Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1855/2024 27.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs kimi qeyd edilmiş Masallı Regional Maraqlı şəxs1ndə Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi) alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 29 avqust 2024cü il tarixli 2(050)-2073/2024 saylı qətnaməsindən Ərizəçi nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X6 ilə aralarında bağlanmış Masallı rayonu, Viləş (əvvəlki Kalinovka) kəndində yerləşən 0.10 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-2073/2024 saylı, 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Coşqun Abdullayev) Ərizəçi (maraqlı şəxs kimi qeyd edilmiş Masallı Regional Maraqlı şəxs1ndə Notariat ofisi, Daşınmaz əmlakın dövlət kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi İdarəsi) alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə ərizəsinin təmin edilməməsi və ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Ərizəçi nümayəndəsi və vəkili X4 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)-2073/2024 saylı, 29 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 2073/2024 saylı qətnaməsi Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləninin normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir, ədalətsiz və qanunsuzdur. İşin faktiki halları ondan ibarətdir ki, ərizəçi mərhum X3 1999-cu ildə Masallı rayonu, Viləş (əvvəlki Kalinovka) kəndində yerləşən 0.10 ha torpaq sahəsini almış və həmin torpaqda fərdi yaşayış evi inşa etmişdir, 24 ildir ki, həmin evdə yaşayır, həmin vaxt o, notarial müqavilə olmasını bilmədiyi üçün və ona şəhadətnamə verildiyi üçün torpaq sahəsinin alqёı-satqı müqaviləsi bağlanmamış, lakin Nina Proxorova ilə aralarında razılıq olmuş, torpağın pulunu ödəmiş və həmin torpağı almışdır. Ninanın həmin həyətdə balaca evi olmuş və ölənədək həmin evdə yaşamışdır. Onun həyəti bərbad gündə olmuş, ərizəçi oranı təmizləmişdir. Daha sonra onda həyətdə özünə ev tikmişdir. Nina Proxorova xx.xx.2004-cü ildə ölmüşdür. Onun ölümündən sonra heç bir vərəsəsi olmamış və Viləş kəndində onun və qonşuların iştirakı ilə dəfn olunmuşdur. Nina Proxorova əslən Rusiya vətəndaşı olmuş, SSRİ vaxtında Azərbaycana köçürülmüş və Kalinovka kəndində yaşamışdır. Həmin kənddə vəfat etmiş, heç kimi olmamış və oradada dəfn olunmuşdur. O, 24 ildən çoxdur ki, həmin torpağı istifadə edir və ona heç kim pretenziya etməmiş, etiraz bildirməmiş, vərəsəlik işi açılmamış, ərizəçi də mülkiyyəti olduğunu bilərək istifadə etmişdir. Nina öldüyü üçün həmin torpaq sahəsinin hazırda onun mülkiyyətinə keçirilməsinin başqa yolu yoxdur və o, məcbur məhkəməyə alqısatqı müqaviləsinin bağlanmış hesab olunması barədə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2073/2024 saylı qərardadı ilə ərizə baxılmamış saxlanmış, həmin qərardan şikayət etmişəm və qərardad ləğv olunmuşdur. Əgər mübahisə vardısa hakim həmin qərardadını ləğv etməzdi və işə baxmazdı. Hazırkı vəziyyətdə heç bir mübahisə yoxdur, məhkəmənin hüquq haqqında mübahisəni hardan müəyyən etməsidə məlum deyildir, hazırkı iddia heç kimin hüquqlarına toxunmur, o. mülkiyyətindən məhrum ola bilməz, X9 vətəndaşı ola bilərdi, bu o demək deyil ki, o, Amerikaya gedib onun vərəsələrini tapmalıdır. O, hüququn əsasını Konstitusiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli qərarına əsasən iddia etmişdir, həmin qərarla hazırkı işin fərqi təkcə vərəsələrin olmasındadır, onun isə Ninanın vərəsələrini müəyyən etməsi mümkün deyildir, sadəcə Notariat Ofisindən verilmiş məktubdan görünür ki, Nina Proxorova kiməsə vəsiyyətnamə verməmiş və vərəsəlik işi açılmamışdır. Buda göstərir ki, vərəsə olsa belə 24 il ərzində susmuş və vərəsəliyə gəlməmişdir. Susma özlüyündə əqdin bəyənilməsidir və o Nina ilə şifahi əqd bağlamışdır əqdin bəyənilməsi isə müqavilənin bağlanılması deməkdir. Hakim göstərir ki, bəlkə Nina Proxorovanın vərəsələri vardır və gələcəkdə nə vaxtsa gələcəklər, onun gələcəyi görmək kimi qabiliyyəti yoxdur, keçmişi isə görmüş və 25 ildən artıq müddətdə heç bir vərəsə həmin torpağı tələb etməmiş, olsa belə susmuşlar, susmaq özü isə razılıq əlamətidir və əqdin bəyənilməsidir. Onun həmin torpağı almasını təsdiq edən JN 260A saylı şəhadətnamə vardır. O, məhkəmə iclasında dəqiq xatırlamadığı üçün bildirmişdir ki, şəhadətnaməni kimdən almasını bilmir, lakin o, həmin şəhadətnaməni Ninanın ölümündən sonra özü almışdır, həmin vaxt o, torpağı istifadə etmiş və üzərində evi olmuşdur, 2005-ci ildə Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etmişdir ki, evinin altındakı torpağı onun mülkiyyətinə versinlər, bunun əsasında ona şəhadətnamə verilmiş və onda mülkiyyət hüququnun olmasını bilmişəm. Lakin ona 2024-cü ildə məlum olmuşdur ki, həmin şəhadətnamə Reyestr Xidmətinin arxivində mövcud deyildir və torpaq Nina Proxorovanın adındadır. Həmin torpaqda onun evi var, Bakı şəhərində yaşasa da, mütəmadi olaraq kəndə gəlirəm və evində yaşayır. Hakim ona demişdir ki, gözlə 30 il tamam olsun, mülkiyyət hüququ əldə edərsən, onun hüquqları pozulub və bunu məhkəmə qaydasında bərpa etmək istəyir, 30 il gözləməyi bilir, əgər mən müddəti gözləyəcəksə o zaman məhkəmələr nəyə görə fəaliyyət göstərirlər. Onun Nina ilə müqaviləsi olmasada aralarında şifahi razılaşma olmuş, bunun təsdiqi kimi ona şəhadətnamə verilmiş və o, həmin torpaqda ev tikmişdir. Nina ilə aralarında müqavilə olmasa da, şifahi razılaşma olmuş və şahidlərdə bunun təsdiq etmişlər. Bütün kənd camaatı şahiddir ki, o, torpağı Ninadan almışdır, onun dəfnində iştirak etmişdir və onun hazırda heç bir vərəsəsi qalmamışdır. O, 25 ildir ki, torpağı istifadə edir. Onun məqsədi kiminsə torpağını ələ keçirmək deyildir, o, torpaqda 25 il əvvəl ev tikmişəm və bilməmişdir ki, gələcəkdə belə problem olacaq. Onun mülkiyyətə gözlənti hüququ vardır. Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin möqeyi hakim üçün əsas olmamış və əsassız olaraq iddianı rədd etmişdir. Məhkəmə onun torpağı almağını, orada ev tikməsini, 25 il fasiləsiz istifadə etməsini, heç kim tərəfindən etiraz olunmamasını, Ninanın vərəsəsinin olmamasını, vərəsəlik işi açılmamasını aydınlaşdırmamışdır. Məhkəmə həmin torpaq sahəsinin ona satılmadığını, onun torpağı ələ keçirmək məqsədinin olmasını qeyd etsə də, həmin halları sübut edə bilməmişdir. Əgər torpaq ona satılmamışsa, niyə ona şəhadətnamə verilmişdir, niyə o, həmin torpaq sahəsində 25 ildir ki ev tikmiş və orada yaşayır. Məhkəmə onun sübutlarını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir, belə ki, işin hallarından görünür ki, o, həmin torpağı mərhum Nina Proxorovanın sağlığında almışdır, həmin torpaqda ev tikmişdir, 25 ildir fasiləsiz yaşayır, hazırkı vaxtadək heç bir vərəsəlik işi açılmamış, müraciət olunmamışdır, vəsiyyətnamə olmamış və ona qarşı hər hansı etiraz olunmamışdır. Həmçinin, ona şəhadətnamə verilmiş və o da, həmin əmlakı mülkiyyəti hesab etmişdir. O, artıq mülkiyyətə gözlənti hüququ əldə etmişdir və həmin əmlakı öz mülkiyyəti kimi istifadə etmişdir. Apellyasiya məhkəməsinin iclasında Ərizəçi nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsini yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)-2073/2024 saylı, 29 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 307.1-ci maddəsində məhkəmənin fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən etmə imkanı nəzərdə tutulmuş olsa da, qeyd olunmalıdır ki, xüsusi icraat işləri məhkəməyə aid hüquq haqqında mübahisənin olmadığı işlərdir və mübahisənin mövcudluğu həmin icraat qaydasında işlərə məhkəmədə baxılmasını istisna edir. Ərizəçinin ərizəsinin məzmununa görə o,1999-cu ildə Viləş kəndində yaşayan X6 adlı şəxsdən 0.10 hektar fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almışdır. Proxorova Nina miliyyətcə Rusiyalı olmuş, SSRİ dövründə Kalinovka kəndində köçürülmüş, orada yaşamış, Şıxlar kəndində orta məktəbdə müəllim işləmiş və 2000-ci ildə vəfat etmişdir. SSRİ dağıldıqdan sonra onun qohumları hamısı Rusiyaya qayıtmış, təkcə X7 kəndində yaşamış və burada ölmüşdür. Həmin torpaq sahəsində 2000-ci ildə fərdi yaşayış evi inşa etmiş və yaşamağa başlamışdır. Hazırkı vaxtadək həmin evdə yaşayır, torpaq sahəsindən istifadə edir və istifadəsində heç kim maneəçilik törətmir. Həmçinin, torpağın mülkiyyətə verilməsinə dair JN260A saylı xx.xx.2005-ci il tarixli şəhadətnaməyə əsasən həmin torpaq sahəsi onun mülkiyyətinə verilmiş, qonşu torpaq sahəsi kimi X1, digər tərəfdən gediş-gəliş yolu olması müəyyən edilmişdir. O, həmin şəhadətnaməni həmin vaxt fəaliyyət göstərən Masallı rayon Torpaq və Xəritəçəkmə Komitəsindən almış və torpaq sahəsini artıq 25 ildir ki, istifadə edir. Ona verilmiş şəhadətnamə qanuni və möhürlü olduğundan həmin sənədə əsasən torpaq sahəsinin ona məxsus olmasın fikirləşmişdir. Həmçinin, 2003-cü ilədək daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada təsdiqlənməli olmadığından ondan yalnız həmin şəhadətnaməyə əsasən torpağın ona məxsus olmasını bilmişdir. Lakin, hazırda torpağa dair hüquqlarının qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestr və kadastr xidmətinə müraciət etmiş, bundan sonra məlumatı olmuşdur ki, həmin torpaq sahəsi adlı siyahıda 260cı sırada X6 adlı şəxsə məxsus olmuşdur. O, həmin torpağı Nina Proxorovadan almışdır və daha sonra həmin torpağa şəhadətnamə almış, buna görə də hesab etmişdir ki, həmin torpaq artıq onun mülkiyyətindir. X10 ilə aralarında şifahi alğı-satqı müqaviləsi bağlanmış, lakin notarial qaydada təsdiqlənməmişdir. Alğı-satqı olunan zaman qüvvədə olan qanunvericiliyə əsasən müqavilənin notarial qaydada təsdiqlənməsi məcburi olmamışdır. Mülki Prosessual Məcəllənin 259.0.10-cu maddəsinə görə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ərizəçi alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi barədə məhkəməyə müraciət etməsinə, eləcə də hüquq iddia etdikləri evə dair mübahisə olduğuna baxmayaraq, birinci instansiya məhkəməsi ərizəçinin müəyyən edilməsini istədikləri faktları mübahisəsiz kimi qəbul etməklə qanunvericiliyin tələblərini pozmuş, hüquq haqqında mübahisənin mövcudluğuna dair iş materiallarında kifayət qədər məlumat olduğu halda, işə Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsinin tələbləri baxımından lazımi hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, Nina Proxorovanın ölümü ilə bağlı vərəsəlik işi və ya vəsiyyətnamənin aşkar olunmadığına dair Masallı Regional Maraqlı şəxs1ndə Notariat ofisinin məlumat verməsi həmin şəxsin vərəsələrinin olmadığına dəlalət etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 11-ci bəndində Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada iddia vermək hüququnu izah edir. Lakin bu qəbildən olan işlərə iddia icraatı qaydasında baxılması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir. MPM-in 387.2.8.-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan halların məcmusunu nəzərə alaraq hesab edir ki, iş üzrə çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Masallı Rayon Məhkəməsinin 2(050)-2073/2024 saylı iş üzrə 29 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi (maraqlı şəxs kimi qeyd edilmiş Masallı Regional Maraqlı şəxs1ndə Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi) alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1855/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1855/2024
27.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver