Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2031/2023 15.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(057)412/2023 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili X11 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X2, X3, X4 və X1 qarşı “qanun üzrə vərəsə kimi mirasın qəbul edilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X5 miras qalmış Salyan şəhəri, X.R.Ulutürk prospekti, 33 ünvanında yerləşən ev üzərində qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(057)412/2023 saylı qətnaməsi ilə, iddia təmin edilərək, İddiaçı cavabdeh X5 miras qalmış Salyan şəhəri, X.R.Ulutürk prospekti 33 ünvanında yerləşən ev üzərində qanun üzrə vərəsə kimi tam mülkiyyət hüququ tanınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Salyan Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 1453/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verdilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir. Cavabdeh vəsatətlə Salyan Rayon Məhkəməsinə müraciət edərək apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmiş və həmçinin vəsatətə apellyasiya şikayətini də əlavə etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023 -cü il tarixli, 2(057)412/2023 saylı qərardadı ilə Cavabdeh Salyan Rayon Məhkəməsinin 18 may 2023-ci il tarixli, 2(057)-412/ 2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməsi, Cavabdeh Salyan Rayon Məhkəməsinin 18 may 2023-ci il tarixli, 2(057)-412/ 2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı Hüseeynağa qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən şikayət verilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023 -cü il tarixli, 2(057)412/2023 saylı qərardadı ilə, İddiaçı Hüseeynağa qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətə baxıldıqdan sonra işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Salyan Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(057)412/2023 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili X11 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılması 15 dekabr 2023-cü il tarixə təyin olunmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili şikayət verərək, Salyan Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(057)412/2023 saylı qərardadını ləğv etməklə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzürlü hesab edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh ərizəsində müddətin ötürülməsi əsası kimi heç bir səbəb göstərməmiş, yalnız formal şəkildə ərizə yazmışdır. Məhkəmə kollegiyası 13 noyabr 2023-cü il tarixli, 2(057)412/2023 saylı qərardadda göstərilənləri qanuni hesab edərək qeyd edir ki, cavabdeh məhkəmə qətnaməsindən vaxtında apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada verildiyindən geri qaytarılmışdır. Yeni apellyasiya şikayətinin hazırlanması üçün müəyyən müddət lazım olduğundan cavabdeh həmin müddət ərzində şikayəti hazırlamış və müddəti ötürmüşdür. Bu səbəblə də, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququndan istifadə etmişdir. cavabdeh məhkəmə qətnaməsindən vaxtında apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada verildiyindən geri qaytarılmışdır.Yeni apellyasiya şikayətinin hazırlanması üçün müəyyən müddət lazım olduğundan cavabdeh həmin müddət ərzində şikayəti hazırlamış və müddəti ötürmüşdür. Belə ki; Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə qənaətə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(057)412/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2031/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2031/2023
15.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver