Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(106)-1973/2025 31.03.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Imişli Regional “Asan xidmət” Mərkəzində notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçı İddiaçı tərəfindən verilmiş ərizəyə baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Imişli Regional “Asan xidmət” Mərkəzində notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Imişli Regional “Asan xidmət” Mərkəzində notariat ofisinin ## ### 2025-ci il tarixli icra qeydinin ləğv edilməsi və iddia icraatı qaydasında işə baxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Imişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsi (Hakim: Lətafət Ağakişiyeva) ilə, iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Iddiaçı İddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə verərək qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin etmə məsələsinin müzakirəsinin apellyasiya instansiya məhkəməsinin vəzifəsi olmasını nəzərə alaraq bununla əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehspublikası Mülki Prosessual Məcəllənin; 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67.2-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Cavabdehspublikasının Qanununun 20-ci maddəsinin 1-ci bəndinə əsasən Cavabdehspublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normaları baxımından ərizənin dəlillərinə hüquqi qiymət verməzdən öncə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdir. Iddiaçı ərizəyə “E-Sosial”dan arayışlar əlavə edərək, adına əmək müqaviləsinin mövcud olmadığını, sosial müavinə və təqaüd almadığını bildirərək, dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. MPM-in 67-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.2. Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. 67-1.3. Bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Cavabdehspublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. 67-1.4. Bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Cavabdehspublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: 67-1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; 67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; 67-1.4.3. valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. Məhkəmə kollegiyası iddiaçının narazı qaldığı məhkəmə aktından şikayət verməsinin onun konstitusion hüququ olan məhkəmə müdafiəsi hüquq olduğunu nəzərə alır və hesab edir ki, bu hüququnun həyata keçirilməsi üçün iddiaçı MPM-in yuxarıda qeyd edilən normaların tələbinə əsasən həqiqətən maddi ehtiyac səbəbindən öz hesabına deyil dövlət hesabına vəkillə təmin olunması üçün əsasları məhkəməyə sübut etməlidir. Yuxarıda qeyd edilən normaların tələblərindən görünür ki, müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər dövlət hesabına vəkillə təmin edilə bilər. Iddiaçının təqdim etdiyi arayışlar onun adına əmək müqaviləsinin mövcud olmaması ilə bağlıdır. Iddiaçı Cavabdehspublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi qeydiyyata alınmasına dair sübut təqdim etməmişdir. Ona görə də kollegiya qeyd edir ki, iddiaçı İddiaçı MPM-in 67-1.4-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olduğu müəyyən edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Cavabdehspublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 14.5, 67 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçı İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1973/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1973/2025
31.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver