Məhkəmə qərarları › İş №2(106)-1922/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1922/2025

15.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1922/2025 15.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-3027/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrə ilə rəsmiləşdirilmiş çıxarışın, adına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) etibarsız hesab edilməsi və Lerik şəhəri, Həzi Aslanov küçəsi ev 7, ümumi sahəsi 66.3 kv.m. olan 14 nömrəli 3 otaqlı kommunal mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-3027/2025 saylı qətnаməsi ilə (hakim Anar Pənahov) iddia təmin edilməmiş, iddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-3027/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərkibinin iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi ölən şəxsin adı ilə iddia ərizəsini icraata qəbul etmiş, hal-hazırda Nadir Nəbiyevlə hər hansı bir problemi yoxdur. Həmin evi X2 Nəbiyevə hədiyyə etmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, bu ev Nəbiyev Nadirin mülkiyyətində olmuşdur. Həmin ev XDS-nin 1984-cü il tarixli protokoluna əsasən Nadir Nəbiyevin adına verilmişdir. XDS qərarı bugünkü gündə də qüvvədədir. Odur ki, həmin çıxarışa əsasən Cavabdeh1 həmin əmlakı bağışlama müqaviləsi əsasında atası Nəbiyev Nadirdən qəbul etmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-3027/2025 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi barədə iddia ərizəsi bаxılmаmış sаxlаnılmalıdır. Məhkəmə tərkibi iş materiallarına baxaraq hesab edir ki, birinci instansiya məhkəməsi tələbin qeyri-müəyyən olması səbəbi ilə iddianın baxılmamış saxlanılması məsələsini müzakirə etməli olduğu halda buna əməl etməmiş, beləliklə də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 149.2.3-cü mаddəsinə görə, iddiа ərizəsində digər məlumаtlаrlа yаnаşı, iddiаçının tələbi də göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci mаddəsində isə deyilir ki, ərizənin bu Məcəllənin 149-cu mаddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verilməsi ərizənin bаxılmаmış sаxlаnmаsı üçün əsаslаrdаn biridir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrə ilə rəsmiləşdirilmiş çıxarışın, adına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) etibarsız hesab edilməsi və Lerik şəhəri, Həzi Aslanov küçəsi ev 7, ümumi sahəsi 66.3 kv.m. olan 14 nömrəli 3 otaqlı kommunal mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, cavabdeh qismində Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsini qoymuşdur. İddia ərizəsinin nəticə hissəsindən və iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən irəli sürülmüş tələbin hüquqi predmeti və subyektiv tərkibi aydın müəyyən edilməmiş, iddia tələbinin konkret hansı cavabdehə qarşı yönəldildiyi, eləcə də etibarsız hesab edilməsi xahiş olunan hüquqmüəyyənedici sənədlərin növü, hüquqi mahiyyəti və həmin sənədlərlə cavabdehlər arasında hüquqi bağlılıq dəqiq göstərilməmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış X1 adına rəsmiləşdirildiyi halda, iddia cavabdeh qismində Cavabdeh1 qarşı irəli sürülmüş, nəticədə iddia tələbinin faktiki və hüquqi əsasları ilə cavabdeh subyekti arasında aşkar uyğunsuzluq yaranmışdır. Belə olаn təqdirdə məhkəmə tərkibi hesab edir ki, birinci instаnsiyа məhkəməsi iddia ərizəsini Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 259.0.12-ci mаddəsinə uyğun olаrаq bаxılmаmış sаxlаmаlı olduğu hаldа, işə mаhiyyəti üzrə bаxаrаq səhvən qətnаmə qəbul etməklə iddia tələbinin təmin edilməməsini qət etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 260.4-cü mаddəsinə əsаsən iddia tələbinin bаxılmаmış sаxlаnmаsı üçün səbəb olаn hallar аrаdаn qаldırıldıqdаn sonrа iddiaçı ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etməyə hаqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 3027/2025 saylı qətnаməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” barədə iddia ərizəsi bаxılmаmış sаxlаnılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402- 403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-3027/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” barədə iddia ərizəsi bаxılmаmış sаxlаnılsın. İddiaçı izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar