Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1865/2025 11.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-190/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh ərizəsinin təmin edilməməsinə dair Sabirabad Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli qərardadından verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 4333 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 50 manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 13,33 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 4333 manat məbləğində pul vəsaiti, mediasiya xərcinin əvəzi 50 manat və iddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 13,33 manat pulun Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qətnamədən xəbəri olmamış, özünə xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə Sistemində şəxsi kabinet açan zaman bu qətnamədən xəbər tutmuşdur. Amma rəsmi olaraq qətnaməni heç bir yerdən əldə etməmişdir. Hazırda xx.xx.2025-ci il tarixdə şəxsi kabinet vasitəsi ilə, yəni gec aldığından sözügedən qətnamədən bu günədək apellyasiya şikayəti vermədiyi üçün müddəti ötürmüş sayılır. Ona görə də, qətnamədən indi apellyasiya şikayəti verir . Sabirabad Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli qərardadı ilə (hakim Nurəddin Bağırov) müddətinin bərpasından imtina edilmişdir. Qərardaddan Cavabdeh şikayət verərək onun ləğv edilməsini və müddətin bərpa olunması barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd edir ki, iş materiallarında olan poçt göndərişinə dair xəbərnamədən görünür ki, Mirzəyev X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin surətini xəbərnaməyə xx.xx.2024-cü il tarixdə imza etməklə qəbul etmişdir. Əgər belədirsə, nəyə görə bunu araşdırması üçün xüsusi bilik tələb edən məhkəmə-xəttşünaslıq ekspertizası təyin etməmişdir. Onun isə qətnaməni xx.xx.2024-cü il tarixdə şəxsən imza edərək qəbul etməsi absuddur. Həmin ərəfələrdə rayon ərazisində olmamışdır. Başqa şəxs onun yerinə imza edib sənədi saxtalaşdırmışdır. Sabirabad Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmədən mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh qətnaməni əldə etdikdən sonra 1 ildən çox müddətdə əsaslı üzrlü səbəb olmadan şikayət verməməsi və sonradan istədiyi vaxt şikayət verməsi əsassız məhkəmə çəkişməsinin yaranmasına və süründürməçiliyə səbəb olur. Bu səbəbdən də, onun Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-190/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Habelə MPM-in 135.1, 135.3 və 135.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Beləliklə, məhkəmə tərkibi yekun nəticə olaraq bildirir ki, işdə olan poçt göndərişinə dair xəbərnamədən aşkar olur ki, Mirzəyev X2 Rayon Məhkəməsinin adıçəkilən xx.xx.2024-cü il tarixli qətnaməsinin surətini poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə xx.xx.2024-cü il tarixdə imza etməklə qəbul etmişdir. Ancaq Cavabdeh qətnamədən apellyasiya şikayətini məhz 01 il 07 aydan sonra - xx.xx.2025-ci il tarixdə vermişdir. Bundan əlavə, o da diqqətə çatdırılmalıdır ki, həmin qətnamə qəbul olunarkən Cavabdeh məhkəmə iclasında iştirak etmiş və ona qətnamədən şikayətin verilməsi müddəti və qaydası izah olunmuşdur. İşdən də göründüyü kimi, Cavabdeh eyni zamanda prosessual hüquqlarından vaxtında və lazımi qaydada istifadə etməyərək öz ziyanına çıxarılmış qərara hər hansı maraq göstərməmiş və qəbul edilmiş həmin qərarın əldə edilməsinə cəhd belə etməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2(056)-190/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Şikayət təmin edilməsin və qərardad dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1865/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1865/2025
11.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver