Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1987/2024 25.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, katib X1, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinə qarşı “işə bərpa" tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1201/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Amankən ümumi orta məktəbinin 27 iyun 2024-cü il tarixli 13 nömrəli aktından görünür ki, məktəbin direktoru və digər beş səlahiyyətli şəxsi tərəfindən məktəbin ibtidai sinif müəllimi İddiaçı onların iştirakı ilə iddiaçıya məxsus olan əmək kitabçasını şəxsi işi ilə birgə İddiaçı təhvil verilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2- 13F/2024 nömrəli əmrindən görünür ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələri 2024cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi X3 məktəbinin 27 iyun 2024-cü il tarixli 46 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı təkrar serfikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması barədə SN seriyalı ******* nömrəli 15 iyun 2024-cü il tarixli vərəqədən görünür ki, İddiaçı 03 iyun 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixinədək işdən azad edilmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatının 15 avqust 2024-cü il tarixli MŞL/MT014/2024-01142 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən, İddiaçı oğlunun X3 mətəbinə qarşı əmək mübahisəsi ilə bağlı tələbinə dair 15 avqust 2024-cü il tarixdə saat 12:30-da nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinə qarşı “işə bərpa" tələbinə dair iddia ərizəsi və onun dəqiqləşdirilməsinə dair ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1ndə ibtidai sinif müəllimi vəzifəsindən çıxarılmaya dair 27 iyun 2024-cü il tarixli əmri ləğv edilməklə əvvəlki iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsinə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1999-cu ildən Amankənd kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir. 03 iyun 2024-cü il tarixdən 15 iyun 2024-cü il tarixədək iddiaçı bülletendə olmuşdur. Buna dair rəsmi sənədi də vardır. 16 iyun 2024-cü il tarixdə işə gedib bülletenini təqdim etmək istəyərkən məktəbin direktoru iddiaçıya bildirdi ki, onu işdən çıxardıb. Səbəbini soruşanda direktor iddiaçıya bildirdi ki, 08 iyun 2024-cü il tarixdə sertifikasiya imtahanında iştirak etməməsi səbəbindən işdən çıxarılmışdır. İddiaçı bildirdi ki, onun yaşı 60-dan yuxarıdır və ikincisi imtahan vaxtı iddiaçı bülletendə olmuşdur. Dəfələrlə, iddiaçı direktorun yanına getsə də, direktor bu gün sabaha salmaqla əmrini və əmək kitabçasını vermədi. Bu günə kimi iddiaçının əmri və əmək kitabçası verilməmişdir. İddiaçı məcburiyyət qarşısında qalıb mediasiyaya müraciət etmişdir. Mediasiya prosesi keçirilsə də, məktəbin direktoru gəlməmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın barəsində verdiyi 27 iyun 2024-cü il tarixli əmri qanunsuz və əsassızdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinin vəkili Nümayəndə2 yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinin vəkili Nümayəndə2 bildirdi ki, iddiaçının iddiası yanlışdır, burada göstərilmiş tələblərin cavabdeh tərəfindən təmin edilməsi mümkün deyildir. İddiaçı göstərmişdir ki, onunla bağlanmış olan əmək müqaviləsinə sertifikasiya imtahanında iştirak etmədiyi üçun xitam verilmişdir və ona xitam bildirişi təqdim edilməmiş, sertifikasıya imtahanında iştirakının könüllü olması və bülletendə olması nəzərə alınmamış, bununla da qanun pozuntusuna yol verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam 27 iyun 2024-cü il tarixində verilmişdir. Dolayısı ilə iddiaçıya bunun 16 iyun 2024-cü il tarixində bildirilməsi iddianın əsassız hesab edilməsi üçün birinci hal kımı çıxış edir. Həmçinin, iddiaçı 2023-2024-cü tədris ili üçün 20 iyun 2023-cü il tarixində olan və 2023-2024-cü tədris ili üçün 08 iyun 2024-cü il tarixində olan hər iki sertifikasiya imtahanında iştirak etməmişdir. 20 iyun 2023-cü il tarixində keçirilmiş sertifikasiya imtahanı zamanı iddiaçının 60 yaşı tamam olmamışdı və bu fakt iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-cı il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydasının 1.5-ci maddəsindən faydalanmaq üçün imtahanda qəsdən iştirak etməmiş olduğunu göstərir. Yekun olaraq, işdən azad olunma zamanı yol verildiyi iddia olunan prosessual pozuntular barədə qeyd etmək yerində olardı ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-13F/2024 nömrəli əmrinə əsasən sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərin əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə əsasən xitam verilmişdir, iddiaçının əmək müqaviləsi də bu qəbildən olan müqavilələrə daxil olub, zəruri prosedur qaydalarına riayət edilmişdir və işçi xitam əmri ilə tanış edilmişdir, yalnız bundan sonra işçinin əmək kitabçası geri verilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin vəkili iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Mədinə Rəsulova) 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı barəsində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi haqqında 27 iyun 2024-cü il tarixli, 46 nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməsi, cavabdeh X3 Məktəbindən 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35, 60, 125, 129-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 6-cı maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə, 74-cü maddəsinə 2-ci hissəsinə, 79-cu maddəsinə, 300-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmamışdır. Belə ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunun 28.2-1-ci maddəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Mülki iş materiallarına əlavə edilmiş, həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlara əsasən İddiaçı xx xxxx 1964-cü il təvəllüdlüdür. Bu da o deməkdir ki, mübahisə predmeti ilə bağlı təkrar sertifikatlaşdırma imtahanının keçirildiyi gün, yəni 08 iyun 2024-cü il tarixdə iddiaçının artıq 60 yaşı tamam olmuşdur və şəxsin adı çəkilən imtahanda iştirakı qanunvericiliyin tələbinə əsasən imperativ deyil, könüllülük prinsipi əsasında müəyyən edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbi kobud şəkildə pozulmuş və iddiaçı xəstə olduğu gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti vermişdir. Cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır və cavabdeh tərəfindən təmin edilməsi mümkün deyildir. İddiaçının fikrinə görə onunla bağlanmış olan əmək müqaviləsinə sertifikasiya imtahanında iştirak etmədiyi üçun xitam verilmişdir və ona xitam bildirişi təqdim edilməmiş, sertifikasıya imtahanında iştirakının könüllü olması və bülletendə olması nəzərə alınmamış, bununla da qanun pozuntusuna yol verilmişdir. İddiaçının əmək müqaviləsinə 27 iyun 2024-cü il tarixində xitam verilmişdir. Bu səbəbdən də, iddiaçıya əmək müqaviləsinə xitam verilməsinin 16 iyun 2024-cü il tarixində bildirilməsi mümkünsüzdür və iddianın əsassız hesab edilməsi uçün sübutdur. Həmçinin, iddiaçı 2023-2024-cü tədris ilində 20 iyun 2023-cü iltarixində və 08 iyun 2024-cü il tarixində olan hər iki sertifikasiya imtahanında iştirak etməmişdir . 20 iyun 2023-cü il tarixində keçirilmiş sertifikasiya imtahanı zamanı iddiaçının 60 yaşı tamam olmamışdı və bu fakt iddiaçının Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2020-cı il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiqedilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydasının 1.5-ci maddəsindən faydalanmaq üçün imtahanda qəsdən iştirak etməmiş olduğunu göstərir. Diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Elmvə Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsilüzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3-29- 69/3-2- 13F/2024nömrəli əmrinə əsasən 08 iyun 2024-cü il tarixdə keçirilən təkrarsertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin edilməsi tələb olunmuşdur. Qeyd olunmuş hüquqi əsasa uyğun olaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsi də bu qəbildən olan müqavilələrə aiddir. Bu səbəbdən də, İddiaçıtəkrarserfikatlaşdırmadan keçməməsi də onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi üçün əsas yaratmışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, sertifikasiya imtahanı zamanı xəstə olmuşdur və bununla bağlı xəstəlik vərəqəsi də təqdim etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 1201/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsinin qanuni və ədalətli olduğunu, cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv olunaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinin nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 74-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiasi təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya öz razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır; 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 05 iyul 2011-ci il tarixli Qərarı: Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarları Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiq etmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” haqqında 30 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməsini iddiaçının işdən azad edilməsi barədə əmr qəbul edilərkən qanunun tələblərinə uyğun şəkildə əsaslandırılmaması və qanunun pozuntusuna yol verilməklə qəbul edildiyi üçün, eləcə də, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinə əsas verən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birinin mövcudluğu məhkəmədə müəyyən edilməməsi və iddiaçı ilə bağlanmış əmək müqaviləsi qanunda nəzərdə tutulan əsaslar gözlənilmədən ləğv edilməsi ilə əsaslandırmışdır. Məhkəmə Kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Kollegiya bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı işdən azad olunması barədə Şirvan -Salyan Təhsil idarəsi X3 məktəbin direktoru Cavabdeh2 tərəfindən 27 iyun 2024-cü il tarixli əmr olmuşdur. Əmrdə işdən çıxmanın səbəbi kimi Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma “dövlət ümumi təhsil müəssisələrində (ümumi həhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası ilə müəyyən olunmuş təkrar sertifikatlaşdırmada iştirak etməyən Cavabdeh1n ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatllaşdırmadan keçməmiş heab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilməli olması göstərilmiş, əsas kimi isə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyin 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmrə istinad edilmişdir. Kollekiya Cavabdeh1n ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatllaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilməli olması qənaətinə gəlməsini aşağıdakılara əsasən əsaslı hesab etmir. Əvvəla qeyd olunmalıdır ki, Cavabdeh1 direktoru həmin məktəbin ibtidai sinif müəllimi İddiaçı barədə işdən çıxarma əmri verərkən 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmrə istinad etsə də, nəzərə almamışdır ki, həmin əmrdə Şirvan -Salyan Regional Təhsil İdarəsinə tapşırılsın ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etmələri qeyd olunmuşdur. Bu isə o, anlama gəlir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçini tutduğu vəzifədən azad edilməsi üçün bu barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsini göstərmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin qeyd hissəsindən də görünür ki, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Halbuki işəgötürən Cavabdeh1 direktoru Cavabdeh2 buna əməl etməmiş, nəzərə almamışdır ki, işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması barədə qərar işəgötürənin deyil, bu barədə qərar qəbul etmək səlahiyyətinə malik olan orqanın qərarı əsasında müəyyən edilməli, daha sonra işəgötürən həmin qərara istinad etməklə, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməlidir. İkincisi, işəgötürən nəzərə almamışdır ki, İddiaçı təkrar sertifikasiyada iştirak etməməsi üzürlü səbəbdən baş vermiş və iddiaçı əmək qabiliyyətini müvəqqəti itirən işçi kimi qeydiyyata alınmış və bunu təsdiq edən Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsi mövcud olmuşdur. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunun 28.2-1- ci maddəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. İddiaçı xx xxxx 1964-cü il təvəllüdlüdür. Bu da o deməkdir ki, mübahisə predmeti ilə bağlı təkrar sertifikatlaşdırma imtahanının keçirildiyi gün, yəni 08 iyun 2024-cü il tarixdə iddiaçının artıq 60 yaşı tamam olmuşdur və şəxsin adı çəkilən imtahanda iştirakı qanunvericiliyin tələbinə əsasən imperativ deyil, könüllülük prinsipi əsasında müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh1 direktoru Cavabdeh2 tərəfindən həmin məktəbin ibtidai sinif müəllimi İddiaçı barəsində 27 iyun 2024-cü il tarixdə əmək müqaviləsinin ləğv edilməsi qanuni olmamışdır. Başqa sözlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmamışdır. Məhz bu səbəbdən də, birinci instansiya məhkəməsi İddiaçı barəsində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi haqqında 27 iyun 2024-cü il tarixli, 46 nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməsi qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1201/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; qətetdi: Cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1201/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1987/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1987/2024
25.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver