Məhkəmə qərarları › İş №2(106)-1893/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1893/2023

04.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1893/2023 04.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(050)271/2023 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh6 üzərinə İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehlər tərəfindən boşaldılaraq, cavabdehlərin hesabına sökülməsi, iddiaçının Masallı şəhəri 20 yanvar küçəsinə (yola) çıxışına yaradılmış hərəkətlərin (maneələrin) cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(050)271/2023 saylı qərardadı ilə, icraatın dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil1 şikayət vermişdir. Masallı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(050)271/2023 saylı qərardadı ilə, Masallı Rayon Məhkəməsinin e-2(050)-271/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərardadının ləğvi barədə mülki iş üzrə İddiaçı və iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 şikayəti təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən olunur ki, məhkəmə iş üzrə icraatın dayandırılmasını, iddiaçılar Cavabdeh1, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh6 cavabdeh Azərbaycan Respublikası Əmək Məsələləri üzrə Dövlət Komitəsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə mülkiyyət hüququ tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyin təmin edilməsi, həmçinin İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi tələbinin Şirvan İnzibati Məhkəməsinin icraatında olması ilə əlaqələndirmişdir. İş materiallarında olan cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 tərəfindən imza edilmiş xx.xx.2023-cü il tarixli vəsatətdən də görünür ki, Şirvan İnzibati məhkəməsinin icraatında olan inzibati işin yekunlaşıb qanuni qüvvəsini alana qədər, yekun məhkəmə aktı çıxarılana qədər hazırki mülki işin icraatının dayandırılmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh8 cavabdeh Azərbaycan Respublikası Əmək Məsələləri üzrə Dövlət Komitəsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı şəhər Köhnə Bazarın arxa hissəsində məişət evinin yaxınlığında olan 56 kv.m torpaq sahəsinə mülkiyyət hüququ tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbində dair iddiası ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)3968/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iş üzrə İddiaçı üçüncü şəxs qismində cəlb məhkəmə icraatı zəruri cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Əmək Məsələləri üzrə Dövlət Komitəsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı şəhər Köhnə Bazarın arxa hissəsində məişət evinin yaxınlığında olan 9 kv.m torpaq sahəsinə mülkiyyət hüququ tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbində dair iddiası ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)3967/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iş üzrə İddiaçı üçüncü şəxs qismində cəlb məhkəmə icraatı zəruri cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdeh Azərbaycan Respublikası Əmək Məsələləri üzrə Dövlət Komitəsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı şəhər Köhnə Bazarın arxa hissəsində məişət evinin yaxınlığında olan 48 kv.m torpaq sahəsinə mülkiyyət hüququ tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbində dair iddiası ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)3970/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iş üzrə İddiaçı üçüncü şəxs qismində cəlb məhkəmə icraatı zəruri cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh6 cavabdeh Azərbaycan Respublikası Əmək Məsələləri üzrə Dövlət Komitəsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı şəhər Köhnə Bazarın arxa hissəsində məişət evinin yaxınlığında olan 45 kv.m torpaq sahəsinə mülkiyyət hüququ tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbində dair iddiası ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)3971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iş üzrə İddiaçı üçüncü şəxs qismində cəlb məhkəmə icraatı zəruri cəlb edilməsi qərara alınmışdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 şikayətində qeyd edir ki, cavabdehlər xx.xx.2023-cü il tarixində məhkəmə iclasında sonradan dəqiqləşmə verərək iddiaçının çıxarışını mübahisələndirmələrini bildirsələr də, belə bir dəqiqləşmə verilməmiş verilsə belə dəqiqləşmənin icraata götürülməsi ilə bağlı məsələyə baxılmamışdır. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə razılaşmır. Belə ki, İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş materiallarına əlavə edilmiş hazırkı iş üzrə cavabdehlərin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı dəqiqləşdirmə barədə iddia ərizələrindən görünür ki, onlar ayrı ayrılıqda cavabdeh Azərbaycan Respublikası Əmək Məsələləri üzrə Dövlət Komitəsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən tikiliyə mülkiyyət hüququnun tanınması barədə iddia qaldırmış hazırda inzibati iş məhkəmənin icraatındadır, sonradan məlum olmuşdur ki, İddiaçıda onların istifadələrində olan tikiliylə bağlı çıxarışı vardır və iddiaçılar həmin çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edirlər. Göründüyü kimi İddiaçı adına verilmiş çıxarış mübahisələndirilir və hazırda həmin iddia ərizəsi məhkəmənin icraatındadır. Gələcəkdə əgər İddiaçı adına verilmiş çıxarışın ləğvi barədə iddia ərizəsi qeyri-mümkün olarsa, onda icraatın dayandırılması üçün əsaslar aradan qalxmış olur və bu halda məhkəmə iş üzrə icraatı təzəliyərək işin mahiyyəti üzrə baxılmasını davam etdirəcəkdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən iddia tələbinin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh6 üzərinə İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehlər tərəfindən boşaldılaraq, cavabdehlərin hesabına sökülməsi, iddiaçının Masallı şəhəri 20 yanvar küçəsinə (yola) çıxışına yaradılmış hərəkətlərin (maneələrin) cavabdehlərə qadağan edilməsi” barədə iddia tələbinə dair mülki işə əhəmiyyətli təsiri var. Belə olan halda iddiaçılar Cavabdeh1, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh6 cavabdeh Azərbaycan Respublikası Əmək Məsələləri üzrə Dövlət Komitəsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə mülkiyyət hüququ tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyin təmin edilməsi, həmçinin İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi tələbinin məhkəmənin icraatında olduğu halda, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh6 üzərinə İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehlər tərəfindən boşaldılaraq, cavabdehlərin hesabına sökülməsi, iddiaçının Masallı şəhəri 20 yanvar küçəsinə (yola) çıxışına yaradılmış hərəkətlərin (maneələrin) cavabdehlərə qadağan edilməsi” tələbi üzrə iddiaya baxılması, mülki iş üzrə məhkəmə araşdırmasını mahiyyətinin itirilməsinə səbəb olacaqdır. Yuxarıda qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh6 qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə icraat, iddiaçılar Cavabdeh1, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh6 cavabdeh Azərbaycan Respublikası Əmək Məsələləri üzrə Dövlət Komitəsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə mülkiyyət hüququ tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyin təmin edilməsi, həmçinin İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi tələbinin məhkəmənin icraatında olduğu halda, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh6 üzərinə İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehlər tərəfindən boşaldılaraq, cavabdehlərin hesabına sökülməsi, iddiaçının Masallı şəhəri 20 yanvar küçəsinə (yola) çıxışına yaradılmış hərəkətlərin (maneələrin) cavabdehlərə qadağan edilməsi” tələbinin, inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(050)271/2023 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(050)271/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(050)271/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar