Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1999/2025 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh1 42.829,87 manat əsas borc, 6134,86 manat faiz borcu olmaqla, cəmi 48.964,73 manat (qırx səkkiz min doqquz yüz altmış dörd manat yetmiş üç qəpik) manatın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 237 (iki yüz otuz yeddi) manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan cavabdeh cavabdeh4 məxsus Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14, mənzil 10 və cavabdeh3 məxsus olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14, mənzil 12 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçıya olan kredit borcuna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, bankla cavabdeh cavabdeh1 arasında ##.##.2022-ci il tarixli, L***/****/** saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış MK/*****/**/** saylı, ##.##.2022-ci tarixli kredit sazişinə əsasən 36 ay müddətinə, illik 17,5 faiz olmaqla 48.100 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq olaraq ##.##.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli və ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lara əsasən tam mülkiyyət hüququ üzrə cavabdeh4 məxsus olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14, mənzil 10 və cavabdeh3 məxsus olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14, mənzil 12 bankla ##.##.2022-ci il tarixdə bağlanmış ipoteka müqavilələrinə əsasən, bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülüklər müvafiq olaraq ********** qeydiyyat nömrəli, ##.##.2022 tarixli və ********** qeydiyyat nömrəli ##.##.2022-ci il tarixli çıxarışlarla reyestrdə qeydə alınmışdır. Lakin kredit alan cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Bununla əlaqədar olaraq, cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla imzalanmış kredit müqaviləsinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə ##.##.2024-cü il tarixinə cavabdehin MK/*****/**/** saylı, ##.##.2022 tarixli kredit müqaviləsi üzrə banka 42.829,87 manat əsas, 6134,86 manat faiz borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi (hakim: Günel Əkbərli) ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh1 ##.##.2022-ci il tarixli, MK/*****/**/** saylı kredit müqaviləsi üzrə 42.247,93 manat əsas və 1665,6 manat faiz borcu olmaqla, cəmi 43.913,53 (qırx üç min doqquz yüz on üç manat əlli üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 221,74 (iki yüz iyirmi doqquz manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 40.500 (qırx min beş yüz) manat olmaqla cavabdeh cavabdeh4 mülkiyyətində olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 37,5 m2 olan ** nömrəli mənzilə və ilkin satış qiyməti 59.882 (əlli doqquz min səkkiz yüz səksən iki) manat olmaqla cavabdeh3 mülkiyyətində olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 71,8 m2 olan ** nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan mülkiyyətçilər cavabdeh4 və cavabdeh3 qaytarılması, mənzilin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğin ümumi qaydada cavabdeh cavabdeh1 tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı İddiaçı ASC tərəfindən müstəqil qiymətləndirici “xxxx” MMC-yə ödənilmiş 400 (dörd yüz) manat pul vəsaitinin əvəzinin cavabdeh cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza xərci olan 100 (yüz) manatın cavabdeh cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarına əlavə edilmiş: İddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh1 arasında ##.##.2022-ci il tarixli, L***/****/** saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış MK/*****/**/** saylı, ##.##.2022ci tarixli kredit sazişinə əsasən 36 ay müddətinə, illik 17,5 faiz olmaqla 48.100 manat kredit verilmişdir. MK/*****/**/** saylı, ##.##.2022-ci tarixli kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq olaraq ##.##.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli və ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lara əsasən tam mülkiyyət hüququ üzrə cavabdeh4 məxsus olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14, mənzil 10 və cavabdeh3 məxsus olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14, mənzil 12 “Bankla” ##.##.2022-ci il tarixdə bağlanmış ipoteka müqavilələrinə əsasən, bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülüklər müvafiq olaraq ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli və ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarışlarla reyestrdə qeydə alınmışdır. Mülki iş üzrə cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh2 Şirvan şəhər * saylı Notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş ##.##.2022-ci il tarixli ərizələrindən görünür ki, onlar cavabdeh1 ilə İddiaçı arasında bağlanmış mövcud və gələcəkdə bağlanacaq kredit müqavilələrindən və razılaşmalarından əmələ gələn pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xüsusi mülkiyyət hüquqları ilə qeydiyyatda olduqları (cavabdeh4 mülkiyyətində olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 37,5 m2 olan ** nömrəli mənzilə və cavabdeh3 mülkiyyətində olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 71,8 m2 olan ** nömrəli mənzilə) daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsinə və (ya) satılmasına etiraz etməmişdirlər. Eyni zamanda həmin yaşayış sahəsinə tələb yönəldikdə və (ya) onlar qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı satış üsulu (açıq bazar və ya hərrac) ilə satıldıqda yaşayış sahəsini könüllü surətdə tərk etməyi və həmin yaşayış sahəsi üzrə qeydiyyatda könüllü surətdə çıxmağı öhdəlik götürmüşdürlər. “xxxx” MMC-nin **** nömrəli daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə hesabatından müəyyən edilmişdir ki, cavabdeh cavabdeh4 mülkiyyətində olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 37,5 m2 olan ** nömrəli mənzilin likvid dəyəri 40.500 (qırx min beş yüz) manat olmaqla orta bazar qiyməti 45.000 (qırx beş min) manat dəyərində müəyyən edilmişdir. Həmçinin, cavabdeh3 mülkiyyətində olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 71,8 m2 olan ** nömrəli mənzilin likvid dəyəri 59.882 (əlli doqquz min səkkiz yüz səksən iki) manat olmaqla onun orta bazar qiymətinin isə 66.535 (altmış altı min beş yüz otuz beş) manat olduğu rəydə qeyd edilmişdir. Məhkəmə iş materiallarını, cavabdehlərin etiraz və vəsatətlərini araşdırıb ekspertiza rəyinin obyektivliyinə olan şübhələrin aradan qaldırılması və tərəflər arasında ədalətli balansın təmin olunması məqsədi ilə ##.##.2024-cü il tarixli, e-2(071) ***/**** saylı qərardadı ilə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, tədqiqatın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertizanın keçirilməsinin yeri və vaxtı barəsində mülki iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər ekspertin mənzilə baxış keçirməsinə qəsdən mane olmuşdur. Belə ki, İddiaçı ASC-nin Şirvan filalının əməkdaşının, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin və Hacıqabul Rayon Məhkəməsinin nümayəndəsinin iştirakları ilə tərtib edilmiş ##.##.2025-ci il tarixli aktda göstərilmişdir ki, ##.##.2025-ci il tarixdə cavabdeh4 mülkiyyətində olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 37,5 m2 olan ** nömrəli mənzilə və cavabdeh3 mülkiyyətində olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 71,8 m2 olan ** nömrəli mənzilə məhkəmə ekspertiza qərardadı əsasında baxış keçirmək istəyərkən cavabdehlər buna şərait yaratmamış, mənzilin qapılarını bağlı saxlamışdırlar. Bundan sonra, aktı tərtib edənlər bilavasitə cavabdehlərin istifadəsində olan mobil telefon nömrələri ilə əlaqə saxlamaq istədikdə cavabdehlər birmənalı olaraq ekspertizanın keçirilməsini istəmədiklərini və buna şərait yaratmayacaqlarını bildirmişdirlər. Aktda əlavə edilmiş 01 ədəd CD diskdəki audio-video yazısında da aktda göstərilən xüsusatların öz təsdiqini tapdığı görünür. Nəticədə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli məktubu əsasında ekspertizanın keçirilməsinə şərait yaradılmadığından rəy verilməsindən imtina edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin */**** saylı ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ##.##.2022-ci il tarixli, MK/*****/**/** nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdeh cavabdeh1 iddiaçı İddiaçı ASC-yə olan borcu 42.247,93 manat əsas və 1665,6 manat faiz borcu olmaqla, cəmi 43.913,53 (qırx üç min doqquz yüz on üç manat əlli üç qəpik) manat olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, borclu cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi borcun və faizin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin */**** saylı ekspert rəyindən də göründüyü kimi tərəflər arasında bağlanan ##.##.2022-ci il tarixli, MK/*****/**/** saylı kredit müqaviləsi üzrə iddia ərizəsində göstərilmiş əsas borc və ona hesablanmış faiz borcu ekspert rəyi ilə ziddiyyət təşkil edir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin */**** saylı ekspert rəyi mötəbər sübut olaraq qəbul edilməlidir. Belə ki, rəydən müəyyən edilir ki, ekspert müqavilə üzrə aparılmış ödənişləri cədvəl əsasında siyahısını tərtib etmiş, borclu tərəfindən kredit borcu üzrə edilmiş ödənişləri nəzərə almış, eyni zamanda əsas, faiz və cərimə borcunun silinən hissələrini də rəyə əlavə edilmişdir. Qeyd olunan yekun borc məbləği isə iddiaçı (və ya onun nümayəndəsi) tərəfindən mübahisələndirilməmişdir. Odur ki, iş üzrə aparılmış mühasibatlıq ekspertizası üzrə verilmiş rəyə əsasən hesablanmış əsas borcu (42.247,93 manat) cavabdeh cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarında olan ##.##.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etməklə yanaşı müqavilənin ləğv ediləcəyi barədə xəbərdarlıq etmişdir Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ##.##.2023-cü il tarixdə müqavilənin ləğv edilməsi təklifi barədə cavabdehə bildiriş göndərməklə, bu barədə iradə ifadəsini ona bildirdiyindən, artıq bununla tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilir. Odur ki, cavabdehin müqavilə üzrə öhdəliklər icra edilmədiyinə görə ##.##.2023-ci il tarixli bildirişdə müəyyən edilmiş 1665,6 manat faiz borcu cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliyi pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Belə ki, “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti-bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə qeyd etmişdir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyinə əsasən “xxxx” MMC tərəfindən müəyyən edilmiş əmlakların likvid dəyəri əsas tutulmaqla müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş daşınmaz əmlaklara yönəldilməsi hissəsi üzrə qeyd etmişdir ki, bu hissədə də tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və tutma ilkin satış qiyməti 40.500 (qırx min beş yüz) manat olmaqla cavabdeh cavabdeh4 mülkiyyətində olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 37,5 m2 olan ** nömrəli mənzilə və ilkin satış qiyməti 59.882 (əlli doqquz min səkkiz yüz səksən iki) manat olmaqla cavabdeh3 mülkiyyətində olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 71,8 m2 olan ** nömrəli mənzilə yönəldilməlidir. Həmçinin, həmin əmlaklar ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməlidir. Eyni zamanda, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan mülkiyyətçilər cavabdeh4 və cavabdeh3 qaytarılmalı, mənzilin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğ ümumi qaydada cavabdeh cavabdeh1 tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 445.7, 421.2, 295, 296.1, 298.1, 319.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2014-cü il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424,3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarı, “İpoteka haqqında” AR Qanununun 1.0.9, 39.3.3, 34.1.1, 59.3, 59.4-cu maddələri, Mülki Prosessual Məcəlləsinin 119.1, 117.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək Hacıqabul Rayon Məhkəməsi ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin qismən ləğv edilərək, (mənzilin bazar və likvid dəyəri barədə araşdırma aparılaraq) yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 37,5 m2 olan ** nömrəli mənzilə və cavabdeh3 mülkiyyətində olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 71,8 m2 olan ** nömrəli mənzilə) daşınmaz əmlakın qiyməti “xxxx” MMC-nin **** nömrəli daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə hesabatı məhkəmə iclasında tədqiq edilən zaman müəyyən edilmişdir ki, cavabdeh cavabdeh4 mülkiyyətində olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 37,5 m2 olan ** nömrəli mənzilin likvid dəyəri 40.500 (qırx min beş yüz) manat olmaqla orta bazar qiyməti 45.000 (qırx beş min) manat dəyərində müəyyən edilmişdir. Həmçinin, cavabdeh3 mülkiyyətində olan Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14 ünvanında yerləşən, ümumi sahəsi 71,8 m2 olan ** nömrəli mənzilin likvid dəyəri 59.882 (əlli doqquz min səkkiz yüz səksən iki) manat olmaqla onun orta bazar qiymətinin isə 66.535 (altmış altı min beş yüz otuz beş) manat olduğu rəydə qeyd edilmişdir. Qeyd edir ki, iddiaçı ilə “xxxx” MMC özəl eksperizasının əməkdaşlıq edirlər. Bunu iddiaçının cavabdehlərə qarşı bütün məhkəmə instansiyalarında onlar tərəfdən verilən vəsatətlər məhkəmə tərəfindən təmin edilir. Nəticə isə ipoteka predmeti olan əmlakın bu gün real bazar qiymətindən dəfələrlə az təyin edilməsi açıq-aşkar görünür. Hal-hazırda Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14, m.10 ünvanındakı mənzilinin ilkin satış qiyməti 95.000-100.000 manatdır. Göründüyü kimi məhkəmə tərəfindən həmin vəsatət təmin edilmiş, lakin həmin gün mülkiyyətçilər mənzildə olmadıqları üçün mənzilə baxış keçirilməmişdir. Hesab edir ki, işə tam, obyektiv və hərtərəfli baxılması üçün Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14, m.10 ünvanındakı mənzilinin ilkin satış qiyməti və likvid dəyəri məhkəmə tərəfindən müəyyən edilməsi çox vacibdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” AR Qanununun: 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti- bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, cavabdeh Hacıqabul Rayon Məhkəməsi ##.##.2025ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsinin qismən ləğv edilərək, (mənzilin bazar və likvid dəyəri barədə araşdırma aparılaraq) yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(071)-13/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14, mənzil 10 və Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14, mənzil 12 ünvanında yerləşən daşınmaz əmlakların likvid dəyərlərinin müəyyən edilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mübahisəni düzgün olaraq yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçının iddia tələbindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə kredit vəsaiti verilmiş, kredit öhdəliyinin icrasının təminatı məqsədilə cavabdehlər cavabdeh4 və cavabdeh3 məxsus mənzillər ipoteka ilə yüklü edilmişdir. İddiaçı cavabdehin kredit öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini, bunun nəticəsində kredit üzrə əsas və faiz borcunun yarandığını göstərərək həmin borcun tutulmasını, habelə tutmanın ipoteka predmetləri olan daşınmaz əmlaklara yönəldilməsini və onların satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh1 həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində ipoteka predmeti olan mənzillərin qiymətləndirilməsinə dair rəyin nəticələri ilə razılaşmadığını, rəy üzrə müəyyən edilmiş bazar və likvid dəyərlərinin faktiki bazar qiymətlərindən xeyli aşağı göstərildiyini və bu səbəbdən qiymətləndirmənin obyektiv olmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatının düzgünlüyünə dair cavabdehin etirazlarını nəzərə alaraq iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Lakin cavabdehlər ekspertin ipoteka predmeti olan mənzillərə baxış keçirməsinə şərait yaratmadıqlarından, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən rəy verilməsi mümkün olmamışdır. Bu səbəbdən məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən edərkən iş materiallarında mövcud olan "xxxx" MMC-nin qiymətləndirmə hesabatını mötəbər sübut kimi əsas götürmüşdür. Cavabdeh isə apellyasiya mərhələsində ipoteka predmeti olan daşınmaz əmlakların "xxxx" MMC tərəfindən müəyyən edilmiş bazar və likvid dəyərləri ilə razılaşmayaraq həmin əmlakların yenidən qiymətləndirilməsini xahiş etmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə müstəqil qiymətləndirici cəlb edilmiş və qiymətləndiricinin qarşısında Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14, mənzil 10 və ev 14, mənzil 12 ünvanlarında yerləşən daşınmaz əmlakların hər birinin orta bazar və likvid dəyərlərinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. Qiymətləndiricinin ##.##.2026-cı il tarixli hesabatı məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmişdir. "UNİPRİCE" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatına əsasən, Şirvan şəhəri, R Mahmud İbrahimov küçəsi, ev 14, mənzil 10 ünvanında yerləşən daşınmaz əmlakın bazar dəyəri 45.000 manat, likvid dəyəri 40.500 manat, həmin ünvanda yerləşən ** nömrəli mənzilin isə bazar dəyəri 65.000 manat, likvid dəyəri isə 58.500 manat müəyyən edilmişdir. Göründüyü kimi, müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş göstəricilər birinci instansiya məhkəməsinin əsas götürdüyü "xxxx" MMC-nin qiymətləndirmə hesabatı ilə mahiyyət etibarilə eyni nəticəni əks etdirir. Belə ki, ** nömrəli mənzil üzrə bazar və likvid dəyərləri tamamilə üst-üstə düşmüş, ** nömrəli mənzil üzrə isə "xxxx" MMC tərəfindən müəyyən edilmiş bazar dəyəri (66.535 manat) və likvid dəyəri (59.882 manat) "UNİPRİCE" MMC tərəfindən müəyyən edilmiş dəyərlərdən hətta daha yüksək olmuşdur. Məhkəmə tərkibi nəzərə alır ki, iş materiallarında həm "xxxx" MMC-nin, həm də apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında cəlb edilmiş "UNİPRİCE" MMC-nin qiymətləndirmə hesabatlarının elmi cəhətdən düzgün tərtib edilmədiyini, istifadə olunan qiymətləndirmə metodologiyasının qanunvericiliyin tələblərinə zidd olduğunu və ya nəticələrinin etibarlılığını şübhə altına alan hər hansı mötəbər sübut mövcud deyildir. Əksinə, müxtəlif vaxtlarda və fərqli qiymətləndiricilər tərəfindən aparılmış qiymətləndirmələrin nəticələrinin bir-birini təsdiq etməsi həmin rəylərin obyektivliyini və mötəbərliyini daha da gücləndirir. Belə olan halda, cavabdehin qiymətləndirmənin qeyri-obyektiv aparılması, əmlakın bazar və likvid dəyərinin reallıqdan aşağı müəyyən edilməsi barədə, dəlilləri ehtimala əsaslanmaqla irəli sürülmüş olmaqla, iş materiallarında olan sübutlarla təsdiq edilmir. Həmçinin məhkəmə tərkibi cavabdehin iddiaçı ilə "xxxx" MMC arasında əməkdaşlıq olması, bu səbəbdən qiymətləndirmənin qeyri-obyektiv aparılması və ipoteka predmetinin dəyərinin real bazar qiymətindən dəfələrlə aşağı müəyyən edilməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh qeyd etdiyi halları təsdiq edən hər hansı mötəbər və yol verilən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı ilə qiymətləndirici təşkilat arasında hər hansı maraq əlaqəsinin və ya qiymətləndirmənin qərəzli aparılmasının mövcudluğu yalnız ehtimallara əsaslanan mülahizələrlə təsdiq edilə bilməz. MPM-in sübutetmə yükünə dair müddəalarına uyğun olaraq həmin halları təsdiq edən mötəbər sübut təqdim edilmədiyindən, cavabdehin bu hissədəki apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya mərhələsində əldə edilmiş rəy ilə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəyi arasında mövcud uyğunluq, məhz birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş rəyin düzgünlüyünü və əsaslılığını təsdiq edir və bu səbəbdən iş üzrə hüquqi qiymətləndirmə həmin rəy əsasında aparılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü yeganə dəlil ipoteka predmeti olan daşınmaz əmlakların bazar və likvid dəyərlərinin düzgün müəyyən edilməməsi ilə bağlı olduğundan, araşdırma da yalnız həmin dəlil çərçivəsində aparılmış və aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə tərkibi həmin dəlilin əsassız olduğu qənaətinə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilə bilməz. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən keçirilmiş qiymətləndirmə üzrə "UNİPRİCE" MMC tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli hesabatla yanaşı, qiymətləndirmə xidmətinin dəyəri qismində 500 manat məbləğində xidmət haqqının iddiaçı tərəfindən ödənildiyi də bildirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, qeyd olunan qiymətləndirmənin keçirilməsi zərurəti məhz cavabdehin birinci instansiya məhkəməsinin əsas götürdüyü qiymətləndirmə hesabatına etiraz etməsi və həmin hesabatda göstərilən dəyərlərlə razılaşmaması nəticəsində yaranmışdır. Halhazırda apellyasiya şikayəti təmin edilməyindən həmin xərcdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı ASC tərəfindən müstəqil qiymətləndirici “UNİPRİCE” MMC-yə ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin əvəzi cavabdeh cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1999/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1999/2025
16.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver