Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2/2025 15.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz istifadədən azad olunması, 2010-cu ildən qanunsuz istifadə olunan torpaq sahəsindən ona vurulmuş 3000 (üç min) manat ziyanın və əldən çıxmış fayda olaraq 2000 (iki min) manat pul və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər : torpaq sahəsindən çıxarma. Şirvan şəhəri, 15 yanvar 2026-cı il X11 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz istifadədən azad olunması, 2010-cu ildən qanunsuz istifadə olunan torpaq sahəsindən ona vurulmuş 3000 (üç min) manat ziyanın və əldən çıxmış fayda olaraq 2000 (iki min) manat pul və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin (hakim: M.Məmmədov) 26 aprel 2021-ci il tarixli, 2(018)-184/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən RX ******* saylı Çıxarış ilə mülkiyyətlərində olan 0,5911 hektar torpaq sahəsinin 0,30 ha hissəsinin qanunsuz istifadədən azad olunması, 2010-cu ildən qanunsuz istifadə olunan torpaq sahəsinə görə onlara vurulmuş 3000 (üç min) manat maddi ziyanın və 2000 (iki min) manat əldən çıxmış faydaya görə pul və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın predmetini artıraraq, Cavabdeh qanunsuz istifadə etdiyi 0,3971 ha torpaq sahəsindən çıxarılması və qanunsuz tikmiş olduğu 9x9 metr ölçüdə tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Astara rayonu, Kijəbə qəsəbəsində yaşayır. Onların Astara rayonu, Kijəbə qəsəbəsində ümumi birgə mülkiyyətlərində 0,5911 hektar kənd təssərüfat təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onlara Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 03 saylı qərarına əsasən ayrılmışdır. Həmin torpaq sahəsi Astara rayon Torpaq və Xəritəçəkmə şöbəsinin əməkldaşları tərəfindən yerində naturada ayrılıb onlara təhkim edilmiş və bu barədə 15 noyabr 1999-cu ildə JN149 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Sonradan iddiaçı həmin torpaq sahəsinə 10 aprel 2019-ci il tarixdə mülkiyyət Hüququnadair RX ******* çıxarış almışdır. Çixarişla yanaşı ona torpaq sahəsinin plan və ölçüsü barədə də sənəd verilmişdir. 2010-cu ildə Astara rayonu, Kijəbə qəsəbə sakini X5 onun evdə olmamağından istifadə edərək onun mülkiyyətində olan torpaq sahəsinin 0,30 hektar hissəsini tutub istifadə etməyə başlamışdır. İddiaçı cavabdehdən dəfələrlə torpağını azad edilməsini tələb etsə də o, iddiaçının torpağını zəbtdən azad etməmişdir. Həmçinin Cavabdeh qanunsuz 0,3971 hektar torpaq sahəsindən istifadə etmiş və həmin torpaq üzərində qanunsuz olaraq 9x9 metr ölçüdə tikinti tikmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. İddiaçı mülkiyyətində olan torpaq sahəsi özünün çəkdiyi çəpər daxilindədir. Çəpəri İddiaçı özü etmişdir. Bildirmişdir ki, tərəfindən hələ 2010-cu ildə aralarında olan şifahi razılaşmaya görə X3 pulunu ödəməklə 2954.98 kv.m və YusifovTeyyub Eynəli oğlundan 2741.79 kvadrat metr torpaq sahəsi almışdır. Aldığı torpaq sahəsində dörd ildir ki, sitrus ağacları əkib becərir. O, İddiaçı məxsus olan torpaq sahəsini tutmamışdır. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(018)-184/2021 saylı qətnaməsi ilə (sədrlik edən M.Məmmədov) İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz istifadən azad olunması, 2007-ci ildən qanunsuz istifadə olunan torpaq sahəsindən ona vurulmuş 3000 (üç min) manat ziyanın və əldən çıxmış fayda olaraq 2000 (iki min) manat pul və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” iddiası qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, daşınmaz əmlakın reyest nömrəsi **********85 olan çıxarışda qeyd edilən Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,5911 hektar torpaq sahəsinin 0,3971 hektar hissəsinin Cavabdeh qanunsuz istifadəsindən azad olunması, həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 9x9 ölçüdə inşası başa çatdırılmayan yarımtikilinin onun öz hesabına sökülməsi, iddianın qalan hissəsinin isə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən həm iddiaçı həm də cavabdeh apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin təmin edilməyən hissədə ləğv edilərək, iddiasının tam təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh 2010-cu ildən etibarən onun torpaq sahəsindən qanunsuz istifadə etmiş, bununla da ona 3000 manat maddi ziyan vurmuş, həmçinin həmin torpaq sahəsindən istifadə edə bilməməklə əldən çıxmış fayda olaraq 2000 (iki min) manat pul itkisinə məruz qalmışdır. Odur ki, iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Astara Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(018)-184/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməli olduğu halda X4 həvalə edilmişdir. Ekspertin rəyinin obyektiv olmasına şübhə vardır. X2 ekspert rəyi əsassızdır. O, iddiaçının torpaq sahəsini zəbt etməmiş, ev tikməmişdir. Birinci instansiya məhkəməsi əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Əlavə olaraq göstərmişdir ki, o iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Həmin ərazidə sənəd üzrə ona məxsus torpaq sahəsi yoxdur. Mütəxəssis rəyində olan sxemdə zəbt edilmiş əraziyə yaxın olan tikili ev ona məxsusdur. Həmin ev iddiaçının torpaq sahəsində inşa edilməyib. Həmin ərazi 1992-ci ildə bələdiyyə tərəfindən ona ayrılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Əvvəlki apellyasiya baxışında iştirak edən İddiaçı vəkili Vəkil onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, əvvəlki ekspert rəyi ilə iddiaçıya məxsus 0,5911 ha torpaq sahəsinin 0,3971 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi qeyd edilsə də hazırkı rəylə iddiaçıya məxsus torpaq sahəsinin 0.10 ha hissəsinin zəbt edilməsi göstərilir. Hazırda iddiaçının istifadəsində 20 sot torpaq sahəsi var, bəs onda iddiaçıya məxsus təxminən 40 sot torpaq sahəsi haradadır?. Göründüyü kimi 2 ekspert rəyi arasında ziddiyyət var. Buna görə də iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxılaraq qərar verilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçı və hüquqi varislərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində qətnaməni təmin edilməyən hissədə ləğv edərək həmin hissədə təmin etməklə onu qismən, cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək iddia tələbinin təmin edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə qismən, cavabdehə münasibətdə isə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi "Sporronqun və Lonnrotun İsveçrə qarşı" qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların "de fakto" baş verməsi aydınlaşdırılmalıdır. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə təhlil edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı 08 oktyabr 1965-ci il tarixdə Astara rayonu,Tüləgivan kəndində anadan olmaqla, Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, daşınmaz əmlakın reyest nömrəsi **********85 olan çıxarışdan məlum olur ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində 0,5911 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-166 Kod 80102018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından məlum olur ki, Astara rayon Aqrar İslahat komissiyasının 08 fevral 1999-cu il tarixli, 03 nömrəli qərarı ilə X6 və ailə üzvlərinə 0,30 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-165 Kod 80102018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından məlum olur ki, Astara rayon Aqrar İslahat komissiyasının 08 fevral 1999-cu il tarixli, 03 nömrəli qərarı ilə X7 və ailə üzvlərinə 0,30 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan “X9” MMC-nin 14 aprel 148 nömrəli ekspert rəyindən məlum olur ki, hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsi, aerofotoplan və natura üzrə aparılan ekspertiza tədqiqatı nəticəsində İddiaçı məxsus 0.5911 ha torpaq sahəsinin 0,3971 ha hissəsinin cavabdehin metal torla (setka) hasarlanmış və həmçinin istifadəsində olan ərazi daxilində olması müəyyən olunmuşdur. Bundan başqa cavabdeh həmin ərazidə 9x9 metr ölçüdə inşası başa çatdırılmayan yarımtikili inşa etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi “X9” MMC-nin yuxarıda göstərilən rəyini əsas tutaraq iddianı qismən təmin etmiş, həmin qətnamədən həm iddiaçı həm də cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişlər. İddiaçının apellyasiya şikayətinin dəlili iddinın təmin edilməyən – “cavabdehin 2010-cu ildən etibarən onun torpaq sahəsindən qanunsuz istifadə etməsi, bununla da ona 3000 manat maddi ziyanın, həmçinin həmin torpaq sahəsindən istifadə edə bilməməklə əldən çıxmış fayda olaraq 2000 (iki min) manat pul itkisinə məruz qalması və iddianın həmin hissədə də təmin edilməsi” ilə bağlıdır. Cavabdehin apellyasiya şikayətinin dəlili ekspertin rəyinin şübhəli və əsassız olması, onun iddiaçının torpaq sahəsini zəbt etməməsi və həmin torpaqda hər hansı ev tikməməsi ilə əlaqədardır. Apellyasiya baxışında şikayətin dəlilləri üzrə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2024-cü il tarixli, 3-16-16/2-10/603 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir. Qərardadın birinci sualına əsasən; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-961/2024 №-li mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı və qeyrilərinin mülkiyyətində olan Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,5911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin torpaqların elekron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun öz əksini tapması müəyyən olunmuşdur. Qərardadın ikinci sualına əsasən; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-961/2024 №-li mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,5911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualına əsasən; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-961/2024 №-li mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,5911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi və Cavabdeh tərəfindən istifadə edilən həmin 0,10 ha torpaq sahəsi üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Ekspertiza xərci 50 manat təşkil etmişdir. İş materiallarında olan 9 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-961/2024 saylı mütəxəssis rəyində də eyni nəticə göstərilmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2024-cü il tarixli, 3-16-16/2-10/603 nömrəli ekspert rəyi torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında (TEKUİS və ya AzCard) verilmədiyindən yenidən məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və 3 dekabr 2025 -ci il tarixli, 3-21-3-43/2-4203/2025 saylı mütəxəssis rəyi əldə edilərək işə əlavə edilmişdir. Həmin rəydə aşağıdakılar göstərilmişdir.
1. Araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat (Seriya RX ******* nömrəli) nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-149 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında və **********85 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,5911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Həmçinin JN-149 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan sözügedən 0,5911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun ümumi sahə ölçüsü saxlanılmaqla öz əksini tapmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən sözügedən 0,5911 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.
2. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019cu il tarixli, ********** qeydiyyat (Seriya RX ******* nömrəli) nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-149 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında və **********85 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,5911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur.
3. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019cu il tarixli, ********** qeydiyyat (Seriya RX ******* nömrəli) nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-149 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında və **********85 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,5911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində Cavabdeh tərəfindən hər-hansı bir tikilinin inşa edilməməsi müəyyən olunmuşdur.
4. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019cu il tarixli, ********** qeydiyyat (Seriya RX ******* nömrəli) nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-149 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında və **********85 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,5911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki olaraq 0,24 ha hissəsinin İddiaçı istifadəsində olması, qalan hissəsinin isə İddiaçı yaxın qohumu X8 istifadəsində olması və torpaq sahəsinin istifadəsi ilə bağlı hazırda hər hansı bir mübahisənin mövcud olmaması müşahidə olunmuşdur. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində “X9” MMC-nin rəyini şübhəli və əsassız hesab etmiş, onun tərəfindən iddiaçının hər hansı torpaq sahəsini zəbt etməməsini və həmin torpaqda hər hansı ev tikməməsini bildirmişdir. Birinci instansiya məhkəməsi isə “X9” MMC-nin yuxarıda göstərilən rəyini əsas tutaraq iddianı qismən təmin etmişdir. Apellyasiya baxışında mütəxəssiz rəyi ilə müəyyən edilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,5911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. İddiaşıya məxsus bəhs olunan mübahisəli 0,5911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində Cavabdeh tərəfindən hər-hansı tikili inşa edilməmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,5911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki olaraq 0,24 ha hissəsinin İddiaçı istifadəsində olması, qalan hissəsinin isə İddiaçı yaxın qohumu X8 istifadəsində olması müəyyən olunmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya və onun ailə üzvlərinə məxsus olan hər hansı torpaq sahəsi zəbt edilməmiş, həmçinin bu və ya digər şəkildə istifadə edilmir və mübahisəli torpaq sahəsi üzərində cavabdeh tərəfindən hər hansı yarımtikili inşa edilməmişdir. Belə olduğu halda iddiaçının iddinın təmin edilməyən – “cavabdehin 2010-cu ildən etibarən onun torpaq sahəsindən qanunsuz istifadə etməsi, bununla da ona 3000 manat maddi ziyanın, həmçinin həmin torpaq sahəsindən istifadə edə bilməməklə əldən çıxmış fayda olaraq 2000 (iki min) manat pul itkisinə məruz qalması ilə bağlı apellyasiya şikayətinin dəlilləri də öz-özlüyündə əsassız hesab ediləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən iddiaçının apellyasiya şikayət təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Astara Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(018)-184/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. İddiaçı apellyasiya baxışında təyin edilmiş iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul vəsaiti alınaraq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, Mülki mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və Mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və Mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının apellyasiya şikayət təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(018)-184/2021 saylı qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən RX ******* saylı Çıxarış ilə mülkiyyətlərində olan 0,5911 hektar torpaq sahəsinin 0,30 ha hissəsinin qanunsuz istifadədən azad olunması, 2010-cu ildən qanunsuz istifadə olunan torpaq sahəsinə görə onlara vurulmuş 3000 (üç min) manat maddi ziyanın və 2000 (iki min) manat əldən çıxmış faydaya görə pulun və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı apellyasiya baxışında təyin edilmiş iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul vəsaiti alınaraq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.