Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2005/2023 25.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 2-86/2008 saylı, 05 oktyabr 2023-cü il tarixli qərardadından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 305F saylı şəhadətnamə ləğv edilmiş, Cavabdeh və Səid Şirinova məxsus torpaq sahəsinin texniki pasportlarında göstərilən həddə kadastr planı hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinə, həmin torpaq sahələrinə dair şəhadətnamələrin hazırlanıb verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Cəlilabad Ərazi üzrə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin Masallı Rayon Məhkəməsinə ünvanladığı 14 may 2009-cu il tarixli məktubundan görünür ki, Masallı şəhər sakinləri Cavabdeh ilə Səid Şirinov arasında olan torpaq mübahisəsi mütəxəssislər vasitəsilə araşdırılmış və bu məsələyə rayon məhkəməsində baxılmışdır. Cavabdeh ilə Səid Şirinov arasında olan həyət-sərhəd mübahisəsi hər iki tərəfin razılığı əsasında öz müsbət həllini tapmışdır. Hazırda hər iki vətəndaş üçün həyətyanı torpaq sahələrinə hüquq müəyyənedici sənədlər hazırlanır (Cavabdeh bugünlərdə hüquqi sənəd təqdim edilmişdir). İddiaçı 03 iyul 2023-cü ildə Masallı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 saylı qətnaməsi ilə iddiası təmin təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, lakin cavabdeh mübahisəni könüllü həll edəcəyini vəd etdiyindən mübahisənin öz aralarında həll ediləcəyinə inanıb icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Ərizəsinə əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. Lakin sonradan cavabdeh vədinə əməl etməmiş və qətnamə icra olunmamış qalmışdır. Bu isə məhkəmə qərarının yalnız icra qaydasında həll ediləcəyini göstərir. Odur ki, yuxarıda göstərilən icra sənədinin yenidən icraya yönəldilməsinə köməklik göstərilməsini xahiş edir. Masallı Rayon Məhkəməsi tərəfindən 05 iyul 2023-cü ildə məhkəmənin 30 mart 2008-ci il tarixli, 2-86/2008 saylı qətnaməsi əsasında icra vərəqəsi verilmişdir. Masallı Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-86/2008 saylı məktubu ilə Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 nömrəli icra vərəqəsi yenidən icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxsnə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxs məhkəmə qətnaməsinin göndərilməsi barədə 21 iyul 2023-cü il tarixli məktubla Masallı Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, İddiaçı mülki işi üzrə çıxarılmış Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 saylı qətnaməsi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxsnə məhkəmə tərəfindən rəsmi qaydada göndərilməmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 saylı qətnaməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxsnə daxil olduqdan sonra icra vərəqəsinin icrasının aparılması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Masallı Rayon Məhkəməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxsnə ünvanladığı 24 avqust 2023-cü il tarixli, 2-86/2008 saylı məktubunda qeyd edilmişdir ki, Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 nömrəli qətnaməsi icra edilməsi üçün xx.xx.2008-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan poçt qəbzindən görünür ki, xx.xx.2008-ci il tarixdə Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 saylı qətnaməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən qəbul edilmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 saylı qətnaməsi təkrarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxsnə göndərilmişdir. İş materiallarının 89-cu vərəqində olan poçt xəbərnaməsindən görünür ki, qətnamənin surəti 29 avqust 2023-cü ildə təqdim olunmuşdur. Qətnamədən narazı qalan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxs 27 sentyabr 2023-cü ildə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsində 30 mart 2008-ci il tarixli, 2-86/2008 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-86/2008 saylı qərardadı ilə (sədrlik edən hakim Zeynal Zeynalov) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxs tərəfindən Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə olunmuş sənədlər apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötdüyünə görə Mülki Prosessual Məcəllənin 130.1-ci, 130.3-cü və 360-cı maddələrinə istinad edilməklə geri qaytarılmışdır. Qərardaddan narazı qalan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxs şikayət vermiş, şikayətində Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-86/2008 saylı qərardadının ləğv edilərək, apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-86/2008 saylı müşayiət məktubu ilə Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 saylı qətnaməsi icra edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxsnə göndərilmişdir. Qətnamə İdarəyə 29 avqust 2023-cü il tarixdə daxil olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, məhkəmə qətnaməsi qismən icra edilmiş, yəni qətnaməyə əsasən Cavabdeh adına ləğv edilmiş DTXK-nin Masallı rayon şöbəsi tərəfindən 408 kv.metr həyətyanı torpaq sahəsinə Cavabdeh adına 02 iyun 2009-cu il tarixdə AN 167135 nömrəli plan və ölçü sənədi verilmişdir. Qətnamə İddiaçı məxsus hissədə icra olunmamışdır. Hal-hazırda istifadə vəziyyəti texniki pasportlardakı torpaq sahələrinin cizgiləri ilə eynilik təşkil etmir. İddiaçı eyni dam altında olan fərdi evi Mənsumə Şirinovaya vermiş, əvəzində evin şimalında yerləşən 0,05 ha torpaq sahəsindən istifadə edir. Yerdəyişmə tərəflərin şifahi razılaşması ilə həyata keçirilmişdir. İddiaçı həmin ərazidə özünə məxsus 2 mərtəbəli fərdi yaşayış evi tikmişdir. Ev tikilən ərazi Məsumə Şirinovanın fərdi yaşayış evinin texniki pasportda torpaq sahəsinin cizgisi ilə üst-üstə düşür. Yol üzərində İddiaçıla qonşular arasında mübahisə var. Kompleks yerquruluşu xəritəsində piyada yolu kimi qeyd olunmuşdur və vətəndaşlar həmin yoldan piyada gediş-gəliş yolu kimi istifadə etmişlər. İddiaçı ev tikməyə başlarkən həmin yolu özünün ərazisində genişləndirərək həyətə avtomaşının girməsinə şərait yaratmışdır. Lakin qonşular həmin yolun axıra kimi açılaraq avtomobil yoluna çevrilməsini tələb edirlər. İddiaçı isə bununla razılaşmır. Hazırda qonşular arasında yerində mübahisə halları var. Maraqlı şəxs şəhadətnamə verən orqan deyil. İddiaçı məxsus torpaq sahəsinin texniki pasportunda göstərilən həddə kadastr planı hazırlanması DTXK Masallı rayon şöbəsinə, həmin torpaq sahələrinə dair şəhadətnamələrin hazırlanıb verilməsi mümkün deyil. Mülki iş üzrə çıxarılmış Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 saylı qətnaməsi Cəlilabad Ərazi İdarəsinin Mülki Prosessual Məcəllənin 357-ci maddəsinin tələbinə əsasən maraqlarına toxunmuşdur. Həmçinin, qətnamədən vaxtında apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxs daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatını aparan orqandır. Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2-86/2008 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 2-86/2008 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərardadının ləğvi barədə mülki iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxs şikayəti təmin edilməmiş, işin şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-86/2008 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxs şikayətdə Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 saylı qətnaməsinin 29 avqust 2023-cü il tarixində idarəyə daxil olduğunu bildirmişdir. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Həmin Fərmanın 2.1-ci maddəsinin onun qəbul edildiyi dövrdəki məzmununa əsasən, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə yuxarıda adı çəkilən dövlət xidmətinə keçir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin Masallı Rayon Məhkəməsinə ünvanladığı 14 may 2009-cu il tarixli məktubdan da göründüyü kimi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsində Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 saylı qətnaməsi üzrə icra işi olmuşdur. 5 fevral 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra onun dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bu isə həm də onu özündə ehtiva edir ki, müvafiq funksiyalar üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin arxiv materialları da Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilmişdir. 12 may 2020-ci il tarixli Fərman ilə isə Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Məsələləri Dövlət Xidmətinə çevrilmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırda Əmlak Məsələləri Dövlət Xidmətinin) hələ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərkən arxiv materiallarının ona təhvil verildiyi zaman Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 saylı qətnaməsindən məlumatı olmalı idi. Belə ki, arxiv materiallarının təhvil alınması zamanı bu qətnamənin mövcudluğunun aşkarlanmaması, başqa sözlə, dövlət orqanının təhvil alınan arxiv materiallarını ətraflı şəkildə araşdırmaması qəbul edilməsindən 15 il keçdikdən sonra məhkəmə qətnaməsinin mübahisələndirilməsi üçün əsas hesab edilmir və bu hal iddiaçının hüquqlarının pozulmasına şərait yaratmamalıdır. Lakin buna baxmayaraq, qətnamədən apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxs apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi MPM-in 130.1-ci, 130.3-cü və 360-cı maddələrinə istinad edərək apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-86/2008 saylı qərardadı dəyişdirilmədən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxs şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxsnə onu da izah edir ki, hazırkı qərardad Masallı Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli, 2-86/2008 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə birlikdə yenidən apellyasiya şikayəti vermək imkanını aradan qaldırmır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-86/2008 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2005/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2005/2023
25.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver