Məhkəmə qərarları › İş №2(106)-1939/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1939/2024

12.12.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1939/2024 12.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 22 A-da yerləşən 360.0 kv.m. sahəsi olan “Günəş” yeməkxanasından, 0.06142 ha torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-225/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qarşı mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 22 A-da yerləşən 360.0 kv.m. sahəsi olan “Günəş” yeməkxanasından, 0.06142 ha torpaq sahəsindən çıxarılması və 21641 manat maddi ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-225/2024 nömrəli qiyabi qətnaməsinə əsasən Cavabdeh İddiaçı mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 22A ünvanda yerləşən 360,0 kv.m. sahəsi olan “Günəş” yeməkxanasından və 0,06142 ha torpaq sahəsindən çıxarılması və Cavabdeh maddi ziyana görə 21641 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-225/2024 nömrəli qiyabi qətnaməsindən verdiyi şikayətə əsasən qeyd edilən qiyabi qətnamə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-225/2024 nömrəli qərardadına əsasən ləğv edilərək iş üzrə icraat təzələnmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh adına olan Kürdəmir şəhəri, Bakı prosbektində yerləşən ümumi sahəsi 360 kv.m 16 otaqdan ibarət olan 22 nömrəli qeyri-yaşayış binasını və 0.06142 ha torpaq sahəsini mart 2020-ci il tarixdə alqısatqı yolu ilə İddiaçı alıb. Buna dair Daşınmaz Əmlakın Dövlət Reyesterindən 17 mart 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reystri kitabının 84 №-li vərəqəsində qeydiyyata alınmışdır. Eləcə də 17 mart 2020-ci il tarixdə texniki pasport verilmişdir. Həmin öbyekti 26 aprel 2020-ci il tarixdə ünvan 2 ünvanda yaşayan X5 icarayə verib. Bununla bağlı aralarında rəsmi müqavilə bağlanmışıdr. X7 İddiaçı birinci ayda 2000 manat, digər aylarda isə 1237 manat icarə haqqı verməsi barədə tərəflər arasında müqavilə imzalanmışdır. X7 ona 2020-ci ilin may ayında 2000 manat icarə haqqı ödəmişdir. Cavabdeh 2022-ci ilin may ayında həmin obyektə gələrək obyekti icarəyə götürən X6 və işçiləri həmin obyektən çıxmağa məcbur etmişdir. Sonradan razılığa gələrək X7 2022-ci ilin dekabr ayına kimi həmin öbyekti işlədib obyektdən çıxacağını bildirmişdir. Hazırda Cavabdeh obyektin giriş və digər qapıları bağlayıb ona obyekti işlətməyə imkan vermir. Bu barədə dəfələrlə cavabdehə müraciət edərək ona obyekti işlətməsinə könüllü qaydada maneçilik törətməməsini bildirmişdir. Cavabdeh alqı satqı müqaviləsinin ləğv olunması barədə iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş, işə 26 oktyabr 2022-ci il tarixdə Yasamal rayon məhkəməsində baxılaraq iddia tələbi rədd olunmuşdur. Cavabdeh Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Yasamal rayon məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlara baxmayaraq Cavabdeh onun mülkiyyətində olan obyekti istifadə etməsinə maneçilik törədir. İddiaçı iddia tələbinin vurulmuş maddi ziyanı obyekti icarəyə verdiyi X2 tələb etməli olduğu halda səhvən Cavabdeh tələb etmişdir. Hesab edir ki, iddia tələbi həmin hissədə baxılmamış saxlanılmalıdır. Ona görə də Cavabdeh İddiaçı mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospektindəki 22A ünvanında yerləşən 360.0 kv.m sahəsi olan “Günəş” yeməkxanasından və 0.06142 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını, iddia tələbinin cavabdeh X1 maddi ziyana görə 21641 pulun alınıb İddiaçı Singiz oğluna verilməsi hissəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-225/2024 saylı qətnaməsi ilə (hakim M.Bayramov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 22A ünvanda yerləşən 360,0 kv.metr sahəsi olan “Günəş” yeməkxanasından və 0,06142 ha torpaq sahəsindən çıxarılmış, iddia tələbinin 21641 manat maddi ziyanın Cavabdeh alınıb İddiaçı verilməsi tələbinə dair hissəsi baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh adına olan Kürdəmir şəhəri, Bakı prosbekti küçəsində yerləşən ümumi sahəsi 360 kv.m 16 otaqdan ibarət olan 22 nömrəli qeyri-yaşayış binasını və 0.06142 ha torpaq sahəsini 07 mart 2020-ci il tarixdə alqı-satqı yolu ilə İddiaçı almışdır. Buna dair Daşınmaz Əmlakın Dövlət Reyesterindən 17 mart 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reystri kitabının 84 №-li vərəqəsində qeydiyyata alınmışdır. Eləcə də 17 mart 2020-ci il tarixdə texniki pesport verilmişdir. Həmin öbyekti 26 aprel 2020-ci il tarixdə ünvan 2 ünvanda yaşayan X5 icarayə vermişdir. Bununla bağlı aralarında rəsmi müqavilə bağlanmışıdr. X7 İddiaçı birinci ayda 2000 manat, digər aylarda isə 1237 manat icarə haqqı verməsi barədə tərəflər arasında müqavilə imzalanmışdır. X7 ona 2020-ci ilin may ayında 2000 manat icarə haqqı ödəmişdir. Cavabdeh 2022-ci ilin may ayında həmin obyektə gələrək obyekti icarəyə götürən X6 və işçiləri həmin obyektən çıxmağa məcbur etmişdir. Sonradan razılığa gələrək X7 2022-ci ilin dekabr ayına kimi həmin öbyekti işlədib obyektdən çıxacağını bildirmişdir. Cavabdeh obyektin giriş və digər qapılarını bağlayıb ona obyekti işlətməyə imkan verməmişdir. Bu barədə dəfələrlə cavabdehə müraciət edərək ona obyekti işlətməsinə könüllü qaydada maneçilik törətməməsini bildirmişdir. Cavabdeh alqı satqı müqaviləsinin ləğv olunması barədə iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş, işə 26 oktyabr 2022-ci il tarixdə Yasamal rayon məhkəməsində baxılaraq iddia tələbi rədd olunmuşdur. Cavabdeh Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Yasamal rayon məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlara baxmayaraq Cavabdeh onun mülkiyyətində olan obyekti istifadə etməsinə maneçilik törədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etməyi zəriuri hesab edir ki, Kürdəmir şəhəri, Bakı prospekti 22A ünvanında 0,06142 ha torpaq sahəsində yerləşən 360,0 kv.m sahəsi olan “Günəş” yeməkxanası hazırda İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 178.1-c maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarından görünür ki, İddiaçı mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 22A ünvanında yerləşən qeyri yaşayış binasını 1 il müddətinə X5 icarəyə verdikdən sonra Cavabdeh İ.V.Dadaşovu və işçiləri həmin obyektdən çıxıxmağı məcbur etmiş, sonradan isə o, obyektin giriş və digər qapılarını bağlayıb iddiaçının mülkiyyətində olan obyetə girməsinə maneçilik törədərək obyektdən istifadə etməsinə imkan verməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Kürdəmir şəhəri, Bakı prosbektində yerləşən ümumisahəsi 360 kv.m 16 otaqdan ibarət olan 22 nömrəli qeyri-yaşayış binası və 0.06142 ha torpaq sahəsi ona məxsus olmuşdur. O, Rusiyada işlədiyi dövrdə Eldar adlı şəxsə 100.000 manat borcu yaranmışdır. Azərbaycana qayıtdıqda Eldar ondan pulunu istəmiş və o, biraz vaxt verməsini bildirmişdir. Daha sonra ona təklif etdi ki, özünə məxsus olan Kerdəmir şəhərində yerləşən obyekti girov götürsün və pulu qaytaracağı halda obyekti geri qaytarsın. Onlar beləliklə razılığa gəlmiş və o Rövşən adlı dostunu onunla tanış etmişdir. Bildirdi ki, obyektə dair onun adına etibarnamə versin. Beləliklə o Rövşən adlı şəxsin adına etibarnamə vermiş, lakin bir müddətdən sonra ona məlum oldu ki, Rövşən adlı şəxsə etibarnamə verdiyi gün o da həmin etibarnamədən istifadə edərək obyekti İddiaçı satmışdır. Rövşən onun adından çıxış edərək alqı-satqını həyata keçirmişdir. Lakin onun bundan xəbəri olmamışdır. Çünki əmlakı satmaq fikri olsaydı etibarnamə verdiyi gün özü alqı satqıda iştirak edərdi. Etibarnamənin verməyə ehtiyac qalmazdı. Bütün bunlar isə onu deməyə əsas verir ki, iş üzrə kifayət qədər araşdırılmalı məqamlar mövcuddur. Lakin birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarınaın tələblərini kobud şəkildə pozaraq düzgün olmayan nəticəyə gəlmişdir. Mübahisəli obyekt iddiaçının mülkiyyətində olsa da hazırda həmin obyekt onun sahibliyindədir. Həmin əmlakın iddiaçının mülkiyyətinə keçməsi onun həmin əmlaka olan digər hüquqlarının xitamına səbəb deyildir. Bundan başqa obyektdə yerləşən bütün əşyalar ona məxsusdur. İddiaçı obyektə dair mülkiyyət hüququnu əldə edən zaman həmin əmlakı girov qoyduğunu bilirdi. Buna əsas olaraq onu qeyd edir ki, o həmin obyekti 100000 manat pul müqabilində girov qismində etibarnamə əsasında vermişdir. Hazırda həmin obyektin dəyəri qat qat yuxarı qiymətədir. Əgər obyekti satırdısa real bazar dəyərinə uyğun qiymətə sata bilərdi. Lakin onun həmin əmlakı satmaq niyyəti olmamışdır. Ona görə də Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-225/2024 saylıqətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarasınız. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. İddiaçı isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntunun davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (Mülki Məcəllənin 164.1, 165.1-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-225/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmamasına dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(041)-225/2024 saylı qətnaməsini cavabdehin apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-225/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh adına olan Kürdəmir şəhəri, Bakı prosbekti küçəsində yerləşən ümumi sahəsi 360 kv.m 16 otaqdan ibarət olan 22 nömrəli qeyri-yaşayış binasını və 0.06142 ha torpaq sahəsini 07 mart 2020-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. Buna dair Daşınmaz Əmlakın Dövlət Reyesterindən 17 mart 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reystri kitabının 84 №-li vərəqəsində qeydiyyata alınmışdır. Cavabdeh obyektin giriş və digər qapılarını bağlayıb iddiaçını obyekti işlətməyə imkan verməmişdir. Bu barədə dəfələrlə cavabdehə müraciət edərək ona obyekti işlətməsinə könüllü qaydada maneçilik törətməməsini bildirmişdir. Cavabdeh alqı satqı müqaviləsinin ləğv olunması barədə iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş, işə 26 oktyabr 2022-ci il tarixdə Yasamal rayon məhkəməsində baxılaraq iddia tələbi rədd olunmuşdur. Cavabdeh Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlara baxmayaraq Cavabdeh onun mülkiyyətində olan obyekti istifadə etməsinə maneçilik törədir. Əmlak kompleksindən istifadə edir və iddiaçını mülkiyyətində olan əmlakdan istifadə etməyinə və sahiblik etməyinə maneələr yaradır. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. İddiaçı ilə Cavabdeh arasında yaranmış hüquq münasibətləri cavabdehin iddiaçıya məxsus əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və həmin əmlakdan çıxarılması ilə bağlı yaranan mülki mübahisədir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehin mübahisələndirilən əmlak kompleksi üzərində qanunla qorunan hər hansı əmlak hüquqları yoxdur. Cavabdeh hər hansı hüquqları olmadığı halda həmin əmlak kompleksindən istifadə edirlər. İddia tələbinin hüquqi əsası kimi qeyd olunan normanın dispozisiya şərtlərindən görünür ki, əşya üzərindəki mülkiyyət hüququna qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi bu hərəkətlərə son qoyulmasını və maneçiliyin aradan qaldırılmasını tələb edə bilər. Nəzərə alınmalıdır ki, daşınmaz əşyaların hüquqi rejiminə görə belə əşyalar üzərindəki sahiblik daşınmaz əmlakın dövlət reyestrindəki qeydlə müəyyən edilir. Bu baxımdan həmin qeyd silinmədiyi hallarda əşya hüquqi baxımdan başqasının sahibliyində sayılmır (götürülməmiş hesab edilir). Başqa şəxsin daşınmaz əşyanı öz təsir dairəsində saxlaması (oradan istifadə etməsi, əşyalarını çıxarmaması və s.) isə mülkiyyət hüququna maneçilik törədilməsinə dəlalət edir. Hazırkı işin faktiki halları ilə qeyd edilən normanın dispozisiya şərtləri bir-biri ilə uzlaşır. Baxılan iş üzrə qeyri-yaşayış sahəsi mülkiyyətçisinin ona sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehin qeyri-yaşayış sahəsindən istifadə hüququna razılıq verməyə borclu olsun. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin mülkiyyətindən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prosbekti küçəsində yerləşən ümumi sahəsi 360 kv.m 16 otaqdan ibarət olan 22 nömrəli qeyri-yaşayış binası və 0.06142 ha torpaq sahəsi üzərində cavabdehin hər hansı hüquqlara malik olmadığı halda, həmin qeyri-yaşayış binasından istifadə etməsi iddiaçının istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə tərkibi daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını cavabdehin bunu sübut etməsi ilə əlaqələndirir. Məhz cavabdeh reyestrin məzmununun qeyridəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Bundan başqa məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğv olunması barədə iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş, işə 26 oktyabr 2022-ci il tarixdə Yasamal rayon məhkəməsində baxılaraq iddia tələbi rədd olunmuşdur. Cavabdeh Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə tərkibi apelyasiya şikayətinin mübahisəli obyektin iddiaçının mülkiyyətində olsa da hazırda həmin obyektin onun sahibliyində olması və həmin əmlakın iddiaçının mülkiyyətinə keçməsi onun həmin əmlaka olan digər hüquqlarının xitamına səbəb olmaması barədə dəlillərini də əsassız hesab edir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi, cavabdehin yuxarıda qeyd edilən əmlak kompleksinə dair istifadə hüquqlarına həmin əmlakın notarial qaydada təsdiq edildiyi andan, mülkiyyət hüquqna isə qeyri yaşayış sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən xitam verilmiş və həmin hüquqlar artıq iddiaçıya keçmişdir. Yəni şikayətin yuxarıda qeyd edilən dəlilləri iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə tərkibinin qənaətinə görə cavabdeh qanunsuz hərəkətləri ilə iddiaçının qeyri-yaşayış binası üzərində qanunla qorunan mülkiyyət hüququnu pozur, məhdudlaşdırır. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir. Eləcə də, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntunun davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan əmlak kompleksi üzərində cavabdehin hər hansı hüquqlara malik olmadığı halda, həmin qeyri-yaşayış binasından istifadə etməsi iddiaçının istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə tərkibi iddia tələbinin cavabdeh X1 maddi ziyana görə 21641 pulun alınıb İddiaçı Singiz oğluna verilməsi hissəsinin baxılmamış saxlanılması hissəsi ilə bağlı qeyd edir ki, əslində birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən qərardadla baxılmamış saxlamalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə tərkibinin qənaətinə görə iddiaçı tərəf işin bu halını mübahisələndirmədiyindən, eyni zamanda iddia ərizəsinin qətnamə ilə baxılmamış saxlanması, nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmadığından qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Hazırkı halda isə belə hal mövcud deyildir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. Ona görə də cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-225/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-225/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar