Məhkəmə qərarları › İş №2(106)-2010/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2010/2024

05.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2010/2024 05.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(056)-1383/2024 saylı qətnaməsindən İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sabirabad rayonu Azadkənd kəndində yerləşən 1.7557 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci ildə aldığı torpaq sahəsinə görə verilən 1700 manat pulun və torpaq sahəsinin yararlı hala salmaq üçün çəkilən 3900 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 76 manat pulun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(056)-1383/2024 saylı qətnaməsi ilə (hakim N.Bağırov) İddiaçı - Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə ilkin iddia ərizəsinin təmin edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrindən (qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi: xx.xx.2021-ci il) Çıxarış əsasında ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X8, X5, X2 və X1 məxsus Sabirabad rayonu, Azadkənd kəndində yerləşən 1,7557 ha. torpaq sahəsindən Cavabdeh çıxarılması və Cavabdeh - İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Sabirabad rayonu, Azadkənd kəndində yerləşən 1,7557 ha. torpaq sahəsinin alqı-satqısına dair tərəflərin bağlanması güman edilən etibarsız əqd əsasında ödənilmiş 1700 (bir min yeddi yüz) manat pul vəsaitinin cavabdeh İddiaçı tutulub Cavabdeh verilməsi, qətnamənin 1700 (bir min yeddi yüz) manat pul vəsaitinin İddiaçı tutulub Cavabdeh verilməsi ilə, Sabirabad rayonu, Azadkənd kəndində yerləşən 1,7557 ha. torpaq sahəsindən Cavabdeh çıxarılması ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. Abuşov X3 Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(056)-1383/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin qarşılıqlı iddia tələbinə münasibətdə ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Mirzəyev X4 Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(056)-1383/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin qarşılıqlı iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilərək həmin hissədə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən əsaslara görə məhkəmə tərkibi hesab edir ki, apellyasiya qeyri mümkündür və qəbul olunmamış hesab edilməlidir. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 108.1.7-ci maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə (112.1.1), əmlakın tələb edilməsi haqqındakı iddialarda— tələb edilən əmlakın dəyəri ilə (112.1.2), aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə (112.1.3), müddətli verilmə və ya ödəmə haqqındakı iddialarda—bütün vermə və ya ödəmələrin məcmusu ilə, lakin 3 ildən artıq olmamaqla (112.1.4), müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialarda—ödəmələrin 3 illik məcmusu ilə (112.1.5), ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda— ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə (112.1.6), ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə (112.1.7), əmlak icarəsi müqaviləsinin vaxtından əvvəl pozulması haqqındakı iddialarda—müqavilənin qüvvədə olmasının qalan müddəti ərzində əmlakdan istifadə etməyə görə ödəmənin məcmusu ilə, lakin 3 ildən artıq olmamaq şərti ilə (112.1.8), fiziki şəxslərə mülkiyyət hüququ üzrə məxsus olan tikintilərə mülkiyyət hüququ haqqındakı iddialarda—tikintilərin qiyməti ilə, lakin inventar qiymətindən az olmamaq şərti ilə, bu olmadıqda—sığorta müqaviləsi üzrə məbləğdən az olmamaq şərti ilə, hüquqi şəxslərə məxsus olan tikintilər üçün isə balans qiymətindən az olmamaq şərti ilə (112.1.9), bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə (112.1.10), tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər sənədin icra edilməməli sənəd hesab edilməsi barədəki iddialarda— barəsində mübahisə edilən məbləğlə (112.1.11), torpaq sahəsi tələbi barədəki iddialarda— torpağın müəyyən edilmiş qiyməti ilə, bu olmadıqda isə bazar qiyməti ilə (112.1.12) Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödəniləcək dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilmişdir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləği 100 manat olaraq müəyyən edilmişdir. Həmin Qanunun 8.6-cı maddəsinə əsəsən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Göründüyü kimi hazırkı halda ilkin iddia qiymətləndirilməyən iddiadır, qarşılıqlı iddianın qiyməti isə 5600 manat təşkil edir. İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərkən dövlət rüsumu olaraq 100 manat, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərkən dövlət rüsumu olaraq 76 manat məbləğində pul ödəmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbindən də göründüyü kimi apellyasiya şikayətinin verilməsinə görə qanunla müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. İş materiallarından müəyyən оlunmuşdur ki, İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilən 100 manat məbləğində dövlət rüsumunun 50 faizi olaraq 50 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1.-ci mаddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilib-ödənilməməsini, apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu isə ona dəlalət edir ki, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Kollegiya əlavə olaraq qeyd edir ki, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apelyasiya şikayəti MPM-nin müvafiq tələblərinə uyğun olaraq verilsə də, İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən qanunla müəyyən edilən məbləğdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində qarşılıqlı iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsi məsələsi, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərində isə qətnamə qarşılıqlı iddia tələbinə münasibətdə mübahisələndirilmişdir. Belə olan halda məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddiaya dair hissəsinin tam şəkildə yoxlanılması və hər iki apelyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi üçün hər iki apellyasiya şikayəti də qeyri-mümkün hesab edilməli və qərardadın əsaslandırıcı hissəsində göstərilənlər birinci instansiya məhkəməsi tərəfindən yoxlanılaraq hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri də nəzərə alaraq məhkəmə tərkibi hesаb edir ki, Sabirabad Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(056)-1383/2024 saylı qətnaməsindən İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş аpellyаsiyа şikayətləri qeyri-mümkün hesаb edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 və 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından şikayət verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Sabirabad Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(056)-1383/2024 saylı qətnaməsindən İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesаb edilsin. Mülki iş Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi üçün Sabirabad Rayon Məhkəməsinə geri qaytarılsın. Cavabdeh və İddiaçı bu qərardadın rəsmi qaydada təqdim edilməsindən sonra 10 günlük müddət ərzində apellyasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququ izah edilir. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar