Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1943/2024 12.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə övladları ilə birlikdə köçürülməsi və həmin evdə yaşamalarına maneə törədilməsinin cavabdehlərə qadağan olunması tələbi barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı sonuncuya mübahisəli fərdi yaşayış evindən düşən payın əvəzini ödəmək şərti ilə mülkdəki payının dəyərinin ödənilmiş olması tələbi barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Nefçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)-711/2024 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İlk iddia üzrə İddiaçı Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət edərək, Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə övladları ilə birlikdə köçürülməsinə və həmin evdə yaşamalarına maneə törədilməsinin cavabdehə və digər şəxslərə qadağan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində ərizə təqdim edərək Cavabdeh1 əri Nümayəndə da işə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsini rəhbər tutub, işin faktik hallarını nəzərə alaraq Nümayəndə işə ilk iddia üzrə cavabdeh qismində cəlb etmişdir. Həmçinin Cavabdeh1 işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində İddiaçı qarşı qarşılıqlı iddia təqdim edərək, sonuncuya mübahisəli fərdi yaşayış evindən düşən payın əvəzini ödəmək şərti ilə mülkdəki payının dəyərinin ödənilmiş olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, 2005-ci ildə X5 ilə ailə qurduqdan sonra Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və orada əri və qayınatası ilə birlikdə yaşamışdır. İlham Abdullayevlə ümumi ailə münasibətlərindən X3 və X6 adlı uşaqları doğulub. X4 2010- cu ildə, əri İlham Abdullayev isə 2015-ci ildə vəfat etmişlər. Ərinin ölümündən sonra Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/14 hissədə, həmin evə aid həyətyanı torpaq sahəsi 17/84 hissədə onun (ilk iddia üzrə iddiaçının) adına, habelə eyni torpaq sahəsi hər birinə 14/84 hissədə olmaqla uşaqları Məryəm və Nurayın adlarına vərəsəlik qaydasında rəsmiləşdirilib. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə müvafiq olaraq onun baldızı və baldızının əridir. Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 13/14 hissədə və həmin evə aid torpaq sahəsi 39/84 hissədə baldızı Cavabdeh1 mülkiyyətindədir. Beləliklə, mübahisəli ev və həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ ilə onun, uşaqlarının və baldızının mülkiyyətindədir. Buna, habelə mübahisəli evdə hər iki ailənin ayrıca yaşaması üçün zəruri şərait olduğuna baxmayaraq, ilk iddia üzrə cavabdehlər onun və uşaqlarının evdə yaşamasına imkan vermirlər. İddiaçı qeyd edir ki, mübahisəli yerdə yaşayış üçün əlverişli olan iki tikili mövcuddur. Vaxtilə bu tikililərdən birində uşaqları ilə birlikdə yaşayıb. Lakin, cavabdehlər ona məxsus olan bütün cehiz əşyalarını bayıra çıxarmış, qapının qıfılını dəyişmiş, bu və digər üsullarla onun və uşaqlarının evdə yaşamalarına maneələr törətmişlər. Dəfələrlə mübahisəli evə uşaqları ilə birlikdə köçmək istədiyinə baxmayaraq, baldızı və sonuncunun əri buna icazə verməyiblər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən ilk iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı və onun uşaqları mübahisəli əmlakda paya malik olduqlarına baxmayaraq, ilk iddia üzrə iddiaçının fərdi yaşayış evində payının miqdarı cüzidir. Onun uşaqlarının isə fərdi yaşayış evinə münasibətdə payları ümumiyyətlə mövcud deyil. Bununla yanaşı, mübahisəli fərdi yaşayış evində iki ailənin yaşaması üçün zəruri şərait yoxdur. Ev naturada bölünməyib. Bu səbəbdən İddiaçı konkret olaraq hara köçmək istədiyi sual doğurur. Bununla yanaşı, ilk iddia üzrə iddiaçı ilə onlar arasında münasibətlər yaxşı deyil. Aralarında məhkəmə çəkişmələri olmuş, hətta işləri polisə düşmüşdür. Ona görə mübahisəli evdə birlikdə yaşayacaqları təqdirdə aralarında yeni qarşıdurmaların yaranması qaçılmaz olacaq. Göstərilənləri nəzərə alaraq qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Nefçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)-711/2024 saylı qətnaməsi ilə (hakim C.Qədimov) ilkin iddianın təmin edilməsi, ilk iddia üzrə İddiaçı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi, onların həmin evdə yaşamasına maneələr törədilməsinin ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə qadağan olunması, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «mülkdəki payın dəyərinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda istinad olunan müddəalarını və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı nəzərə aldıqda görünür ki, Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 ilə İddiaçı, həyətyanı torpaq sahəsi isə Cavabdeh1, İddiaçı, X6 və X1 paylı mülkiyyətidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçilərindən biri olmaqla həmin daşınmaz əmlaka digər mülkiyyətçilərlə birlikdə sahiblik etmək və ondan istifadə etmək hüququna malikdir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq həmçinin hesab edir ki, ilk iddia üzrə cavabdehlər ilk iddia üzrə iddiaçıya müvafiq maneələr törətməklə sonuncunun mülkiyyət hüququ ilə malik olduğu daşınmaz əmlaka sahiblik etmək və ondan istifadə etmək hüququnu, başqa sözlə desək mülkiyyət hüququnu pozurlar. İlk iddia üzrə iddiaçı bu pozuntulara son qoyulmasını tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, İddiaçı öz iddiasında uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evində yaşamasına maneə törədilməsinin cavabdehlə yanaşı “digər şəxslərə” də qadağan olunmasını xahiş etmişdir. O, həmin məsələ ilə bağlı məhkəmə iclaslarında bildirmişdir ki, mübahisəli evdə yaşamalarına yalnız Cavabdeh1 və Nümayəndə maneə törədirlər. İddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxt işə cavabdeh qismində yalnız Cavabdeh1 cəlb etdiyinə görə Nümayəndə adını göstərməmiş, lakin öz tələbində “digər şəxslər” ifadəsini işlədərkən məhz Nümayəndə nəzərdə tutmuşdur. İşin məhkəmədə araşdırılması dövründə Nümayəndə işə cavabdeh qismində cəlb etmiş və bununla da iddia tələbinin yönəldiyi şəxslərin dairəsini faktik dəqiqləşdirmişdir. Cavabdeh1 və Nümayəndə başqa hər hansı şəxsə qarşı hazırkı iddiası ilə bağlı tələbi yoxdur. Birinci instansiya məhkəməsi işin müəyən olunmuş hallarına qiymət verərək hesab etmişdir ki, ilk iddia qismən deyil, tam təmin olunmalı (İddiaçı Nümayəndə işə cavabdeh qismində işə cəlb etməklə iddiasında nəzərdə tutduğu “digər şəxslər” ifadəsini konkretləşdirdiyindən, iddia “digər şəxslərə” qarşı tələb hissəsində rədd olunmamalıdır), İddiaçı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməli, onların həmin evdə yaşamalarına maneələr törədilməsi Cavabdeh1 və Nümayəndə qadağan olunmalıdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ilə bağlı aşağıdakıları qeyd etmişdir; Paylı mülkiyyətdə olan əşyanın bölünməsi üçün mülkiyyətçilər ilk növbədə öz aralarında razılıq əldə edilməsinə cəhd göstərməli, belə razılıq olmadıqda paylı mülkiyyətin ayrılmaq istəyən mülkiyyətçisi öz payının naturada ayrılmasını tələb etməlidir. Yalnız əmlakın naturada bölünməsinin mümkün olmadığı müəyyən edildiyi təqdirdə ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçilərindən tələb etmək hüququ əldə edir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. İşin faktik hallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı paylı mülkiyyətdəki payının naturada ayrılmasını istəmədiyi (tələb etmədiyi) bir halda, qarşılıqlı iddia üzrə cavabdehə faktik olaraq kompensasiya ödənilməsi yolu ilə sonuncunun ümumi əmlakdakı pay hüququnun itirilməsini tələb edir (qeyd olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı öz iddia tələbində “qarşı tərəfə düşən payın əvəzinin” (faktik olaraq kompensasiyanın) miqdarını belə göstərməyib). Məhkəmə bir daha vurğulayır ki, paylı mülkiyyətin bir mülkiyyətçisi digər mülkiyyətçiyə kompensasiya (və ya qarşılıqlı iddiada göstərildiyi kimi “düşən payın əvəzinin”) ödənilməsi yolu ilə sonuncunun paylı mülkiyyətdəki payına xitam verilməsini tələb edə bilməz. Bu növ mübahisələrdə ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin iddia əsaslı olduğundan təmin, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152,213,220-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2-ci, 77,78,107,119-cu,217-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, köçürülmə ilə bağlı məsələni həll edərkən məhkəmə həmçinin, sözügedən evin paylı mülkiyyətdə olmasını nəzərə alaraq evdən istifadə qaydalarını da müəyyənləşdirməli idi. Çünki nəzərdə tutulan daşınmaz əmlaka köçürülmə faktiki olaraq paylı mülkiyyətdə olan həmin əmlakdan istifadə hüququnu da özündə ehtiva edir. Buna görə hər iki mülkiyyətçinin mülkiyyət hüququ nəzərə alınmaqla sözügedən əmlakdan hansı qaydada istifadə ediləcəyi məhkəmə tərəfindən müəyyənləşdirilməli idi. Bundan başqa qeyd etmək istəyir ki, İddiaçıZakir qızı və onun uşaqları mübahisəli əmlakda paya malik olduqlarına baxmayaraq, ilk iddia üzrə iddiaçının fərdi yaşayış evində payının miqdarı cüzidir - sözügedən pay sadəcə 1/14 hissə təşkil etməkdədir. Həmçinin onun uşaqlarının isə fərdi yaşayış evinə münasibətdə payları ümumiyyətlə mövcud deyil. İlk iddia üzrə cavabdeh tərəf isə öz növbəsində iddiaçının əmlakdakı payı nəzərə alınmaqla ona ədalətli məbləğdə - 2200 manat miqdarında kompensasiya verməyi təklif etmişdir. Nəzərə alınmalıdır ki, mübahisəli fərdiyaşayış evində iki ailənin yaşaması üçün zəruri şərait yoxdur və evin naturada bölünməsi isə fiziki olaraq mümkün deyildir. Bu səbəbdən İddiaçı konkret olaraq evin hansı hissəsində və necə yaşayacağı sual doğurur. Üstəlik o da nəzərə alınmalıdırki, evin naturada bölünə bilməməs ivə ilk iddia üzrə iddiaçının payının sadəcə 1/14 hissə təşkil etməsi səbəbindən, sözügedən paya müvafiq olaraq iddiaçıya ən yaxşı halda sadəcə il ərzində 26 gün və ya ay ərzində 2 gün evdən istifadə hüququnun tanına bilər. Bütün bunlara baxmayaraq, İddiaçı evə köçürülməni tələb etməsi onu göstərir ki, iddiaçının tələbinin məqsədi əslində özünün mülkiyyət hüququnun bərpası deyil, məhz cavabdehin mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsidir. Beləliklə ilk iddia üzrə iddiaçı özünə məxsus hüquqlardan sui-istifadə etməklə digər tərəfə zərər vurmaq istəyir. Ona görə də Nefçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)-711/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və eyni ünvanda yerləşən həmin evə aid həyətyanı torpaq sahəsi üzərində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və həmçinin onun qanuni təmsilçisi olduğu övladları X2 və X1 paylarının qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 satılması yolu ilə qarşılıqlı iddia üzrə cavabdehin və onun övladlarının əmlaklardakı paylarının dəyərinin ödənilmiş olmasına və ya əmlakların hərracda satılması və satış pulunun payçılar arasında paylarına uyğun olaraq bölüşdürülməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Qeyd edir ki, sözügedən evdə 13/14 pay onun, 1/14 pay isə iddiaçıya məxsudur. Onun həmin evdə yaşamasına razı deyil. Belə ki, onunla araları yaxşı deyil və birlikdə yaşayacaqları təqdirdə aralarında yenidən qarşıdurmaların yaranması qaçınılmazdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı və Nümayəndə isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cü maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Nefçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)-711/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Nefçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)-711/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin İddiaçı və azyaşlıqızı Nuray Abdullayevaya münasibətdə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq ilk iddianı düzgün olaraq İddiaçı və azyaşlı qızı Nuray Abdullayevaya münasibətdə təmin etmiş, qarşılqlı iddianı isə təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Nefçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)- 711/2024 saylı qətnaməsi İddiaçı və azyaşlı qızı Nuray Abdullayevaya aid hissədə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 ilə İddiaçı, həyətyanı torpaq sahəsi isə Cavabdeh1, İddiaçı, X6 və X1 paylı mülkiyyətidir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, köçürülmə ilə bağlı məsələni həll edərkən məhkəmə həmçinin, sözügedən evin paylı mülkiyyətdə olmasını nəzərə alaraq evdən istifadə qaydalarını da müəyyənləşdirməli idi. Çünki nəzərdə tutulan daşınmaz əmlaka köçürülmə faktiki olaraq paylı mülkiyyətdə olan həmin əmlakdan istifadə hüququnu da özündə ehtiva edir. Buna görə hər iki mülkiyyətçinin mülkiyyət hüququ nəzərə alınmaqla sözügedən əmlakdan hansı qaydada istifadə ediləcəyi məhkəmə tərəfindən müəyyənləşdirilməli idi. Məhkəmə tərkibi şikayətin yuxarıda qeyd edilən dəlili ilə razılaşmır. İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə övladları ilə birlikdə köçürülməsinə və həmin evdə yaşamalarına maneə törədilməsinin cavabdehlərə qadağan olunmasına, Cavabdeh1 İddiaçı qarşı sonuncuya mübahisəli fərdi yaşayış evindən düşən payın əvəzini ödəmək şərti ilə mülkdəki payının dəyərinin ödənilmiş olmasına dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Birinci instansiya məhkəməsi də verilmiş tələblər üzrə qətnamə qəbul etmişdir. Nə ilk iddia tələbində, nədə ki qarşılıqlı iddia tələbində evdən istifadə qaydalarının müəyyən edilməsi barədə hər hansı bir tələb olmamışdır. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələblərindən kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hallar müəyyən edilmir. Ona görə də şikayətin bu hissəsi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şikayətin digər dəlili ondan ibarətdir ki, iddiaçıların uşaqlarının fərdi yaşayış evinə münasibətdə payları ümumiyyətlə mövcud deyil. Məhkəmə tərkibi şikayətin yuxarıda qeyd edilən bu dəlili ilə də razılaşmıır. Belə ki, iddiaçının azyaşlı uşaqlarının mübahisəli evdə paylarının olmaması uşaqlardan Nuray Abdullayevanın anası ilə bərabər mübahisəli evə köçürülməməsinə əsas ola bilməz. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İş materialları ilə müəyyən edilir ki, Nuray Abdullayeva on dörd yaşına çatmamışdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Nuray Abdullayeva da anası ilə bərabər mübahisəli evə köçürülməlidir. Eyni zamanda Məhkəmə tərkibi iddia tələbinin Məryəm Abdullayevanın anası ilə bərabər mübahisəli evə köçürülməsinə aid hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə Şirvan Apelyasiya Məhkəməsinin 12 dekabr tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, cavabdeh iddiaçının əmlakdakı payı nəzərə alınmaqla ona ədalətli məbləğdə - 2200 manat miqdarında kompensasiya verməyi təklif etmişdir. Nəzərə alınmalıdır ki, mübahisəli fərdiyaşayış evində iki ailənin yaşaması üçün zəruri şərait yoxdur və evin naturada bölünməsi isə fiziki olaraq mümkün deyildir. Bu səbəbdən İddiaçı konkret olaraq evin hansı hissəsində və necə yaşayacağı sual doğurur. Bütün bunlara baxmayaraq, İddiaçı evə köçürülməni tələb etməsi onu göstərir ki, iddiaçının tələbinin məqsədi əslində özünün mülkiyyət hüququnun bərpası deyil, məhz cavabdehin mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsidir. Məhkəmə tərkibi şikayətin yuxarıda qeyd edilən bu dəlili ilə də razılaşmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə “Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı”. Göründüyü kimi, Mülki Məcəllənin 220-ci maddəsi müvafiq növ mübahisələrin həllinin konkret ardıcıllıqda olan mərhələlərini müəyyən edir. Həmin maddənin mənasına görə paylı mülkiyyətdə olan əşyanın bölünməsi üçün mülkiyyətçilər ilk növbədə öz aralarında razılıq əldə edilməsinə cəhd göstərməli, belə razılıq olmadıqda paylı mülkiyyətin ayrılmaq istəyən mülkiyyətçisi öz payının naturada ayrılmasını tələb etməlidir. Yalnız əmlakın naturada bölünməsinin mümkün olmadığı müəyyən edildiyi təqdirdə ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçilərindən tələb etmək hüququ əldə edir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. İşin faktik hallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı paylı mülkiyyətdəki payının naturada ayrılmasını istəmədiyi (tələb etmədiyi) bir halda, qarşılıqlı iddia üzrə cavabdehə faktik olaraq kompensasiya ödənilməsi yolu ilə sonuncunun ümumi əmlakdakı pay hüququnun itirilməsini tələb edir (qeyd olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı öz iddia tələbində “qarşı tərəfə düşən payın əvəzinin” (faktik olaraq kompensasiyanın) miqdarını belə göstərməyib). Məhkəmə bir daha vurğulayır ki, paylı mülkiyyətin bir mülkiyyətçisi digər mülkiyyətçiyə kompensasiya (və ya qarşılıqlı iddiada göstərildiyi kimi “düşən payın əvəzinin”) ödənilməsi yolu ilə sonuncunun paylı mülkiyyətdəki payına xitam verilməsini tələb edə bilməz. Bu növ mübahisələrdə ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Beləliklə, məhkəmə tərkibi qarşılıqlı iddia üzrə cavabdehin razılığı olmadan ona payının dəyərinə uyğun kompensasiya verilməklə, paylı mülkiyyət hüququna xitam verilməsinin mülkiyyət hüququnun pozulması ilə nəticələnəcəyini nəzərə alaraq, apelyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə ilk iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə tərkibi ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməklə qarşılıqlı iddianı isə təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Nefçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)-711/2024 saylı qətnaməsi İddiaçı və azyaşlı qızı Nuray Abdullayevaya aid hissədə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinin təmin edilmiş İddiaçı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə uşağı Nuray Abdullayeva ilə birlikdə köçürülməsi, onların həmin evdə yaşamasına maneələr törədilməsinin ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə qadağan olunması hissəsində təmin edilməsin. İş üzrə Nefçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)-711/2024 saylı qətnaməsi İddiaçı Neftçala şəhəri, E.Bağırov küçəsi, ev 32 (yeni qaydalarla: AZ 4704 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə uşağı Nuray Abdullayeva ilə birlikdə köçürülməsi, onların həmin evdə yaşamasına maneələr törədilməsinin cavabdehlər Cavabdeh1 və Nümayəndə qadağan olunması hissəsində Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1943/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1943/2024
12.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver