Məhkəmə qərarları › İş №2(106)-1862/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1862/2025

07.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1862/2025 07.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-103/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları «Nikah haqqında» şəhadətnamədən görünür ki, iddiaçı ilə cavabdeh 14 dekabr 2012-ci ildə nikah bağlamış, həmin nikah eyni tarixdə Neftçala rayonu Qaçaqkənd kənd inzibati ərazi nümayəndəliyi tərəfindən 26 nömrəsi ilə qeydə alınmışdır. Nikahdan əvvəl iddiaçının soyadı «Kərimli» olub. «Doğum haqqında» şəhadətnamənin surətindən, habelə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 08 sentyabr 2013-cü il təvəllüdlü X6 və 06 sentyabr 2018-ci il təvəllüdlü X7 adlı uşaqlar doğulub. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Tərəflərin bildirdikləri ilə müəyyən olunur ki, 08 sentyabr 2013-cü il təvəllüdlü X6 iddiaçının, 06 sentyabr 2018-ci il təvəllüdlü X7 isə cavabdehin yanında qalırlar. Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 03 aprel 2025-ci il tarixli 5-67/2-451/2025 nömrəli rəyində qeyd olunur ki, «...xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı uşaqların boşanmadan sonra yaşayış yerlərinin iddiaçı – anaları İddiaçı yanı müəyyən edilməsi Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məqsədəmüvafiq hesab edilir». Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən 01 avqust 2025-ci ildə verilmiş 11/395 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «İddiaçı və Cavabdeh fərdi-psixoloji xüsusiyyətlərində uşaqlarının emosional iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. xx.xx.2018-ci il təvəllüdlü X7 aramsız ağladığından, ona test və metodikaları tətbiq etmək və onunla məhkəmə-psixoloji ekspertizasını keçirmək mümkün olmamışdır. Boşanmadan sonra uşaqla ünsiyyət qaydasının (ünsiyyət vaxtlarının və müddətinin) müəyyən olunması, eləcə də uşağın hansı valideyninin himayəsində yaşamasının məqsədəuyğun olması, həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə və psixi inkişafına necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəməpsixoloji ekspertizasının səlahiyyətinə aid deyildir». İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış və Neftçala rayonu Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 dekabr 2012-ci il tarixdə 26 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahlarından doğulmuş 08 sentyabr 2013-cü il təvəllüdlü X1 və 06 sentyabr 2018-ci il təvəllüdlü X2 onun yanında qalmasının müəyyən edilməsi və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay 470 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı göstərmişdir ki, cavabdehlə 14 dekabr 2012-ci il tarixdə Neftçala rayonu Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikah bağlamış, həmin nikahdan 08 sentyabr 2013cü il təvəllüdlü X6 və 06 sentyabr 2018-ci il təvəllüdlü X7 adlı uşaqlar doğulmuşdur. Cavabdehlə 14 dekabr 2012-ci ildən 17 avqust 2024-cü il tarixədək bir yerdə yaşamışdır. Onunla birgə yaşadıqları dövrdə cavabdehin ona münasibətləri normal olmamışdır. Cavabdeh tərəfindən təhqirlərə məruz qalmış, həmin təhqirləri ona uşaqlarının yanında etmişdir. Cavabdeh ona dediyi nalayiq ifadələri 06 sentyabr 2018-ci il təvəllüdlü X4 da öyrətmiş və cavabdehin işlətdiyi nalayiq ifadələri oğlu da ona deməyə başlamışdır. Cavabdeh həmçinin evin maddi və məişət tələbatı ilə də maraqlanmamış, ona anasının onları saxlamasını bildirmişdir. Uşaqlarının xatirinə cavabdehin bu kimi hərəkətlərinə dözsə də, cavabdehin ona qarşı qeyri-etik münasibətləri dözülməz həddə çatdığı üçün 17 dekabr 2024-cü il tarixdə 08 sentyabr 2013-cü il təvəllüdlü X6 ilə birlikdə atasına məxsus evə qayıtmışdır. 06 sentyabr 2018-ci il təvəllüdlü X7 isə bu günə kimi cavabdehlər birlikdə yaşayır. Bundan sonra dəfələrlə cavabdehdən oğlunu ona verməsini xahiş etsə də, bu mümkün olmamışdır. Atasının evində olanda da cavabdeh onu şantaj etmiş, təxminən 20 ədəd biabırçı sözlər yazılmış vərəqələri internet dirəklərinə yapışdırmışdır. Gecələr də həmin biabırçı sözlər yazılmış vərəqələri həyətə atmışdır. Cavabdeh bu günə kimi uşaqların maddi təminatı ilə maraqlanmır. Cavabdeh onun anasının dolanışıq üçün ona verdiyi bir baş inəyi də onun icazəsi olmadan satmışdır. Qanunvericiliyə əsasən uşaqlardan ayrı yaşayan valideyn uşaqların maddi təminatı ilə maraqlanmağa borcludur. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq 18 noyabr 2024-cü tarixli, MŞS/MT-028/2024/0771A nömrəli arayış vermişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün uşaqların yaşayış minimumunun həddi 235 manat müəyyən edilmişdir. Cavabdehlə barışmaq, onların gələcək birgə ailə həyatı və ailənin qorunub saxlanılması mümkün deyil. Cavabdeh işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş, ərizə göndərərək iddia tələbini qismən qəbul etdiyini, nikahın pozulmasına razı olduğunu, birgə nikahlarından X6 və X7 adlı uşaqlarının doğulduğunu, hazırda qızı X1 anasının yanında, oğlu X2 onun yanında yaşadığını, iddiaçının 2024-cü ilin avqust ayından qızı X6 ilə birlikdə evdən çıxaraq atasının yaşadığı evə getdiyini, oğlunun isə evdə qaldığını və o gündən sonra da oğlu ilə heç vaxt maraqlanmadığını, hazırda iddiaçının birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün yaşayış yerinin ananın yanında qalmasını istədiyini, iddiaçının gedəndən sonra oğlu ilə maraqlanmadığına görə oğlunun yaşayış yerinin onun yanında qalmasını istədiyini, birgə nikahdan doğulmuş uşaqların birinin ananın yanında birinin atanın yanında faktiki olaraq yaşadığı üçün iddiaçıya aliment ödəmək və ondan aliment tələb etmək fikrinin olmadığını, rəsmi olaraq heç bir yerdə işləmədiyini və fərdi təsərrüfatla məşğul olduğunu, sözügedən iddia tələbi ilə bağlı keçirilmiş məhkəmə iclaslarında işləri ilə əlaqədar olaraq üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirib, keçiriləcək növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan baxaraq, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-103/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arısnda nikah pozulmuş, 08 sentyabr 2013-cü il təvəllüdlü X1 və 06 sentyabr 2018-ci il təvəllüdlü X2 boşanmadan sonra iddiaçı Əliyeva (nikah bağlanmazdan əvvəl – Kərimli) Anaxanım Xudayar qızının yanında qalmaları müəyyən edilmiş, 06 sentyabr 2018-ci il təvəllüdlü X7 Cavabdeh alınaraq İddiaçı verilməsi, 08 sentyabr 2013-cü il təvəllüdlü X1 və 06 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, 08 sentyabr 2013-cü il təvəllüdlü X5 aid hissədə aliment 28 noyabr 2024-cü il tarixindən hesablanması, 06 sentyabr 2018-ci il təvəllüdlü X4 aid hissədə aliment uşaq Cavabdeh alınıb İddiaçı verildiyi və ananın yanında faktik yaşamağa başladığı vaxtdan hesablanması, qətnamənin 08 sentyabr 2013-cü il təvəllüdlü X5 görə aliment tutulması ilə bağlı hissədə dərhal, 06 sentyabr 2018-ci il təvəllüdlü X4 görə aliment tutulması ilə bağlı hissədə isə uşaq Cavabdeh alınıb İddiaçı verildiyi və ananın yanında faktik yaşamağa başladığı tarixdən icra edilməsi, mediasiyaya və məhkəməyə müraciət olunması üçün ödənilmiş 100 (yüz) manat Cavabdeh tutularaq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1, 20.1, 20.2, 22.1, 22.2, 100.2, 78.1, 78.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli, 15 nömrəli Qərarına əsasən 8.4-cü bəndə əlavə edilmiş 8.4-1-ci yarımbəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, məhkəmə uşaqların azyaşlı olduqlarını, ana qayğısına daha çox ehtiyaclarının olduğunu, iddiaçının uşaqların onun yanında qalmasında təkid etdiyini, Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini və ekspert rəyini nəzərə alır və hesab edir ki, iddia müvafiq hissədə də təmin olunmaqla 08 sentyabr 2013-cü il təvəllüdlü X1 və 06 sentyabr 2018-ci il təvəllüdlü X2 boşanmadan sonra İddiaçı yanında qalmaları müəyyən edilməli, 06 sentyabr 2018-ci il təvəllüdlü X7 cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Neftçala Rayon Məhkəməsininxx.xx.2025ciil tarixli, 2(053)-103/2025 saylı qətnaməsinin qismən ləğv edilməsini, iş üzrə tam obyektiv və hərtərəfli araşdırma aparılaraq, 06 sentyabr 2018-ci il təvəllüdlü X2 yaşayış yerinin onun yanında qalmasının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərmişdir ki, hazırda qızı X6 anasının yanında oğlu ƏliyevAləddin İnşallah oğlu isə onun yanında yaşayır. İddiaçı ilə münasibətləri pozulmasına səbəb onun başqa şəxslərlə xəyanət etməsidir. Anaxanım 2024-cü ilin avqust ayından qızı X6 ilə birlikdə evdən çıxaraq atasının yaşadığı evə getmişdir. Oğlu isə evdə qalmışdır və o gündən sonra da oğlu ilə heç vaxt maraqlanmamışdır. Hazırda Anaxanım birgə nikahdan doğulmuş övladlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün yaşayış yerinin ananın yanında qalmasını istəyir. Anaxanım gedəndən sonra oğlu ilə maraqlanmadığına görə oğlunun yaşayış yerinin onun yanında qalmasını istəyir. Birgə nikahdan doğulmuş övladlarının birinin ananın, birinin atanın yanında faktiki olaraq yaşadığı üçün iddiaçıya aliment ödəmək və ondan aliment tələb etmək fikri yoxdur. Bundan başqa məhkəmə zamanı məhkəməyə təkrar psixoloji ekspertiza təyin edilməsini xahiş etsə də, məhkəmə bu hissəyə heç bir qiymət verməmişdir. Məhkəmə ekspertiza mərkəzinin 01 avqust 2025-ci il tarixli rəyində 06 sentyabr 2018-ci il təvəllüdlü X7 onunla qalmaq istəyini bildirmişdir. İddiaçı məhkəməyə müraciət edərək 06 sentyabr 2018-ci il təvəllüdlü X7 ilə görüş hüququ almış, iş icra olunması üçün Neftçala rayon İcra və ProbasiyaŞöbəsinə göndərilmişdir. İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindənuşaqla görüş təşkil olunmuş, uşaq ağlayaraq qəti şəkildə anasının yanına getmək istəmədiyini bildirmişdir. Görüş zamanı Neftçala rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının üzvləri də iştirak etmişlər. Daha sonra icra məmuru tərəfindən uşağın anası ilə görüşməməsi barədə akt da tərtib olunmuşdur. 06 sentyabr 2018-ci il təvəllüdlü X7 hazırda onun yanında qalır və Neftçala rayonu, Qaçaqkənd məktəbində İİ sinifdə oxuyur və əlaçıdır. Uşağın məhkəmədə iştirakını da təmin edə bilər. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu, dəyişdirilmədən saxlanılmalı olduğunu bildirmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf iclasda iştirak etməmişdir. Teleqram ünvanlayaraq vəkillə müqavilə bağladığını, məhkəmə baxışının onun iştirakı ilə keçirilməsini, işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdehin vəkillə müqavilə bağlamasına dair sübut mövcud deyil, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən hazırkı iş üzrə «vəkil müraciəti» daxil olmamışdır. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin 06 sentyabr 2018-ci il təvəllüdlü X2 ananın yanında qalmasının müəyyən olunması (atadan alınaraq anaya verilməsi) hissəsində mübahisələndirdiyindən, qətnamə həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 59.1-ci maddəsinə əsasən, valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7.1-ci bəndində də qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 7.4-cü bəndində göstərilir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Qərarın 7.6-cı bəndinə görə, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-103/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübaihsələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər 14 dekabr 2012-ci ildə nikah bağlamış, birgə nikahlarından 08 sentyabr 2013-cü il təvəllüdlü X1 və 06 sentyabr 2018-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə aşağıdakı kimi münasibət bildirir. Uşaqların maraqlarının qorunması prinsipinə əsasən, məhkəmə uşağın fikrini nəzərə almalı, lakin onu mütləq əsas kimi qəbul etməməlidir. Qərar qəbul edərkən bütün hüquqi və psixoloji aspektlər qiymətləndirilməli, əsas diqqət uşağın rifahına yönəldilməlidir. Uşaqların yalnız öz istəyinə əsaslanaraq qərar vermək, onun tərbiyə və təhsil mühitini təhlükə altına ala bilər. Odur ki, onların yaş xüsusiyyətləri, psixoloji vəziyyəti və onların qərarvermə qabiliyyətinin yetkin olmaması nəzərə alınmalıdır. Bundan əlavə, uşaqların fikri müəyyən təsirlərin nəticəsi ola biləcəyindən, məhkəmə onların maraqlarına ən uyğun olan qərarı vermək üçün valideynlərin tərbiyə imkanlarını, sosial və maddi şəraitini, qardaş və bacının birlikdə qalmasının üstünlüklərini də nəzərdən keçirməlidir. Bu baxımdan, uşaqların istəkləri mühüm amil olsa da, onların mənafeyinin qorunması yalnız bu istəklərlə məhdudlaşmamalı, kompleks yanaşma tələb etməlidir. Məhkəmələr boşanma ilə əlaqəli uşağın kimin yanında qalmasını həll edərkən “uşağın ən üstün mənafeyi” prinsipindən çıxış etməli, faktiki halları hərtərəfli araşdırmalı və bütün müvafiq meyarları birlikdə qiymətləndirməlidirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7.2-ci bəndinə görə, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalması üçün həlledici əsas deyil; bu meyar yalnız digər amillərlə birlikdə qiymətləndirilə bilər. Kollegiya uşağın kimdə qalmasının müəyyənləşdirilməsində bir sıra əsas meyarlara diqqət yetirilməli olduğunu vurğulayır. Burada uşağın yaşı, sağlamlıq durumu, psixoloji və emosional ehtiyacları; onun hər bir valideynə və digər ailə üzvlərinə emosional bağlılığı və bu bağlılığın necə formalaşdığı; valideynlərin mənəvi-etik keyfiyyətləri, onların valideynlik bacarığı, gündəlik qayğıya faktiki iştirakı və vaxt resursları nəzərə alınmalıdır. Bununla yanaşı, ailədaxili mühitin sabitliyi, tərəflər arasında münaqişə səviyyəsi və uşağın psixologiyasına mənfi təsir edə biləcək halların, o cümlədən manipulyasiya və loyallıq konfliktlərinin olub-olmaması da qiymətləndirilməlidir. Yaşayış və məişət şəraiti nəzərə alınsa da, bu, yalnız digər amillərlə birlikdə dəyərləndirilə bilər və həlledici meyar sayılmır. Eyni zamanda uşağın təhsil və sosial əlaqələrinin davamlılığı, məktəb və yaxın mühitinə uyğunlaşması, dəyişikliklərin idarə olunma imkanı, bacı-qardaşların ayrılmaması prinsipi (yalnız ciddi zərurət olduqda istisna edilə bilər), valideynlərin bir-birinin valideynlik hüquqlarına hörmət edibetməməsi və əməkdaşlıq qabiliyyəti mühüm amillərdəndir. Uşağın rəyinin də, onun yaş və yetkinlik səviyyəsinə uyğun olaraq, azad və şüurlu şəkildə ifadə olunması, həmin rəyin formalaşmasına mümkün kənar təsirlərin mövcudluğu və təsir dərəcəsi araşdırılmalıdır. Nəhayət, uşağın təhlükəsizliyinə risk yaradan hallar – zorakılıq, asılılıqlar, laqeydlik və s. xüsusi əhəmiyyət daşıyır. Bu meyarların hər biri kompleks şəkildə nəzərə alınmalı və nəticə uşağın ən üstün mənafeyini təmin etməlidir. İş materiallarında Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 03 aprel 2025-ci il tarixli 5-67/2-451/2025 nömrəli rəyi vardır və bu rəy 08 sentyabr 2013-cü il təvəllüdlü X6 dindirilmiş, X7 müvafiq yaşda olmadığı üçün məsələyə münasibəti öyrənilməmişdir. Lakin Komissiya ana qayğısına və nəvazişinə tələbat dövrünü, həmçinin bacıqardaşların birlikdə yaşamasının fiziki-mənəvi inkişaf və sosial-psixoloji sabitliyə müsbət təsirini nəzərə alaraq (Ailə Məcəlləsinin 52-ci maddəsinə istinadla) Fatimə və Aləddinin ananın himayəsinə verilməsini məqsədəuyğun hesab etmişdir. Bu rəyin məhkəmə üçün məcburi hüquqi qüvvəsi olmasa da, o, uşaq mühitinin və ehtiyaclarının qiymətləndirilməsində ixtisaslaşmış orqanın mövqeyi kimi dəyərli sübutdur və birinci instansiya məhkəməsi onu digər sübutlarla kompleks qiymətləndirmişdir. Cavabdehin “ananın öz oğlu ilə maraqlanmadığı” barədə iradı işin halları ilə öz təsdiqini tapmır, əksinə cavabdehin özü bildirir ki, İddiaçı məhkəməyə müraciət edərək 06 sentyabr 2018-ci il təvəllüdlü X7 ilə görüş hüququ almış, iş icra olunması üçün Neftçala rayon İcra və ProbasiyaŞöbəsinə göndərilmişdir. Bu hal ananın uşağına qarşı etinasız olmadığını göstərir. Birinci instansiya məhkəməsi uşağın ana qayğısına tələbatı, bacı-qardaşların ayrılmaması prinsipini və uşaq yaşının xüsusiyyətlərini üstün tutmuş, 06 sentyabr 2018-ci il təvəllüdlü X7 Cavabdeh alınaraq İddiaçı verilməsi barədə düzgün qənaətə gəlmişdir. 7 yaşlı uşağın ana nəvazişinə xüsusi ehtiyacı nəzərə alınmaqla, eləcə də Aləddinin yaşı və bacı-qardaş münasibətlərinin qorunması fonunda, birinci instansiyanın ana yanında mühitin üstün olduğunu qəbul etməsi əsassız sayıla bilməz. Nəzərə alınmalıdır ki, uşağın saxlanılmasında nənənin köməyi əlavə resursdur, lakin valideynin özünün gündəlik iştirakını, o cümlədən ana nəvazişini əvəz etmir. Cavabdeh apellyasiya şikayətində onu da qeyd edilmişdir ki, “İddiaçı ilə münasibətləri pozulmasına səbəb onun başqa şəxslərlə xəyanət etməsidir». Kollegiya qeyd edir ki, bu arqument fərziyyə xarakteri daşıyır və sübutlarla təsdiqlənmir, digər tərəfdən, iddiaçının valideyn hüquqlarının uşağın mənafeyinə zidd formada həyata keçirməsi öz təsdiqini tapmır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəməyə təkrar psixoloji ekspertiza təyin edilməsini xahiş etsə də, məhkəmə bu hissəyə heç bir qiymət verməmişdir. Kollegiya bu dəlilə münasibətdə qeyd edir ki, cavabdehin bu vəsatətinə məhkəmənin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında münasibət bildirilmişdir. Birinci instansiya məhkəməsi uşaqların ana nəvazişinə və qayğısına ehtiyaclarının olmasını nəzərə alaraq hesab etmişdir ki, 06 sentyabr 2018-ci il təvəllüdlü X7 atalarından alınaraq analarına verilməlidir. Buna görə də, kollegiya iş üzrə təkrar psixoloji ekspertiza təyin olunması barədə apellyasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki, nəzərə alınmalıdır ki, hazırda uşaq - bu barədə vəsatəti verən şəxsin yəni, atanın yanındadır, belə olan halda iddiaçının, yəni ananın uşağa psixoloji təsir etməsi ağlabatan deyil. Gəldiyi qənaətin nəticəsi olaraq qeyd edir ki, prosessual qənaət prinsipi baxımından bununla bağlı əlavə araşdırma, əsaslandırma aparılmasına zərurət yoxdur. Kollegiya onu da vurğulayır ki, hazırda uşağın anaya qarşı münasibətlərində müşahidə olunan müəyyən soyuqluğun onların azad və obyektiv seçimlərinin nəticəsi olmadığını, əksinə ailədaxili münaqişə mühitinin psixoloji təsirindən qaynaqlandığını göstərir. Belə olan halda, uşaqların ifadə etdikləri arzular təkbaşına həlledici hesab edilə bilməz və məhkəmə tərəfindən digər amillərlə birlikdə qiymətləndirilməlidir. Uşaqların emosional vəziyyətinin sabitləşdirilməsi və anaları ilə münasibətlərində yaranmış neqativ təsirin aradan qaldırılması üçün onların ana qayğısına ehtiyacı xüsusi önəm kəsb edir. Bu baxımdan, uşaqların ən üstün mənafeyinin təmin olunması üçün onların analarının yanında qalması daha məqsədəuyğundur. Məhkəmə kollegiyası bildirir ki, 06 sentyabr 2018-ci il təvəllüdlü X2 anasının yanında saxlanılmasına dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğu müəyyən edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-103/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar