Məhkəmə qərarları › İş №2(106)-1933/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1933/2023

13.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1933/2023 13.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin *4 avqust 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun *4.0*.2023-cü il tarixində ölmüş mərhum bibisi X5 məxsus miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, *4.0*.2023-cü il tarixdə ölmüş X* doğma qardaşı oğludur. Mərhum bibisinin Beyləqan rayonunun İ Şahsevən kənd sakini X** ilə 03.09.*958-ci ildə birgə nikahlarından uşaqları olmamışdır. Bibisinin əri Gülalı Nəsirov xx.xx.2002-ci ildə öldüyü gündən onu ərizəçi himayəsində saxlamışdır. Mərhum bibisi yaşadığı müddət ərzində yeni ailə həyatı qurmadığı üçün ona ərizəçi sahib çıxmışdır. Mərhum bibisinin sağlığında mülkiyyətində hazırda da ailə üzvləri ilə birgə yaşadıqları Beyləqan rayonunun İ Şahsevən kəndində 0,08 ha həyətyanı torpaq sahəsi üzərində ümumi sahəsi 25*,9 kv.m fərdi yaşayış evi var idi. Hazırda həmin fərdi yaşayış evini sənədləşdirmək istəyir. Bibisindən qalan miras əmlakı qəbul etməsi ilə əlaqədar olaraq Beyləqan rayon * saylı Dövlət Notariat Ofisinə və Beyləqan rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin oradan ərizəçiyə bildirmişlər ki, həmin faktın təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Həmçinin, mərhum bibisinin bütün dəfn xərclərini şəxsən özü çəkmişdir. Mərhum bibisinin ondan başqa olan vərəsələri, yəni yaxın qohumları hər biri həmin mirasın ərizəçinin adına keçirilməsinə etiraz etmirlər. Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi *4.0*.2023-cü il tarixdə ölmüş mərhum bibisi X5 məxsus mirası qəbul etməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədən narazı qalan Maraqlı şəxs2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(020)- 905/2023 saylı qətnaməsinin ləğv edilməsini, ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum X8 onun əmisi arvadıdır. Əmisini və arvadı Xanım Nəsirovanı ölənə kimi o saxlamışdır. Bununla da onlara məxsus həyətyanı torpaq sahəsi və Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən ev onun istifadəsindədir. Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qətnaməsində məhkəmə tərəfindən mübahisə obyekti olan evin və torpağın hüquqi statusu müəyyən edilməməklə və orada kimin yaşaması aydınlaşdırılmamaqla əsassız qərar qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, həmin torpaq sahəsi və onun üzərində yerləşən ev Maraqlı şəxs2 istifadəsindədir, həmin torpağın ərizəçiyə heç bir aidiyyəti yoxdur və onun mülkiyyətində deyil. Beyləqan RİHB-nin İ Şahsevən kənd icra nümayəndəliyinin 2* iyul 2023-cü il tarixli, 7*2 saylı arayışından görünür ki, X8 onun əmisi arvadıdır. İşə əlavə etdiyi Beyləqan RİHB-nin İ Şahsevən kənd icra nümayəndəliyinin 25 yanvar 2023-cü il tarixli, 97 saylı arayışından görünür ki, əmisi və arvadı X6 ölənə kimi bir yerdə onlara məxsus evdə yaşamaqla o saxlamış, o da dəfn xərclərini çəkmişdir. Eyni zamanda, Beyləqan RİHB-nin İ Şahsevən kənd icra nümayəndəliyinin 2* iyul 2023-cü il tarixli, 7*2/* saylı arayışından görünür ki, əmisi arvadı X4 ailə üzvləri ilə ölənə kimi bir yerdə ona məxsus evdə yaşamaqla o baxmış və o da dəfn xərclərini çəkmişdir. Ərizəçi adlı şəxs Beyləqan rayonu, İ Şahsevən kəndində yaşamır, Beyləqan şəhərində yaşayır, iddiaçı qismində iddia vermək hüququ yoxdur. Torpağa dair mülkiyyət hüququ verən çıxarışının olması və onun istifadəsində olması hakim tərəfindən nəzərə alınmamışdır. Qətnamədə hakim miras əmlakın faktiki olaraq Ərizəçi tərəfindən qəbul edildiyini göstərmişdir. Lakin həmin əmlakı o – Maraqlı şəxs2 qəbul etmişdir və həmin evdə də o yaşayır. Ərizəçi evdə yaşamasını deməklə hakimi aldatmış və qanunsuz qətnamə çıxarılmasına nail olmuşdur. Maraqlı şəxs2 apellyasiya şikayətinə buraxılmış müddətin bərpasına dair ərizə əlavə edərək, Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməklə bərpa edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin *4 avqust 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Ramiz Nurullayev) Maraqlı şəxs2 Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qərardadın təsviri hissəsində göstərilənlərə əsasən ona geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, X*3 Nəsirova *956-cı ildə evlənmiş və Beyləqan rayonunun *-ci Şahsevən kəndində yaşamışlar. Onların övladları olmamışdır. Onların həmin kənddə 0,08 ha torpaq sahəsində 4 otaqdan ibarət fərdi yaşayış evləri olmuşdur. İşdə olan qeydiyyat tarixi **.02.2009-cu il, qeydiyyat nömrəsi *70900020* olan çıxarışdan görünür ki, həmin torpaq sahəsi və yaşayış evi üzərində X7 mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X*2 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, X9 ölümü ilə vərəsəlik işi açılmış, onun arvadı Xanım Nəsirova mirası qəbul etmiş, Beyləqan rayon Dövlət Notariat Kontorunun Dövlət notariusu tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında *8.**.2009-cu il tarixli Şəhadətnamədən görünür ki, Güləli Nəsirovun vərəsəsinin X8 olması təsdiq edilmişdir. İşdə olan AR ƏMDK yanında DƏDRX Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat tarixi 0*.*2.2009-cu il, qeydiyyat nömrəsi *709002422 olan çıxarışla həmin torpaq sahəsinə və fərdi yaşayış evinə X4 mülkiyyət hüququ qeydə alınmışdır. Beləliklə, mübahisəli ev və torpaq sahəsi yalnız Xanım Nəsirovanın mülkiyyətində olmuşdur. Apellyasiya şikayəti verən şəxs Maraqlı şəxs2 Xanım Nəsirova ilə qohumluq əlaqəsi yoxdur və onun qanuni vərəsəsi sayılmır. Fəhrat X3i vərəsəsi olmamaqla hazırkı qətnamə onun hüquq və vəzifələrinə toxunmur. Bu səbəbdən də, onun apellyasiya şikayəti vermək hüququ olmadığına görə apellyasiya şikayəti geri qaytarılmalıdır. Həmin qərardaddan narazı qalan Maraqlı şəxs2 şikayət vermiş, şikayətində Beyləqan Rayon Məhkəməsinin *4 avqust 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs2 şikayətini onunla əsaslandırmışdır ki, mərhum X8 onun əmisi arvadıdır. Mərhum əmisi arvadı olan X8 ölən günə kimi onunla miras əmlak kimi qalmış 0,08 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində bir ailə kimi yaşamışdır. Bunu Beyləqan RİHB-nin İ Şahsevən kənd İƏD üzrə nümayəndəsi əvəzi T.A.Məmliyevanın Beyləqan Rayon Məhkəməsinə təqdim edilməsi üçün vermiş olduğu 2*.07.2023-cü il tarixli, 7*2 saylı arayış bir daha təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **37-ci maddəsinin tələbinə də əməl olunmamışdır. Belə ki, miras qoyan mərhum X8 ona məxsus olan yaşayış evindən ərizəçini hələ sağlığında, yəni 202*-ci il tarixində son iradəsinin həyata keçirilməsinə qəsdən maneçilik yaratdığına görə AR DİN-in “*02” Xidmətinə zəng etməsindən sonra polisin köməkliyi ilə çıxarılmışdır. X* heç bir övladı olmamışdır. X2 202*-ci ilin ortalarından ölən gününə kimi Maraqlı şəxs2 saxlamış, öləndə də bütün dəfn xərclərini və yas mərasim xərclərini, yəni 3, 7 və 40 deyilən günlərdə təşkil olunmuş yas mərasim günlərində siyahı tutulmamış və pulun yığılması halları olmamışdır. Mərhum əmisi arvadı Xanım Nəsirova ölən günə kimi onunla miras əmlak kimi qalmış 0,08 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən yaşayış evində bir ailə kimi yaşadığından və mərhuma məxsus yaşayış evindən ondan və onun ailə üzvlərindən başqa heç kəs yaşamadığından mərhumun dəfnindən sonra miras əmlakın qəbul edilməsi üçün notariat kontoruna da müraciət etmişdir. Sənədlərin toplanılmasının çətinliyi ucbatından Maraqlı şəxs2 məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki X* miras əmlakını vərəsəliyin açıldığı ilk gündən faktiki olaraq o – Maraqlı şəxs2 qəbul etmişdir. Mərhum hətta DƏDRX-dən ona məxsus Çıxarışın dublikatının alınmasını Maraqlı şəxs2 etibar etmiş, bu barədə ona Beyləqan RİHB-nin İ Şahsevən kənd İƏD üzrə nümayəndəsi əvəzi T.A.Məmliyevanın qeydiyyat kitabında 27 dekabr 2022-ci il tarixli, *072 nömrəsi ilə qeydə alınmış etibarnaməni təsdiq edərək ona vermişdir. Həmin etibarnamənin müddəti 26.0*.2023-cü il tarixədək qüvvədə olmuşdur. X* ölümündən sonra vərəsəlik üçün adına Beyləqan RİHB-nin İ Şahsevən kənd İƏD üzrə nümayəndəsi əvəzi T.A.Məmliyeva tərəfindən **.04.2023-cü il tarixli, 439 nömrəli arayış Beyləqan rayon * saylı Notariat ofisinə təqdim etmək üçün verilmişdir. X*0 ölüm haqqında şəhadətnaməsinin əsli də Maraqlı şəxs2dır. Ölümə görə verilən pulu da o almışdır. Mərhumun baş daşı üçün sifarişi o vermişdir. Hətta sifariş verdiyi ustaya pulunun yarısını da əvvəlcədən o ödəmişdir. Nəhayət, Beyləqan Rayon Məkəməsinin 25 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən mərhum X5 məxsus miras əmlakın Maraqlı şəxs2 tərəfindən qəbul edilməsi faktı da məhkəmə tərəfindən müəyyən olunmuşdur. Bütün bunlar onu göstərir ki, X* ölümündən sonra miras əmlakı Maraqlı şəxs2 faktiki olaraq qəbul etmişdir. Beyləqan Rayon Məhkəməsinin *7 noyabr 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qərardadı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki iş üzrə hüquq və vəzifələrinə toxunan şəxs kimi Maraqlı şəxs2 vəkalətli nümayəndəsi və vəkili Vəkil Beyləqan Rayon Məhkəməsinin *4 avqust 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət əsassız olduğundan təmin edilməmiş, şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin *4 avqust 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qərardadı ləğv edilməli, Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qətnaməsinin Maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsinə yenidən hüquqi qiymət verilərək növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayət yazılı icraat qaydasında araşdırılarkən müəyyən olunmuşdur ki, başqa bir iş üzrə Beyləqan Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(020)- *694/2023 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə (sədrlik edən hakim Seyfəli Seyfullayev) ərizəçi Maraqlı şəxs2 *4 yanvar 2023-cü il tarixdə ölmüş X5 məxsus mirası qəbul etməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədən isə Ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Hazırkı iş üzrə qəbul edilmiş Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qətnaməsi ilə isə Ərizəçi *4.0*.2023-cü il tarixdə ölmüş mərhum bibisi X5 məxsus mirası qəbul etməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti Beyləqan Rayon Məhkəməsinin *4 avqust 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qərardadı ilə geri qaytarılarkən qeyd edilmişdir ki, Fəhrat X3i vərəsəsi olmamaqla həmin qətnamə onun hüquq və vəzifələrinə toxunmur. Məhkəmə kollegiyası isə Beyləqan Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(020)-*694/2023 saylı qətnaməsini də nəzərə alaraq bildirir ki, işə yenidən baxacaq olan birinci instansiya məhkəməsi Maraqlı şəxs2 şikayətinin dəlillərini və Maraqlı şəxs2 *4 yanvar 2023-cü il tarixdə ölmüş X5 məxsus mirası qəbul etməsi faktının müəyyən edilməsinə dair Beyləqan Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(020)-*694/2023 saylı qətnaməsinin mövcudluğunu nəzərə alaraq Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qətnaməsinin Maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsinə yenidən hüquqi qiymət verməlidir. Birinci instansiya məhkəməsi həmin məsələyə hüquqi qiymət verdikdən sonra mülki iş üzrə sonrakı prosessual hərəkətləri yerinə yetirməlidir. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin *4 avqust 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qərardadı ləğv edilməli, Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(020)- 905/2023 saylı qətnaməsinin Maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsinə yenidən hüquqi qiymət verilərək növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.*, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin *4 avqust 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qərardadı ləğv edilsin. Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(020)-905/2023 saylı qətnaməsinin Maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsinə yenidən hüquqi qiymət verilərək növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar