Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1856/2024 28.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi, Ərizəçi4 iştirakı ilə, Ərizəçi1 və digərlərinin (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X2 10 saylı Lənkəran Ərazi İdarəsi) mənzilə istifadə hüquqlarının tanınması və çıxarışa düzəliş edilərək adlarının mülkiyyətçi kimi qeydiyyata alınması barədə ərizəsinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(048)-273/2021 saylı qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X2 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə tərkibi müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Abidova (Nəbiyeva) Yaqut Əmiraslan qızı, Səfərova (Nəbiyeva) Rəmziyyə Əmiraslan qızı, Ərizəçi4, Əliyeva (Nəbiyeva) Afaq Əmiraslan qızı və Ərizəçi6 (DƏDRX-nin 10 saylı Ərazi İdarəsi maraqlı şəxs kimi qeyd edilən) ərizə ilə məhkəməyə müraciət edərək, Lerik rayon Cəngəmiran kəndində yerləşən 0,10 ha yaşayış məntəqəsi torpağında yerləşən 5 otaqlı ümumi sahəsi 94.5 kv.m olan mənzilinə yaşayış sahəsindən və 0.10 ha torpaq sahəsinə istifadə hüquqlarının tanınması və 29 sentyabr 2021-ci il tarixli ********** saylı çıxarışa düzəliş edilərək adlarının mülkiyyətçi kimi qeydiyyata alınmasının maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X2 10 saylı Lənkəran Ərazi İdarəsinə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(048)-273/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Ərizəçi1, Ərizəçi2, Abidova (Nəbiyeva) Yaqut Əmiraslan qızı, Səfərova (Nəbiyeva) Rəmziyyə Əmiraslan qızı, Ərizəçi4, Əliyeva (Nəbiyeva) Afaq Əmiraslan qızı və Ərizəçi6 Lerik rayonu Cəngəmiran kəndində yerləşən 0.10 ha yaşayış məntəqəsi torpağında yerləşən 5 otaqlı ümumi sahəsi 94.5 kv.m olan mənzilə və 0.10 ha torpaq sahəsinə istifadə hüquqlarının tanınması və 29 sentyabr 2021-ci il tarixli ********** saylı verilmiş çıxarışa düzəliş edilərək Ərizəçi1, Ərizəçi2, Abidova (Nəbiyeva) Yaqut Əmiraslan qızı, Səfərova (Nəbiyeva) Rəmziyyə Əmiraslan qızı, Ərizəçi4, Əliyeva (Nəbiyeva) Afaq Əmiraslan qızı və Ərizəçi6 adlarının mülkiyyətçi kimi qeydiyyata alınmasının maraqlı şəxs DƏDRX-nin 10 saylı ərazi idarəsinə tapşırılması qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X2 10 saylı Lənkəran Ərazi İdarəsi Lerik Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(048)-273/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi4 izahat verərək bildirmişdir ki, biz mübahisəli evdə anadan olmuş, orada yaşamışlar, lakin orada qeydiyyatda deyillər. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Digər ərizəçilər və maraqlı şəxs isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş (təmsil edilməmiş), bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iş üzrə qətnamə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: (305.1.1) hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; (305.1.2) şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; (305.1.3) şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; (305.1.4) daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında; (305.1.5) itirilmiş adsız sənədli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı); (305.1.6) şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında; (305.1.9) övladlığa götürmə haqqında ərizələrə; (305.1.10) şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında; (305.1.11) məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında; (305.1.12) vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında; (305.1.13) şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında; (305.1.15) bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında; (305.1.16) yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında; (305.1.17) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Hazırki iş üzrə ərizəçilər maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X2 10 saylı Lənkəran Ərazi İdarəsindən mənzilə istifadə hüquqlarının tanınması və çıxarışa düzəliş edilərək adlarının mülkiyyətçi kimi qeydiyyata alınmasını tələb edir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Qanunvericiliyin tələbinə əsasən əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa, MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn əldə olunması barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı sübuta yetirməlidir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi hazırkı ərizənin prosessual baxımdan hazırkı icraat çərçivəsində mahiyyəti üzrə baxılmasının mümkünlüyü məsələsinə diqqət yetirməmiş, hüquq haqqında mübahisə olduğu üçün hazırkı işə iddia icraatı qaydasında baxılmalı olmasına rəğmən, düzgün qənaətə gəlməyərək ərizəni icraata götürmüş və xüsusi icraat qaydasında baxaraq təmin etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsin əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X2 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lerik Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(048)-273/2021 saylı qətnaməsi ləğv edilməli, Ərizəçi1 və digərlərinin (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X2 10 saylı Lənkəran Ərazi İdarəsi) mənzilə istifadə hüquqlarının tanınması və çıxarışa düzəliş edilərək adlarının mülkiyyətçi kimi qeydiyyata alınması barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada iddia vermək hüququnu izah edir. Lakin bu qəbildən olan işlərə iddia icraatı qaydasında baxılması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X2 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(048)-273/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi1 və digərlərinin (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X2 10 saylı Lənkəran Ərazi İdarəsi) mənzilə istifadə hüquqlarının tanınması və çıxarışa düzəliş edilərək adlarının mülkiyyətçi kimi qeydiyyata alınması barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi1 və digərlərinə izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1856/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1856/2024
28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver