Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1916/2024 05.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(041)-1455/2024 saylı qətnaməsindən Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 mülkiyyət hüququ ilə İddiaçı məxsus Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 286.60 kv.m. olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmənin hazırlıq iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 mülkiyyət hüququ ilə İddiaçı məxsus Kürdəmir rayonunun Atakişili kəndində yerləşən 286.60 kv.m. olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(041)-1455/2024 saylı qətnaməsi (hakim R.Mehdiyev) ilə iddia təmin edilmiş, Cavabdeh azyaşlı övladları xx.xx.2016cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən 286.60 kv.m. olan fərdi yaşayış evindən çıxarılması və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) Kürdəmir Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(041)-1455/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2024cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və imtinanın qəbul edilməsini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etirazının olmadığını qeyd etmişdir. O, xitamın əsaslarının ona aydın olduğunu, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi hesab edir ki, ərizə təmin edilməli və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Məhkəmə tərkibi hazırkı işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası həqiqi iradə ifadəsidir. Buna görə də, onun apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Habelə iş materiallarında olan xx.xx.2024-cü il tarixli 322 saylı telefonoqramdan müəyyən edilir ki, Cavabdeh istifadəsində olan mobil telefonla əlaqə saxlanılmış, ona apellyasiya şikayətindən imtinanın apellyasiya icraatına xitam verilməsinə səbəb olacağı və bunun doğuracağı hüquqi nəticələr ona izah edilmişdir. Cavabdeh isə apellyasiya şikayətindən imtina etdiyini qeyd edərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmiş, eyni zamanda, apellyasiya şikayəti üzrə icraata xitamın doğuracağı hüquqi nəticələrin ona aydın olmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, ərizə təmin edilməli və Kürdəmir Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(041)-1455/2024 saylı qətnaməsindən Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına Cavabdeh apellyasiya şikayətinə münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384.0.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(041)-1455/2024 saylı qətnaməsindən Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına Cavabdeh apellyasiya şikayətinə münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1916/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1916/2024
05.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver