Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2008/2025 05.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” barədə ilkin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 İddiaçı qarşı “bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi” qarşılıqlı iddia tələbinə mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1067/2025 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şirvan şəhəri, X16 küçəsində yerləşən ev 28 saylı, 21 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** №-li çıxarışına əsasən Şirvan şəhəri, X16 küçəsində yerləşən ev 28 saylı, 21 nömrəli mənzil onun mülkiyyətindədir. Həmin mənzilə dair mülkiyyət hüququnu həyata keçirmək istəsə də bu mümkün olmamışdır. Çünki Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus mənzildə qeydiyyatdadır və mülkiyyət hüququnu həyata keçirməyə maneə törədir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kimdir? Cavabdeh2 onun qardaşıdır. Cavabdeh1 isə qardaşının yoldaşıdır. Cavabdeh3 isə digər qardaşı uşağıdır. Müəyyən məsələlərlə bağlı Şirvan şəhərində qeydiyyata düşmək vacib olduğundan, qardaşı Cavabdeh2 xahişi ilə onu və həyat yoldaşı Cavabdeh1, digər qardaşının xahişi ilə isə Cavabdeh3 ona məxsus mənzilə qeydiyyatdadır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus mənzildə qeydiyyatda olsalar da, onlar həmin mənzildə heç zaman yaşamamışlar və orada faktiki olaraq heç bir istifadə hüququna malik deyillər. Onların qeydiyyata alınması yalnız qohumluq münasibətləri və müəyyən hallarda ehtiyac səbəbi ilə onun razılığı əsasında həyata keçirilmişdir. Lakin qeyd olunan şəxslər həmin mənzildə nə yaşayış sürüblər, nə də oradan istifadə ediblər. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd olunduğu kimi, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına, mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Hal-hazırkı vəziyyətdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sözügedən mənzilində olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Birincisi onun mənzilində qeydiyyatda qalması onun həmin mənzili ilə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onların razılığın alınması onun üçün əlavə problemlər yarada bilər. Bu səbəbdən onun ona məxsus mənzilindən pasport qeydiyyatından çıxarılmasını istəyir. Lakin oradan rəsmi olaraq ona məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadan adı çəkilən şəxslərin qeydiyyatdan çıxarmaq mümkün olmadığını bildirmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək xx.xx.1994-cü il tarixli Bəxşiş müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDR Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəsinin çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı “Şirvan şəhəri, X16 küçəsində yerləşən 28 saylı evdəki 21 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi ” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi hazırda məhkəmə icraatındadır. Hazırda Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinə görə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunmuş hüquq normasına əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. İlkin iddia tələbi əsassızdır. Belə ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində Şirvan şəhəri X16 küçəsində yerləşən 28 saylı evdə yerləşən mübahisəli 21 nömrəli mənzili 1997-ci ildə alqı-satqı yolu ilə rus vətəndaşından aldığını, Şirvan şəhərində qeydiyyata düşmək vacib olduğundan Cavabdeh2 xahişi ilə onun və həyat yoldaşı Cavabdeh1 1997-ci il tarixində onun razılığı ilə həmin mənzilin pasport qeydiyyatına alındıqlarını mənzildə qeydiyyatda olsalar da, orada heç bir zaman yaşamadıqlarını və orada faktiki olaraq heç bir istifadə hüququna malik olmadıqlarını qeyd etmişdir. İlkin iddia tələbi üzrə iddiaçının qeyd etdiyi faktiki əsaslar yanlışdır və həqiqətdən uzaqdır. Belə ki, mübahisə predmeti olan mənzili o, Cavabdeh1 xx.xx.1994-ci il tarixli alqı-satqı müqaviləsi əsasında rus vətəndaşı olan X8 adlı şəxsdən almışdır. Həmin müqavilə ƏliBayramlı şəhər (indiki Şirvan şəhəri) Dövlət Notariat Kontorunda təsdiq edilmişdir və hazırda da qüvvədədir. Müqavilə bağlanarkən ilkin iddia üzrə İddiaçı evin satıcısı X4 etibarnamə üzrə nümayəndəsi kimi iştirak etmişdir. Bu səbəbdən də, mənzilin alqı-satqısında satıcının nümayəndəsi olan İddiaçı 35.000.000 (otuz beş milyon) rubl pul vermişdir. İkincisi, ilkin iddia üzrə İddiaçı mübahisəli mənzilə dair çıxarış əldə etməsindən məlumatsız olmuşlar. Bu barədə onlara qarşı “Şirvan şəhəri, X16 küçəsində yerləşən 28 saylı evdəki 21 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair məhkəmədə iddia qaldırdıqdan sonra məlumatlı olaraq bilmişlər ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDR Xidmətinin 13 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışına əsasən Şirvan şəhəri, X16 küçəsi, ev 28 21 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Eyni zamanda, qeyd olunmuş mübahisə üzrə iddia ərizəsi onlara rəsmi qaydada təqdim olunduqdan sonra araşdırma apararkən məlum olmuşdur ki, mübahisəli mənzil İddiaçı ,o, Cavabdeh1 tərəfindən 17 dekabr 1994cü il tarixli bəxşiş müqaviləsi əsasında bağışlanılmışdır. xx.xx.1994-cü il tarixli bəxşiş müqaviləsindən məlumatsız olmuşlar, müqavilə o, Cavabdeh1 tərəfindən imzalanmamışdır, imza saxtalaşdırılmışdır. Eyni zamanda, onların rəsmi nikahı xx.xx.1992-ci ildə qeydiyyata alındığından adı çəkilən mənzil birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunur və ona görə də həmin mənzil payçı Cavabdeh2 razılığı əsasında bağışlanıla bilərdi. Lakin belə bir razılıq olmamışdır. İş materiallarından göründüyü kimi mübahisəli mənzili o, Cavabdeh1 xx.xx.1994-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alaraq 14 gün sonra, yəni, 17.1994-cü il tarixli bəxşiş müqaviləsi əsasında İddiaçı bağışlamışdır. Sual olunur əgər o evi alqı-satqı müqaviləsi əsasında alımışdırsa və həmin tarixdə onların başqa evləri olmayıbsa, o halda hansı səbəbdən 14 gün sonra mənzili digər bir şəxsə bağışlasın və ya hansı səbəbdən mənzil İddiaçı yox, ona satılmışdır. Üçüncüsü, o, Cavabdeh2 mübahisəli mənzili mülkiyyətçi rus vətəndaşı olan X8 adlı şəxsdən alqı-satqı məqsədi ilə almışdır. Həmin dövrdə adı çəkilən mənzil alqı-satqı predmeti olmadığından onun satılması mümkün deyildi. Bu səbəbdən də mübahisəli mənzili 1992-ci il avqust ayında etibarnamə əsasında alqı-satqı məqsədi ilə almış və həmin ilin dekabr ayında da həmin ünvana pasport qeydiyyatına düşməklə köçmüşdür. Övladları da həmin mənzildə dünyaya gəlmişdir. Onların mənzilin qeydiyyatına düşməklərinə İddiaçı razılıq verməsinə heç bir zərurət olmamışdır. O həmin tarixdə adıçəkilən mənzilin qeydiyyatında olmamışdır. Onlar xx.xx.1995-cı il tarixinə kimi orada yaşamışlar. Həmin tarixdə Sabirabad rayon İcra Şöbəsinə Ədliyyə polisi vəzifəsinə təyin olunduğundan ailəvi olaraq Sabirabad şəhərinə köçmüşlər, onlar ailəvi olaraq mübahisəli mənzildən çıxdıqdan sonra Sabirabad rayonun Şıxsalahlı kəndində atalarının evində yaşayan İddiaçı 1993-cü ildə ailəvi olaraq həmin ünvana köçmüşdür. Həmin tarixdə İddiaçı həyat yoldaşının Cəbrayıl rayonunda yaşayan və rayon ərazisi erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra məcburi köçkün olan yaxın qohumları Sabirabad rayonun Şıxsalahlı kəndində yerləşən atalarının evinə köçdükləri üçün evdə yaşayış şəraiti çətinləşmiş, bu səbəbdən də, İddiaçı ailəvi olaraq mübahisəli evə köçməsini məsləhət bilmişlər. Onlar onun həmin evə köçməsinə razılıq vermişlər. İddiaçı təxminən 2000-ci ilə kimi orada yaşamışdır. O, 2000-ci ildə ailəvi olaraq Bakı şəhərinə köçmüş, həmin tarixdən mənzildə hər hansı bir şəxs yaşamamışdır. O, 2002-ci ildə Şirvan şəhər İcra Şöbəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra Şirvan şəhərinə köçərkən həmin ünvana deyil, Şirvan şəhərində başqa ünvanda yerləşən özlərinə məxsus həyət evinə köçmüşlər. Hal-hazırda da həmin ünvanda yaşayırlar. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1067/2025 saylı qətnaməsi ilə (hakim Aydan Məmmədli) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi qarşılıqlı iddia tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında 61 №-li reyestr kitabında 12 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Şirvan şəhəri X13 küçəsi 28 saylı evin 21 nömrəli mənzilinin hüququ subyekti İddiaçıdur. Tərtib edilmə tarixi xx.xx.2023-cü il. Mənzilin yerləşdiyi binanın tikildiyi il 1967- ci il. Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 48 nömrəli mənzilində yaşayan X10, Mənzil Təsərrüfat İdarəsinin işçisi X2, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 23 nömrəli mənzilində yaşayan X1 iştirakı ilə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzilində rəsmi qeydiyyatda olmasına baxmayaraq Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qeyd olunan mənzildə yaşamamışdır. Aktı öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş xx.xx.1994-cü il tarixli, 3M- 403 №-li alqı-satqı müqaviləsinin surətindən görünür ki, Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, 21 nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzili X7 (onun adından etibarnamə ilə İddiaçı) X11 35000000 (otuz beş milyon) rubla satmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, 21 nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzil Əli-Bayramlı Dövlət Notariat Kontorunun xx.xx.1994-cü il tarixli, 3M-403 №-li reyestrlə verilmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş xx.xx.1994-cü il tarixli bəxşiş müqaviləsinin surətindən görünür ki, X5-Bayramlı Dövlət Notariat Kontorunun xx.xx.1994-cü il tarixli, 3M-403 №-li reyestrlə verilmiş alqı-satqı və qeydiyyat vəsiqəsinə əsasən Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, 21 nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzili qaynı İddiaçı bağışlamışdır. İddiaçı həmin mənzili qardaşının həyat yoldaşı X6 bəxşiş qəbul etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, 21 nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzil Əli-Bayramlı Dövlət Notariat Kontorunun xx.xx.1994-cü il tarixli, 3M-403 №-li reyestrlə verilmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı adına özəlləşdirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1 xx.xx.2013-cü il tarixdən hazıradək ünvan 6 ünvanında, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Əli-Bayramlı şəhəri A.Əhmədov küçəsi ev 6 mənzil 21, xx.xx.2006-cı il tarixdən hazıradək, ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Şirvan şəhər Polis Şöbəsindən məhkəmə sorğusu əsasında əldə edilmiş xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzilində Cavabdeh1 2013-cü il tarixdən, Cavabdeh2 2006-cı il tarixdən, Cavabdeh3 2016-cı il tarixdən qeydiyyatdadır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzili İddiaçı adına qeydiyyat vəsiqəsinə əsasən xx.xx.1994-cü qeydə alınmış, ona görə də məhkəmə hesab etmişdir ki, mübahisəli evdən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mübahisəli evdə qeydiyyatda olmasına istinad edib, hesab etmişdir ki, cavabdehlərin ona məxsus olan evdə qeydiyyatda olmaları onların yaşayış sahəsindən istifadə hüququnun olmasına dəlalət edir. İşin fakiti hallarından müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı ilə Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzilində birlikdə yaşamamış, onunla ümusi təsərrüfat aparmamışdır. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbi baxımından ailə üzvü olmadığından, onun Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə həmin mənzildən istifadə hüququ yaranmamışdır. Nəzərə alınsa ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulmuş ailə üzvü (əri, arvadı, valideyni, uşağı) olmadığından, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçi İddiaçı ilə notariat qaydasında bağlanan müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarana bilər. Lakin iş üzrə tədqiq edilmiş sübutlardan belə bir yazılı razılaşmanın olması müəyyən edilməmişdir. İş üzrə tədqiq edilmiş sübutlardan isə nə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı ailə üzvü, nə də ki, onunla birlikdə Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzilində yaşaması müəyyən olunmamışdır. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzlindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nə Mülki Məcəllənin 228.2-ci maddəsi ilə istifadə hüququ və nədə Mənzil Məcəlləsinin 30.2-ci maddəsi ilə yaşayış sahəsindən istifadə etmək hüququ yaranmadığından mövcud olmayan hüquqa xitam verilə bilməz. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alıb belə bir nəticəyə gəlmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzlindən istifadə hüququna xitam verilməsinə dair ilkin iddia tələbi təmin olunmamalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi üzrə xx.xx.1994-cü il tarixli bəxşiş müqaviləsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsi tərəfindən İddiaçı mübahisəli mənzilə dair verilmiş xx.xx.2023-cü il tarixli,********** №-li çıxarışın ləğv edilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, əmlakın iddiaçıya bağışlanmasına dair bəxşiş müqaviləsi hər hansı şərtlə şərtləndirilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçıların iddia ərizəsində və məhkəmə iclasında qeyd etdiyi hallar tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Belə ki, işin faktiki halları qarşılıqlı iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlmir. Rəsmi sənədlərlə və işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırkı mübahisə üzrə bağışlama müqaviləsinin notariat qaydada bağlanmasına əməl edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı mülkiyyətçi kimi sərəncam hüququndan istifadə etməklə, öz iradəsi ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı daşınmaz əmlakı bağışlamışdır. Bağışlama müqaviləsi bağlanan zaman qanunvericiliyin tələblərinə əməl edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh bağışlanmış əmlakı qəbul etmiş və öz adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyatdan keçirmişdir. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir. Məhkəmə həmçinin, ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş ərizəyə əsasən iddia müddətinin tətbiqi məsələsinə baxmışdır. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, X5-Bayramlı Dövlət Notariat Kontorunun xx.xx.1994-cü il tarixli 3M-403 №-li reyestrlə verilmiş alqı-satqı və qeydiyyat vəsiqəsinə əsasən Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, 21 nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzili qaynı İddiaçı bağışlamışdır. İddiaçı həmin mənzili qardaşının həyat yoldaşı X6 bəxşiş qəbul etmişdir. Həmin müddətdən xeyli müddət , təqribən 31 il müddət keçdikdən, yəni İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi iddia tələbi ilə məhkəmə müraciət etdikdən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini və ya hüquqlarının pozulduğunu yalnız iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bildiklərini təsdiq edən hər hansı bir sübutları məhkəməyə təqdim etməmişlər. Yəni qarşılıqlı iddia tələbi əsaslı olduğu təqdirdə belə, artıq qanunla müəyyən edilmiş müddət ötürülməklə iddianın qaldırılması aşkardır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123, 53-cü maddələri, xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləinin 30.1, 30.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 152¸ 394, 399.1, 228.1, 228.2, 228.5, 666.1, 667.1, 668.1, 668.1.1, 673.1, 421.1, 421.2, 422.1, 422.2, 372.1, 372.2, 373.1, 373.2, 375.2 , 377.1, 377.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (nümayəndəsi və Vəkil2) apellyasiya şikayəti verərək Şirvan Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli, 2(032)-1067/2025 saylı qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən görünür ki, məhkəmə qarşılıqlı iddia tələbini təmin etməyərkən ilkin olaraq “iddia müddətinin keçməsi” əsasına istinad etmişdir. Belə ki, məhkəmənin qənaətinə görə cavabdehlər Bəxşiş müqaviləsindən təqribən 31 il müddət keçdikdən sonra iddiaçıya qarşı “bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi"nə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzrlü səbəblərdən ötürülməsini və ya hüquqlarının pozulduğunu yalnız iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bildiklərini təsdiq edən hər hansı bir sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmənin qeyd olunmuş əsasına qarşılıq olaraq bildirilir ki, ilkin iddia üzrə İddiaçı mübahisəli mənzilə dair Çıxarış əldə etməsindən məlumatsız olmuşdurlar. Bu barədə iddiaçı onlara qarşı “Şirvan şəhəri, X16 küçəsində yerləşən 28 saylı evdəki 21 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair məhkəmədə iddia qaldırdıqdan sonra məlumatlı olaraq bilmişdirlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** №-li Çıxarışına əsasən Şirvan şəhəri, X16 küçəsində yerləşən ev 28 saylı, 21 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Eyni zamanda, qeyd olunmuş mübahisə üzrə iddia ərizəsi onlara rəsmi qaydada təqdim olunduqdan sonra araşdırma apararkən məlum oldu ki, mübahisəli mənzil İddiaçı o, Cavabdeh1 qızı tərəfindən 17 dekabr 1994-cü il tarixli Bəxşiş müqaviləsi əsasında bağışlanılmışdır. Qeyd olunmuş əsaslar barəsində məlumatlı olduqdan dərhal sonra məhkəmədə qarşılıqlı iddia qaldırmışdırlar. ikincisi, onlar mübahisəli mənzili xx.xx.1992-ci ildə rəsmi nikahları qeydiyyata alındığı dövrdə, yəni, birgə nikah dövründə əldə etmişdirlər. Ona görə də, mənzil birgə nikah dövründə əldə edilmiş əmlak olaraq payçı Cavabdeh2 razılığı əsasında bağışlanıla bilərdi. Lakin belə bir razılığın olması barədə heç sübut yoxdur. Üçüncüsü, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində Şirvan şəhəri, X16 küçəsində yerləşən 28 saylı evdə yerləşən mübahisəli 21 nömrəli mənzili 1997-ci ildə alqı-satqı yolu ilə bir rus vətəndaşından aldığını, Şirvan şəhərində qeydiyyata düşmək vacib olduğundan Cavabdeh2 xahişi ilə onun və həyat yoldaşı Cavabdeh1 1997-ci il tarixində onun razılığı ilə həmin mənzilin pasport qeydiyyatına alındıqlarını , mənzildə qeydiyyatda olsalar da, orada heç bir zaman yaşamadıqlarını və orada faktiki olaraq heç bir istifadə hüququna malik olmadıqlarını qeyd etmişdir. İş üzrə məhkəmə qətnaməsindən görünür ki, məhkəmə qarşılıqlı iddia tələbini rəd edərkən qeyd olunmuş əsaslara da istinad etmişdir. Bununla bağlı bildirir ki, qeyd olunmuş faktiki əsaslar yanlışdır və həqiqətdən uzaqdır. Belə ki, mübahisə predmeti olan mənzili o, Cavabdeh1 xx.xx.1994-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında rus vətəndaşı olan X8 adlı şəxsdən almışdır. Həmin müqavilə Əli- Bayramlı şəhər (İndiki Şirvan şəhəri) Dövlət Notariat Kontorunda təsdiq edilmişdir. Müqavilə bağlanarkən ilkin iddia üzrə İddiaçı evin satıcısı X4 Etibarnamə üzrə nümayəndəsi kimi iştirak etmişdir. Bu səbəbdən də, mənzilin Alqı-satqısında satıcının nümayəndəsi olan İddiaçı 35.000.000 (otuz beş milyon) rubl pul vermişdir. xx.xx.1994-cü il tarixli Bəxşiş müqaviləsindən məlumatsız olmuşdurlar, müqavilə o, Cavabdeh1 tərəfindən imzalanmamışdır, imza saxtalaşdırılmışdır. Həmin dövrdə adı çəkilən mənzil alqı-satqı predmeti olmadığından onun satılması mümkün deyildi. Bu səbəbdən də, mənzilin sahibi Alqı-satqı müqaviləsinin əvəzində ona Notariat qaydada təsdiq olunmuş Etibarnamə vermişdir. Eyni zamanda, məhkəmənin gəldiyi nəticəyə görə onlar mübahisəli evdə yaşamamışdırlar. Bununla bağlı bildirir ki, Cavabdeh1 və Cavabdeh2 1992-ci ildə həmin mənzilə köçmüşdür. Çünki 1992-ci ilin son günlərində onlar ailə həyatı qurduqdan sonra orada ailəvi yaşamışdırlar. Övladları da həmin mənzildə dünyaya gəlmişdir. Onların mənzilin qeydiyyata düşməyinə İddiaçı razılıq verməsinə dair heç bir sübut mövcud deyildir. Eyni zamanda, onların mübahisəli evdə yaşadıqları iş materialları arasında olan digər sübutlarla təsdiq olur: AR. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı iltarixədək Əli-BayramlışəhəriA.Əhmədov küçəsi , ev 6 mənzil 21 ünvanında, xx.xx.2006-cı il tarixdən hazıradək , ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. AR. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 xx.xx.1993-cü il tarixdən xx.xx.2013-cı il tarixədək Əli-Bayramlı şəhəri A.Əhmədov küçəsi, ev 6 mənzil ünvanında, xx.xx.2013-cü il tarixdən hazıradək ünvan 6 ünvanında, yaşayış yeri üzrə qeydiyyatdadırlar. Eyni zamanda, iş materialları arasında olan Əli Bayramlı şəhər XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli qərarında Cəfərova (Bayramova) Nəzakət Əli qızının iki nəfər ailə üzvü ilə birlikdə Əli-Bayramlı şəhəri A.Əhmədov küçəsi,ev 6 mənzil 21 ünvanında yaşadığı qeyd olunmuşdur. Digər tərəfdən, iş materialları arasında Cavabdeh1 və İddiaçı adına mübahisəli mənzilə dair eyni tarixli və eyni nömrəli, yəni, 30 mart 1988-ci il tarixli, 94 nömrəli 2 ( iki) Qeydiyyat sənədi vardır. Həmin sənədin ilkin olaraq Cavabdeh1 verilməsi təsdiq edir ki, iddiaçının adına verilmiş eyni sənəd saxtadır. Ona görə də, qeyd olunmuş ziddiyyətə aydınlıq gətirilməsi məqsədi ilə adı çəkilən sənədlərin əslinin əldə olunması və həmin sənədlərin hüquqi statusu ilə bağlı aidiyyatı üzrə sorğu verilməsi barədə məhkəməyə vəsatət versə də, məhkəmə əsassız olaraq vəsatətini təmin etməmişdir. Əlavə olaraq bildirir ki, iş materiallarından göründüyü kimi mübahisəli mənzili Cavabdeh1 xx.xx.1994-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alaraq 14 gün sonra, yəni, 17.1994-cü il tarixli bəxşiş müqaviləsi əsasında İddiaçı bağışlamışdır. Sual olunur: əgər cavabdehlər evi alqı-satqı müqaviləsi əsasında almışdılarsa və həmin tarixdə onların başqa ünvanda evləri olmayıbsa, o halda hansı səbəbdən 14 gün sonra mənzili digər bir şəxsə bağışlasın və ya hansı səbəbdən mənzil İddiaçı yox, ona satılmışdır. Eyni zamanda, onlar xx.xx.1995-ci il tarixinə kimi mübahisəli evdə yaşamışdırlar. Həmin tarixdə Cavabdeh2 Sabirabad rayon İcra Şöbəsinə ədliyyə polisi vəzifəsinə təyin olunduğundan ailəvi olaraq Sabirabad şəhərinə köçmüş, onlar ailəvi olaraq mübahisəli mənzildən çıxdıqdan sonra Sabirabad rayonunun Şıxsalahlı kəndində ata evində yaşayan İddiaçı 1993-cü ildə ailəvi olaraq mübahisəli ünvana köçmüşdür. Həmin tarixdə İddiaçı həyat yoldaşının Cəbrayıl rayonunda yaşayan və rayon ərazisi erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra məcburi köçkün olan yaxın qohumları Sabirabad rayonun Şıxsalahlı kəndində yerləşən atalarının evinə köçdükləri üçün evdə yaşayış şəraiti çətinləşmiş, bu səbəbdən də, İddiaçı ailəvi olaraq mübahisəli evə köçməsini məsləhət bilmişlər. Onlar onun həmin evə köçməsinə razılıq vermişlər. İddiaçı təxminən 2000-ci ilə kimi orada yaşamışdır. (bununla bağlı qonşular tərəfindən tərtib olunmuş AKT iş materiallarında vardır) İddiaçı 2000-ci ildə ailəvi olaraq Bakı şəhərinə köçmüş, həmin tarixdən mənzildə hər hansı bir şəxs yaşamamışdır. O, Cavabdeh2 2002-ci ildə Şirvan şəhər İcra Şöbəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra Şirvan şəhərinə köçərkən həmin ünvana deyil, Şirvan şəhərində başqa ünvanda yerləşən onlara məxsus həyət evinə köçmüşdürlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehlər iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli, 2(032)-1067/2025 saylı qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1067/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 52-ci maddəsinə əsasən aldatma, zor, hədə təsiri altında və ya bir nəfərin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağladığı əqd, habelə vətəndaşın ağır vəziyyətə düşməsi nəticəsində onun üçün son dərəcə əlverişsiz şəraitdə məcburən bağladığı əqd zərər çəkənin, yxud dövlət təşkilatının, kooperativ və ya sair ictimai təşkilatın iddiası üzrə etibarsız hesab edilə bilər. Əqd göstərilən əsaslardan birinə görə etibarsız hesab edildikdə, digər tərəfin əqd üzrə aldığının hamısı zərər çəkənə qaytarılır, alınanı eyni ilə qaytarmaq mümkün olmadıqda, onun dəyəri pulla ödənilir. Zərər çəkənin əsassız olaraq aldığı dövlət mədaxilinə keçirilir. Bundan əlavə digər tərəf zərər çəkənin çəkdiyi xərcləri, əmlakın itirilməsi və ya zədələnməsi xərclərini ödəməlidir. 245-ci maddəsinə əsasən bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mlkiyyətinə verir. Bağışlama müqaviləsi əmlak verilən vaxt bağlanmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şirvan Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli, 2(032)-1067/2025 saylı qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1067/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmindətəmin edilməmiş qarşılıqlı iddia-bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mülki mübahisəni qarşılıqlı iddianı düzgün olaraq rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şirvan şəhəri, X16 küçəsində yerləşən ev 28 saylı, 21 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək xx.xx.1994-cü il tarixli bəxşiş Müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDR Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəsinin çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hər iki iddianın əsassız olması qənaətinə gələrək ilkin və qarşılıqlı iddianı rədd etmişdir. Hal-hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək Şirvan Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli, 2(032)-1067/2025 saylı qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Odur ki, məhkəmə tərkibi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni təmin edilməmiş qarşılıqlı iddia tələbinə münasibətdə yoxlayır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirdərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri 4 əsas hissədən ibarətdir: 1.Məhkəmənin qarşılıqlı iddia tələbini təmin etməyərkən ilkin olaraq iddia müddətinin keçməsi əsasına istinad etməsi; 2.Bəxşiş müqaviləsinin saxta olması və həmin sənəddəki imzanın saxtalaşdırılması; 3.Mübahisəli mənzilin birgə nikah dövründə əldə olunması və bağışlanması zamanı ər Cavabdeh2 razılığının olmaması; 4.Cavabdehlərin mübahisəli mənzildə yaşaması və bunu təsdiq edən digər sübutların mövcudluğu. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini iddia müddətinin keçməsi əsası ilə deyil, iddia tələbinin əsassız olması nəticəsinə gələrək rədd etmişdir. Məhkəmə öz qətnaməsində göstərmişdir ki, qarşılıqlı iddia tələbi əsaslı hesab edilsə belə, həmin iddia qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra qaldırılmışdır. Göründüyü kimi məhkəmə əsas nəticəni iddianın əsassız olması kimi göstərmişdir. İkincisi, apellyatorlar bəxşiş müqaviləsinin saxta olduğunu qeyd etsələr də, qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlaka dair bağışlama müqaviləsi yazılı formada bağlanmalı və notariat qaydasında təsdiq edilməlidir. Hazırkı iş üzrə isə bağışlama müqaviləsinin bağlanması zamanı qanunvericiliyin həmin imperativ tələblərinə əməl olunmuş, müqavilə notariat qaydasında rəsmiləşdirilmişdir. Belə ki, apellyasiya şikayətinin dəlillərdən görünür ki, apelyatorlar bir tərəfdən bəxşiş müqaviləsindəki imzanın saxtalaşdırıldığını iddia etsələr də, digər tərəfdən Cavabdeh1 guya ağ vərəqə imza atıldığını bildirmişlər. Məhkəmə tərkibi hesab edir ki, bu cür izahatlar bir-biri ilə ziddiyyət təşkil etməklə yanaşı inandırıcı hesab edilə bilməz. Belə ki, şəxsin öz imzasını ağ vərəq üzərinə atması və sonradan həmin imzanın hansı məqsədlə istifadə olunması ilə maraqlanmaması məntiq baxımından ağlabatan görünmür. Digər tərəfdən, imzanın ümumiyyətlə həmin şəxsə məxsus olmadığı iddia edildiyi halda, eyni zamanda onun tərəfindən ağ vərəq üzərinə imza atılması barədə izahat verilməsi də həmin dəlilin etibarlılığını şübhə altına alır. Həmçinin Cavabdeh1 saxtalaşdırıldığını iddia etdiyi imza nümunəsinin həqiqətən ona məxsus olub olmaması barədə məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsinə dair nə birinci instansiya məhkəməsində, nə də ki hazırkı mərhələdə vəsatət irəli sürməmişdir. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, apelyatorların bəxşiş müqaviləsindən xəbərsiz olmaları barədə iddiaları işin faktiki halları ilə uzlaşmır və həmin müqavilənin mövcudluğundan xəbərdar olmamaları ehtimalı inandırıcı deyildir. Üçüncüsü, mübahisəli mənzilin birgə nikah dövründə əldə olunması və bağışlanması zamanı ər Cavabdeh2 razılığının olmaması qarşılıqlı iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, Şirvan şəhər Polis Şöbəsindən məhkəmə sorğusu əsasında əldə edilmiş xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzilində Cavabdeh1 2013-cü ildən, Cavabdeh2 2006cı ildən, Cavabdeh3 2016-cı ildən qeydiyyatdadır. Eyni zamanda, İddiaçı həmin mənzilə dair mülkiyyət hüququ Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən İddiaçı adına qeydiyyat vəsiqəsinə əsasən xx.xx.1994-cü ildə qeydə alınmışdır. Məhkəmə tərkibi qeyd edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması zamanı müvafiq prosedura əsasən bütün mülkiyyətçilərin razılığı tələb olunur. Bu halda, iddiaçının mübahisəli mənzildən xəbərsiz olması və ya razılıq verməməsi praktiki olaraq mümkün deyildir. Yəni, dövlət qeydiyyatına düşmə prosesi və sənədlərin rəsmi təsdiqi işin faktiki halları ilə birbaşa təsdiq olunmaqla cavabdehlərin müqavilədən xəbərsiz olduqları barədə iddiaları inandırıcı hesab edilə bilməz. Çünki Cavabdeh1 2013-cü ildən, Cavabdeh2 2006-cı ildən Şirvan şəhəri L-nt İbrahimov küçəsi 28 saylı evin 21 nömrəli mənzilində qeydiyyata alınmaları həmin vaxt onların mübahisəli mənzilin mülkiyyətçisinin İddiaçı olmasından xəbərdar olmalarına dəlalət edir. Məhkəmə tərkibi mübahisəli mənzilin birgə nikah dövründə əldə olunması və bağışlanması zamanı ər Cavabdeh2 razılığının olmaması barədə apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir: F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarixli qərarı: Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan birgə mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin razılığının olması barədə imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alan məhkəmə tərkibi hesab edir ki, mübahisəli mənzil üzrə bağlanmış əqd barədə Cavabdeh2 məlumatlı olmaması inandırıcı hesab edilə bilməz. Belə ki, tərəflər həmin şəhərdə yaşamış, mənzilin uzun müddət ərzində digər şəxsin istifadəsində olması isə açıq və aşkar xarakter daşımışdır. Bu vəziyyətdə Cavabdeh2 əqdin bağlanmasına etiraz etməməsi və uzun müddət ərzində buna münasibət bildirməməsi onun həmin əqdi faktiki olaraq bəyəndiyini göstərən konkludent hərəkət kimi qiymətləndirilməlidir. Bu səbəbdən, onun əqdin bağlanması zamanı formal razılığının olmaması öz-özlüyündə həmin əqdin etibarsız hesab edilməsi və ya qarşılıqlı iddianın təmin olunması üçün əsas kimi qəbul edilə bilməz. Əksinə, mülki qanunvericiliyin bəyənmə institutuna dair müddəalarına uyğun olaraq, sonradan verilmiş və ya davranışla ifadə olunmuş razılıq əqdin bağlandığı andan hüquqi nəticələr yaradır. Dördüncüsü, apellyatorlar mübahisəli mənzildə yaşadıqlarını və bunun müxtəlif sübutlarla təsdiq olunduğunu bildirsələr də, öz qarşılıqlı iddia ərizələrindən və məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfin verdiyi izahatından da görünür ki, onlar mübahisəli mənzildə faktiki olaraq 1995-ci ilə kimi yaşadıqlarını bildirmiş, daha sonra yaşamamış və başqa ünvanda yaşadıqlarını bildirmişlər. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində irəli sürülmüş dəlillər iş üzrə müəyyən edilmiş faktiki hallar və toplanmış sübutlarla öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq hərtərəfli və obyektiv qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qarşılıqlı iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən hallar həmin nəticənin dəyişdirilməsi və ya mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün hüquqi əsas yaratmadığından, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanılmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1067/2025 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1067/2025 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-2008/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2008/2025
05.03.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver