Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1920/2025 22.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Meşələrin İnkişafı Xidmətinin 1 saylı X1rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: əmrin ləğvi, işə bərpa. Şirvan şəhəri, 22 yanvar 2026-cı il X15 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X8 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Meşələrin İnkişafı Xidmətinin 1 saylı X1rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin (hakim: A.Pənahov) 21 oktyabr 2025-ci il tarixli, 2(049)-2802/2025 saylı qətnaməsindən cavabdeh Meşələrin İnkişafı Xidmətinin 1 saylı X8 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh Lənkəran 1 saylı X9 Mərkəzinin 13 may 2025-ci il tarixli, 097/k saylı əmrinin ləğv edilməsi və onun yenidən işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1989-cu ildə Lənkəran rayonunun Bəleton kəndində doğulmuşdur. Ailə həyatı ilə əlaqədar olaraq Digah kəndinə köçmüşdür. Hazırda ailə üzvləri ilə birgə həmin kənddə yaşayır. Orta təhsillidir, 3 uşaq atasıdır. xx.xx.2023-cü ildən Lənkəran rayonu X8 Mərkəzinin Haftoni meşəbəyisinin 16 saylı meşə dolayında meşə gözətçisi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi bu dövr ərzində həmişə nümunəvi bir işçi kimi olmuşdur. Heç vaxt işi ilə əlaqədar heç bir nöqsan buraxmamışdır. İşinə həmişə vicdanla yanaşmış və məsuliyyət hiss etmişdir. Qoruduğu meşə dalayını öz şəxsi əmlakı kimi qorumuşdur. Buna baxmayaraq yaşadığı kənddə onunla düşmənçilik edib həmişə ona qarşı qərəzli əməllər törədən Məmmədov Vüqar onu işdən uzaqlaşdırmaq üçün rəhbərlik etdiyi meşə dolayına gecə yarısı gedərək orada 7 ədəd cavan ağac kəsmiş və onları orada saxlamışdır. X5 və Meşə Təsərrüfatı İdarəsinə xəbər verərək, nümayəndələrlə birlikdə özü gedib kəsilmiş ağacları onlara göstərmişdir. Çox maraqlı məntiqdir. Bu şəxs, yəni Məmmədov Vüqar haradan bilir ki, meşənin hansı hissəsində ağac kəsilib? O, meşə təsərrüftaı işçisi deyil, ekologiya idarəsinin nümayəndəsi deyil, meşəni tanımadığı halda o, haradan bilir ki, meşədə həmin yerdə ağac kəsilib. Demək həmin ağacları kəsən Məmmədov Vüqardır. Onu işdən uzaqlaşdırmaq üçün, yəni işdən çıxartdırmaq üçün bu xoşağəlməz əməli törətmişdir. O, bu barədə işlədiyi idarəyə deməsinə baxmyaraq onu heç kim eşitməmişdir. İdarədə onu dilə tutaraq məcbur etmişlər ki, işdən azad olunması barədə ərizə yazsın. O, da məcbur olub işdən azad olunması barədə ərizə yazmışdır. Meşə təsərrüfatı idarəsi onu qanunsuz olaraq 13 may 2025-ci il tarixli 097/k nömrəli əmrlə işinə xitam vermişdir. Məlumat üçün bildirir ki, 3 uşaq atasıdır, uşaqlarından 2-si məktəblidir, bir övladı hələ körpədir. Böyük qızının 12 yaşı var. O, ağır dərəcəli talassemiya xəstəsidir. X14 Bakı şəhərində yerləşən Hematalogiya və Transfizalogiya xəstəsanasında qeydiyyatda olan talassemiya xəstəsidir. Ona 1-ci qrup əlillik müəyyən edilmişdir. Səndlər Tibbi Sosial Ekspertiza mərkəzindədir. Yaxın vaxtlarda onlara veriləcək. Ona 5 nəfərlik ailəni və bir ağır dərəcəli xəstəsini saxlamaq və onları yaşatmaq çox ağır gəlir. O, işlədiyi idarədə xahiş etmişdir ki, onun bu kəsilmiş ağaclardan xəbəri yoxdur, o, bu işdə günahsız adamdır. Onun günahı olmadığından işdən azad etməsinlər. 1-ci qrup əlil talasemiyya xəstəsi olan balası var. Onlar isə dediklərinə məhəl qoymamışlar, ərizə yazmağa məcbur etmişlər və işinə xitam vermişlər. O, bu barədə X12 Xidmətinin Lənkəran -Astara Regional şöbəsinə ərizə ilə müraciət etmişdir. Uşağının xəstəliyi ilə əlaqədar Bakıya xəstəxanaya getdiyi üçün Əmək müfəttişliyinə gedə bilməmişdir. Bu barədə Mediasiva Şurasına müraciət etmişdir. Orada da iş özünün müsbət həllini tapa bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 235.1-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli inzibati qərar onun şikayəti əsasında ləğv edilmiş və icraata xitam verilmişdir. Hazırki mübahisə ilə əlaqadar mediasiya arayışı ona mediasiya təşkilatı tərəfindən 05 iyul 2025-ci il tarixdə təqdim edilmişdir, o, da iddia ərizəsini 07 iyul 2025-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərmişdir. İşə bərpa olunmasına köməklik göstərilməsi ilə əlaqədar ilk öncə idarənin rəis müavininə şifahi qaydada müraciət etmiş, o, isə ona müsbət cavab vermədiyindən məcbur olub X7 ərizə ilə müraciət etmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə cavabdeh Meşələrin İnkişafı Xidmətinin 1 saylı X8 Mərkəzinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında qeyd etmişdir ki, İddiaçı X2 16 sayh meşə dolay gözətçisi vəzifəsində işləmişdir. O, 13 may 2025ci il tarixdə həmin gün işdən azad edilməsi barədə rəhbərliyə ərizə ilə müraciət etmişdir. Mərkəzin direktoru əvəzi Habil Əliyevin 13 may 2025-ci il tarixli əmri ilə həmin tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı azad edildiyi vəzifəyə hələ heç kəs təyin edilməmişdir, həmin vəzifənin icrası müvəqqəti olaraq başqa şəxsə həvalə edilmişdir. İddiaçı sonradan X6 Lənkəran-Astara Regional şöbəsinə işə bərpa edilməsinə köməklik göstərilməsi ilə əlaqadar müraciət etmişdir. İddiaçı tam olaraq qanuni əsaslarla işdən azad edildiyindən onun iddiası əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(049)-2802/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı dövlət qulluğundan azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam veriməsinə dair Meşələrin İnkişafı Xidmətinin 1 saylı X8 Mərkəzinin 3-29-35/3-1-73K/2024 nömrəli 13 fevral 2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Meşələrin İnkişafı Xidmətinin 1 saylı X8 Mərkəzinin Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə bərpa olunması, İddiaçı 14 fevral 2024-cü il tarixdən işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Meşələrin İnkişafı Xidmətinin 1 saylı X8 Mərkəzi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının övladlarından biri – 12 yaşlı X14 ağır dərəcəli talassemiya xəstəsidir. Mərkəzə etdiyi xx.xx.2025-ci il tarixdən ailə vəziyyəti ilə əlaqadar tutduğu vəzifədən azad edilməsini göstərilmiş və həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Mərkəz tərəfindən xitam proseduru Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş və iddiaçıya qarşı heç bir müdaxilə, məcburiyyət və ya təzyiq olmamışdır. İddiaçı tərəfindən işə yenidən bərpa olunması ilə bağlı Mərkəzə heç-bir şifahi və ya rəsmi müraciəti daxil olmamışdır. Məhkəmə, xx.xx.2025-ci il tarixdə iddiaçının 16 gün sonra X7 müraciət etməsini, ona təzyiq olması kimi qiymətləndirmişdir. İddiaçının əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı X10 Xidməti Lənkəran– Astara regional şöbəsi tərəfindən bununla bağlı sübutların təqdim olunması məktubda qeyd edilmişdir. İddiaçı heç bir sübut təqdim etməmişdir. Məhkəmə, tərəfin qeyd etdiyi faktları təsdiqləyən hər hansı bir sübut olmadan qeyri-obyektiv, ancaq öz şəxsi mülahizələrinə əsaslanaraq qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verərək şikayətlərinin təmin edilməsini xahış etmişdir. Bildirmişdir ki, iddiaçı özü könüllü olaraq ərizə yazıb işdən çıxıb. Ərizəsində işdən çıxdığı tarixi də göstərib. Buna görə də iddiaçı xəbərdarlıq müddəti gözlənilmədən işdən çıxarılıb. Xidmətin işdən çıxarılma ilə bağlı verdiyi əmr əmək qanunvericiliyinin tələbinə uyğun olmaqla heç bir hüquq pozuntusuna yol verilməyib. Təsadüfi deyil ki, Əmək Müfəttişliyi də araşdırma zamanı onların fəaliyyətində heç bir qüsur aşkar etməyibdir. İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini xahiş etmişdir. Qeyd etmişdir ki, 3 ildir ki, Meşə Xidmətində gözətçi işləmiş, bu müddət ərzində fəaliyyətində qüsur aşkar edilməmiş, barəsində hər hansı tənbeh tədbiri tətbiq edilməmişdir. Həmçinin qeyd etmişdir ki, onu ərizə yazmağa məcbur etmişlər. Ərzizə onun tərəfindən yazılmasa da ərizə ona oxunduqdan sonra onun tərəfindən imzalanmışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayəti verərək şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; ... əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi.
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; Maddə 11. İşəgötürənin əsas hüquqları. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a. bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b. bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a. əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b. bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c. əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddət bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər.
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsаsən, məhkəmə sübutlаrа оbyеktiv, qərəzsiz, hərtərəfli və tаm bахdıqdаn sоnrа həmin sübutlаrа tətbiq еdilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət vеrir. Hеç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən еdilmiş qüvvəsi yохdur. 106.1-ci mаddəsinə əsаsən, işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam və düzgün araşdırmamış, toplanmış sübutlara və tətbiq edilməli olan maddi hüquq normalarına düzgün hüquqi qiymət verməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə iddia tələbi isə təmin edilməyərək rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Meşələrin İnkişafı Xidmətinin 1 saylı X8 Mərkəzinin 060/K nömrəli 24 fevral 2023-cü il tarixli əmrin surətindən görünür ki, həmin əmrlə İddiaçı X2 16 saylı meşə dolayına 3( üç) ay sınaq müddətinə meşə gözətçisi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Meşələrin İnkişafı Xidmətinin 1 saylı X8 Mərkəzinin 097/K nömrəli 13 may 2025-ci il tarixli əmrin surətindən görünür ki, həmin əmrlə X2 16 saylı meşə dolay gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən 13 may 2025-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Meşələrin İnkişafı Xidmətinin 1 saylı X8 Mərkəzinin direktor əvəzinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, həmin ərizə ilə o, ailə vəziyyəti ilə əlaqadar 13 may 2025-ci il tarixdən daşıdığı vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, həmin kitabçanın 3-cü səhifəsində xx.xx.2025-ci il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 097/K saylı əmr barədə qeyd vardır. İş materiallarında olan Əmək kitabçalarına dair qeydiyyat kitabının təsdiqlənmiş çıxarışından görünür ki, əmək kitabçası İddiaçı ******* nömrəli əmək kitabçası xx.xx.2025ci il tarixdə təhvil verilmişdir. İş materiallarında olan Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00636 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası üçün ərizə ilə mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür iddia tələbi üzrə İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Lənkəran rayon Əmək Müfəttişliyinə ünvanlanmış ərizənin surətindən və poçt qəbzindən görünür ki, o, xx.xx.2025-ci il tarixdə işə bərpa olunmağına köməklik göstərilməsi barədə müraciət etmişdir. Məhkəmə sorğusu əsasında təqdim edilmiş X6 Lənkəran Astara regional şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Lənkəran rayonu Digah kəndində yaşayan İddiaçı Meşələrin İnkişafı Xidmətinin 1 saylı X8 Mərkəzinin Haftoni meşəbəyliyinin 16 saylı meşə dolayının meşə gözətçisi vəzifəsindən qanunsuz azad olunması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin ünvanına daxil olmuş müraciətinə Xidmətin Lənkəran-Astara regional şöbəsində baxılmış və şöbənin xx.xx.2025-ci il tarixli 3-17-5/1-1-56747/2025 nömrəli məktubu ilə ona rəsmi cavab verilmişdir. Vətəndaşa verilən cavab məktubunun və araşdırma zamanı toplanmış sənədlərin surəti məhkəməyə təqdim edilir. 1 saylı X8 Mərkəzindən X6 Lənkəran-Astara regional şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Sizin 02 iyun 2025-ci il tarixli 3-17- 5/2-50082/2025 saylı məktubunuza cavab olaraq bildiririk ki İddiaçı 1 saylı X11 Mərkəzinin Haftoni meşəbəyiliyinin 16 saylı meşə dolayına 24 fevral 2023-cü il tarixdə meşə gözətçisi vəzifəsinə qəbul edilmişdir. İddiaçı işdən azad olunması ilə bağlı 13 may 2025-ci ıl tarixində Mərkəzə muraciət etmişdir və onun ərizəsini nəzərə alaraq 13 may 2025-ci il tarixli 097/k saylı əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-c hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verimış və son haqqı hesabı ödənilmişdir.” Lənkəran Rayon Məhkəməsinin 3(049)-443/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla İddiaçı şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 235.1-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 235.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Göründüyü kimi iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının Mərkəzə etdiyi xx.xx.2025-ci il tarixdən ailə vəziyyəti ilə əlaqadar tutduğu vəzifədən azad edilməsini göstərilmiş və həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Mərkəz tərəfindən xitam proseduru Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş və iddiaçıya qarşı heç bir müdaxilə, məcburiyyət və ya təzyiq olmamışdır. İddiaçı tərəfindən işə yenidən bərpa olunması ilə bağlı Mərkəzə heç-bir şifahi və ya rəsmi müraciəti daxil olmamışdır. Xitam prosedurunun Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi və iddiaçının əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı X10 Xidməti Lənkəran–Astara regional şöbəsi tərəfindən bununla bağlı sübutların təqdim olunması ilə bağlı müraciətinə baxmayaraq iddiaçı heç bir sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, işçi işəgötürənə ünvanladığı xx.xx.2023-cü il tarixli yazılı ərizəsində əmək münasibətlərinə xitam verilməsini istədiyi tarixi (13 may 2025-ci il tarixdən) göstərmişdir. Əmək Məcəlləsinin 69.1-ci hissəsinə əsasən, işçi əmək müqaviləsinə xitam vermək niyyətində olduqda, bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı şəkildə xəbərdar etməlidir. Lakin qeyd olunan norma ümumi qayda olmaqla, işçinin ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günün göstərilməsi halında tətbiq edilmir. Belə ki, həmin maddənin təhlilindən, o cümlədən 69.3, 69.4 və 69.5-ci hissələrinin qarşılıqlı əlaqədə şərhindən aydın olur ki, işçi ərizəsində konkret xitam tarixini göstərdikdə, əmək müqaviləsinə məhz həmin tarixdə xitam verilməsi hüquqi cəhətdən mümkündür və bu halda işəgötürənin əlavə olaraq bir aylıq xəbərdarlıq müddətini gözləmək öhdəliyi yaranmır. Xüsusilə vurğulanmalıdır ki, Əmək Məcəlləsinin 69.5-ci hissəsində bir aylıq xəbərdarlıq müddətinin gözlənilməsinin zəruri olduğu hal yalnız işçinin ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi vəziyyətlərə şamil edilir. Hazırkı iş üzrə isə işçi ərizəsində xitam tarixini konkret olaraq -xx.xx.2025-ci il olaraq qeyd etdiyindən, göstərilən norma bu işə tətbiq edilə bilməz. Eyni zamanda, iş materiallarından görünür ki, işçi tərəfindən verilmiş ərizə könüllü iradə ifadəsi olmaqla, zor tətbiqi, təzyiq və ya iradənin ziddinə hərəkət halları müəyyən edilməmişdir. Bu isə Əmək Məcəlləsinin 69.7-ci hissəsində nəzərdə tutulan qadağaların mövcud olmadığını təsdiq edir. Beləliklə, işəgötürən işçinin yazılı ərizəsində göstərilən tarixə uyğun olaraq əmək müqaviləsinə xitam verməklə qanunvericiliyin tələblərinə riayət etmiş, bu səbəbdən işçinin işdən azad edilməsinin qanunsuz hesab edilməsi üçün hüquqi əsas mövcud olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-31795/2025 nömrəli cavab məktubundan görünür ki, X12 Xidməti tərəfindən iddiaçı ilə əlaqə saxlanılaraq, mövcud olduğu halda onun işdən azad olunmasına dair məcburedilmə ilə bağlı və s, sübutların təqdim edilməsi xahiş olunsa da, iddiaçı bu tələbi yerinə yetirməmiş, müraciətini əsaslandıran heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, X12 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq həyata keçirildiyi, işçiyə son haqq-hesabın tam şəkildə ödənildiyi və qanunvericiliyin tələblərinin pozulmadığı müəyyən edilmişdir. Beləliklə, səlahiyyətli dövlət orqanı tərəfindən aparılmış araşdırma zamanı iddiaçı tərəfindən hər hansı sübutun təqdim edilməməsi və işəgötürənin hərəkətlərinin qanunvericiliyə uyğun hesab edilməsi, iddia tələblərinin əsassız olduğunu bir daha təsdiq edir. Birinci instansiya məhkəməsi işçinin ərizəsində konkret xitam tarixinin göstərilməsi faktına və Əmək Məcəlləsinin 69-cu maddəsinin yuxarıda qeyd olunan normalarının hüquqi mahiyyətinə lazımi qiymət vermədən, işəgötürənin bir aylıq xəbərdarlıq müddətini gözləmək öhdəliyinin mövcudluğu barədə yanlış nəticəyə gəlmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi səbəbindən ləğv edilməli, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin qanuni olması nəzərə alınaraq iddia təmin edilmədən rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(049)-2802/2025 saylı qətnaməsi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Meşələrin İnkişafı Xidmətinin 1 saylı X1rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.