Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1998/2024 29.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 İsmayıl qızı və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi faktının tanınması və miras əmlak üzərində vərəsəlik hüququ tanınmaqla payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(032)-1279/2021 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 İsmayıl qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X2 miras qalmış Şirvan şəhəri N.Nərimanov küçəsi 9, 34 saylı mənzilə onun tərəfindən miras qəbul edilməsi faktının tanınması və həmin miras əmlak üzərində onun vərəsəlik hüququnun tanınmaqla payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci tarixli 2(032)-1279/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı tərəfindən miras qalmış Şirvan şəhəri N.Nərimanov küçəsi 9 saylı evin 34 saylı mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi və İddiaçı adına Şirvan şəhəri N.Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzildə ½ payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Şirvan şəhər 1 saylı notariat ofisinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 İsmayıl qızı apellyasiya şikayəti vermiş və şikayət işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-413/2022 saylı qətnaməsi ilə Cavabdeh1 İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci tarixli 2(032)-1279/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-413/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 İsmayıl qızı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3613/2022 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-413/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili X5 həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin 16 may 2024-cü tarixli 2(032)-1279/2021 saylı qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili X3 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-1279/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi, xx.xx.2021-ci il tarixli 2(032)-1279/2021 saylı qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili X5 tərəfindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab edilməsi, Cavabdeh2 nümayəndəsi və vəkili X3 verdiyi apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1215/2024 saylı qərardadı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1279/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Şirvan şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili X1 Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1215/2024 saylı qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü i il tarixli 2(102)-2845/2024 saylı qərardadı ilə Cavabdeh2 Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1215/2024 nömrəli mülki iş üzrə 25 iyun 2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməsi və qaytarılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1215/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1215/2024 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili X1 Apellyasiya Məhkəməsinin 2(106)-1215/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir. 26 avqust 2024-cü il tarixdə Cavabdeh2 nümayəndəsi və vəkili X5 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından 15 avqust 2024-cü ildə verilmiş kassasiya şikayətinin geri götürülməsini təmin olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1215/2024 saylı 25 iyun 2024-cü il tarixli qərardadından Cavabdeh2 və onun nümayəndəsi vəkil X5 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili X5 buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətin verilməsi üçün prosessual müddətin buraxılmasını üzrlü hesab edilərək müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1279/2021 saylı qərardadı ilə iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş ərizənin təmin edilməsi və Şirvan Şəhər Məhkəməsinin 2(032)-1279/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməklə bərpa edilməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1279/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəmənin həmin qərardadından şikayət verərək, xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsi və Cavabdeh2 nümayəndəsi və vəkili X4 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (032)-1279/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1279/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)- 1279/2021 saylı qərardadından İddiaçı verdiyi şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1782/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və Şirvan Şəhər Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(032)-1279/2021 saylı qərardadının dəyişdirilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli qərardadında izah olunmuşdur ki, ... məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. ... Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. ... Verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı) İş materialları ilə müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-413/2022 saylı qətnaməsi ilə Cavabdeh1 İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci tarixli 2(032)-1279/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərə münasibətdə tam yoxlayaraq, ona hüquqi qiymət verdiyindən, Cavabdeh2 bu qətnaməni apellyasiya qaydasında mübahisələndirmək imkanından məhrum olunmuşdur. Eyni zamanda məhkəmə tərkibi izah edir ki, hazırkı halda Cavabdeh2 Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-413/2022 saylı qətnaməsindən kassasiya şikayəti verə bilər. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alaraq məhkəmə tərkibi hesаb edir ki, Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(032)-1279/2021 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 və 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından şikayət verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(032)-1279/2021 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1998/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1998/2024
29.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver