Məhkəmə qərarları › İş №2(106)-2007/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2007/2025

26.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2007/2025 26.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin nümayəndəsi (rəisi) X1 iştirakları ilə, İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinə qarşı “işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1620/2025 saylı qətnaməsindən cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinin onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyi barədə xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsini, məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı və işlədiyi dövrdə əmək haqqından tutulmalar həyata keçirərkən müharibə veteranı olduğu nəzərə alınmaması nəticəsində artıq tutulmaların ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1620/2025 saylı qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddia təmin edilmiş, cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 25 iyul 2025-ci il tarixli 33-K saylı əmrin ləğv edilməsi, İddiaçı Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin təmir-təmizlik sahəsinin rəisi vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi qət edilmişdir. Cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1620/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin nümayəndəsi (rəisi) X2 apellyasiya şikayətindən imtina etdiyini bildirərək apellyasiya üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin nümayəndəsi (rəisi) X2 apellyasiya şikayətindən imtina edilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətindən imtinanın qəbul edilərək apellyasiya üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir (təmsil olunmamışdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə tərkibi işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Məhkəmə tərkibi hazırkı işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası həqiqi iradə ifadəsidir. Buna görə də, onun apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, ərizə təmin edilməli və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1620/2025 saylı qətnaməsindən cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinın apellyasiya şikayətinə münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384.0.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi qərara aldı: Ərizə təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1620/2025 saylı qətnaməsindən cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinın apellyasiya şikayətinə münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar