)-185/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-185/2025

27.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-185/2025 27.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Neftçala rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Neftçala rayon Notariat Ofisinə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: miras əmlakın vərəsələr arasında bölgüsü və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi. Şirvan şəhəri, 27 noyabr 2025-ci il X51 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və qətnamə hüquq və maraqlarına toxunan şəxs X11 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, (İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə, digər iddiaçılar İddiaçı4 və İddiaçı5 əvvəlki məhkəmə iclasında iştirak etmişlər.) İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Neftçala rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Neftçala rayon Notariat Ofisinə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(053)-623/2022 saylı qətnaməsindən (hakim Ə.Tağıyev) qətnamə hüquq və maraqlarına toxunan şəxs X11 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Neftçala rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə 06 iyun 2022-ci ildə məhkəməyə müraciət edərək, 12 may 2004-cü il tarixdə ölmüş X4 qalmış miras əmlakın qəbulu müddətinin üzrlü səbəbdən ötürülməsi, mirasın qəbul edilməsi müddətinin bərpa olunması və X7 məxsus ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,5 kv.metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış evinə dair onlara, yəni iddiaçılar - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh Neftçala rayon Dövlət Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, qardaşları (İddiaçı4 qayını, İddiaçı5 və İddiaçı6 isə əmisi) X28 bundan əvvəl ərizə ilə Neftçala rayon Məhkəməsinə müraciət etmiş və Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-cü il tarixli, 64 saylı qərarı ilə JN-1476 F kod 80701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında atası X7 verilmiş ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə tikilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 kv metr, 6 otaqlı yaşayış evinin miras əmlakı kimi qəbul etməsi faktının müəyyən edilməsi, mərhum atasından qalmış həmin torpaq sahəsi və yaşayış evinin X12 adına qeydiyyata alınması və Dövlət Reyestrindən Çıxarışın verilməsini xahiş etmişdir. Neftçala rayon Məhkəməsinin 2(53)-100/2010 saylı, 15 mart 2010-cu il tarixli qətnaməsi ilə X12 Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli 64 saylı qərarı ilə JN-1476 F kod 80701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında atası X7 verilmiş ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə tikilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,4 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış evinin miras əmlakı kimi qəbul etməsi faktı müəyyən edilmiş, mərhum atasından qalmış həmin torpaq sahəsi və yaşayış evinin X12 adına qeydiyyata alınması və Dövlət Reyestrindən Çıxarışın verilməsi qət edilmişdir. Bununla da X16 xx.xx.2010-cu il tarixli, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış və xx.xx.2010-cu il tarixli, **********99510301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu verilmişdir. Adıçəkilən qətnamədən X12 15 mart 2009-cu il tarixdə vəfat etmiş qardaşı X17 varisləri maraqlı şəxslər İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən apellyasiya şikayəti verilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3151/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala rayon Məhkəmsinin 2(53)-100/2010 saylı, 15 mart 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, habelə ərizəçi X12 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edilən qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3151/2021 saylı, 12 aprel 2022-ci il tarixli digər qərardadı ilə Neftçala rayon Məhkəməsinin 2(53)-100/2010 saylı, 15 mart 2010-cu il tarixli qətnaməsinin icrasında dönüş edilmiş və Neftçala rayon Məhkəməsinin 2(53)- 100/2010 saylı, 15 mart 2010-cu il tarixli qətnaməsi əsasında X16 verilmiş xx.xx.2010-cu il tarixli, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış və xx.xx.2010-cu il tarixli, **********995-10301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu ləğv edilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə baxışı iclasında iddiaçıların etibarnamə üzrə nümayəndəsi X42 iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iş üzrə iddia tələbinin dəyişdirilməsinə zərurət yarandığını bildirmiş və 12 may 2004-cü il tarixdə ölmüş X4 miras qalmış əmlakın qəbulu müddətinin üzrlü səbəbdən ötürülməsi, mirasın qəbul edilməsi müddətinin bərpa olunması və X7 məxsus ünvan 2 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,5 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı fərdi yaşayış evinə dair iddiaçılar - İddiaçı1 1/5, İddiaçı2 1/5, İddiaçı3 1/5, İddiaçı4 1/15, İddiaçı5 1/15 və İddiaçı6 1/15 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Neftçala rayon notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsi barədə ərizəni qəbul etmiş, iddiaçılar və onların nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə baxışı iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 etibarnamə üzrə nümayəndəsi - vəkil X42 iddia tələbini müdafiə edərək eynilə iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Neftçala rayon notariat ofisinin notariusu X32 izahatında iddianın qanunun tələblərinə uyğun həll edilməsini məhkəmədən xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-623/2022 nömrəli iş üzrə 23 avqust 2022-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq 02 may 2004-cü il tarixdə ölmüş X4 miras qalmış əmlakın qəbulu müddətinin ötürülməsi üzrlü hesab edilərək, mirasın qəbul edilməsi müddəti bərpa edilməsi və X7 məxsus ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə tikilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,5 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış evinə dair İddiaçı1 1/5, İddiaçı2 1/5, İddiaçı3 1/5, İddiaçı4 1/15, İddiaçı5 1/15 və İddiaçı6 1/15 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Neftçala rayon notariat ofisinə həvalə edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən qətnamə hüquq və maraqlarına toxunan şəxs X11 qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, miras əmlak kimi İddiaçı3, İddiaçı1, İddiaçı5, İddiaçı2 və digərlərinin bölünməsini və mülkiyyyət hüququnun tanınmasını tələb etdiyi fərdi yaşayış evi ümumiyyətlə mərhum X5 mülkiyyətində olmamışdır. 23 avqust 2022-ci il qətnaməsində də X16 mənsub olmuş fərdi yaşayış evinin tikintisinin 1999-cu il olduğu göstərilsə də, Neftçala şəhəri, Asif Mütəllimov küçəsi, ev 49 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi 2010-cu ildə başa çatdırılmışdır. Bu tarix də X3 ölümündən sonrakı dövrə təsadüf edir. Belə ki, X13 12 may 2004-cü il tarixində vəfat etmişdir. Bu halı təsdiq edən bir çox sübut mövcuddur. Hazırkı işlə əlaqədar olan digər mülki iş üzrə məhkəmə prosesi zamanı da İddiaçı1 bu faktı dəfələrlə təsdiq etmişdir. Bundan başqa fərdi yaşayış evinin tikildiyi tarixi müəyyən etmək məqsədilə ekspertizanın da keçirilməsinə etiraz etmirlər. Bu kimi halları araşdırmadan Neftçala Rayon Məhkəməsini hakimi X47 şəhəri, Asif Mütəllimov küçəsi, ev 49 ünvanında yerləşən fərdi yaşayış evinin paylara bölünməsi və mülkiyyət hüququnun tanınması haqqında qətnamə qəbul etməsi tamamilə qanunsuzdur. X2 şəhəri, Asif Mütəllimov küçəsi, ev 49 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqları tanındıqdan sonra həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmiş və 15 iyul 2010-cu il tarixində də həmin fərdi yaşayış evinə texniki pasport tərtib etdirmişdir. Həmin fərdi yaşayış evi də 2018-ci ildə Vidadi Mehtiyevin ölümündən sonra qızı Luiza Mehtiyeva vərəsəlik qaydasında miras əmlak olaraq qalmışdır. Fərdi yaşayış evinin çıxarışı hal-hazırda X18 mənsubdur. Beləliklə, Neftçala şəhəri, Asif Mütəllimov küçəsi, ev 49 ünvanında yerləşən fərdi yaşayış evi X19 babası X4 qalan miras əmlak olmamışdır. Həmin fərdi yaşayış evi Mehtiyev Vidadi tərəfindən inşa etdirildiyindən, texniki pasport da məhz Mehtiyev Vidadinin adına tərtib edilmişdir. Onun ölümündən sonra da qızı X18 miras olaraq qalmışdır. Arvadı ilə sağ ikən boşandığından da ona miras əmlak qalmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir- birindən sonra vərəsə ola bilməzlər. Beləliklə, 2018-ci ildə vəfat etmiş Mehtiyev Vidadinin yalnız bir vərəsəsi olmuşdur, onun tərəfindən inşa edilmiş fərdi yaşayış evi də tək vərəsəsi olan qızı X33ma miras əmlak olaraq qalmışdır. Bu halda Neftçala Rayon Məhkəməsinin hakimi Əli Tağ iy evin 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə adı çəkilən fərdi yaşayış evinin paylara bölünməsi və vərəsəlik şəhadətnamələrinin verilməsinin qət edilməsi tamamilə qanunsuzdur. Həmçinin qeyd etmişdir ki, ümumiyyətlə 15 mart 2010-cu il tarixində Neftçala Rayon Məhkəməsinin 2(53)-100/2010 saylı Qətnaməsindən başqa digər işlər üzrə mərhum X12 qızı X45 icraata cəlb edilməmişdir. Belə ki, nə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-3151/2021 saylı Qərardadı qəbul edilən zaman, nə də Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(053)-623/2022 saylı Qətnaməsi qəbul edilən zaman hüquqlarına və mənafelərinə toxunulan X29 (qanuni nümayəndəsi X22) işə cəlb edilməmiş, onun iştirakı olmadan Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(053)-623/2022 saylı qətnaməsi ilə atasına məxsus olan fərdi yaşayış evi üzərində əsassız olaraq paylar müəyyən edilmişdir. Bu da hakim tərəfindən prosessual və maddi normaların pozulmasının bariz nümunəsidir. X29 qərəzli olaraq məhkəmə proseslərindən uzaq tutulmağa çalışılmışdır. İşlə bağlı iki məhkəmə iclası keçirilmiş olsa da, cavabdeh X18 və onun qanuni nümayəndəsi X14 heç bir məlumat verilməmişdir. Məhkəmə tərəfindən onlara iştirakla bağlı hər hansı məhkəmə bildirişi göndərilməmişdir. Bu baxımdan hesab etmişdir ki, mübahisəli qətnamə ləğv edilməli, vərəsəlik işi X11 iştirakı ilə yenidən açılmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclaslarında iştirak edən qətnamə hüquq və maraqlarına toxunan şəxsin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinin məzmununa uyğun izahat vermiş və şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, mübahisəli 0.04 ha torpaq sahəsində taxtadan inşa edilmiş fin evi mövcud olmuş, həmin ev mərhum X7 məxsus olmuşdur. Lakin həmin köhnə fin evi vərəsələrdən Vidadi tərəfindən 2008-ci ildə sökülmüş və həmin evin yerinin 2 metrliyində yeni 220.4 kv/m-lik ev inşa edilmişdir. Yeni inşa edilmiş evin tikintisi 2010-cu ildə başa çatdırılmışdır. Neftçala rayon məhkəməsi tərəfindən xx.xx.2010-cu il tarixli, 2(53)- 100/2010 saylı qətnaməsinin çıxarıldığı məhkəmə iclasında vərəsələr İddiaçı1, İddiaçı3 və İddiaçı2 izahat verərək miras əmlaka olan paylarından Vidadi Mehtiyevin xeyrinə imtina etdiklərini bildirmişlər. Həmçinin qeyd etmişdir ki, mübahisəli həyətyanı torpaq sahəsində olan evdə kiçik oğul kimi Vidadi qalmış, kommunal ödənişləri və vergiləri Vidadi ödəmişdir. Yeni ev 1999-cu ildə inşa edilməmişdir. Bunu digər iddiaçılar da inkar etməmiş, əksinə həmin evin 2008-ci ildən sonra inşa edilməsini təsdiq etmişlər. xx.xx.2010-cu il tarixli, 2(53)- 100/2010 saylı qətnamə qüvvəsini aldıqdan sonra Vidadi tərəfindən yeni tikilmiş evə dair xx.xx.2010-cü il tarixdə Texniki Pasport və Çıxarış da alınmışdır. Vidadi 2018-ci ildə Kanadada vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə Neftçala rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(53)- 100/2010 saylı qətnaməsindən Vidadinin qardaşı Vaqifin arvadı və iki oğlu İddiaçı4, İddiaçı5 və İddiaçı6 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(101)- 3151/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Neftçala rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(53)-100/2010 saylı qətnaməsi ləğv edilərək hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair Ərizə baxılmamış saxlanılmışdır. X25 Məhkəməsinin 2(101)-3151/2021 saylı 12 aprel 2022-ci il tarixli qərardadı ilə Neftçala rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(53)-100/2010 saylı qətnaməsinin icrasında dönüş edilmiş, həmin qətnamə əsasında X16 verilmiş xx.xx.2010-cu il tarixli ******* saylı Çıxarış və xx.xx.2010-cu il tarixli **********995-10301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu ləğv edilmişdir. Bundan başqa qeyd etmişdir ki, mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi köhnə sökülmüş evin yerində deyil, həyətin digər hissəsində Vidadi tərəfindən inşa edilmiş, iddiaçılar tərəfindən həmin evin inşasına heç bir maddi yardım edilməmiş, iddiaçılar ataları vəfat etməmişdən əvvəl ailə quraraq həmin miras əmlakdan çıxaraq ayrıayrı ünvanlarda yaşamağa başlamış, hazırda da başqa ünvanlarda yaşayırlar. Evin Vidadi tərəfindən tikilməsini bildirmiş, buna görə də miras əmlaka daxil olan torpaq sahəsinin bölgüsünə etiraz etməmişdir. Kollegiyanın iclaslarında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5, həmçinin İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 bildirmişlər ki, miras əmlakda olan köhnə ev həqiqətən də 2008-ci il tarixdə Vidadi tərəfindən sökülmüş, lakin yeni ev tikilən zaman iddiaçı olan bütün vərəsələr (xüsusilə də İddiaçı1) evin tikintisinə əsaslı vəsait xərcləmişlər. Buna görə də evin miras əmlaka daxil edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı3 həmçinin bildirmişlər ki, Neftçala rayon məhkəməsi tərəfindən xx.xx.2010-cu il tarixli, 2(53)-100/2010 saylı qətnaməsinin çıxarıldığı zaman izahat verərək miras əmlaka olan paylarından Vidadi Mehdiyevin xeyrinə imtina etdiklərini təsdiq etmişlər. Lakin bildirmişlər ki, həmin vaxt miras əmlakdan qardaşları Vidadinin xeyrinə imtina etmələrinin mahiyyətini bilməmişlər. Qeyd etmişdir ki, Vidadi onlara demişdir ki, çıxarış ala bilmir, imtina edin ki, çıxarış ala bilim. Buna görə də onun dediyi kimi etmiş, miras əmlakdan Vidadinin xeyrinə imtina etmişlər. Vidadi bir müddət həmin evdə yaşamış, 2015-ci ildən isə köçərək Kanadaya gedib. Hazırda Vidadinin arvadı Sevinc həmin evi satmaq istəyir, ev ata yurdu olduğu üçün onlara hər şeydən dəyərlidir. Həmin evin satılmasını istəmirlər. Sevinc Vidadiyə məxsus Bakı şəhərində olan evi də satmışdır. Sevinc, qızı Luiza ilə hazırda Kanadada yaşayır. İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə əlavə olaraq göstərmişdir ki, yeni inşa edilmiş ev 2004-cü ildə miras qoyan Məmməd vəfat edəndən sonra tikilib. Köhnə ev Vidadi tərəfindən sökülüb. Lakin yeni evin inşasına bütün vərəsələr razılıq verib və bütün vərəsələrin vəsaiti hesabına tikilmişdir. Yeni ev tək Vidadinin vəsaiti hesabına tikilməyib. Evin tikintisi tam olaraq başa çatdırılmayıb. Burada tapşırıqsız icraetmə var. Mübahisəli ev miras əmlakına daxil deyil. Digər cavabdehlər İddiaçı2, İddiaçı6 və Neftçala rayon notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki işə onların işirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda qətnamə hüquq və maraqlarına toxunan şəxs X11 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin X18 münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsində göstərilir ki,vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı; Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-cü il tarixli, 64 saylı qərarı ilə JN-1476 F kod 80701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X7 ünvan 1 ünvanında 0,04 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Neftçala rayon VVADQ şöbəsi tərəfindən verilmiş 14 may 2004-cü il tarixli, AZ-İ No 062249 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Ölümün səbəbi ağ ciyər arteriyasının tromboemboliyası, ölüm yeri Neftçala şəhəri göstərilmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 may 2004-cü il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan Neftçala rayon Məhkəməsinin 2(53)-100/2010 saylı, 15 mart 2010-cu il tarixli qətnaməsi ilə X12 Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2022-ci il tarixli 64 saylı qərarı ilə JN-1476 F kod 80701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında atası X7 verilmiş ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,4 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış evinin miras əmlakı kimi qəbul etməsi faktı müəyyən edilmiş, mərhum atasından qalmış həmin torpaq sahəsi və yaşayış evinin X12 adına qeydiyyata alınması və Dövlət Reyestrindən Çıxarışın verilməsi qət edilmişdir. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışından görünür ki, X16 xx.xx.2010-cu il tarixdə ******* nömrəli Çıxarış verilmişdir. İşdə olan **********99510301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, həmin Texniki Pasport xx.xx.2010-cu il tarixdə X16 verilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(106)-3151/2021 saylı qərardadının surətindən görünür ki, həmin qəradadla ərizəçi X12 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə Neftçala rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(53)-100/2010 saylı qətnaməsindən maraqlı şəxslər İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(53)-100/2010 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin baxılmamış saxlanılmış, bu barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2(106)- 3151/2021 saylı qəradadının qəbul edilmiş və bununla əlaqədar həmin qətnamənin icrasında dönüş edilərək Neftçala rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli 2(53)- 100/2010 saylı qətnaməsi əsasında X12 adına verilmiş xx.xx.2010-cu il tarixli ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın və xx.xx.2010-cu il tarixli **********995-10301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 mart 2009-cu il tarixli AZ-İ No 314114 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Ölümün səbəbi qarnın dəlib keçmiş bıçaq yarası, daxili qanaxma, ölüm yeri Neftçala şəhəri göstərilmiş və bu barədə ölüm haqqında Akt qeydləri kitabında 29 mart 2009-cu il tarixdə 24 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Kanada dövlətinin Ontario baş qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi 2018 067601 olan və ingilis dilindən azərbaycan dilinə tərcümə edilmiş, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş “ölüm haqqında bəyanat-Forma 15” adlı sənədin məzmunundan görünür ki, xx.xx.1959-cu ildə Özbəkistan Respublikasında doğulmuş X28 xx.xx.2015-ci il tarixdə, 59 yaşında ölmüşdür. Sənəddə ölüm yeri Mackenzie Health, Xəstəxana, qeydiyyat qovluq № 01799623-01-3 göstərilmişdir. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 mart 2020-ci il tarixli, 340/69 nömrəli doğum qeydi barədə arayışın surətindən görünür ki, X35 xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1952-ci il tarixdə Qaradağ RİHB-nın Qobustan qəsəbə nümayəndəliyində 157 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Sənəddə ata qrafasında X13, ana qrafasında X36 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş 10 mart 1978-ci il tarixli, İ-ЖГ No 495044 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X37 ilə X30 arasında 10 mart 1978-ci ildə nikah bağlanmış və akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmış və nikah bağlandıqdan sonra arvada “Rzayeva” soyadı verilmişdir. İş materiallarında olan Neftçala rayonu, Həsənabad İ.N tərəfindən verilmiş 222155 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1953-ci ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuşdur. Bu barədə xx.xx.1953-ci il tarixdə Neftçala rayonu, Həsənabad qəsəbə İ.N-də 275 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Şəhadətnamənin ata qrafasında X13, ana qrafasında X36 göstərilmişdir. İş materiallarında olan Neftçala rayon VVAQ şöbəsi tərəfindən verilmiş 02 dekabr 1986-cı il tarixli, İV-ЖГ № 335449 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X23 arasında 02 dekabr 1986-cı ildə nikah bağlanmış və akt qeydləri kitabında 477 nömrə ilə qeydiyyat aparılmış və nikah bağlandıqdan sonra arvada “Baloğlanova” soyadı verilmişdir. İş materiallarında olan Neftçala rayon VVAQ şöbəsi tərəfindən verilmiş 4 noyabr 1987-ci il tarixli, Xİİ-ЖГ N№ 431267 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.1955-ci ildə Neftçala şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt-qeydləri kitabında 57 nömrə ilə qeydiyyat aparılmış. Şəhadətnamənin ata qrafasında X15, ana qrafasında X36 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş 26 yanvar 1996-cı il tarixli, İİ-ЖГ № 309714 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə İddiaçı1 arasında olan nikah pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixli, 26 nömrəli qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra arvad “Quliyeva” soyadı almışdır. İş materiallarında olan Neftçala çayon VVAQ şöbəsi tərəfindən verilmiş 23 avqust 1986-cı il tarixli, İV ЖГ No 307381 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X39 arasında 23 avqust 1986-cı ildə nikah bağlanmış və akt qeydləri kitabında 383 nömrə ilə qeydiyyat aparılmış, nikah bağlandıqdan sonra arvada “Mehtiyeva” soyadı verilmişdir. İş materiallarında olan Neftçala rayon VVAQ şöüəsi tərəfindən verilmiş 26 avqust 1987-ci il tarixli, Xİİ ЖГ № 431393 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı5 xx.xx.1987-ci ildə Neftçala şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 307 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamənin ata qrafasında X34, ana qrafasında İddiaçı4 göstərilmişdir. İş materiallarında olan Neftçala rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 05 mart 1989-cu il tarixli, XİV ЖГ № 321214 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı6 xx.xx.1989-cu ildə Neftçala şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 71 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamənin ata qrafasında X34, ana qrafasında İddiaçı4 göstərilmişdir. Göründüyü kimi iddia təmin edilmiş qətnamədən hüquq və maraqlarına toxunan şəxs X11 qanuni nümayəndəsi Qanuni nümayəndə (vəkili) narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlilləri;

1. Neftçala şəhəri, Asif Mütəllimov küçəsi, ev 49 ünvanında yerləşən fərdi yaşayış evinin miras qoyan X5 mülkiyyətində olmamasından, mirasqoyana məxsus olan fin tipli fərdi yaşayış evinin 2008-ci illərdə sökülməsindən, həmin ünvanda həyətin digər hissəsində köhnə evin 2 metrlik məsafəsində ikimərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,4 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış yeni yaşayış evinin tikilməsindən, həmin yaşayış evinin 2008-ci ildə inşaasına başlamasından və tikintisinin 2010-cu il tarixdə başa çatmasından, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,4 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış yeni yaşayış evinin miras əmlakına aid olmamasından;

2. Həmçinin mərhum X12 övladı X1 məhkəmə prosesinə cəlb edilməməsindən, İddiaçı4 və onun qanuni nümayəndəsi X10 məhkəmə proseslərindən kənar tutulmağa çalışılmasından, onlara məhkəmə iclasının yeri və vaxt barədə hər hansı məlumat verilməməsindən, bununla da qanunsuz qətnamə çıxarılmasından ibarətdir. Kollegiya apellyasiya şikayətinin 1-ci dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya baxışında müəyyən edilmişdir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-cü il tarixli, 64 saylı (JN-1476 F kod 80701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) qərarı ilə miras qoyan mərhum X7 (bundan sonra – miras qoyan) ünvan 1 ünvanında 0,04 hektar həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq üzərində ümumi sahəsi 69 kv/m olan 3 otaqlı ev mövcud olmuşdur. Miras qoyan 14 may 2004-cü il tarixdə vəfat etmişdir. Miras qoyanın həyat yoldaşı X9 isə ondan əvvəl yəni, xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Onların birgə nikahlarından - İddiaçı1, İddiaçı2, İddiaçı3, X34 və X28 adlı 5 övladı olmuşdur. Vərəsələrdən İddiaçı1, İddiaçı2 və İddiaçı3 sağdırlar. Lakin vərəsələr X34 xx.xx.2009-cu, X28 isə xx.xx.2018-ci il tarixlərində vəfat etmişdir. xx.xx.2009-cu ildə ölmüş X17 vəfatından sonra arvadı - İddiaçı4, övladları - İddiaçı5 və İddiaçı6 adında vərəsələri qalmışdır. xx.xx.2018-ci ildə ölmüş X12 isə X29 adında vərəsəsi qalmışdır. Göründüyü kimi miras qoyanın 5 vərəsəsi olmuş və miras qoyan vəfat edən anda onun bütün uşaqları sağ olmuşlar. Miras qoyan mərhum X4 isə ünvan 1 ünvanında 0,04 hektar həyətyanı torpaq sahəsi miras olaraq qalmışdır. Kollegiyanın iclası zamanı qətnamə hüquq və maraqlarına toxunan şəxsin nümayəndəsi (vəkili) Vəkil2, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, həmçinin İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə izahatları nəticəsində müəyyən edilişdir ki, mübahisəli 0.04 ha torpaq sahəsi üzərində fin evi mövcud olmuş, həmin ev mərhum X7 məxsus olmuşdur. Lakin həmin köhnə fin evi vərəsələrdən Vidadi tərəfindən 2008-ci ildə sökülmüş və 2008-2010-cu illər ərzində həmin həyətdə yeni 220.4 kv/m-lik fərdi yaşayış evi inşa edilmişdir. X28 bir müddət həmin evdə yaşamışdır. Bu hal işin mübahisəsiz halını təşkil edir. Müəyyən edilir ki, miras qoyan vəfat edən tarixdə mübahisəli torpaq sahəsində ümumi sahəsi 69 kv/m olan köhnə 3 otaqlı ev mövcud olmuş və bu ev 2008-ci ildək mövcud olmuşdur. Belə ki, 2008-ci ildə qeyd edilən köhnə ev sökülərək məhv edilmiş və 2008- 2010-cu illərdə həmin həyətyanı torpaq sahəsində yeni 220.4 kv.m ev inşa edilmişdir. Göründüyü kimi ümumi sahəsi 69 kv.m olan köhnə ev sökülərək məhv edildiyindən yeni inşa edilmiş 220.4 kv/m-lik ev mirasa açılmış ev hesab edilə bilməz. X28 2010-cu ildə məhkəməyə müraciət edərək Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2022-ci il tarixli 64 saylı qərarı ilə JN-1476 F kod 80701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında atası X7 verilmiş ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,4 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış evinin miras əmlakı kimi qəbul etməsi faktı müəyyən edilməsini, mərhum atasından qalmış həmin torpaq sahəsi və yaşayış evinin onun adına qeydiyyata alınması və Dövlət Reyestrindən Çıxarışın verilməsini xahiş etmiş və Neftçala rayon Məhkəməsinin 2(53)-100/2010 saylı, 15 mart 2010-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. X28 həmin qətnamə əsasında xx.xx.2010-cu il tarixdə ******* nömrəli Çıxarış, həmçinin həmin tarixdə **********99510301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu almışdır. Adıçəkilən qətnamədən X12 15 mart 2009-cu il tarixdə vəfat etmiş qardaşı X17 vərəsələri - maraqlı şəxslər İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3151/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala rayon Məhkəməsinin 2(53)-100/2010 saylı, 15 mart 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edilən qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3151/2021 saylı, 12 aprel 2022-ci il tarixli qərardadı ilə Neftçala rayon Məhkəməsinin 2(53)-100/2010 saylı, 15 mart 2010-cu il tarixli qətnaməsinin icrasında dönüş edilmiş, həmin qətnamə əsasında X16 verilmiş xx.xx.2010-cu il tarixli, ******* nömrəli Çıxarış və xx.xx.2010-cu il tarixli, **********995-10301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki pasportu ləğv edilmişdir. Bundan sonra iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Yuxarıda da qeyd edildiyi kimi Neftçala Rayon Məhkəməsinin 2(053)-623/2022 nömrəli iş üzrə 23 avqust 2022-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, 0,04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 220,4 kv/metr olan 6 otaqlı yaşayış evi üzərində İddiaçı1 1/5, İddiaçı2 1/5, İddiaçı3 1/5, İddiaçı4 1/15, İddiaçı5 1/15 və İddiaçı6 1/15 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Neftçala rayon notariat ofisinə həvalə edilməsi qət edilmişdir. Kollegiya apellyasiya şikayətinin 2-ci dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, iddiaçıların iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Lakin Məhkəmə birinci növbə olan vərəsəni – Luiza Mehtiyevanı nə cavabdeh qismində, nədəki üçüncü şəxs kimi işə cəlb etməmiş, İddiaçı4 və onun qanuni nümayəndəsi X14 məhkəmə iclasının yeri və vaxt barədə hər hansı məlumat verilməməklə iş üzrə yekun məhkəmə aktı, yəni qətnamə qəbul etmişdir. Beləliklə də mülki iş apellyasiya instansiya məhkəməsində araşdırılarkən müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxılarkən Nefçala Rayon Məhkəməsi tərəfindən Mülki Prоsessuаl Məcəlləsinin 387.2.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Mülki Prоsessuаl Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin tələbinə əsasən birinci instansiya məhkəməsi tərəfindən işə prosessual normaların kobud pozulması ilə baxılmışdır. Göründüyü kimi Nefçala Rayon Məhkəməsi bəhsi keçən qətnaməni qəbul edərkən Mülki Prоsessuаl Məcəlləsinin tələblərinin kobud surətdə pozulması hallarına yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması,susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, 02 may 2004-cü il tarixdə ölmüş X4 miras qalmış əmlakın qəbulu müddətinin ötürülməsi üzrlü hesab edilərək, mirasın qəbul edilməsi müddəti bərpa edilməsi və X7 məxsus ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə tikilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,5 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış evinə dair İddiaçı1 1/5, İddiaçı2 1/5, İddiaçı3 1/5, İddiaçı4 1/15, İddiaçı5 1/15 və İddiaçı6 1/15 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Neftçala rayon notariat ofisinə həvalə edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qeyd edilən nəticə ilə razılaşmır və bunla bağlı aşağıdakıları bildirir. İlk olaraq, birinci instansiya işə baxarkən həm mübahisəli torpaq sahəsi həm də həmin torpaq sahəsində yeni inşa edilmiş mirasa açılmayan fərdi yaşayış evi üzərində iddiaçıların paylarını müəyyən etmişdir. Yuxarıda da şərh edildiyi kimi mübahisəli torpaq sahəsində inşa edilmiş yeni 220.4 kv.m olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evi miras qoyanın sağlığında inşa edilmiş ev olmamış, həmin ev 2008-2010-cu illərdə inşa edilmiş, bu səbəbdən də həmin fərdi yaşayış evi miras əmlakı hesab edilməyindən, məhkəmə tərəfindən həmin ev üzərində iddiaçılarını payı müəyyən edilə bilməzdi. İkincisi, müəyyən edilir ki, məhkəmə torpaq üzərində iddiaçıların payını müəyyən edərkən miras qoyanın miras açılan 2004-cü il tarixinə oğlu Vaqifin və Vidadinin sağ olmasını nəzərə almamış, miras əmlakı olan torpaq üzərində Vaqifin arvadı - İddiaçı4 1/15, övladları İddiaçı5 1/15 və İddiaçı6 1/15 hissədə paylarını müəyyən etmiş, Vidadinin övladı Luiza Mehtiyevaya münasibətdə isə payını müəyyən etməmişdir. Üçüncüsü, Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(053)- 623/2022 saylı qətnaməsi üzrə iddia ərizəsində ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,5 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı ikimərtəbəli yaşayış evinin 1999-cu ildə tikilməsi göstərilmişdir. Lakin kollegiyanın iclasında müəyyən edilmişdir ki, mübahisəli 0.04 ha torpaq sahəsi üzərində fin evi mövcud olmuş, həmin ev mərhum X7 məxsus olmuşdur. Lakin həmin köhnə fin evi vərəsələrdən Vidadi tərəfindən 2008-ci ildə sökülmüş və 2008-2010-cu illər ərzində həmin həyətdə yeni 220 kv/m-lik fərdi yaşayış evi inşa edilmişdir. Bu halı tərəflərin heç biri mübahisələndirməmiş, buna görə də bu hal işin mübahisəsiz halını təşkil edir. Apellyasiya baxışında həmçinin müəyyən edilmişdir ki, miras qoyandan mirasa açılan əmlak yalnız ünvan 1 ünvanında yerləşən 0,04153 ha həyətyanı torpaq sahəsindən ibarətdir. Miras qoyanın vərəsələri isə İddiaçı1, İddiaçı2, İddiaçı3, X34 və X20r. Belə olduqda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyandan miras qalmış ünvan 1 ünvanında yerləşən 0,04153 ha həyətyanı torpaq sahəsi üzərində hər bir vərəsənin 1/5 payı movcud olacaqdır. Belə ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-cü il tarixli, 64 saylı qərarı ilə JN-1476 F kod 80701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X7 verilmiş həyətyanı torpaq sahəsi 0,04 ha olaraq göstərilmişdir. X6 tərəfindən xx.xx.2010-cu il tarixdə əldə edilmiş ******* nömrəli Çıxarışda torpaq sahəsi 0,04153 ha olaraq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, qətnamə hüquq və maraqlarına toxunan şəxs X11 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(053)-623/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək mirasa açılan X7 məxsus ünvan 1 ünvanında yerləşən 0,04153 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 1/5 hissə, İddiaçı2 1/5 hissə, İddiaçı3 1/5 hissə, X17 1/5 hissə və X12 1/5 hissədə payları müəyyən edilməli və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Neftçala rayon notariat ofisinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Qətnamə hüquq və maraqlarına toxunan şəxs X11 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(053)-623/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Mirasa açılan X7 məxsus ünvan 1 ünvanında yerləşən 0,04153 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 1/5 hissə, İddiaçı2 1/5 hissə, İddiaçı3 1/5 hissə, X17 1/5 hissə və X12 1/5 hissədə payları müəyyən edilsin və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Neftçala rayon notariat ofisinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar