Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1896/2025 07.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi nümayəndə1, Cavabdeh və nümayəndəsi vəkil Vəkil iştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən Şirvan şəhər Bələdiyyəsi verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi idarəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şirvan şəhəri Xəqani küçəsi *** saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin hüquq sahibi Cavabdehdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi idarəsindən əldə edilmiş sənədlərə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh adına ##.##.2023-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Şirvan Bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2024-cü il tarixli **/*** saylı məktubun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən və ev tikintisi üçün sənədləşdirilməsi nəzərdə tutulan 3 (üç) sot torpaq sahəsi ilə bağlı ərizəniz ##.##.2024-cü il tarixdə **/** saylı qeydiyyata alınmışdır. ##.##.2024-cü il tarixli məktubun surətindən görünür ki, Şirvan Bələdiyyəsi tərəfindən Cavabdeh qanunsuz tikinti işləri apardığı bildirilmiş və o, Şirvan Bələdiyyəsinə dəvət olunmuşdur. ##.##.2024-cü il tarixli müayinə aktından görünür ki, İddiaçı TTT şöbəsinin müdiri M.M.Məmmədov, həmin şöbənin mühəndisi D.N.Mehdiyev hüquqşünas nümayəndə1, ərazi üzrə vergi müfəttişəri S.H.Bəkirov, A.H.İmanov, Ə.Ə.Nəsirov tərtib edilmiş aktdan görünür ki, həqiqətən də ## ###### 2024-cü il tarixində saat 10.30-11.00 radələrində İddiaçı mülkiyyətində olan Şirvan şəhəri Xəqanı küçəsi *** saylı ünvanda şəhər sakini T.İsmayılov küçəsi ev 13 mənzil 27-də qeydiyyatda olan Cavabdeh xüsusi mülkiyyətində olan, fərdi ev tikintisi üçün nəzərdə tutulan 0,06 ha torpaq sahəsi əlavə olaraq sözügedən ünvanda Bələdiyyənin mülkiyyətinə aid 0,0292 ha (292 kv.m.) torpaq sahəsinə yerində baxış keçirmək məqsədi ilə orada olmuşlar. Əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq Bələdiyyə mülkiyyətinə aid 292 kv.m. zəbt sahəsinə baxış keçirmək və lazımi qaydada rəsmiləşdirmək üçün Cavabdeh tərəfindən şərait yaradılmadı, qapı kilidlə bağlanmış halda idi, qapının uzun müddət döyülməsinə baxmayaraq qapı açılmadı. Odur ki, aktın doğruluğunu təsdiq etmək üçün imza etmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi idarəsinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsində olan 06 ha torpaq sahəsinin 0.0417 ha hissəsi ona verilmiş olan ##.##.2023cü il tarixli B****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində, 0.0183 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Şirvan şəhəri Xəqani küçəsi *** saylı ünvanda Cavabdeh tərəfindən inşa edilmiş 127.0 kv.m. fərdi yaşayış evinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. 3. Yuxarıda göstərilən torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Şirvan şəhəri Xəqani küçəsi *** saylı ünvanda yerləşən Cavabdeh tərəfindən inşa edilən tikilinin yerləşdiyi torpaq sahəsi Şirvan bələdiyyəsinin mülkiyyətində olan torpaqlara məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2025-ci il tarixli **/**** №-li ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Cavabdeh faktiki istifadəsində olan 06 ha torpaq sahəsinin 0.0417 ha hissəsinin ona verilmiş olan ##.##.2023cü il tarixli B****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində, 0.0183 ha hissəsinin isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Şirvan şəhəri Xəqani küçəsi *** saylı ünvanda Cavabdeh tərəfindən inşa edilmiş 127.0 kv.m fərdi yaşayış evinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Şirvan şəhəri Xəqani küçəsi *** saylı ünvanda yerləşən Cavabdeh tərəfindən inşa edilən tikilinin yerləşdiyi torpaq sahəsinin Şirvan bələdiyyəsinin mülkiyyətində olan torpaqlara məxsus olduğu müəyyən edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2024-cü il tarixli qərarda göstərilmiş araşdırma zamanı izahatı alınmış X1 izahatından görünür ki, Şirvan şəhərində ev tikintisi ilə məşğul olur. Belə ki, fərdi qaydada ona müraciət edən şəxslərə ev tikdikdən sonra həmin şəxslər tikmiş olduğu evin pulunu verirlər. 2023-cü ilin əvvəllərində Şirvan şəhər sakini Faiq İsmayılov ona ev tikməsi ilə əlaqədar müraciət etmiş, o, Faiqlə razılaşmış və ondan torpaq sahəsinin olub-olmadığını soruşmuşdur. Faiq də torpağının olmadığını və torpaq almaq istədiyini demişdir. O, Faiqə satılıq torpaq sahəsi olduğunu və əgər istəyərsə həmin torpaq sahəsini aldıqdan sonra ona həmin yerdə ev tikə biləcəyimi demiş, Faiqə göstərmiş olduğu torpaq sahəsi 9 sot olmuşdur. Faiqə həmin torpaq sahəsinin 5 sotunda ona, 4 sotunda isə Qızbəs Fərəcova ev tikəcəyini demiş, Faiqdən əvvəl Qızbəs ilə razılaşmış, Faiqlə razılaşması əsasən 5 sotun daxilində Faiqə 3 otaqlı, 1 mərtəbəli ev tikməli imiş. 5 sot torpaq da daxil olmaqla ev tikməyinə görə Faiq ona 55000 manat pul verməli olduğunu bildirmişdir. Lakin Faiq ona 40000 manat pulu olduğunu və qalan 15000 manat pulu isə evi tikib qurtardıqdan aybaay verəcəyini demiş, o, Faiqlə razılaşmış, razılaşmadan sonra Faiq və torpağın sahibi birlikdə Şirvan şəhərində yerləşən 2otariat kontoruna getmiş, orada məlum olmuşdur ki, torpaq sahibinin torpağa dair çıxarışında yalnız 6 sot torpaq sahəsinin çıxarışı mövcuddur. Torpaq sahibi 6 sot torpaq sahəsini Faiqin adına keçirdikdən sonra Faiq ona 20000 manat pul vermiş, danışığa əsasən Faiq onun adına keçirilmiş 6 sot torpaqdan 1 sotunu Qızbəsin adına keçirməli olmuşdur. Qizbəsin qalan 3 sot torpaq sahəsi isə sənədlər düzəldikdən sonra Qızbəsin adına rəsmiləşdiriləcəyini bildirmişdir. O, Faiqdən götürmüş olduğu 20000 manat pulun hamısını torpaq sahibinə vermiş, Faiqlə aralarında olan razılaşmaya əsasən Faiq ona hissə-hissə ev tikməyi üçün əlavə 20000 manat pul vermişdir. Sonra o, evi tam olaraq hazır vəziyyətdə tikib 2023-cü ilin noyabr ayında Faiqə təhvil vermiş, Faiqin evini tikdiyi vaxtda paralel olaraq Qızbəsin də evini tikmişdir. Halhazırda 6 Qızbəsin evi yarımçıqdır. Qızbəsin evini tikdiyi müddətdə Faiqə 1 sot torpaq sahəsini Qızbəsin adına keçirməsini demiş, Faiq isə həmin 1 sot torpaq sahəsinin və əlavə Qızbəsin evinin yerləşdiyi evin və torpaq sahəsinin də özünə məxsus olduğunu söyləmişdir. Faiq onun Qızbəsə tikdiyi evin tamamlanmasına icazə vermədiyini, bununla yanaşı Faiq Qızbəsə tikdiyi evi və həmin evin yerləşdiyi torpaq sahəsini öz torpaq sahəsinin hüdudlarına salmaqla ərazini hasarladığını, Qızbəsin evində tikintini davam etdirmək istəyən zaman Faiq onu ölümlə hədələdiyini və işi görməyə imkan vermədiyini bildirmişdir. Bundan əlavə, Faiqə tikdiyi evin qalmış olan 13000 manat pul borcunu verməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2024-cü il tarixli qərarda göstərilmiş araşdırma zamanı izahatı alınmış İsmayılov Faiq Tahir oğlu göstərmişdir ki, Cavabdeh onun qohumudur. Anaqız ona ## ######## 2023-cü il tarixdə mülki etibarnamə vermişdir. Həmin mülki etibarnamə əsasında ünvan 3 ünvanında 0,06 hektar torpaq sahəsi almışdır. X1 tanıyır. Onunla aralarında olan münasibətlər normal olmuşdur. 2023-cü ilin yay aylarında almaq üçün torpaq sahəsi axtarmış, ünvan 3 ünvanında yerləşən torpaq sahəsini bəyəndikdən sonra Anaqıza onun adına torpaq sahəsi alacağını demişdir. Anaqız da onun razılaşmışdır. Həmin ərəfədə tanış olduğu Xalidə ona qeyd edilən torpaq sahəsini ucuz qiymətə onun üçün ala biləcəyini demiş, o, Xalidə ilə razılaşmış, 6 sot torpaq sahəsini Xalidənin vasitəsi ilə aldıqdan sonra Xalidədən torpaq sahəsini harada olduğunu soruşmuşdur. Sonra Xalidə ona torpaq sahənin yerləşdiyi yeri göstərmiş, bundan sonra Xalidəyə onun üçün ev tikməsini xahiş etmiş, Xalidə onunla razılaşmışdır. Razılaşmaya asasən Xalidə onun üçün qeyd edilən torpaq sahəsində ev tikməli, evi tikməyi müqabilində ona 53000 manat pul verməli olmuşdur. Bundan sonra Xalidə özünün ona bildirdiyi torpaq sahəsində ev tikməyə başlamış, ev tikilən ərəfədə Xalidəyə ümumilikdə 42000 manat pul vermişdir. Evin hasarı da Xalidə tərəfindən çəkilmişdir. Evin üzəri bağlandıqdan sonra Xalidənin onun üçün tikdiyi evin düzgün yerdə tikilmədiyini və əslində evinin müəyyən hissəsinin bələdiyyə torpağında olmasını öyrənmişdir. Bu barədə Xalidəyə dedikdən sonra Xalidə ilə aralarında mübahisə yaranmış, bundan sonra Xalidə evin tikintisini dayandırmış, bu səbəbdən Xalidəyə qalan pulu ödəməmiş və evin sonrakı təmir işlərini özü həyata keçirmişdir. Belə ki, evin pəncərələrini, qapılarını və digər təmir işlərini görmüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında adıçəkilən qərarda göstərilmiş araşdırmaya əlavə videodiskdən görünür ki, təqdim edilən torpaq sahəsi ünvan 3 ünvanda yerləşir və ümumilikdə 901.5 kv.m.-dən ibarətdir. Həmin torpaq sahəsinin 0.06 ha hissəsi ##.##.2023cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən vətəndaş Cavabdeh mülkiyyətində, 301.5 kv.m. hissəsi isə zəbt sahəsi olmaqla Şirvan Bələdiyyəsinin mülkiyyətindədir. Torpaq sahəsi üzərində inşası başa çatdırılmış 1 ədəd fərdi yaşayış evi və inşası yarımçıq olan 1 ədəd fərdi yaşayış evi vardır. İnşası başa çatmış fərdi yaşayış evinin tikintialtı sahəsi 117.9 kv.m. təşkil edir. Həmin tikilinin 11.2 kv.m. hissəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində, 106.7 kv.m hissəsi isə zəbt olunmuş torpaq sahəsi üzərində yerləşir. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yarımçıq vəziyyətdə olan fərdi yaşayış evinin tikintialtı sahəsi isə 95.2 kv.m. təşkil edir. Yarımçıq tikilinin 44.5 kv.m. hissəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində, 50.7 kv.m. hissəsi isə zəbt olunmuş torpaq sahəsi üzərində yerləşir. Yarımçıq tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ərazi İdarəsinin arxivində və Milli qeydiyyat Sistemində Şirvan şəhəri Xəqani küçəsi 532 ünvanda yerləşən Cavabdeh mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin özgəninkiləşməsinə dair məlumat aşkarlanmamışdır. Həmçinin sorğuda göstərilən şəxslərin, yəni İsmayılov Faiq Tahir oğlunun və X4 adlarına araşdırılan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquq qeydə alınmamışdır. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: Şirvan şəhər Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şirvan şəhəri Xəqani küçəsində *** saylı yerləşən torpaq sahəsində qanunsuz tutulmuş 0,0292 ha torpaq sahəsinin İddiaçı ehtiyat torpaq fonduna qaytarılması və orada inşa edilmiş tikililərin sökülməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri Xəqani küçəsi *** saylı ünvanda yerləşən torpaq sahəsi şəhər sakini Cavabdeh tərəfindən heç bir sənədləşdirilmə aparılmadan, qanunsuz zəbt olunmuş və hasarlama işləri aparılmışdır. Dəfələrlə həm şifahi, həm də yazılı İddiaçı tərəfindən xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh könüllü surətdə sözügedən 0,0292 ha torpaq sahəsini geri qaytarmaq istəmir. Öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarına dair məsələni məhkəmədənkənar qaydada həll etmək üçün Cavabdeh Şirvan şəhər Bələdiyyəsinə ##.##.2024-cü il tarixində **/*** saylı rəsmi məktubla dəvət etsələr də, o məktubu alıb imza etmiş, lakin mübahisənin həll olunması zərurəti yarandığından məhkəməyə müraciət etmişlər. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Şirvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun iddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsalsandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı ##.##.2025-cü il tarixli vahid məhkəmə təcrübəsini müəyyən edən qərarında Mülki Məcəllənin 172.3-cü maddəsi ilə bağlı nəzərdə tutulmuş mövqeyə əsasən müəyyən olunur ki, bu normada qonşu torpaq sahəsinin sərhədlərinin qərəzsiz şəkildə pozulması ilə tikinti aparıldıqda buna dərhal etiraz etməyən torpaq mülkiyyətçinin həmin pozuntuya dözmək, pozuntuya yol vermiş mülkiyyətçinin isə müvafiq pul kompensasiyası ödəmək öhdəlikləri nəzərdə tutulmuşdur. Normanın zidd mənasından isə aydın olur ki, inşaat zamanı qonşu sahənin sərhədləri qərəzli şəkildə pozularsa (yəni tikinti aparan şəxs sərhəddi pozduğunu bilirsə və ya bilməlidirsə), yaxud müdaxiləyə məruz qalmış torpaq mülkiyyətçisi pozuntuya dərhal etiraz edərsə, tikilinin sökülməsini, hətta sözügedən pozuntu delikt təşkil etdiyi üçün zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Etirazın hansı müddətdə edilməli olması qanunda dəqiq göstərilməsə də, həmin etirazın müdaxilə aşkar edilən kimi (dərhal) bildirilməsi əsas götürülməlidir. Həmçinin torpaq sahəsinin sərhədləri mülkiyyət hüququna dair sənədlərdə əks olunur. Hər bir mülkiyyətçi yalnız özünün mülkiyyətində olan torpaq sahəsində qazıntı və tikinti işləri görə bilər. MM-in 172.3-cü maddəsinin məzmunundan göründüyü kimi qanunvericilik qonşu torpaq sahəsinin sərhədlərinin pozulmasının iki halını fərqləndirir: qərəzli və qərəzsiz pozma. Qərəzli pozma o hallarda olur ki, şəxs qazıntı və tikinti işlərini qonşunun mülkiyyətində olan torpaq sahəsində apardığını bilir və bilə-bilə buna yol verir. Bu halda o, mülkiyyətçinin tələbinə əsasən oranı boşaltmalı, zəbt etdiyi torpaq sahəsini sahibinə qaytarmalıdır. Torpaq sahəsinin sərhədlərinin qərəzsiz pozulması iki halı nəzərdə tutur: 1) pozuntu baş verdikdə mülkiyyətçi tərəfindən buna etiraz bildirilməsi, 2) etiraz bildirilməməsi. Torpaq sahəsinin sərhədləri pozulduqda pozuntu aşkar edilməzdən əvvəl və aşkar ediləndə mülkiyyətçi buna etiraz edərsə, pozuntuya yol verən şəxs həmin sahəni boşaltmalıdır. Torpaq sahəsinin mülkiyyətçisi torpaq sahəsinin sərhədlərinin pozulmasını bildikdə və buna etiraz etmədikdə o, sonralar buna dözməlidir. Bu halda başqasının torpaq sahəsində qazınti və tikinti işləri aparan şəxs mülkiyyət sahibinə torpaq sahəsindən istifadə etdiyi müddət üçün kompensasiya ödəməlidir. Mülki qanunvericilik təsbit edir ki, tikinti zamanı qonşunun (cavabdehin) sahənin sərhədlərini qərəzsiz pozması halında belə, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. İşin faktiki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Mübahisəli torpaq sahəsi isə Şirvan şəhər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, Cavabdeh faktiki istifadəsində olan 06 ha torpaq sahəsinin 0.0417 ha hissəsi ona verilmiş olan ##.##.2023- cü il tarixli, B****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində, 0.0183 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Lakin iş materiallarından həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh məxsus fərdi yaşayış evinin tikintisi artıq 2023-cü ilin noyabr ayında yekunlaşmışdır. Şirvan şəhər Bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2024-cü il tarixli **/*** saylı məktubdan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən və ev tikintisi üçün sənədləşdirilməsi nəzərdə tutulan 3 (üç) sot torpaq sahəsi ilə əlaqədar ərizə ##.##.2024-cü il tarixdə **/** saylı qeydiyyata alınmışdır. X5 ünvan 3 ünvanda Cavabdeh məxsus fərdi yaşayış evinin tikintisindən məlumatlı olsa da, uzun müddət ərzində buna heç bir etiraz bildirməmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən təklif edilmiş hər hansı kompensasiya məbləği ilə razılaşmamış, həmin torpaq sahəsinin başqa bir ailəyə verilməsinin nəzərdə tutulduğunu bildirsə də, bunu hər hansı sübutedici sənədlərlə təsdiq etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Şirvan şəhər Bələdiyyəsi qətnamədən apellyasiya şikayəti verərək onun tamamilə və ya qismən ləğv edilməsini birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Şirvan şəhər Bələdiyyəsinin təqdim etdiyi sübutları yalnız məhkəmə qətnaməsində sadalamaqla kifayətlənmiş, mülki işə yalnız cavabdeh tərəfindən yanaşılmış, birtərəfli Cavabdeh xeyrinə yanaşma nümayiş etdirmişdir. Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi tərəfindən istər məhkəmə baxışına təqdim edilmiş sənədlərdə mübahisəli özbaşına tutulmuş, zəbt edilmiş 0.0292 ha torpaq sahəsinin məhz bələdiyyə mülkiyyətində olduğu sənədlərlə sübut olunmuş, torpaq sahəsinin zəbt olunmasını və cavabdehin Şirvan şəhəri Xəqani küçəsi *** saylı ünvandakı 0,06 ha torpaq sahəsini notariat qaydasında alğı-satqı (4ə-542, ##.##.2023ci il tarixli ) müqaviləsinin tələblərinə uyğun şəkildə alması barədə məhkəmə araşdırması aparmamış və qanunsuz qətnamə çıxarmaqla işini bitmiş hesab etmişdir. Halbuki, Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi məhkəmə çıxışlarında qanunvericiliyin tələblərinə uyğun çıxış edərək bildirmişdir ki, cavabdehlə Notariat qaydasında alğı-satqı müqaviləsinin tələblərinə uyğun yerində ƏMDK tərəfindən yerində müayinə həyata keçirilib, koordinatları yerində göstərilib, lakin Cavabdeh bunları bilə-bilə Şirvan şəhər Bələdiyyəsini fakt qarşısında qoyub Bələdiyyə mülkiyyətində olan əlavə torpaq sahəsini zəbt edərək yaşayış evi, hasarlanma işləri aparmış, məhkəmə bu işlərin özbaşına aparılmasına hüquq qiymət verməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyinin hüquqi nəticəsini nəzərə almamışdır. Həmin mütəxəssis rəyində Şirvan şəhəri Bələdiyyəsi mülkiyyətində olan 0.0183 ha torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olması qeyd olunur, o cümlədən torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evinin inşa edilməsi birmənalı qeyd olunur. Lakin Şirvan Şəhər Məhkəməsi mütəxəssis rəyini nəzərə almamışdır. Məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etməklə Şirvan şəhər Bələdiyyəsini bu hüquqdan məhrum edərək presedent halı yaratmışdır. Sözügedən qətnamədə Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı vahid məhkəmə təcrübəsini müəyyən edən qərarına istinad edərək bildirilir ki, qonşu torpaq sahəsinin sərhədlərinin qərəzsiz şəkildə pozulması ilə tikinti aparıldıqda buna dərhal etiraz etməyən torpaq mülkiyyətçisinin həmin pozuntuya dözmək, pozuntuya yol vermiş mülkiyyətçisinin isə müvafiq pul kompensasiyası ödəmək öhdəlikləri nəzərdə tutulmuşdur. Halbuki, müvafiq qanunvericiliyin tələbinə görə Cavabdeh, Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi, 4-ə-542, ##.##.2023-cü il tarixində aldığı 0.06 ha torpaq sahəsinin ##.##.2023–cü il tarixdə verilmiş Şirvan şəhəri Xəqani küçəsi *** saylı ünvana dair Torpaq sahəsinin planı və ölçüsü (B№ ******) sənədində sözügedən müvafiq torpaq sahəsinin konkret sərhədləri və 4 (dörd) döngə nöqtəsi və məsafəsi göstərilməklə torpaq sahəsi ona yerində təhkim edilmişdir. Lakin Cavabdeh Gülyan qızı tikinti işlərini ona müvafiq koordinatlarla təhkim edilmiş torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun və icazəli şəkildə deyil, qərəzli şəkildə Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətinə aid edilən torpaq sahəsini zəbt edib, orada qanunsuz və əsassız olaraq, özgəsinin mülkiyyətində olan torpaq sahəsində ev tikintisi və hasarlama işləri aparmışdır. Bu qərəzli şəkildə Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində özbaşına olaraq, heç bir dövlət orqanından icazə və müvafiq sənədləşdirmə işləri aparmadan əlavə torpaq sahəsini zəbt etmiş, orada qeyri-qanuni, Memarlıq və Tikinti şöbəsinin icazə almadan və xəbərdarlıq etmədən ev tikintisi və hasarlama işləri aparmışdır. Şirvan Şəhər Məhkəməsi belə qərəzli şəkildə Bələdiyyə mülkiyyətində aparılmış tikinti işlərinə sözgedən qətnamə ilə haqq qazandırmış və presedent halı yaratmışdır T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ: Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin yaşadığı ünvana 3-4 dəfə baxış keçirilməsi üçün cəhd edilmiş, lakin şərait yaradılmamış və qapı açılmamışdır. Bu hal cavabdehin bələdiyyə nümayəndələrinin gəliş məqsədindən məlumatlı olmasını göstərir. Mübahisəli tikilinin sökülməsinə razılıq əldə olunmazsa, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, 2023-cü ilin sonu 2024-cü ilin əvvəllərində torpaq sahəsinin bir hissəsinin bələdiyyəyə məxsus olduğunu öyrənmişdir. 3-4 nəfər bələdiyyə əməkdaşları gəlib torpaq sahəsinə baxış keçirmiş və ölçü işləri aparmışdır. 2023-cü ilin sonlarında evi tikmiş və həmin vaxtdan orada yaşayır. Bələdiyyəyə məxsus torpaq olması barədə 2024-cü ildən sonra məlumat əldə etmiş, bundan sonra həmin hissənin alınması üçün müraciət etmişlər. Bu zaman da bələdiyyə əməkdaşları gəlib ölçü işləri aparmışlar. Hal-hazırda 2023-cü ilin sonundan etibarən qardaşı qızı ilə birlikdə həmin evdə yaşayır. Evin tikintisi 2024-cü ildən sonra tam başa çatmışdır. Tikinti zamanı torpağın bələdiyyəyə məxsus olması barədə məlumatı olmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi vəkil Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, bələdiyyə torpaq öz sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu iddia etsə də, iddia ərizəsi yalnız 2 il sonra qaldırılmışdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə görə hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına görə (* saylı Protokol) hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Maddə 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 188.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, şəxsin özünə mənsub olmayan materialların emalı yolu ilə hazırladığı yeni daşınar əmlaka mülkiyyət hüququnu materialların mülkiyyətçisi əldə edir. Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli dərəcədə yüksək olduqda, yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət edərək, materialları özü üçün emal etmiş şəxs əldə edir. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 250.1. Torpaq sahəsi elə yüklü ola bilər ki, onun üstündə və ya altındakı binaya malik olmaq hüququ - özgəninkiləşdirilən və vərəsəlik üzrə keçən hüquq xeyrinə yükləmə aparılan şəxsə mənsub olar. Tikintiyə vərəsəlik hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi hazırkı mülki iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə tərkibi həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 218, 372, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1896/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1896/2025
07.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver